Fiber-optik kommunikasiya və ya lifli optik rabitə — optik lif vasitəsilə infraqırmızı işıq impulsları göndərməklə informasiyanı bir yerdən digərinə ötürmə üsulu. İşıq informasiyanı daşımaq məqsədilə modullaşdırılmış daşıyıcı dalğanın bir formasıdır.[1] Yüksək buraxılış zolağı, elektromaqnit parazitlərinə qarşı dözümlülük tələb olunarkən lifli optik kabellərdən istifadə elektrik kabellərinin istifadəsinə nəzərən daha əlverişli xarakter alır.
Optik lif bir çox telekommunikasiya şirkətinin telefon siqnallarını, internet rabitəsini və kabel televiziya siqnallarını ötürmək üçün istifadə edilir. Bell laboratoriyasının tədqiqatçıları lifli-optik kommunikasiyadan istifadə edərək saniyədə 100 petabit × kilometrdən artıq buraxılış-uzaqlıq məhsuldarlığına nail olmuşlar.[2]
1970-ci illərdə inkişaf etməyə başlayan lifli-optika, telekommunikasiya sənayesində inqilab etdi və informasiya dövrünün inkişafında böyük rol oynadı. Elektrik ötürülməsindən üstünlüklərdən ötəri, optik liflər əsasən inkişaf etmiş dünyanın əsas şəbəkələrində mis naqilli rabitə əvəz etmişdir.
Lifli optikadan istifadə etməklə rabitənin qurulması prosesi aşağıdakı əsas addımları əhatə edir:
vericinin istifadəsi ilə optik siqnal yaradılır,[3] adətən, elektrik siqnalından istifadə etməklə
siqnalın lif boyunca ötürülməsi, siqnalın çox təhrifli və zəif olmamasını təmin edilməsi
optik siqnalın qəbulu
elektrik siqnalına çevrilməsi
Texnologiya
Optik lifli kabel işıq impulslarını keçirə bilən şəffaf şüşə və ya plastik nüvədən ibarətdir. Nüvə işığı qaytaran qatla əhatə olunmuşdur. Qaytarıcı qat öz növbəsində, plastikdən olan qoruyucu qat ilə örtülmüşdür. Sonra öz aralarında hörülmüş liflərdən ibarət olan Kevlar fimasının qoruyucu qatı gəlir. Nəhayət bütün bunlar teflon və ya polivinilxloriddən hazırlanmış xarici örtüklə örtülmüşdür.
Optik lifli kabel elə kabel tipidir ki, koaksial kabeldən və ya hörülmüş cüt əsaslı kabeldən tamamilə fərqlənir. Siqnalların elektrik impulsları şəklində ötürüldüyü mis naqillərdən fərqli olaraq, optik lifli kabel şüşə və ya plastik liflə işıq impulslarını (fotonları) ötürür ki, onların vasitəsilə kompüterin generasiya etdiyi ikilik siqnallar ötürülür. Optik lifli kabellə siqnalların ötürülməsi üçün elektrik əvəzinə işıqdan istifadə olunduğundan kabel həm elektromaqnit, həm də çarpaz əngəllərə qarşı dayanıqlıdır. Bundan başqa, optik lifli kabeldə siqnalın sönmə (naqildən keçdikcə onun zəifləməsi) səviyyəsi mis naqildəkinə nisbətən aşağıdır. Optik lifli kabelin bəzi növlərində siqnal əhəmiyyətli dərəcədə zəifləmədən 120 km-ə qədər məsafə gedə bilər, amma ənənəvi mis kabeldə kabelin tipindən asılı olaraq siqnal 100 m-dən 500 m-ə qədər məsafə getdikdə artıq praktiki olaraq oxunmaz olur. Ona görə də binalar arasında rabitə qurmaq lazım olduğu və ya siqnalı böyük məsafəyə ötürmək gərək olduğu hallarda optik lifli kabel ən yaxşı ötürmə vasitəsidir. Optik lifli kabelin əlavə üstünlüyü odur ki, o, mis kabelə nisbətən böyük təhlükəsizlik dərəcəsi verir, belə ki, ona icazə verilməmiş qoşulma rabitənin pozulmasına gətirir.
