Qulyelmo Markoni
Guqlielmo Markoni (it. Guglielmo Marconi 25 aprel 1874 - 20 iyul 1937) — italiyalı ixtiraçı və Elektrik mühəndisi. Uzun məsafəli radio əlaqəsi qurmuş, radionu ixtira etmişdir. Kabelsiz teleqraf sistemi üzərindəki işlərinə görə 1909-cu ildə Karl Ferdinand ilə birlikdə Fizika üzrə Nobel mükafatı almışdır. Markoni 1897-ci ildə İngiltərədə "The Wireless Telegraph&SignalCompany" şirkətini qurmuşdur. Bunun nəticəsində də radio dünya səviyyəsində satış müvəffəqiyyəti qazanmışdır.
Həyatı
Uşaqlıq və Gənclik illəri
Markoni 25 aprel 1874-cü ildə İtalayının Bolonya şəhərində aristokrat ailənin ikinci oğlu kimi dünyaya göz açmışdır. Atası italyan Guiseppe Markoni torpaq sahibi, anası irland-isveç əsilli Ani Cemsondur. Anasının atası Andrev Cemson Daphne qalasının sahibi, babası viski istehsal edən "Jameson&Sons" şirkətinin sahibi Con Cemsondur. Markoni iki və altı yaş arasında böyük qardaşı Alfonso ilə birlikdə anasının tərbiyəsi ilə İngiltərənin Bedford qəsəbəsində yaşamışdır. İtaliyaya geri döndükdən sonra isə Auqusto Rihninin laboratoriyasında, Florensiyada “Istituto Cavallero”-da, daha sonra isə Livornoda təhsilini davam etdirmişdir. Robert McHenry-ə görə Markoni yaxşı bir şagird olmamışdır, fəqət tarixçi Corradi Giuliano bioqrafiyasında Markonini bir dahi kimi göstərmişdir. Katolik olaraq vəftiz etmiş Markoni Anqlikan kilsəsinin üzvü kimi böyümüşdür. Markoni 1927-ci ildə Mariya Kristina ilə evlənməzdən əvvəl yenidən katolik olmuş və həyatının sonuna qədər Katolik kilsəsinin sadiq üzvü olmuşdur. Fəqət bu evlilik elə də uzun çəkməmişdir.
Radio üzərində işləri
Gənclik illərində Markoninin elektrik sahəsinə marağı artmışdı. Həmin dövrdə bu sahədə əsas elmi işlərdən biri də Heinrik Hertzə məxsus olmuşdur. Hertz, 1888-ci ildə elektromaqnit radiasiya dalğalarının yaradıla və izlənə bilməyin mümkün olduğunu isbat etmişdir. Hal- hazırda radio dalğalar olaraq bilinən həmin dalğalar o dövrdə “Hertzian dalğalari” kimi tanınırdı. 1894- cü ildə Hertz öldükdən sonra bu alimin elmi məqalələri yenidən çap olunmuş və Markoninin bu mövzulara marağı artmışdır. 1909-cu ildə o, “simsiz teleqrafiya sahəsindəki xidmətlərinə görə” fizika üzrə Nobel mükafatına layiq görülmüşdür. Markoninin əsas xidməti odur ki, məhz o, sələflərinin bütün biliklərini birləşdirərək praktiki istifadə üçün yararlı olan bir qurğuda əks etdirə bilmişdi.
İlk təcrübələri
Markoni İtaliyadakı evinin tavan arasında ilk təcrübələrinə başlayır. Onun əsas məqsədi radio teleqraf icad etmək idi. Bu yeni bir fikir deyildi və 50 ildən artıq müddət idi ki, bir çox ixtiraçı kabelsiz teleqraf icad etmək istəyirdi.
