Sıçanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talın rayonunda kənd.[2]
Rayon mərkəzindən 25 km şərqdə, Alagöz dağının cənub-qerbində Qafqazın 5verstlik xəritəsində[3] qeyd edilmişdir.
Toponim oğuzlarin beydilli tayfasından olan sincan[4] etnoniminə[5] mənsubluq bildirən -lı şəkilçisinin qoşulması yolu ilə əmələ gəlmişdir Etnotoponimdir. Quruluşca düzəltmə toponimidir.
Erm. SSR AS RH-nin 3 l 1925-ci fərmanı ilə adı dəyişdirilib Avtona qoyulmuşdur.