Kamran Namiq oğlu Şahsuvarlı (6 dekabr1992, Qazaxıstan) — Azərbaycanı təmsil edən boksçu. 2014-cü ildən Azərbaycan yığmasının heyətində çıxış edir.
Kamran Şahsuvarlı 2016-cı ilin avqustunda BraziliyanınRio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarının bürünc medalına sahib olub. 2017-ci ildə baş tutan Avropa Çempionatının gümüş, Dünya Çempionatının isə bürünc medallarına sahib olan Kamran Şahsuvarlı həm də 2014 və 2017-ci illərdə Azərbaycan Çempionatlarının qalibi olub.
Kamran Şahsuvarlı 1992-ci il dekabrın 2-də Qazaxıstanda anadan olub. Milliyyətcə azərbaycanlıdır. Təhsilini Qazaxıstanda alıb. İdmanla da burada məşğul olmağa başlayıb. Şəxsi məqşçisi Natiq Aslanlıdır.[1]
Karyerası
2014-cü il: Azərbaycan Çempionatında qələbə
Kamran Şahsuvarlı birinci ciddi uğuruna 2014-cü ilin yanvarında imza atdı. Kamran Şahsuvarlı Azərbaycan Çempionatının final görüşündə Xaybula Musalova qalib gəldi və turnirin qalibi oldu.[2] Həmin ilin martında isə Kamran Şahsuvarlı beynəlxalq turnirlərdə birinci uğuruna imza atdı.[3]Şağan qəsəbəsində baş tutan beynəlxalq turnirin final görüşündə Kamran Şahsuvarlı Litva nümayəndəsi Tomas Pirovun üzərində qələbə qazandı və turnirin qızıl medalına sahib oldu.[4] Daha sonra Kamran Şahsuvarlı ABF Azerbaijan Cup beynəlxalq turnirində mübarizə apardı. Həmin turnirin final görüşündə Nixolay Veselova 1:2 hesabı ilə məğlul olan Kamran Şahsuvalı turnirin gümüş medalına sahib oldu.[5] Kamran Şahsuvarlı 2014-cü ildə son uğuruna isə Rusiyada imza atdı. Fərman Salmanovun xatirəsinə həsr olunan beynəlxalq turnirin final görüşündə rəqibinə məğlu olan Kamran Şahsuvarlı turniri gümüş medalla başa vurdu.[6]
2015-ci il: Xaybula Musalovla rəqabət
2015-ci ildə Kamran Şahsuvarlının birinci turniri Azərbaycan Çempionatı oldu. Yanvarda baş tutan Azərbaycan Çempionatının final görüşündə Kamran Şahsuvarlı bir il əvvəl həmin turnirin final görüşündə qalib gəldiyi Xaybula Musalov ilə üz-üzə gəldi. Bu səfər final görüşündə Kamran Şahsuvarlı rəqibinə məğlub oldu və Azərbaycan Çempionatının gümüş medalına sahib oldu.[7] Kamran Şahsuvarlı martda Azərbaycan yığmasının əsas heyətinə cəlb edildi və İtaliyada baş tutan təlim-məşq toplanışlarına aparıldı.[8] 2015-ci ilin əsas turnirlərindən biri iyunda Azərbaycanda baş tutacaq I Avropa Oyunları oldu. Bu turnirdə mübarizə aparacaq Azərbaycan yığmasının heyətinin formalaşdırılması üçün apreldə beynəlxalq turnir baş tutdu.[9] Həmin turnirdə mübarizə aparan Kamran Şahsuvarlı yarım-final mərhələsində məğlub oldu və turniri bürünc medalla başa vurdu. Turnirin qalibi olan Xaybula Musalovun isə Avropa Oyunlarında mübarizə aparmasına qərar verildi. Nəticədə Xaybula MusalovAvropa Oyunlarının gümüş medalına sahib oldu. Olimpiadaya lisenziya verən Dünya Çempionatında isə Xaybula Musalov zədə səbəbilə mübarizə apara bilmədi. Həmin ilin sonlarında Rabat şəhərində baş tutan təlim-məşq toplanışlarına Kamran Şahsuvarlı çağırıldı.[10]
