Teleqraf

Morze ötürücü aparatı

Teleqraf (q.yun. τῆλε — "uzaq" + γρᾰ́φω — "yazıram") — siqnalların naqil və ya digər elektrorabitə vasitəsilə ötürülməsi.

Tarixi

24 may 1844-cü ildə amerikalı ixtiraçı Samuel Morze kəşf etdiyi teleqraf aparatının köməyi ilə, özünün yaratdığı kodla ilk teleqramı göndərmişdir. Morzenin teleqraf aparatı 1851-ci ildə Avropanın teleqraf xətləri üçün standart kimi rəsmi olaraq təsdiq edildi.

1853-cü ildə məşhur amerikalı ixtiraçı Devid Edvard Hyuz (David Edward Hughes) teleqraf çap qurğusunun yaradılması ilə məşğul olmuşdur. Bu qurğunun təkmilləşdirilməsində ona Corc Felps (George May Phelps) kömək etmişdir. Hyuzun qurğusu 1856-cı ildə Massaçusetsdə VorçesterSprinqfild şəhərləri arasında əlaqə yaratmaq üçün istifadə edilmişdir. Hyuz mikrofonun, induktiv tərəzininsonometrin də yaradıcısıdır. 1902-ci ildə London Kral Cəmiyyəti onun şərəfinə Hyuz medalını təsis etmişdir.[1]

Maraqlı faktlar

  • Teleksi olmayan mehmanxana "beş ulduz" reytinqinə malik ola bilməz. Bu gün dünyada milyon yarım teleks nömrəsi var.
  • Rusiyada ümumi istifadə şəbəkəsi vardır. Orada bütün məlumatlar 7 ay ərzində saxlanılır və istifadəçiyə möhürlü sənədlə surəti verilə bilər.
  • 1824-cü ildə ingilis fiziki Piter Barlou səhv olan "Barlou qanunu" yaradır. Qanun bir neçə illiyə teleqrafın inkişafını dayandırdı.
  • 27 iyul 1866-cı ildə Britaniya və ABŞ arasında daimi elektrik əlaqəsini təmin edən sualtı teleqraf kabeli çəkilmişdir. Buna qədər 1858-ci ildə kabel çəkilişi aparılmışdır, lakin bu kabel bir aydan az müddətdə sıradan çıxmışdır.

Mənbə

İstinadlar

  1. Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.

Həmçinin bax

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!