Cəbrayıl Həsənov

Cəbrayıl Həsənov
Cəbrayıl Həsənov 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarının bürünc medalına sahib olanda (20 avqust 2016-cı il)
Cəbrayıl Həsənov 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarının bürünc medalına sahib olanda (20 avqust 2016-cı il)
Şəxsi məlumatlar
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi 24 fevral 1990(1990-02-24) (34 yaş)
Doğum yeri
Təhsili
Boyu 170 sm. (5 ft 6 in)
Çəkisi 74 kq
İdman növü Güləş
Karyera illəri 2005—2021
Məşqçisi Aslan Ağayev
Komandası Zenit İdman Klubu
Medallar
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cəbrayıl Həsənov (24 fevral 1990, Suparibağ, Astara rayonu) — Azərbaycan güləşçisi, Sərbəst güləşi üzrə 74 kq çəki dərəcəsində 2016-cı il Yay Olimpiya oyunlarının bürünc medalçısı.

Həyatı

Cəbrayıl Həsənov 24 fevral 1990-cı ildə Astara rayonunun Suparibağ kəndində dünyaya gəlib. 1997-ci ildə həmin kəndin orta məktəbində 1-ci sinifə qəbul olunub. Uşaq yaşlarından idmanın sərbəst güləş növünə maraq göstərib. 2001-ci ildə Bakı şəhərindəki "Respublika Olimpiya İdman Liseyinin" 5-ci sinfinə qəbul olub. Burada beynəlxalq idman ustası, əməkdar məşqçi Aslan Ağayevin rəhbərliyi altında sərbəst güləşlə məşğul olmağa başlayıb və eyni zamanda təhsilini davam etdirib. 2003-cü ildən 2008-ci ilə qədər yeniyetmələr və gənclər arasında Avropa və Dünya birinciliklərinin mükafatçısı, eyni zamanda qalibi olub. 2007-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub. 2010-cu ildə həmin akademiyanı sərbəst güləş ixtisası üzrə bitirib.

Karyerası

2005–2006-cı illər: Yeniyetmələrin və gənclərin Avropa Çempionatında bürünc

Cəbrayıl Həsənov 2005-ci ilin iyulunda Albaniyanın Tirana şəhərində baş tutan yeniyetmələr arasında Avropa Çempionatında mübarizə apardı. Turnirin nəticələrinə əsasən Cəbrayıl Həsənov bürünc medalın sahibi oldu.

2006-cı ilin iyulunda isə Cəbrayıl Həsənov Macarıstanın Sombatxey şəhərində baş tutan gənclər arasında Avropa Çempionatında mübarizə apardı və turnirin bürünc medalına sahib oldu.

2007-ci il: Yeniyetmələr arasında Avropa çempionluğu

Cəbrayıl Həsənovun 2007-ci ildə birinci turniri iyunda Serbiyanın Belqrad şəhərində baş tutan gənclər arasında Avropa Çempionatı oldu. Keçən il turniri bürünc medalla başa vuran Cəbrayıl Həsənov bu səfər uğursuz çıxış elədi və çempionatın 11-ci pillədə başa vurdu.

Daha sonra Cəbrayıl Həsənov iyulda Polşanın Varşava şəhərində baş tutan yeniyetmələr arasında Avropa Çempionatında mübarizə apardı. Finala gedən yolda bütün rəqiblərinə qalib gələn Cəbrayıl Həsənov final görüşündə Moldova nümayəndəsi İon Gurmuzaçi üzərində qələbə qazandı və yeniyetmələr arasında Avropa Çempionatının qızıl medalına sahib oldu. Bu 17 yaşlı Cəbrayıl Həsənovun beynəlxalq turnirlərdə birinci zəfəri idi.