Ədəbiyyat
- Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Xarici keçidlər
Guglielmo Marconi
İstinadlar
| |
---|
Lüğətlər və ensiklopediyalar | |
---|
Şəcərə və nekropolistika | |
---|
|
|
---|
1901–1925 | | |
---|
1926–1950 | |
---|
1951–1975 | 1951 - Con Kokroft, Ernest Uolton · 1952 - Feliks Blox, Eduard Pörsell · 1953 - Frits Sernike · 1954 - Maks Born · 1955 - Uillis Lemb, Polikarp Kuş · 1956 - Uilyam Şokli, Con Bardin, Volter Bratteyn · 1957 - Yanq Çjennin, Li Tzundao · 1958 - Pavel Çerenkov, İlya Frank, İgor Tamm · 1959 - Emilio Seqre, Ouen Çemberlen · 1960 - Donald Qlazer · 1961 - Robert Hofstedter, Rudolf Mössbauer · 1962 - Lev Landau · 1963 - Yucin Viqner, Mariya Göppert-Mayer, Yohannes Hans Daniel Yensen · 1964 - Çarlz Tauns, Nikolay Basov, Aleksandr Proxorov · 1965 - Sinyitiro Tomonaqa, Culius Şvinger, Riçard Feynman · 1966 - Alfred Kastler · 1967 - Hans Bete · 1968 - Luis Alvares · 1969 - Marri Gell-Mann · 1970 - Hannes Alfven · 1971 - Dennis Qabor · 1972 - Con Bardin, Leon Kuper, Con Şriffer · 1973 - Leo Esaki, Ayvar Caveyer, Brayan Cozefson · 1974 - Martin Rayl, Entoni Xyuiş · 1975 - Oge Bor, Bencamin Mottelson, Ceyms Reynuoter |
---|
1976–2000 | 1976 - Berton Rixter, Semuel Tinq · 1977 - Filip Anderson, Nevill Mott, Con Van Flek · 1978 - Pyotr Kapitsa · 1979 - Şeldon Qleşou, Əbdus Salam, Stiven Vaynberq · 1980 - Ceyms Kronin, Val Fitç · 1981 - Nikolas Blomberqen, Artur Şavlov, Kay Siqban · 1982 - Kennet Vilson · 1983 - Subraxmanyan Çandrasekar, Uilyam Fauler · 1984 - Karlo Rubbia, Simon van der Mer · 1985 - Klaus fon Klitsinq · 1986 - Ernst Ruska, Gerd Binninq, Heynrix Rorer · 1987 - Yohannes Bednorts, Karl Müller · 1988 - Leon Lederman, Melvin Şvarts, Cek Steynberger · 1989 - Norman Ramzey, Hans Demelt, Volfqanq Paul · 1990 - Cerom Fridman, Henri Kendall, Riçard Teylor · 1991 - Pyer de Jen · 1992 - Jorj Şarpak · 1993 - Rassel Hals, Cozef Teylor · 1994 - Bertram Brokhauz, Klifford Şall · 1995 - Martin Perl, Frederik Reynes · 1996 - Devid Li, Duqlas Oşeroff, Robert Riçardson · 1997 - Stiven Çu, Klod Koen-Tannudjı, Uilyam Filips · 1998 - Robert Laflin, Xorst Ştermer, Daniel Tsui · 1999 - Gerardus 't Hooft, Martinus Veltman · 2000 - Jores Alförov, Herbert Krömer, Cek Kilbi |
---|
2001–indiyə kimi | 2001 - Erik Kornell, Volfqanq Ketterle, Karl Viman · 2002 - Raymond Devis, Masatoşi Koşiba, Rikkardo Cakkoni · 2003 - Aleksey Abrikosov, Vitali Ginzburq, Entoni Legget · 2004 - Devid Qross, Xyu Politser, Frenk Vilçek · 2005 - Roy Qlauber, Con Holl, Teodor Hanş · 2006 - Con Mater, Corc Smut · 2007 - Albert Fert, Peter Qrünberq · 2008 - · 2009 - Çarls K. Kao, Uillard S. Boyl, Corc E. Smit · 2010 - Konstantin Novselov, Andrey Qeym · 2011 - Saul Perlmutter, Brayn Skmidt, Adam Riess · 2012 - Serge Haroçe, David Uineland · 2013 - Peter Higgs, François Englert · 2014 - İsamu Akasaki, Hiroşi Amano, Syuci Nakamura · 2015 - Takaaki Kacita, Artur Makdonald · 2016 - Devid Taules, Dunkan Holdeyn, Maykl Kosterlits · 2017 - Rayner Vays, Kip Torn, Barri Bariş · 2018 - Artur Eşkin, Jerar Muru, Donna Striklend · 2019 - Ceyms Pibls, Mişel Mayor, Didye Keloz · 2020 - Rocer Penrouz, Raynhard Qentsel, Andrea Mia Qez |
---|
|
|