Arıqdam — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Arıqdam kənd inzibati ərazi dairəsində kənd.[1]
Toponimikası
Gədəbəy çayının (Şəmkir çayının qolu) sol sahilindən bir qədər aralı, Şəkərbəy dağının ətəyindədir. Kənd XVIII əsrin axırlarında yaranmışdır. Hazırda həmin rayonun Hacılar kəndinin bir hissəsi də Arıqpəyə adlanır. Xalq etimologiyasına görə, toponim Arıq Alı adlı şəxsin adı ilə bağlıdır. Qədim türk dillərində arık/erik "kanal, arx, su hövzəsi", dam "mal saxlanan yer, yaşayış yeri" mənalarını ifadə edir. Oykonim "su, çay sahilində yaşayış yeri" kimi izah olunur. Gürcüstan ərazisində Arıxdam, Qazaxıstanda Arıkbalık yer adları da mövcuddur.[2]
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 2653 nəfər əhali yaşayır.[3]
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Həmçinin bax
Xarici keçidlər
İstinadlar
|
---|
Şəhərlər | | |
---|
Kəndlər | |
---|
Ləğv olunmuş kəndlər | |
---|