2007-ci ilin əsas turniri Çində baş tutan gənclər arasında Dünya Çempionatı oldu. Bu Cəbrayıl Həsənovun mübarizə apardığı birinci Dünya Çempionatı idi. Turnirin 1/16 final mərhələsində Cəbrayıl Həsənov Fransa nümayəndəsi Bencamin Bonin ilə üz-üzə gəldi. Həmin görüşdə Cəbrayıl Həsənov rəqibi üzərində 1:45 dəqiqə ərzində 12:0 hesabı ilə inamlı qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Çin nümayəndəsi Li Su oldu. Bu görüşdə Cəbrayıl Həsənov rəqibi üzərində 2:58 dəqiqə ərzində 11:2 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi Qazaxıstan nümayəndəsi Dastan Arapov oldu. Bu görüşdə də Cəbrayıl Həsənov rəqibi üzərində vaxtından əvvəl (3:11 dəqiqə) inamlı qələbə qazandı (12:2) və Dünya Çempionatını yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi gənclər arasında Dünya Çempionatının son qalibi İran nümayəndəsi Mehdi Kermani idi. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Cəbrayıl Həsənov rəqibinə 1:2 hesabı ilə məğlub oldu və mübarizəsini bürünc medal uğrunda görüşdə davam elədi. Bu görüşdə onun rəqibi Ermənistan nümayəndəsi Artur Araelyan oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan və üç hissə davam edən görüşdə Cəbrayıl Həsənov rəqibi üzərində 12:10 hesabı ilə qələbə qazandı və gənclər arasında Dünya Çempionatının bürünc medalına sahib oldu.

2007-ci ili Cəbrayıl Həsənov bir qızıl və bir bürünc medalla başa vurdu.

2008-ci il: Gənclər arasında Dünya Çempionatında final

2008-ci ildə Cəbrayıl Həsənovun birinci turniri iyunda baş tutan Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turniri oldu. 10 idmançının mübarizə apardığı turniri Cəbrayıl Həsənov 8-ci pillədə başa vurdu.

ilin birinci nüfuzlu turniri iyulda baş tutan gənclər arasında Avropa Çempionatında oldu. Cəbrayıl Həsənov həmin turnirin bürünc medalına sahib oldu.

2008-ci ilin əsas turniri isə sentyabrda İstanbul şəhərində baş tutan gənclər arasında Dünya Çempionatı oldu. Son çempionatı bürünc medalla başa vuran Cəbrayıl Həsənov bu səfər çempionluğa iddialı idi. Turnirin 1/16 final mərhələsində Cəbrayıl Həsənov CAR nümayəndəsi Peter Penar ilə üz-üzə gəldi. Həmin görüşdə Cəbrayıl Həsənov rəqibi üzərində 2:44 dəqiqə ərzində 8:0 hesabı ilə inamlı qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Özbəkistan nümayəndəsi İxtiyar Novruzov oldu. Bu görüşdə Cəbrayıl Həsənov rəqibi üzərində 3:30 dəqiqə ərzində 16:4 hesabı ilə qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi Cənubi Koreya nümayəndəsi Yun-Çul Kim oldu. Bu görüşdə Cəbrayıl Həsənov rəqibi üzərində 10:2 hesabı ilə qələbə qazandı və Dünya Çempionatını yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Moldova nümayəndəsi Yevgeni Nedealço idi. Bu görüşdə Cəbrayıl Həsənov rəqibi üzərində 10:1 hesabı ilə qələbə qazandı və turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Rusiya nümayəndəsi Məhəmmədmurad Hacıyev oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan və üç hissə davam edən görüşdə Cəbrayıl Həsənov rəqibinə 2:8 hesabı ilə məğlub oldu və gənclər arasında Dünya Çempionatının gümüş medalına sahib oldu.

Cəbrayıl Həsənov 2008-ci ili bir gümüş və bir bürünc medalla başa vurdu.

