Xaybula Musalov (4 dekabr 1990; Qunib rayonu, Dağıstan MSSR) — Azərbaycanı təmsil edən boksçu.
Həyatı
Xaybula Ənvərbəyoviç Musalov 1990-cı il dekabrın 4-də Rusiyanın Qunib rayonunda anadan olub.
Karyerası
Xaybula Musalov 2015-ci ilin 12-28 iyununda baş tutan I Avropa Oyunlarında mübarizə apardı. Turnirin 1/8 final mərhələsində Fransa nümayəndəsi Kristian M'Billiyə (3:0), 1/4 final mərhələsində Belarus təmsilçisi Vitali Bandarenhaya (3:0), 1/2 final mərhələsində isə Macarıstan nümayəndəsi Zoltan Harcsaya (3:0) qalib gələn Xaybula Musalov, final görüşündə İrlandiya təmsilçisi Mixael O'Reilli ilə üz-üzə gəldi. Həlledici görüşdə Xaybula Musalov rəqibinə 0:3 hesabı ilə məğlub oldu və I Avropa Oyunlarının gümüş medalına sahib oldu.[1]
Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Xaybula Ənvərbəyoviç Musalov "Tərəqqi" medalı ilə təltif edildi.[2]
Uğurları
Sıra
|
İl
|
Yarış
|
Ev sahibi
|
Nəticə
|
1
|
2015
|
Avropa Oyunları
|
Azərbaycan
|
2.
|
İstinadlar