Kamran Şahsuvarlının 2016-cı ildə birinci turniri fevralda MacarıstanınDebretsen şəhərində baş tutan beynəlxalq turnir oldu.[11][12] Finala gedən yolda bütün rəqiblərinə qalib gələn Kamran Şahsuvarlı turnirin həlledici görüşündə məğlub oldu və turniri gümüş medalla.[13] Buu turnirdən sonra Kamran Şahsuvarlı Birləşmiş ŞtatlarınKolorado ştatında təlim-məşq toplanışlarında oldu.[14] Kamran Şahsuvarlının növbəti turniri martda Azərbaycanda baş tutan beynəlxalq turnir oldu.[15] Turnirdə bütün rəqibləri üzərində qələbə qazanan Kamran Şahsuvarlı qızıl medalın sahibi oldu.[16] Apreldə isə Kamran Şahsuvarlının birinci ciddi sınaq gözləyirdi. 8-18 apreldə Samsun şəhərində baş tutan Avropa Olimpiya Təsnifat Turnirinin əsas məqsədi avqustda baş tutacaq Olimpiya Oyunlarına lisenziyaya sahib olmaq idi.[17] Turnirin təsnifat mərhələsində Kamran Şahsuvarlının rəqibi Fransa nümayəndəsi Kristian M'billi oldu. Həmin görüşdə Kamran Şahsuvarlı rəqibinə 0:3 hesabı ilə məğlub oldu və turnirdə mübarizəsini dayandırdı.[18] İyunda isə Azərbaycanda Dünya Olimpiya Təsnifat Turniri baş tutdu.[19] Kamran Şahsuvarlının olimpiya lisenziyasına sahib olması üçün bu sonuncu şans idi. Turnirin təsnifat mərhələsindən azad olan Kamran Şahsuvarlının 1/16 final mərhələsində rəqibi Albaniya nümayəndəsi Arjon Kajoşi oldu.[20] Həmin görüşdə Kamran Şahsuvarlı rəqibinə 3:0 hesabı ilə qalib gəldi və turnirin 1/8 final mərhələsinə adladı.[21] Bu mərhələdə onun rəqibi Venesuela nümayəndəsi Yohan Qonzalez oldu. Bu görüşdə də Kamran Şahsuvarlı rəqibi üzərində 3:0 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı.[22] Bu mərhələdə isə onun rəqibi İrlandiya nüayəndəsi Mixael O'Reilli oldu. Həmin görüşdə Kamran Şahsuvarlı rəqibinə 0:3 hesabı ilə məğlub oldu və mübarizəsini dayandırdı.[23] Turnirin reqlamentinə əsasən turnirin yarım-finalçıları, həmçinin turnirin qalibi olan idmançının 1/4 final mərhələsində qalib gəldiyi idmançı olimpiya lisenziyasına sahib olmalı idi. Nəticədə Mixael O'Reilli turnirin qalibi oldu və beşinci pillənin sahibi olan Kamran Şahsuvarlı olimpiya lisenziyasına sahib oldu.[24][25]
Kamran Şahsuvarlının olimpiadaya hazırlıq mərhələsi iyunda Birləşmiş ŞtatlarınKolorado ştatında baş tutan təlim-məşq toplanışlarında oldu.[26]XXXI Yay Olimpiya Oyunları 2016-cı ilin 5-22 avqustunda BraziliyanınRio-de-Janeyro şəhərində baş tutdu.[27][28] Kamran Şahsuvarlının birinci görüşü avqustun 8-də oldu. 1/16 final mərhələsində onun rəqibi Çin nümayəndəsi Jao Minqqanq oldu.[29] Həmin görüşdə Kamran Şahsuvarlı rəqibi üzərində 3:0 hesabı ilə qələbə qazandı və olimpiadanın 1/8 final mərhələsinə adladı.[30][31][32] Bu mərhələdə onun rəqibi 2010-cu il Avropa Çempionatının qalibi olan Rusiya nümayəndəsi Artyom Çebotarev oldu. Avqustun 12-də baş tutan görüşdə Kamran Şahsuvarlı rəqibinə 2:0 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı.[33] Bu mərhələdə isə onun rəqibi Qazaxıstan nümayəndəsi Yanibəy Alimxanulu oldu.[34] Yanibəy Alimxanulu Asiya Çempionatının, Asiya Oyunlarının və Dünya Çempionatının qalibi olan təcrübəli idmançı idi. Kamran Şahsuvarlı görüşdən əvvəl müsahibəsində bunları bildirdi: Mən Qazaxıstanda çıxış edən Yanibəy Alimxanuluya məğlub olmuşdum. İndi isə ona qalib gəlməyi qarşıma məqsəd qoymuşam.