2009-cu il: Avropa Çempionatında gümüş

Cəbrayıl Həsənovun 2009-cu ildə birinci turniri 31 mart-5 apreldə Litvanın Vilnüs şəhəridə baş tutan Avropa Çempionatında mübarizə apardı. Bu Cəbrayıl Həsənovun Avropa Çempionatlarında debütü idi. Turnirin 1/8 final mərhələsində Cəbrayıl Həsənov Litva nümayəndəsi Vitalijus Tavgenas ilə üz-üzə gəldi. Həmin görüşdə Cəbrayıl Həsənov rəqibi üzərində inamlı qələbə qazandı (6:0, 6:0) və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Macarıstan nümayəndəsi Gergoe Voeller oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Cəbrayıl Həsənov rəqibinə qalib gəldi (2:0, 1:4, 1:0) və Avropa Çempionatının yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Gürcüstan nümayəndəsi Malxaz Muziaşvili oldu. Bu görüşdə Cəbrayıl Həsənov rəqibi üzərində inamlı qələbə qazandı (1:0, 6:0) və Avropa Çempionatının final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Ukrayna nümayəndəsi Andrey Stadnik oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə Cəbrayıl Həsənov birinci hissədə rəqibinə 2:1 hesabı ilə qalib gəlsə də, növbəti hissədə rəqibinə məğlub oldu (4:6). Həlledici hissədə də Cəbrayıl Həsənov rəqibinə məğlub oldu (1:4) və Avropa Çempionatının gümüş medalına sahib oldu.

Daha sonra Cəbrayıl Həsənov avqustda İstanbul şəhərində baş tutan gənclər arasında Dünya Çempionatı oldu. 2 il əvvəl çempionatı bürünc, ötən il isə gümüş medalla başa vuran Cəbrayıl Həsənov bu səfər çempionluğa iddialı idi. Turnirin 1/16 final mərhələsində Cəbrayıl Həsənov Litva nümayəndəsi Alesandrs Pomjalovs ilə üz-üzə gəldi. Həmin görüşdə Cəbrayıl Həsənov rəqibi üzərində 2:18 dəqiqə ərzində 14:4 hesabı ilə inamlı qələbə qazandı və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Hindistan nümayəndəsi Kuldep Tomar oldu. Bu görüşdə rəqib zədə səbəbilə çıxış eləmədi və Cəbrayıl Həsənov rəqibi üzərində qələbə qazanaraq turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi Belarus nümayəndəsi Anton Afanasyev oldu. Bu görüşdə Cəbrayıl Həsənov rəqibi üzərində 1:08 dəqiqə ərzində 10:0 hesabı ilə qələbə qazandı və Dünya Çempionatını yarım-final mərhələsinə adladı. Finala gedən yolda onun rəqibi Almaniya nümayəndəsi Saba Araş Bolaği idi. Bu görüşdə Cəbrayıl Həsənov rəqibi üzərində 14:4 hesabı ilə qələbə qazandı və turnirin final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Rusiya nümayəndəsi David Safaryan oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan və üç hissə davam edən görüşdə Cəbrayıl Həsənov rəqibi üzərində 14:8 hesabı ilə qələbə qazandı və gənclər arasında Dünya Çempionatının qalibi oldu.

2009-cu ilin əsas turniri 20–28 sentyabrda Herninq şəhərində baş tutan Dünya Çempionatı oldu. Turnirin 1/16 final mərhələsində Cəbrayıl Həsənov Vyetnam nümayəndəsi Byu Tuan-An ilə üz-üzə gəldi. Həmin görüşdə Cəbrayıl Həsənov rəqibi üzərində inamlı qələbə qazandı (7:1, 7:0) və turnirin 1/8 final mərhələsinə adladı. Bu mərhələdə onun rəqibi Kuba nümayəndəsi Qeandri Qarzon oldu. Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci hissəsində Cəbrayıl Həsənov rəqibinə 4:0 hesabı ilə qalib gəlsə də, növbəti hissədə Qeandri Qarzon 4:0 hesabı ilə qalib gəldi. Həlledici hissədə isə Cəbrayıl Həsənov rəqibi üzərində qələbə qazandı və turnirin 1/4 final mərhələsinə adladı. Bu mərhələdə isə onun rəqibi son olimpiadanın bürünc medalçısı Hindistan nümayəndəsi Suşil Kunar oldu. Görüşün birinci hissəsində Cəbrayıl Həsənov rəqibi üzərində 4:0 hesabı ilə qələbə qazansa da, növbəti hissədə rəqibinə "tuş"la məğlub oldu. Rəqibi final görüşünə vəsiqə qazanmadığına görə Cəbrayıl Həsənov təsəlliverici qrupda mübarizə apara bilmədi və Dünya Çempionatını yeddinci pillədə başa vurdu.

