Qurudərə — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Dəyirmandağ kənd inzibati ərazi dairəsində kənd.[2] Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Gədəbəy rayonunun Gərgər kənd Sovetinin Qurudərə kəndi Dəyirmandağ kənd Sovetinin tərkibinə verilmişdir.[3]
Kənd Kiçik Qafqaz dağlarının ətəyində, dağlıq ərazidə yerləşir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 866 nəfər əhali yaşayır.[4]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.