Klınbi Astara rayonunun HamoŞam inzibati ərazi vahidində kənd. Peştəsər silsiləsinin ətəyindədir. Belə güman edilir ki, oykonimin əsli Qılınbi olmuşdur. Oykonim talış dilindəki qılın (sıx) və bi (heyva) sözlərindən düzəlib, "heyvalıq, heyva ağaclarının sıx olduğu yer" mənasındadır. Yaşayış məntəqəsi heyva ağaclarının cox olduğu ərazidə salındığı üçün belə adlandırılmışdır. Oykonimi
"kol dibi", "kol-kosdan kənar yer" mənalarında da izah edirlər.[2]
Etimologiyası
Talış dilində"qılın" (azərb. sıx) və "bi" (azərb. heyva) sözlərindəndir. Kəndin düzgün adı Qilınbi olmalıdır. (Heyvalı kənd).[3]