Cəbrayıl Həsənov 2009-cu ili bir qızıl və bir gümüş medalla başa vurdu.

Nəticələri

Karyerası ərzində

Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
1
2005
Yeniyetmələrin Avropa Çempionatı Albaniya Albaniya
3.
2
2006
Gənclərin Avropa Çempionatı Macarıstan Macarıstan
3.
3
2007
Gənclərin Avropa Çempionatı Serbiya Serbiya
11.
4
2007
Yeniyetmələrin Avropa Çempionatı Polşa Polşa
1.
5
2007
Gənclərin Dünya Çempionatı Çin Çin
3.
6
2008
Qızıl Qran-Pri Azərbaycan Azərbaycan
8.
7
2008
Gənclərin Avropa Çempionatı Slovakiya Slovakiya
3.
8
2008
Gənclərin Dünya Çempionatı Türkiyə Türkiyə
2.
9
2009
Avropa Çempionatı Litva Litva
2.
10
2009
Gənclərin Dünya Çempionatı Türkiyə Türkiyə
1.
11
2009
Dünya Çempionatı Danimarka Danimarka
7.

Karyera

XXX Yay Olimpiya Oyunları

I Avropa Oyunları

2015-ci ilin iyun ayında Cəbrayıl Həsənov Bakı şəhərində keçirilən I Avropa Oyunlarında iştirak etdi. O, yarışlardan əvvəl demişdi: "Gələn ay Minskdə Belarusiyanın məşhur güləşçisi Aleksandr Medvedin şərəfinə keçiriləcək ənənəvi beynəlxalq turnirdə iştirak edəcəm. Sonra apreldə milli komandanın heyətində ABŞ-IN Los-Anceles şəhərində təşkil edilən Dünya Kubokuna qatılacam. Təbii ki. Bu il əsas gücümü I Avropa Oyunlarına qoyacam. Məqsədim doğma divarlar arasında yüksək səviyyədə çıxış etməkdir".[1] Heydər Əliyev adına İdman Arenasında mübarizəyə başlayan idmançı, 1/8 finalda macar Mihali Naqi üzərində 10:0 əzmkar qələbə qazandı.[2] Yarım-finala gedən yolda isə o, türkiyəli Söner Demirtaşa 5:3 hesabı ilə məğlub oldu.[2] Rəqibinin finala yüksəlməsi ilə təsəlliverici görüşdə mübarizə aparan Cəbrayıl, Finlandiya idmançısı Henri Seleniusu 11:0 təmiz qələbə ilə mübarizədən kənarlaşdırdı.[2] Həlledici görüşdə onun rəqibi Bolqarıstan pəhləvanı Kril Terziev oldu.[2] Bolqar güləşçisini 9:0 hesabı ilə məğlub edən güləşçi, Avropa Oyunlarının bürünc medalını qazandı.[2][3] Bununla o, Azərbaycan yığmasına 21-ci medalı qazandırdı. Güləşçiyə bürünc medalı mükafatlandırma mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev təqdim etdi. Yarışdan sonra Azad Azərbaycan Televiziyasına verdiyi müsahibədə bu cür bildirmişdi: "Nə qədər çalışsam da, finala çıxa bilmədimsə, deməli qismətimdə üçüncü olmaq imiş. Bu dəfə alınmasa da, inşallah gələn yarışlarda alınar. Əlbəttə, hamı istəyir ki, birinci olsun, amma istək kifayət etmir".[4] Digər müsahibədə onun ifadələri: "2015 Avropa Oyunları Azərbaycanda keçirildiyindən biz ikiqat məsuliyyət daşıyırdıq. Çox yaxşı hazırlaşmışdıq. Ona görə də nəticə daha yaxşı ola bilərdi. Çalışacağıq ki, səhvlərimizdən nəticə çıxardaq".[5]

