Bu adın digər istifadə formaları üçün bax:
Dikdaş.
Qızıltorpaq (əvvəlki adı: Dikdaş) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Qaraməmmədli kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 25 oktyabr 2011-ci il tarixli, 223-IVQ saylı Qərarı ilə Gədəbəy rayonunun Qaraməmmədli kənd inzibati ərazi dairəsi tərkibindəki Dikdaş kəndi Qızıltorpaq kəndi adlandırılmışdır.[2]
Toponimikası
Kəndin əhalisinin Qazax rayonunun Dağ Kəsəmən kəndindən və Ağstafa rayonundan gəlib burada məskunlaşması haqqında məlumat var. Kənd öz adını ərazidəki eyniadlı dağdan almış və Dikdaş adlandırılmışdır.[3] 25 oktyabr 2011-ci ildən kəndin Qızıltorpaq kimi təsdiq olunmuşdur.
Coğrafiyası və iqlimi
Kənd Şahdağ silsiləsinin ətəyində yerləşir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 510 nəfər əhali yaşayır.[4]
İqtisadiyyatı
Kənd əhalisinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
İstinadlar
Həmçinin bax
|
---|
Şəhərlər | | |
---|
Kəndlər | |
---|
Ləğv olunmuş kəndlər | |
---|