1933-cü ildə Gustav Maçatinin ekranlaşdırmış olduğu "Ekstaz" adlı filmdəki çılpaqlığı ilə mübahisə mövzusu oldu və varlı olan Avstriyalı hərbi sursat istehsalçısı həyat yoldaşından ayrılaraq gizlicə Parisə qaçdı. Burada, Metro-Goldwyn-Mayer studiyasının sədri Luis B. Mayer ilə görüşüb və ona Hollivudda film müqaviləsi təklif edilib. Hedi Lamarr 1930-cu illərin əvvəllərindən, 1950-ci illərin sonlarına qədər rol aldığı filmlər ilə bir film ulduzuna çevrildi[10]
Filmləri
Lamarr çoxsaylı populyar filmdə rol almışdır. Bunlara 1938-ci ildə Şarl Buaye ilə birgə baş rollarını paylaşdığı "Algiers" filmi, 1940-cı ildə Spenser Treysi ilə baş rolunu bölüşdüyü "I Take This Woman" filmi, 1940-cı ildə Klark Qabl ilə baş rolunu bölüşdüyü "Comrade X" filmi, 1941-ci ildə baş rolunu Ceyms Stüart ilə bölüşdüyü "Come Live With Me" filmi, 1941 istehsalı baş rolunu Robert Yanq ilə bölüşdüyü "H. M. Pulham, Esq." filmi və 1949-cu ildə Viktor Mature ilə birlikdə rol aldığı "Samson və Delila" filmini nümunə göstərmək olar.
İxtiraları
İlk evliliyi müddətində Lamarrın tətbiqi elmlərə qarşı marağı artdı və aktyorluq karyerasından də darıxdığından görə bir ixtiraçı kimi ixtiralar istehsal etdi. Daha təkmilləşdirilmiş işıqfor, adi suyu qazlı suya çevirən lövhə və s. ixtiralar üstündə işləmişdir. II Dünya Müharibəsinin başlanğıcında, müttəfiqlərin müharibədəki qüvvələrinə yardımçı olmaq üçün çox istəkli idi. Bəstəkar və ixtiraçı olan Corc Antheil ilə birlikdə yayılma spektrinin radio ilə nəzarət olunan torpedolarda istifadə olunması məqsədilə tezlik tullanmalı yayılma spektrini ixtira edərək, ABŞ-də patentini aldılar. ABŞ donanması 1960-cı illərə qədər bu texnologiyaya önəm vermədi, ancaq müasir dövrdə bu texnologiyanın iş prinsipləri Wi-Fi, CDMA və Bluetooth texnologiyalarına daxil edilmiştir.[11] Bu işinə görə Hedi Lamarra 2014-cü ildə ABŞ-nin Virciniya ştatında yerləşən Aleksandriya şəhərindəki Məşhur Milli İxtiraçılar Salonunda yer verilmişdir.