Yarışlar bitdikdən sonra, iyunun 29-u prezident İlham Əliyev, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq, 1299 nömrəli sərəncamına əsasən Cəbrayıl Həsənovu "Bakı-2015" Avropa Oyunlarında qazandığı bürünc medala görə "Tərəqqi" medalı ilə təltif etdi.[6][7] Ona, həm də prezidentin müvafiq sərəncamı ilə 50 000 manat pul məbləği verildi.[8]

Həsənov I Avropa oyunlarından sonra ABŞ-nin Las-Veqas şəhərində keçirilən 2015 Dünya Çempionatında və paytaxt Bakı şəhərində baş tutan "Qızıl Qran-Pri" turnirində mübarizə apardı.[9] Noyabrın 27-də gerçəkləşən "Qızıl Qran-Pri" turnirinin ilk günündə 74 kiloqram çəkinin görüşündə o, İran güləşçisi Mostafa Hosseinxani məğlubiyyətə uğratdı.[9] 1/4 final mərhələsində Amerika nümayəndəsi Entoniya Valensiyanı məğlub edən Həsənov, yarım-finalda türkiyəli Soner Dəmirtaşı üzərində qələbə sevincini yaşayaraq finala üz tutdu.[9] Finalda isə Rusiya pəhləvanı Xetik Tçabalovu 8:1 hesabı ilə mübarizədən kənarlaşdırdı.[9] Beləliklə, Cəbrayıl Həsənov fəxri kürsüsünün ən yüksək pilləsinə qalxdı.[9] O, karyerası ərzində 4-cü dəfə olaraq "Qızıl Qran-Pri" turnirinin qalibi oldu.[10] Həsənov Las-Veqasda uğursuz çıxış etdi. Təcrübəli güləşçi ilk görüşü asanlıqla keçsə də, növbəti mərhələdə ötən il Avropa Çempionatının finalında məğlub olduğu rusiyalı Anuar Qeduyevlə bacarmadı. Qeduyevin yarım-finalda ev sahibi Barrioza məğlub olması Həsənovun lisenziyasının üzərindən xətt çəkdi.

XXXI Yay Olimpiya Oyunları

Cəbrayıl Həsənov 15 aprel 2016-cı ildə Serbiyanın Zrenyanin şəhərində 2016 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli "Avropa Olimpiya Təsnifat" turnirində mübarizə apardı. Güləşçi finala vəsiqə qazanacaq halda XXXI Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcəkdi.[11] O, 1/8 finalda moldovalı Aleksandru Burcanı məğlubiyyətə uğratdı və 1/4 final mərhələsinə adladı. Bu dəfə o, Polşa nümayəndəsi Kristian Brzozovski ilə üz-üzə gəldi. 1 dəqiqə 46 saniyə davam edən görüşdə Həsənov tam üstünlüklə qələbə qazandı. Yarımfinaldakı erməni rəqibi Suren Xaçatryanı 51 saniyə ərzində məğlub edən güləşçi turnirin finalına yüksəldi və Rio-de-Janeyro Olimpiadasına vəsiqəni təmin etdi. Bu Azərbaycan güləşçilərinin Olimpiya Oyunlarına qazandığı 12-ci lisenziya oldu.[12] Avropa təsnifat turnirinin finalında o, Gürcüstan təmsilçisi Jakob Maxaraşvili ilə qarşılaşdı. Güləşçi final görüşünü də qələbə ilə başa vurdu və təsnifat turnirinin qızıl medalına sahib oldu.[13] Keçirdiyi bütün görüşləri aşkar üstünlüklə tamamlayan Cəbrayıl Həsənov, rəqiblərindən 42 xal alsa da, heç bir rəqibinə xal vermədi.[14]

2016-cı ilin avqustunda Cəbrayıl Həsənov özünün ikinci Yay Olimpiya Oyunlarına qatıldı. O, Braziliyanın Rio-de-Janeyro keçirilən XXXI Yay Olimpiya Oyunlarında qüvvəsini sınadı. 18 iyul tarixində XXXI Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan nümayəndə heyətinin rəsmi yolasalma mərasimi keçirildi.[15][16] 1 avqust tarixində Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan yığmasının rəsmi yolasalma mərasimindən sonra, Həsənov Braziliyaya yola düşdü.

