Lənkəran ovalığının Talış dağlarına qovuşduğu yerdədir. Əvvəllər burada eyniadlı kənd olmuş, sonralar subtropik bitkilər sovxozu salındıqdan və çay fabriki tikildikdən sonra kənd qəsəbəyə çevrilmışdır. Oykonimi Talış dilindəki kijə (cücə) və oba komponentlərindən düzəlmiş, "cücə obası" və ya kijə (quş) və bə (qapı) sözlərindən düzəlmiş "quş damı" mənası ilə bağlayırlar. Bu oykonimi Kijə ləqəbli tarixi Şəxsiyyətin adı ilə də əlaqələndirirlər.[3]
Adın mənşəyi və tarixi
Astara r. Yaşayış məntəqəsi adı talış dilindəki kijə "toyuq", "quş" və oba "kənd" komponentlərindən ibarətdir. Qəsəbə sakinlərinin dediklərinə görə isə adın əsas mənası "Quş qapısı" deməkdir.[mənbə göstərin]
Mədəniyyəti
Orta, səkkizillik və ibtidai məktəblər, 4 klub, 3 kitabxana, 3 kinoqurğu, xəstəxana, uşaq bağçası və rabitə şöbəsi var.
Coğrafiyası və iqlimi
Rayon mərkəzindən 14 km şimal qərbdə, Ələt-Astara şosesindən 6 km qərbdə, Lənkəran ovalığındadır.
Əhalisi
Talışlar və azərbaycanlılardan ibarətdir.
İqtisadiyyatı
Əsasən əkinçiliklə məşğul olurlar. Əhalinin əsas becərdiyi sitrus meyvələrindən olan limon, naringi, portağal, düyü və feyxoa bitkiləri qəsəbənin iqtisadiyyatını əsasını təşkil etmişdir. Bu səbəbdən bazar iqtisadiyyatı geniş yayılmışdır.