Optik lifli kabelin iki əsas növü mövcuddur: birmodlu və çoxmodlu. Bu iki tip arasında əsas fərq nüvənin və onun qaytarcı örtüyünün qalınlığındadır. Optik lifli kabelin tipini optik lifin ölçüsünə görə (nüvənin və qaytarcı örtüyün ümumi qalınlığına görə) müəyyən etmək olar. Bir modlu lifdə nüvənin diametri adətən 8,3 mikron, nüvənin və qaytarcı örtüyün ümumi qalınlığı isə 125 mikron olur, ona görə də bir modlu kabeli adətən “bir modlu 8,3/125 lif” kimi işarə edirlər. Ondan fərqli olaraq, çox modlu lif 62,5 mikron diametrli nüvəyə malikdir, nüvənin və qaytarcı örtüyün ümumi qalınlığı isə 125 mikrondur, ona görə də çox modlu lifi “çox modlu 62,5/125 lif” kimi işarə edirlər.
Bir modlu liflə siqnalı ötürmək üçün işıq mənbəyi kimi bir dalğa uzunluğunda işləyən lazerdən istifadə olunur. Ondan fərqli olaraq, çox modlu lifdə işıq diodundan (İŞD) istifadə edilir və o, siqnalları müxtəlif dalğa uzunluğunda keçirə bilər. Bir modlu liflə siqnalı ötürmək üçün bir dalğalı lazerdən istifadə edildiyindən bu lif siqnalları çox böyük məsafələrə ötürə bilir və buna görə də o, adətən xarici kabel xətləri (məsələn, kabel televiziya şəbəkələri) üçün istifadə olunur. Bu tipli kabel çox modluya nisbətən xeyli bahadır və böyük bükülmə radiusuna malikdir, buna görə də o, kompüter şəbəkələrinin kabel sistemləri üçün bir o qədər də uyğun gəlmir. Çox modlu kabel isə əksinə, lokal şəbəkələr üçün daha çox uyğun gəlir, belə ki, o, bir modlu kabel kimi böyük məsafələrdə istifadə edilə bilməsə də, onun qiyməti elə də yüksək deyil və o, böyük bükülmələrə yol verir. Optik lifli kabel üçün daha çox iki tip konnektorlardan istifadə edirlər: SC tipli konnektor (Subscriber Connector) və ST tipli konnektor (Straight Tip connector).
DTU, Fujikura & NTT-dən tədqiqat aparan komanda optiklərin enerji istehlakını təxminən 5% -ə qədər azaltmağı bacardı və bu, daha çox elektrik enerjisi ilə effektiv optik komponentlərin yeni nəslinə gətirib çıxara bilər.
Zəifləmə və dispersiyaya kömək edən hər bir təsir optik dalğa uzunluğuna bağlıdır. Bu effektlərin zəif olduğu dalğa uzunluqlu zolaqlar (və ya pəncərələr) var və bu ötürülmə üçün ən münasibdir. Bu pəncərələr standartlaşdırılmışdır və hazırda müəyyən edilmiş zolaqs aşağıdakılardır:[23]
↑"A Single Laser and Cable Delivers Fibre Optic Speeds of 43Tbps". ISPreview. (#cite_web_url)
↑"255Tbps: World's fastest network could carry all of the internet's traffic on a single fiber". ExtremeTech. (#cite_web_url)
↑"Realization of World Record Fiber-Capacity of 2.15Pb/s Transmission". NICT. (#cite_web_url)
↑"One Petabit per Second Fiber Transmission over a Record Distance of 200 km". NTT. (#cite_web_url)
↑"Success of ultra-high capacity optical fibre transmission breaking the world record by a factor of five and reaching 10 Petabits per second". Global Sei. (#cite_web_url)
↑"Researchers in Japan 'break transmission record' over 1,045km with three-mode optical fibre". fibre-systems.com. (#cite_web_url)