74 kiloqram çəki dərəcəsində yarışan Cəbrayıl Həsənov, avqustun 19-u mübarizəyə 1/8 finaldan başladı. O, bu mərhələdə kolumbiyalı güləşçi Karlos İzquierdo ilə qarşılaşdı. 10:0 hesabı ilə Həsənov rəqibini ilk mərhələdəcə məğlub etdi.[17][18] Növbəti mərhələdə o, Gürcüstan güləşçisi Yakob Makaraşvilini 11:0 tam üstünlüklə məğlub edərək görüşün qalibi oldu.[19][20] Yarım-final mərhələsində rusiyalı Aniuar Qeduyevdən 4:0 öndə olsa da, Qeduyevin tətbiq etdiyi fənd nəticəsində gedişat 5:4 dəyişdi və Həsənov məğlub oldu.[21] Güləşçinin sözlərinə görə yarım-final rəqibi çox güclü olub. Qeduyev finala vəsiqə qazandığı üçün, Cəbrayıl Həsənov təsəlliverici qrupda mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Həsənov Özbəkistan pəhləvanı Bekzod Abdurahmanovla üz-üzə gəldi. Görüş Həsənovun qələbəsi ilə başa çatdı, 9:7.[22] Bununla Cəbrayıl Həsənov XXXI Yay Olimpiya Oyunlarının bürünc medalını əldə etdi.[23][24]

XXX Yay Olimpiya Oyunlarında qazandığı yüksək nailiyyətinə, habelə Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən Həsənov Cəbrayıl İlham oğlu, "Azərbaycan Respublikası Prezidentinin" fəxri diplomuna layiq görüldü.[25] Həsənova həmçinin dövlət başçısının müvafiq sərəncamına uyğun olaraq 150 000 manat pul məbləği verildi. Güləşçi "Buta Sarayında" təşkil edilən mərasimdə Gənclər və İdman nazirliyinin hər ilin sonunda təqdim etdiyi "İlin ən yaxşıları" nominasiyasında fəxri diplomla təltif olundu.[26][27]

