Malik Həsənov (30 aprel 1998[1]) — Azərbaycanı təmsil edən boksçu.
Malik Həsənov 2023-cü ildə Azərbaycan Çempionatını gümüş medalla başa vurdu. Həmin il Avropa Oyunları və Dünya Çempionatında mübarizə aparsa da, medala sahib ola bilmədi.
2024-cü ilin aprelində Serbiyanın Belqrad şəhərində baş tutan Avropa Çempionatını bürünc medalla başa vurdu.
Malik Həsənov 2024-cü ilin may-iyununda Tailandda baş tutan 2-ci Dünya Olimpiya Təsnifat Turnirinin nəticələrinə əsasən lisenziyaya sahib oldu.[2][3]