[35] Avqustun 15-də gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Kamran Şahsuvarlı rəqibi üzərində 2:1 hesabı ilə qələbə qazandı və olimpiadanın yarım-final mərhələsinə adladı. Bununla da Kamran Şahsuvarlı olimpiadanın bürünc medalını təmin elədi.[36][37] Görüşdən sonra Kamran Şahsuvarlı müsahibəsində bunları bildirdi: Mən turnirin favoriti deyildim. Məndən medal gözləyən yox idi. Üstümdə heç bir təyziq yox idi. Məhz bu amillər medala sahib olmaqda yardım elədi.[38] Finala gedən yolda onun rəqibi 2015-ci il Dünya Çempionatının qalibi olan Kuba nümayəndəsi Arlen Lopez oldu.[39] Avqustun 18-də baş tutan görüşdə təcrübəli rəqəbinə 0:3 hesabı ilə məğlub olan Kamran Şahsuvarlı XXXI Yay Olimpiya Oyunlarını bürünc medalla başa vurdu.[40][41][42][43] Görüşdən sonra Kamran Şahsuvarlı müsahibəsində məğlubiyyətini şərh elədi: Rəqibim həddən artıq güclü və təcrübəli idi. Ona yaxınlaşa bilmədim, nəticədə də özüm zərbələr buraxdım.[44]
2017-ci il: Avropa və Dünya Çempionatlarında medallar
Olimpiadadan sonra Kamran Şahsuvarlının birinci turniri 2017-ci ilin yanvarında baş tutan Azərbaycan Çempionatı oldu. Turnirdə bütün rəqibləri üzərində qələbə qazanan Kamran Şahsuvarlı çempionatın qalibi oldu.[46]
Mövsümün birinci nüfuzlu turniri 12-22 mayda Azərbaycanda baş tutan IV İslam Həmrəyliyi Oyunları oldu.[47][48] Kamran Şahsuvarlının 1/8 final mərhələsində rəqibi Qayana nümayəndəsi Desmond Amsterdam oldu. Mayın 12-də baş tutan görüşdə Kamran Şahsuvarlı rəqibinə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı.[49][50] Bu mərhələdə onun rəqibi Türkiyə nümayəndəsi İhsan Ərdoğan oldu. Mayın 16-da baş tutan görüşdə Kamran Şahsuvarlı rəqibi üzərində qələbə qazandı və turnirin yarım-final mərhələsinə adladı.[51] Finala gedən yolda onun rəqibi Misir nümayəndəsi Yones Harrum oldu. Bu görüşdə də Kamran Şahsuvarlı rəqibinə qalib gəldi və İslamiadanın final görüşünə vəsiqə qazandı.[52] Həlledici görüşdə onun rəqibi Qazaxıstan nümayəndəsi Tursınbəy Qulamxet oldu. Mayın 18-də Kristal Zalında baş tutan final görüşündə Kamran Şahsuvarlı rəqibinə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.[53]
Kamran Şahsuvarlının növbəti turniri bir ay sonra, 16-24 iyunda Xarkov şəhərində baş tutan Avropa Çempionatı oldu.[54][55][56] Avropa Çempionatlarında debüt edən Kamran Şahsuvarlı təsnifat mərhələsindən azad idi.[57][58] 1/8 final mərhələsində onun rəqibi İrlandiya nümayəndəsi Emmett Brennan oldu. İyunun 20-də baş tuta görüşdə Kamran Şahsuvarlı rəqibinə 5:0 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı.[59][60] Bu mərhələdə onun rəqibi Almaniya nümayəndəsi Silvio Şierle oldu. Həmin görüşdə də Kamran Şahsuvarlı rəqibi üzərində qələbə qazandı (4:1) və Avropa Çempionatının yarım-final mərhələsinə adladı.[61] Finala gedən yolda onun rəqibi Macarıstan nümayəndəsi Zoltan Harçsa oldu.[62] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Kamran Şahsuvarlı rəqibinə 4:1 hesabı ilə qalib gəldi və Avropa Çempionatının final görüşünə vəsiqə qazandı.[63] Həlledici görüşdə onun rəqibi Ukrayna nümayəndəsi Olexandr Xijnyax oldu. İyunun 24-də baş tutan final görüşündə Kamran Şahsuvarlı rəqibinə 0:5 hesabı ilə məğlub oldu. Bununla da Kamran Şahsuvarlı Avropa Çempionatını gümüş medalla başa vurdu.[64][65]
