Emin Cəfərov (12 oktyabr 1979) — Azərbaycanı təmsil edən stend atıcısı.[1]
Karyerası
Emin Cəfərov 1998-ci ildən idmanla məşğuldur.[2] Şəxsi məşqçisi atası Hafiz Cəfərov idi.[2]
Karyerası ərzində Dünya və Avropa Çempionatlarında, həmçinin beynəlxalq turnirlərdə heç bir ciddi uğura imza atmayan Emin Cəfərov 2017-ci ildə İslam Həmrəyliyi Oyunlarında qarışıq cüt turnirdə gümüş medala sahib oldu. 2021-ci ildə Beynəlxalq Güllə Atıcılığı Federasiyası (ISSF) tərəfindən Emin Cəfərova olimpiada da mübarizə aparmaq üçün wild card verildi.[3]
Emin Cəfərov Azərbaycanı 2020-ci ildə Yaponiyada baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi.[1] İyulun 25-də stend atcılığı turnirində çıxış edən Emin Cəfərov mübarizə apardı.[4] Həmin gün baş tutan birinci mərhələdə o, 70 balla 24-cü pillədə qərarlaşdı.[4] Bir gün sonra, iyulun 26-da baş tutan növbəti mərhələdə isə o, 45 balla 26-cı pillədə qərarlaşdı.[5] Nəticədə Emin Cəfərov təsnifat mərhələsini 115 balla 30 idmançı sırasında 26-cı pillədə başa vurdu və mübarizəsini dayandırdı.[5][6]
2023-cü ildə Emin Cəfərov Rabat şəhərində ISSF World Cup beynəlxalq turnirində bürünc medala sahib oldu.[2]
İstinadlar
|
---|
- Atıcılıq: (2)
- Badminton: (1)
- Bədii gimnastika: (6)
- Boks: (5)
- Cüdo: (9)
- Güləş: (7)
- İdman gimnastikası: (2)
- Karate: (3)
- Qılıncoynatma: (1)
- Şosse velosipedi: (1)
- Taekvondo: (2)
- Triatlon: (1)
- Üzgüçülük: (2)
- Yüngül atletika: (2)
| |