Məmmədcəfərli — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Qaravəlilər kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 954-IIQ saylı Qərarı ilə Gədəbəy rayonunun Məmmədcəfərli kəndi Hacılar kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Qaravəlilər kəndi mərkəz olmaqla, Qaravəlilər kənd inzibati ərazi dairəsi yaradılmışdır.[2]
Toponimikası
Yerli məlumata görə, yaşayış məntəqəsini XVIII əsrdə indiki Tovuz rayonunun Bozalqanlı kəndindən köçüb gəlmiş Mehdi adlı şəxs bina etmişdir. Kənd sonralar onun böyük oğlu Məmmədcəfərin adı ilə adlanmışdır. Oykonim "Məmmədcəfərin nəslindən olanlar, məmmədcəfərgillər" mənasındadır.[3]
Tarixi
Coğrafiyası və iqlimi
Kənd dağətəyi ərazidə yerləşir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 422 nəfər əhali yaşayır.[4]
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
İstinadlar
Həmçinin bax
|
---|
Şəhərlər | | |
---|
Kəndlər | |
---|
Ləğv olunmuş kəndlər | |
---|