Xıçaso Astara rayonunun Kijoba qəsəbə inzibati ərazi vahidində kənd. Təngərud çayının sahilində, Lənkəran ovalığındadır. Yerli əhalinin dilində Xıçəso kimi tələffüz edilir. Oykonimi Talış dilindəki xıç (armud), -ə (bitişdirici sait) və sə (həyət) komponentlərinin birləşməsindən ibarət "armudluq", "armud bağı" və ya xıçə (budaq) və sə (baş) komponentlərindən ibarət "budaq başı" mənasını bildirən soz kimi izah edirlər.[2]
Etimologiyası
Yaşayış məntəqəsinin düzgün adı Xıçəsə olmalıdır. Oykonimin tərkibindəki xıç talış dilində "cır armud", "ə" bitişdirici sait və "sə" "həyat", "yaşayış yeri" topoformantından ibarətdir (Cır armudlu kəndi).[3]