Azərbaycanın Olimpiya Oyunlarında dopinq tarixçəsi — aşağıda Azərbaycanın Olimpiya Oyunları tarixində baş verən dopinq hadisələri qeyd edilmişdir. 14 dəfə Olimpiya Oyunlarında mübarizə aparan Azərbaycan idmançılarının adı yalnızca 2008 və 2012-ci illərdə dopinqdə hallanmışdır.
2016-2017-ci illərdə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən aparılan araşdırmalara əsasən biri yunan-roma güləşçisi, beşi isə ağır atlet olmaqla 6 idmançının nəticələri ləğv edilmişdir. 4 idmançı olimpiaları medalsız başa vursa da, yunan-roma güləşçisi Vitali Rəhimov gümüş medaldan, ağır atlet Valentin Xristov isə bürünc medaldan məhrum edilmişdir.
Ləğv edilən nəticələr
İdmançı
|
İdman növü
|
Yarış
|
Məlumat
|
Ləğv edilmə tarixi
|
Olimpiada
|
Nəticə
|
Yer
|
Sərdar Həsənov
|
ağır atlet
|
-62 Kq.
|
2008
|
DNF
|
26.10.2016
|
İntiqam Zairov
|
ağır atlet
|
-85 Kq.
|
361
|
9
|
12.01.2017
|
Nizami Paşayev
|
ağır atlet
|
-94 Kq.
|
396
|
5
|
24.08.2016
|
Vitali Rəhimov
|
yunan-roma güləşçisi
|
60 Kq.
|
finalda uduzdu
|
|
26.12.2016
|
Valentin Xristov
|
ağır atlet
|
-56 Kq.
|
2012
|
286
|
|
16.06.2016
|
Sərdar Həsənov (2)
|
ağır atlet
|
-69 Kq.
|
321
|
8
|
|
İntiqam Zairov (2)
|
ağır atlet
|
-94 Kq.
|
397
|
6
|
12.01.2017
|
Boyanka Kostova
|
ağır atlet
|
-58 Kq.
|
233
|
5
|
16.06.2016
|
2008-ci ilin olimpiadası
24.08.2016-cı ildə Beynəlxalq Olimpiya Komitəsi (IOC) ağır atletlərin turnirində çıxış edən Nizami Paşayevdən 2008-ci il Olimpiya Oyunlarında götürülən dopinq-testin analizinin müsbət nəticə verməsi barədə rəsmi məlumat verdi.[1] Məlumata əsasən Nizami Paşayev olimpiada da mübarizə apardığı gün onun qanında qadağan olunan dehidroxlormetiltestosteron (turinabol) preparatı tapıldı.[1] Beynəlxalq Olimpiya Komitəsi (IOC) İntizam Komissiyasının qərarına əsasən Nizami Paşayevin nəticələri ləğv edildi.[1]
26.10.2016-cı ildə Beynəlxalq Olimpiya Komitəsi (IOC) ağır atletlərin turnirində çıxış edən digər idmançı — Sərdar Həsənovdan 2008-ci il Olimpiya Oyunlarında götürülən dopinq-testin analizinin müsbət nəticə verməsi barədə rəsmi məlumat verdi.[2] Məlumata əsasən Sərdar Həsənov olimpiada da mübarizə apardığı gün onun qanında qadağan olunan dehidroxlormetiltestosteron (turinabol) preparatı tapıldı.[2] Beynəlxalq Olimpiya Komitəsi (IOC) İntizam Komissiyasının qərarına əsasən Sərdar Həsənovun nəticələri ləğv edildi.[2]
26.12.2016-cı ildə Beynəlxalq Olimpiya Komitəsi (IOC) yunan-roma güləşi turnirlərində çıxış edən və gümüş medala sahib olan Vitali Rəhimovun 2008-ci il Olimpiya Oyunlarında götürülən dopinq-testin analizinin müsbət nəticə verməsi barədə rəsmi məlumat verdi.[3] Məlumata əsasən Vitali Rəhimov olimpiada da mübarizə apardığı gün onun qanında qadağan olunan dehidroxlormetiltestosteron (turinabol) preparatı tapıldı.[3] Beynəlxalq Olimpiya Komitəsi (IOC) İntizam Komissiyasının qərarına əsasən Vitali Rəhimovun nəticələri ləğv edildi və gümüş medaldan məhrum edildi.[3]
12.01.2017-ci ildə isə Beynəlxalq Olimpiya Komitəsi (IOC) ağır atletlərin turnirində çıxış edən İntiqam Zairovdan 2008-ci il Olimpiya Oyunlarında götürülən dopinq-testin analizinin müsbət nəticə verməsi barədə rəsmi məlumat verdi.[4] Məlumata əsasən İntiqam Zairov olimpiada da mübarizə apardığı gün onun qanında qadağan olunan dehidroxlormetiltestosteron (turinabol) preparatı tapıldı.[4] Beynəlxalq Olimpiya Komitəsi (IOC) İntizam Komissiyasının qərarına əsasən İntiqam Zairovun nəticələri ləğv edildi.[4]
2012-ci ilin olimpiadası
16 iyun 2016-cı ildə Beynəlxalq Olimpiya Komitəsi (IOC) ağır atletlərin turnirində çıxış edən Valentin Xristovdan 2012-ci il London Olimpiadasında götürülən dopinq-testin analizinin müsbət nəticə verməsi barədə rəsmi məlumat verdi.[5] Məlumata əsasən Valentin Xristov olimpiada da mübarizə apardığı gün onun qanında qadağan olunan dehidroxlormetiltestosteron (turinabol) preparatı tapıldı.[5] Beynəlxalq Olimpiya Komitəsi (IOC) İntizam Komissiyasının qərarına əsasən Valentin Xristovun nəticələri ləğv edildi və qazandığı bürünc medaldan məhrum edildi.[5]
16 iyun 2016-cı ildə Beynəlxalq Olimpiya Komitəsi (IOC) ağır atletlərin turnirində çıxış edən Boyanka Kostovadan 2012-ci il London Olimpiadasında götürülən dopinq-testin analizinin müsbət nəticə verməsi barədə rəsmi məlumat verdi.[6] Məlumata əsasən Boyanka Kostova olimpiada da mübarizə apardığı gün onun qanında qadağan olunan dehidroxlormetiltestosteron (turinabol) preparatı tapıldı.[6] Beynəlxalq Olimpiya Komitəsi (IOC) İntizam Komissiyasının qərarına əsasən Boyanka Kostovanın nəticələri ləğv edildi.[6]
12 yanvar 2017-ci ildə Beynəlxalq Olimpiya Komitəsi (IOC) ağır atletlərin turnirində çıxış edən İntiqam Zairovdan 2012-ci il London Olimpiadasında götürülən dopinq-testin analizinin müsbət nəticə verməsi barədə rəsmi məlumat verdi.[7] Məlumata əsasən İntiqam Zairov olimpiada da mübarizə apardığı gün onun qanında qadağan olunan dehidroxlormetiltestosteron (turinabol) preparatı tapıldı.[7] Beynəlxalq Olimpiya Komitəsi (IOC) İntizam Komissiyasının qərarına əsasən İntiqam Zairovun nəticələri ləğv edildi.[7]
İstinadlar