İlin əsas turniri 25 avqust-2 sentyabrda AlmaniyanınHamburq şəhərində baş tutan Dünya Çempionatı oldu.[66][67] Mövsümün əvvəlində Azərbaycan Çempionatının qalibi, sonra isə İslam Həmrəyliyi Oyunları və Avropa Çempionatında finallarda mübarizə apran Kamran Şahsuvarlı bu səfər mundialın medalına iddialı idi.[68] Təsnifat mərhələsindən azad olan Kamran Şahsuvarlı 1/8 final mərhələsində Niderland nümayəndəsi Max van der Pas ilə üz-üzə gəldi.[69][70] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Kamran Şahsuvarlı rəqibinə 3:2 hesabı ilə qalib gəldi və turnirin 1/4 final mərhələsinə adladı.[71] Bu mərhələdə onun rəqibi Kolumbiya nümayəndəsi Yorge Vivas oldu.[72] Bu görüşdə gərgin idman mübarizəsi şəraitində baş tutdu və nəticədə Kamran Şahsuvarlı rəqibi üzərində 3:2 hesabı ilə qələbə qazandı.[73] Bununla da Kamran Şahsuvarlı Dünya Çempionatının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Qazaxıstan nümayəndəsi Əbilxan Amanqul oldu. Bu görüşdə Kamran Şahsuvarlı rəqibinə 1:4 hesabı ilə məğlub oldu və Dünya Çempionatını bürünc medalla başa vurdu.[74][75]
2018-ci il: Təlim-məşq toplanışları
2018-ci il ərzində Dünya və Avropa Çempionatları baş tutmadı. İdmançılar bu il də əsasən beynəlxalq turnirlərdə mübarizə apardı və təlim-məşq toplanışlarında oldu. Kamran Şahsuvarlı da Qəbələ İdman Klubunun heyətində Krivoy Roq şəhərində baş tutan beynəlxalq turnirdə mübarizə apardı.[76][77][78]
2019-cu il: Uğursuz mövsüm
2019-cu ildə Kamran Şahsuvarlının birinci turniri apreldə Azərbaycanda baş tutan beynəlxalq turnir oldu.[79] Turnirdə bütün rəqibləri üzərində qələbə qazanan Kamran Şahsuvarlı qızıl medalın sahibi oldu.[80]
Daha sonra Kamran Şahsuvarlı RusiyanınSt. Peterburq şəhərində baş tutan beynəlxalq turnirdə mübarizə apardı.[81] Kamran Şahsuvarlı həmin turnirin 1/4 final mərhələsində məğlub oldu və turniri beşinci pillədə başa vurdu.[82]
2019-cu ilin birinci nüfuzlu turniri 20-30 iyunda Belarusda baş tutan II Avropa Oyunları oldu.[83][84]Avropa Oyunlarında debüt edən Kamran Şahsuvarlı təsnifat mərhələsindən azad idi.[85] Kamran Şahsuvarlının 1/16 final mərhələsində rəqibi Gürcüstan nümayəndəsi Giorgi Xarabadze idi. İyunun 22-də baş tutan görüşdə Kamran Şahsuvarlı rəqibi üzərində 4:1 hesabı ilə qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı.[86] Bu mərhələdə onun rəqibi İrlandiya nümayəndəsi Mixael Nevin oldu. Həmin görüşdə Kamran Şahsuvarlı rəqibinə 0:5 hesabı ilə məğlub oldu və gözlənilmədən turnirdə mübarizəsini başa vurdu.[87][88][89]
İlin əsas turniri sentyabrda Rusiyada baş tutan Dünya Çempionatı idi. Azərbaycan yığmasının liderlərindən Cavid Çələbiyev və Kamran Şahsuvarlı zədə səbəbindən həmin turnirdə mübarizə aparmadı.[90][91][92]
2020-ci il: Avropa Olimpiya Təsnifat Turnirində uğursuzluq
