Giləşə Astara rayonunun Siyaku inzibati ərazi vahidində kənd. Lənkəran ovalığındadır. Oykonimin Azərbaycan dilindəki küləş sözünun Talışca "saman, samanlıq" mənasını verən giləşə variantında olması ehtimal edilir. Yerli əhalinin məlumatına görə, yaşayış məntəqəsi xırman olan sahədə, samanlıqda salındığı üçün belə adlandırılmışdır. Ərazidəki evlərin tikilməsində saman qarışdırılmış gil kərpiclərdən istifadə olunur. Başqa bir fikrə görə, oykonim Niləvişə adının təhrif forması olub, "nil meşəsi" mənasındadır.[2]
Etimologiyası
Giləşə Küləş sözünün təhrif formasıdır. Coğrafi ad Azərbaycan dilindəki küləş sözü və kənd termininin birləşməsindən yaranmışdır.[3]