Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır.
Mövzu ilə bağlı müzakirə səhifəsindəki müzakirələrə qoşula və fikirlərinizi bildirə bilərsiniz. Məqaləyə etibarlı mənbələr əlavə edərək təkmilləşdirə bilərsiniz.
Baken(nid.baken – siqnal, işarə) — naviqasiya təhlükələrini və ya farvaterləri (gəmi yolunu) bildirmək üçün lövbərə bağlanmış üzən nişan. Konusvarı, silindrik, yaxud kürə formasında olur. Yerləş dirilmə sistemindən asılı olaraq müxtəlif rəngli bakenlər var. Baken işıqlandırma qurğuları, işıq əksediciləri və ya səs siqnalı qurğuları ilə təchiz edilir. Fənəri avtomatik yanıb-sönən bakenlərdə gecələr qırmızı (sağ sahil) və ya ağ (sol sahil) siqnal işığı yanır. Yaşayış məntəqələri yaxınlığında ağ işıq yaşıl işıqla əvəz edilir.