2020-ci ildə Yaponiyada baş tutacaq XXXII Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa Olimpiya Təsnifat Turniri 14-22 martda Birləşmiş KrallığınLondon şəhərində baş tutdu. Turnirdə mübarizə aparacaq Azərbaycan yığmasının heyətinə Kamran Şahsuvarlı da cəlb edildi.[93] Həmin günlərdə COVID-19 (Koronavirus) pandemiyası bütün dünyanı cənginə alsa da, IBA tərəfindən həmin turnirin təxirə salınmayacağı bildirildi.[94] Kamran Şahsuvarlının təsnifat mərhələsində rəqibi Avstriya nümayəndəsi Edin Avdiç oldu.[95] Həmin görüşdə Kamran Şahsuvarlı rəqibinə 4:1 hesabı ilə qalib gəldi və turnirin 1/16 final mərhələsinə adladı.[96] Bu mərhələdə onun rəqibi Ukrayna nümayəndəsi Olexandr Xijniax oldu. Bu görüşdə Kamran Şahsuvarlı rəqibinə məğlub oldu və turnirdə mübarizəsini başa vurdu.[97] Turnirin 4-cü günündə IBA tərəfindən COVID-19 pandemiyası səbəbilə Avropa Olimpiya Təsnifat Turnirinin qeyri-müəyyən müddətə təxirə salınması barədə qərar qəbul elədi.[98] Martın 24-də isə Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən XXXII Yay Olimpiya Oyunlarının təxirə salınması barədə qərar qəbul elədi.[99] Ümumi olaraq 2020-ci il ərzində beynəlxalq turnirlər baş tutmadı.
2021-ci il: Olimpiya Oyunlarına vəsiqə qazana bilməmədi
COVID-19 pandemiyasından sonra Kamran Şahsuvarlının birinci turniri 2021-ci ilin martında oldu. Kamran Şahsuvarlı İstanbul şəhərində baş tutan Bosfor beynəlxalq turnirində mübarizə apardı və turniri gümüş medalla başa vurdu.[100]
IBA və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən alınan qərara əsasən Dünya Olimpiya Təsnifat Turniri ləğv edildi və olimpiya lisenziyaları idmançıların reytinq cədvəllərinə əsasən verildi. Belə olan halda isə Kamran Şahsuvarlı olimpiada da mübarizə apara bilmədi.[101]
2022-ci il: Karyeranın enişi
Kamran Şahsuvarlı 2022-ci ilin yanvarında Azərbaycan Çempionatında mübarizə apardı.[102] Turnirin final görüşündə Kamran Şahsuvarlı Murad Allahverdiyevə məğlub oldu turniri gümüş medalla başa vurdu.[103]
Alexander Edmondson Alexander Edmondson (2017) Zur Person Geburtsdatum 22. Dezember 1993 Nation Australien Australien Disziplin Bahn/Straße Zum Team Aktuelles Team DSM-Firmenich Internationale Team(s) 2016–20222023– Orica / Mitchelton /BikeExchangeTeam DSM Wichtigste Erfolge Olympische Spiele 2016 – Mannschaftsverfolgung Bahn-Weltmeisterschaften 2014 – Einerverfolgung 2014 – Mannschaftsverfolgung Letzte Aktualisierung: 10. März 2023 Alexander Edmondson (* 22. Dezemb...
سفارة النرويج في التشيك النرويج جمهورية التشيك الإحداثيات 50°05′03″N 14°24′22″E / 50.084166666667°N 14.406027777778°E / 50.084166666667; 14.406027777778 البلد التشيك المكان براغ الموقع الالكتروني الموقع الرسمي تعديل مصدري - تعديل سفارة النرويج في التشيك هي أرفع تمثيل دبلوماسي...
هذه المقالة يتيمة إذ تصل إليها مقالات أخرى قليلة جدًا. فضلًا، ساعد بإضافة وصلة إليها في مقالات متعلقة بها. (مارس 2019) هيكتور فيرير معلومات شخصية الميلاد 27 مارس 1970 سان خوان، بورتوريكو الوفاة 5 نوفمبر 2018 (48 سنة) [1] سان خوان، بورتوريكو سبب الوفاة سرطان المريء ...