Uğurları

Həmçinin bax

İstinadlar

  1. "Cəbrayıl Həsənov: «Bu il əsas məqsədim Avropa Oyunlarında uğurlu çıxış etməkdir»" (az.)). allsport.az. 22 fevral 2015. 2018-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2018.
  2. 1 2 3 4 5 "Güləşçimiz Cəbrayıl Həsənov Avropa Oyunlarının bürünc medalını qazandı" (az.)). az.trend.az. 17 iyun 2015. 6 sentyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2018.
  3. 525-ci qəzet. "Cəbrayıl Həsənov Avropa Oyunlarının bürünc medalını qazanıb" (az.)). 525.az. 18 iyun 2015. 6 sentyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2018.
  4. Vüqar Vüqarlı. "Cəbrayıl Həsənov: - "Qismətimdə üçüncü olmaq imiş"" (az.)). www.atv.az. 18 iyun 2015. 6 sentyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2018.
  5. Şamil Əlilbəyli. "Cəbrayıl Həsənov: "Avropa Oyunları Olimpiya Oyunlarından geri qalmır"" (az.)). report.az. 18 iyun 2015. 6 sentyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2018.
  6. Azərbaycan Respublikasının Prezidentinin rəsmi saytı. "I Avropa Oyunları qaliblərinin və Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.)). president.az. 29 iyun 2015. 22 iyul 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2018.
  7. E.qanun.az. "I Avropa Oyunları qaliblərinin və Azərbaycan idmanının inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 1299 nömrəli Sərəncamı" (az.)). www.e-qanun.az. 29 iyun 2015. 3 iyun 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2018.
  8. "I Avropa Oyunlarında medal qazanan Azərbaycan idmançılarına veriləcək pul mükafatının məbləği açıqlanıb - SİYAHI" (az.)). report.az. 9 iyun 2015. 6 sentyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2018.
  9. 1 2 3 4 5 "27 noyabr 2015-ci ildə Bakı şəhərində baş tutmuş "Qızıl Qran-Pri" turnirinin nəticələri" (az.)). www.iat.uni-leipzig.de. 27 noyabr 2015. 6 sentyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2018.
  10. "Güləşçilərimiz "Qızıl Qran-pri" turnirində 11 medal qazandılar - FOTO" (az.)). oxu.az. 28 noyabr 2015. 6 sentyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 sentyabr 2018.
  11. Sport Department. ""Rio-2016"ya lisenziya xarakterli Avropa Olimpiya Təsnifat Turnirinə yollanacaq sərbəst güləşçilər açıqlanıb" (az.)). report.az. 2 aprel 2016. 4 sentyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2018.
  12. "Cəbrayıl Həsənov qızıl medal qazandı" (az.)). qol.az. 17 aprel 2016. 4 sentyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2018.
  13. "Cəbrayıl Həsənov qarşısıalınmaz oldu" (az.)). goal.az. 17 aprel 2016. 4 sentyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2018.
  14. "Həsənov Avropa təsnifat turnirində qızıl medal və Rioya vəsiqə qazandı" (az.)). www.azerisport.com. 16 aprel 2016. 4 sentyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2018.
  15. Azərbaycan Respublikasının Prezidentinin rəsmi saytı. "İlham Əliyev XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin yolasalma mərasimində iştirak edib" (az.)). president.az. 18 iyul 2016. 25 iyul 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2018.
  16. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "İlham Əliyev, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutacaq XXXI Yay Olimpiya Oyunları və XV Yay Paralimpiya Oyunlarına qatılacaq Azərbaycan nümayəndə heyətinin yolasalma mərasiminə qatılıb" (az.)). azertag.az. 18 iyul 2016. 2017-09-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2018.
  17. "Cəbrayıl Həsənov Rioda qələbə ilə başladı" (az.)). www.azerbaycan24.com. 19 avqust 2016. 4 sentyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2018.
  18. "Cəbrayıl Həsənov 1/4 finalda" (az.)). www.olimpsport.az. 18 avqust 2016. 4 sentyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2018.
  19. ""Rio-2016": Hacı Əliyev uduzdu, Cəbrayıl Həsənov yarımfinalda!" (az.)). www.goal.az. 19 avqust 2016. 4 sentyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2018.
  20. "Rio-2016: Hacı Əliyev uduzdu, Cəbrayıl Həsənov yarımfinalda" (az.)). www.ekspress.az. 19 avqust 2016. 4 sentyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2018.
  21. "Rio-2016: Cəbrayıl Həsənov bürünc üçün mübarizə aparacaq" (az.)). 7news.az. 19 avqust 2016. 4 sentyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2018.
  22. "Rio-2016: Cəbrayıl Həsənov bürünc medal qazandı" (az.)). az.trend.az. 20 avqust 2016. 4 sentyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2018.
  23. Murad Fərzəliyev. "Cəbrayıl Həsənov bürünc medal qazandı" (az.)). sputnik.az. 20 avqust 2016. 4 sentyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2018.
  24. "Cəbrayıl Həsənov bürünc medal qazandı" (az.)). news.milli.az. 20 avqust 2016. 4 sentyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2018.
  25. Azərbaycan Respublikası Prezidentinin rəsmi saytı. "XXXI Yay Olimpiya Oyunları qaliblərinin və Azərbaycan idmanının inkişafında xidmətləri olan şəxslərin "Azərbaycan Respublikası Prezidentinin" Fəxri diplomu ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2292 nömrəli Sərəncamı" (az.)). www.president.az. 1 sentyabr 2016. 3 iyul 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2018.
  26. "İdmanda ilin ən yaxşıları müəyyənləşdi" (az.)). avropa.info. 26 dekabr 2016. 4 sentyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2018.
  27. "İdman sahəsində ilin ən yaxşıları məlum oldu – SİYAHI" (az.)). azpolitika.info. 26 dekabr 2016. 4 sentyabr 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 sentyabr 2018.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!