Samanlıq

Samanlıq
40°44′ şm. e. 45°47′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.359 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Samanlıq xəritədə
Samanlıq
Samanlıq

SamanlıqAzərbaycan Respublikasının Gədəbəy rayonunun Samanlıq kənd inzibati ərazi dairəsində kənd.[1]

Tarixi

Samanlıq kəndi Qoşabulaq bələdiyyəsinə daxildir. Mis çayının hər iki sahilində,Çobandagın ətəyində yerləşən Samanlıq kəndi Kiçik Qafqaz daglarının yamac tipli kənd formasında salınan yaşayış məntəqələrindəndir.Kəndin ərazisində Qalaca deyilən yerdə aşkar olunan qəbirlər və yaşayış yerlərinin qalıqları sübut edirki bu kənd ərazisi Xocalı Gədəbəy (Son Tunc və Erkən Dəmir dövrü) mədəniyyətinin dövrünə aiddir.Samanlıq kəndi Azərbaycan Xalq Cümhuriyyətinin zamanında 1918-1920 ci illər Gəncə qəzasının Qazax nahiyəsinə aid edilmişdir.1930 cu ildə rayonlar təzədən qurulanda Samanlıq kəndi Tovuz rayonuna verilib.1961 ci ildə Tovuz rayonuna uzaq olduğuna görə, 26 km Gədəbəylə məsafəsinə görə Gədəbəyə verilmişdir.Bu işi o zamankı kolxoz sədri Sadiqov Əsəd kişi Moskovaya rəsmi məktub yazaraq etmişdir.Kəndin ətraf yerlərində olan yer adları Türk ad sisteminə aid olan coğrafi toponimlərdir.Kəndin Şəmkir tərəfində Qazaxlar arxacı,Geriyan meşə,Ortalı təpə,Tovuz tərəfində Qabaqyal dağı,Qaryağdı,şərq hissəsində Düyərli,Qaranlıq,Dikdaş,Zağa dərəsi,Qələmkər kişinin yurdu,Səfərvurulan,Atxalxalı və.s yer adları bu gündə camaat tərəfindən işlədilir. Bələdiyyə sədri Ələkbərov Rasim Şamil oğludur[2].

Toponimikası

Samanlıq oyk. Çoban dağının ətəyindədir. Yaşayış məntəqəsini XIX əsrin axırlarında Tovuz r-nunun Alakol kəndindən köçmüş ailələr Samanlıq adlanan keçmiş yurd yerində salmışlar. Gəncə xanlığının Zülqədər tayfasının Zəyəm mahalının yaylaq yeri kimi istifadə olunmuşdur.Allahyar Bəy Zülqədərli bu zonanın yani Xınna dərəsinin bəyi kimi Samanlıq kəndinidə idarə etmişdir.Yerli əhalinin məlumatına görə, XIX əsrin ortalarına qədər bu ərazi Alakol kəndinin əkin sahəsi olmuşdur. Sonralar bu ərazi qışlaq, binə, daha sonra isə yaşayış məntəqəsinə çevrildi. Ərazinin köhnə adı kəndə verilmişdir.[3]

Mədəniyyəti

Gədəbəy Poçt Filialının Samanlıq kənd poçt şöbəsi Samanlıq kəndində yerləşir[4]. 180 şagird yerlik Samanlıq kənd orta məktəbi fəaliyyət göstərir. Kənd mərkəzi kitabxanası da daim fəaliyyətdədir. 2020-ci il Vətən savaşında bu kənd sakinləri savaşda iştirak etmişdir.[5].

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 905 nəfər əhali yaşayır.Əhalinin hamısı Azərbaycan türkləridir.Yerli Türk boylarına aiddir.Kənd əhalisinin 50% çoxu Bakı şəhərində sonralar məskunlaşmışdır.GəncəŞəmkir şəhərlərindədə bu kənddən çox sayda əhali yaşayır.[6]

İqtisadiyyatı

  • Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.Kəndin ərazisində bütün evlərdə içməli su var.Kənd ərazisi mavi qazla təmin edilib.Kəndin mərkəzi hissəsində məşhur Narzan adlı miniral su var.Turizm üçün maraqlı yerdir.

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Bələdiyyələr". 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-31.
  3. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  4. "Azərpoçt". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-31.
  5. "Gədəbəydə quruculuq və abadlıq böyük vüsət alıb". 2014-07-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-31.
  6. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!