Single in SeoulPoster teaserNama lainHangul싱글 인 서울 Alih AksaraSing-geul in Seo-ul Sutradara Park Beom-soo ProduserDitulis olehPemeran Lee Dong-wook Im Soo-jung PerusahaanproduksiDCG Plus Myung FilmsDistributorLotte EntertainmentTanggal rilis 29 November 2023 (2023-11-29) (Korea Selatan) Negara Korea Selatan Bahasa Korea Single in Seoul (Hangul: 싱글 인 서울; RR: Sing-geul in Seo-ul) adalah film komedi romantis Korea Selatan yang disutradarai...
Nycticebus kayan Status konservasi Tidak dievaluasi (IUCN 3.1)[1] CITES Apendiks I (CITES) Klasifikasi ilmiah Kerajaan: Animalia Filum: Chordata Kelas: Mamalia Ordo: Primata Subordo: Strepsirrhini Famili: Lorisidae Genus: Nycticebus Spesies: N. kayan Nama binomial Nycticebus kayanMunds, Nekaris & Ford, 2013 Kukang kayan (Nycticebus kayan Munds, Nekaris & Ford, 2013) adalah primata strepsirrhini dan spesies kukang yang hidup di dataran tinggi Kalimantan bagian ut...
Chess endgame where both sides have a queen and one side has an extra pawn Müller & Lamprecht, diagram 9.12A abcdefgh8877665544332211abcdefghWhite to play wins; Black to play draws The queen and pawn versus queen endgame is a chess endgame in which both sides have a queen and one side has a pawn, which one tries to promote. It is very complicated and difficult to play. Cross-checks are often used as a device to win the game by forcing the exchange of queens. It is almost always a draw if...
Tertiary institution of Medical and Health Sciences in Dublin, Republic of Ireland School of MedicineTrinity Biomedical Sciences InstituteFormer namesSchool of Physic (-2005)TypeMedical schoolEstablished11 August 1711[1][2] 1715 (royal charter)[3]Interim HeadProfessor Paul BrowneLocationDublin, IrelandCampusTrinity College DublinSt James's HospitalTallaght University HospitalAffiliationsTrinity College DublinWebsitehttps://www.tcd.ie/medicine/ The School of Medicine at...
Annual conference event held by Microsoft This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Microsoft Build – news · newspapers · books · scholar · JSTOR (September 2015) (Learn how and when to remove this template message) Microsoft BuildBeginsMay 23, 2023EndsMay 25, 2023FrequencyAnnualVenueSeattle Convention...
1994 Nevada gubernatorial election ← 1990 November 8, 1994 (1994-11-08) 1998 → Nominee Bob Miller Jim Gibbons Party Democratic Republican Popular vote 200,026 156,875 Percentage 52.7% 41.3% County resultsMiller: 40–50% 50–60%Gibbons: 40–50% 50–60% 60–70% Governor before election Bob Mill...
Hình phối cảnh quỹ đạo chuyển tiếp Mặt Trăng. TLI xảy ra tại chấm đỏ gần Trái Đất. Phóng chuyển tiếp Mặt Trăng (tiếng Anh: trans-lunar injection, TLI) một thuật ngữ kỹ thuật để chỉ thao tác thay đổi lực đẩy của tàu vũ trụ mà theo đó tàu vũ trụ sẽ di chuyển theo quỹ đạo mới hướng tới Mặt Trăng. Lịch sử Ảnh động mô tả quỹ đạo của GRAIL-A. GRAIL-...
American airline from 1967 to 1982 Altair Airlines IATA ICAO Callsign AK ALT ALTAIR Founded1967Ceased operations1982Fleet size9 (in 1982)HeadquartersPhiladelphia, Pennsylvania, United StatesKey peopleHenry P. Hill Altair Airlines was an airline based in Philadelphia. It was in service from 1967 to 1982. According to its June 15, 1982 system timetable, the Altair name was taken from the first magnitude star Altairius brightest in the constellation Aquila (Eagle) from which the airline's Blue E...
Public park in Gloucester, England Hillfield GardensTypeUrban park / GardenLocationLondon Road, Gloucester, EnglandCoordinates51°52′10″N 2°13′49″W / 51.86944°N 2.23028°W / 51.86944; -2.23028 (Hillfield Gardens)Area0.1 acres (400 m2)StatusOpen all yearParkingNo dedicated parkingWebsitehttp://www.thecityofgloucester.co.uk/things-to-do/hillfield-gardens-p1344253 Hillfield Gardens is a public park on London Road, Gloucester, England. It houses seve...
