Kokolos Astara rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Kokalos variantında da qeydə alınmışdır. Kəndi XIX əsrdə Lənkəran qəzasının Butasar kənd icmasına məxsus bir neçə ailə daimi yaşayış məntəqəsinə çevirmişdir. Oykonimin koko/koka ("vəhşi", "qəzəbli, quduz") və los/lus (Talış. "çölpiŞiyi") sözlərindən ibarət olub, "vəhşi çöl pişiyi" mənasını bildirdiyi güman edilir. Bəzi mənbələrdə isə bu ad evlər yığnı mənasını verir. Yəqin ki, kəndin ərazisində vaxtilə bu heyvanlar qorunduğu üçün ərazi belə adlandırılmışdır.[3] Kənddə bir məktəb, bir mədəniyyət evi və bir məsçid vardır.
Bu kəndin adı rəsmi qeydiyyatda "Kakalos" kimi göstərilir. "Kakalos" sözünün mənası talış dilindən götürülmüş "kə"-ev,"los"-yığım, yəni evlər yığımı deməkdir. Bəzi tarixi mənbələrdə isə kəndin adını Keykavus xanın kənddə düşərgə quraraq bir müddət yaşaması ilə əlaqələndirirlər.[mənbə göstərin]
Kakalos kəndində yaşayanların əksəriyyəti ticarət, əkinçilik, maldarlıq və incəsənət işləri ilə məşğuldur. Belə ki, 2016-cı il 1 dekabr tarixinə olan məlumata görə, kənddə 663 hektar pay torpağı sahəsinin 435 hektarında əkin aparılmışdır. Ötən mövsümdə ərazidə 6 hektarda çəltik, 30 hektarda dənli bitkilər, 60 hektarda kələm və digər tərəvəz əkinləri keçirilmişdir.[4] 1964-cü ildə yaradılmış "Əvəsor" folklor Xalq kollektivi bu günədək fəaliyyət göstərir, Respublika və eyni zamanda beynəlxalq tədbirlərdə iştirak edir.
Məktəb
Məktəb Astara rayonun Kakalos kəndində yerləşir. 1979-cu ildə tikilib, istifadəyə verilmişdir. 2010-cu ildə əsaslı təmir olunaraq[5] yenidən pedaqoji kollektivin istifadəsinə verilmişdir. Hazırda kənddə yerləşən C. Cabbarlı adına tam orta məktəbdə 348 şagird təhsil alır. Pedaqoji heyət 49 müəllimdən ibarətdir. Dərslər Azərbaycan dilində aparılır.[6]
Mədəniyyət evi
Kənddə yerləşən mədəniyyət evi fəaliyyətinə görə rayon ərazisində ən aktivdir. Bunu dövlət tədbirlərində iştirakına, arxiv nümunələrinin və sair tarixi eksponatların qorunub saxlanılmasına,[7] folklor tərkibinin daim yenilənərək unudulmamasına görə[8] demək olar.