Kamlakan Astara rayonunun Hamoşam inzibati ərazi vahidində kənd. Hamoşam çayı sahilində, dağətəyi ərazidədir. Yerli əhalinin məlumatına görə, oykonim Kamalakəon adının təhrif formasıdır. Kamal (ŞƏRQa.) və Talış dilindəki kəon (evlər) komponentlərindən düzəlmiş bu toponim "Kamala məxsus evlər" mənasındadır. Tədqiqatçılara görə, kəmləkan Talış dilində "böyürdə salınmış evlər, azlıqda qalan evlər" mənasındadır.[2]
Etimologiyası
Oykonim Kamal şəxs adı, "a" birləşdirici sait və talış dilindəki kəon "evlər" sözlərindən ibarətdir. Digər mənası tərkibindəki kəm "azlıqda qalan", "lə" birləşdirici sait, kan isə "kənd", "məskən yeri" mənasındadır.[3]