Untuk nama (dan daftar tokoh dengan nama tersebut), lihat Jayaraj (nama). Jayaraj Rajasekharan NairLahirJayaraj Rajasekharan Nair04 Agustus 1960 (umur 63)Kottayam, Kerala, IndiaPekerjaanSutradara, Penulis latar, ProduserTahun aktif1990–sekarangSuami/istriSabitha JayarajAnakDhanu jayaraj, Keshav jayarajOrang tuaN. Rajasekharan Nair, Savithri r nairPenghargaanPenghargaan Film Internasional2005 Daivanamathil - Penghargaan Film Terbaik di Spanyol, Festival Film Internasional Madrid.20...
Massacro di Haiti del 1804strageIncisione raffigurante un omicidio durante il massacro. TipoMassacro Data iniziogennaio 1804 Data fine22 aprile 1804 Stato Haiti ComandanteJean-Jacques Dessalines ObiettivoPopolazione bianca francese ResponsabiliSchiavi neri ConseguenzeMorti3 000 - 5 000 Modifica dati su Wikidata · Manuale Il massacro di Haiti del 1804 fu compiuto contro la popolazione e i creoli francesi (o franco-haitiani) rimasti ad Haiti dopo la rivoluzione haitiana, da soldati, ...
Lego theme Lego BrickHeadzSub‑themesAvatar, Back to the Future, DC Comics Super Heroes, Disney, Ghostbusters, Go Brick Me, Jurassic World, Marvel Comics Super Heroes, Minecraft, Minions: The Rise of Gru, Miscellaneous, Monkie Kid, Pets, Seasonal, The Lord of the Rings, Star Wars, The Lego Movie 2: The Second Part, The Lego Batman Movie, The Lego Ninjago Movie, Lego Ninjago, Looney Tunes, Sonic the Hedgehog, Stranger Things, The Simpsons, Universal Monsters, Wedding and Wizarding WorldSu...
جائزة الكرة الذهبية 1993الفائز بالكرة الذهبية 1993، روبرتو باجومعلومات عامةالرياضة كرة القدم البلد فرنسامقدمة من فرانس فوتبولآخر فائز روبرتو باجوتعديل - تعديل مصدري - تعديل ويكي بيانات جائزة الكرة الذهبية 1993، جائزة سنوية تُعطى لأفضل لاعب كرة القدم في العالم من طرف مجلة فر...
Đây là một tên người Triều Tiên, họ là Choi. Choi Soo-young최수영Sooyoung vào năm 2022SinhChoi Soo-young10 tháng 2, 1990 (34 tuổi)Cheongdam-dong, Gangnam-gu, Seoul, Hàn QuốcQuốc tịchHàn QuốcTrường lớpĐại học Chung-AngNghề nghiệpCa sĩDiễn viênNăm hoạt động2002-nayChiều cao172 cm (5 ft 8 in)Cân nặng50 kg (110 lb)Sự nghiệp âm nhạcThể loạiK-popDance-popJ-PopBalladNhạc cụThanh nhạcNăm ho...
يفتقر محتوى هذه المقالة إلى الاستشهاد بمصادر. فضلاً، ساهم في تطوير هذه المقالة من خلال إضافة مصادر موثوق بها. أي معلومات غير موثقة يمكن التشكيك بها وإزالتها. (فبراير 2024) هذه المقالة يتيمة إذ تصل إليها مقالات أخرى قليلة جدًا. فضلًا، ساعد بإضافة وصلة إليها في مقالات متعلقة بها...
Satu halaman Geographica dari edisi tahun 1620 karya Isaac Casaubon. Nomor halaman diawali dengan C, saat ini sedang digunakan sebagai referensi teks standar. Terdapat 840 halaman; lambang negara yang ditampilkan adalah untuk menghormati Louis XIII dari Prancis. Geographika (Γεωγραφικά, Yunani Kuno: Geōgraphiká, Yunani Modern: Geografiká), atau Geografi, adalah sebuah ensiklopedia mengenai pengetahuan geografi, terdiri dari 17 'buku', ditulis dalam bahasa Yunani oleh Strabo, seor...