Çarlz Tomson Ris Vilson

Çarlz Tomson Ris Vilson
ing. Charles Thomson Rees Wilson
Vilson 1927-ci ildə
Vilson 1927-ci ildə
Doğum tarixi 14 fevral 1869(1869-02-14)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 15 noyabr 1959(1959-11-15)[1][2][…] (90 yaşında)
Vəfat yeri
Elm sahəsi fizika
İş yerləri
Təhsili
Elmi rəhbəri Cozef Con Tomson
Tanınmış yetirmələri Sesil Frank Pauell
Filip Di
Tanınır Bulud (Vilson) kamerası
Atmosfer elektriki
Üzvlüyü
Mükafatları "Kopli" medalı
Fizika üzrə Nobel mükafatı Companion of Honour
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çarlz Tomson Ris Vilson[3] (ing. Charles Thomson Rees Wilson; 14 fevral 1869[1][2][…], Qlencorse[d], Şotlandiya15 noyabr 1959[1][2][…], Karlops[d], Şotlandiya) — Vilson (bulud) kamerasını ixtira etdiyinə görə Fizika üzrə Nobel mükafatı almış şotlandiyalı fizik və meteoroloq.[4][5][6]

O, 1900-cü ildən London Kral Cəmiyyətinin, 1902-ci ildən Edinburq Kral Cəmiyyətinin üzvü olmuşdur.

Təhsili və erkən həyatı

Vilson Midlotian, Qlenkors kilsəsində Annie Klark Harper və Con Vilsonun ailəsində, fermer ailəsində anadan olub. Vilson 1873-cü ildə atası vəfat etdikdən sonra ailəsi ilə birlikdə Mançesterə köçür. Ögey qardaşının maddi dəstəyi ilə həkim olmaq niyyəti ilə indi Mançester Universitetinin tərkibindəki Ouens Kollecində biologiya üzrə təhsil alır. 1887-ci ildə kolleci bakalavr dərəcəsi ilə bitirir. Kembricdəki Sidni-Sasseks Kollecində oxumaq üçün təqaüd qazanan Vilson burada fizika və kimya ilə daha çox maraqlanır. 1892-ci ildə Təbiət Elmləri Triposunun (Təbii Elmlər Triposu (NST) Kembric Universitetində əksər elmlərin tədris olunduğu çərçivədir) hər iki hissəsini 1-ci dərəcəli fərqlənmə diplomu ilə başa vurur.[7][8]

Karyerası

Meteorologiya ilə xüsusi olaraq maraqlanan Vilson 1893-cü ildə buludları və onların xüsusiyyətlərini öyrənməyə başladı. 1894-cü ildən başlayaraq o, bir müddət Ben Nevisdəki rəsədxanada işləmiş,[9] burada buludların əmələ gəlməsini müşahidə etmişdir.[10] Daha sonra o, Kembricdəki Kavendiş laboratoriyasında bu effekti daha kiçik miqyasda möhürlənmiş konteynerdə rütubətli havanı genişləndirməyə çalışdı. O, radioaktivlik nəticəsində yaranan ionların üzərinə kondensasiya yolu ilə öz kamerasında bulud izləri yaratmağı sınaqdan keçirdi. Onun bulud kameralarından bir neçəsi qalıb.[11]

Vilson 1900-cü ildə Sidni Sasseks Kollecinin üzvü, Universitet müəllimi və nümayişçisi oldu.[5] Bəziləri onu açıq-aşkar kəkələdiyinə görə zəif mühazirəçi kimi qiymətləndirirdilər.[12]

Töhfələri

Bulud (Vilson) kamerasının ixtirası, 1927-ci ildə ona Fizika üzrə Nobel mükafatını qazandırdı.[8] Kavendiş laboratoriyası onun "ionlaşmış qazların xassələrinin tədqiqinin yeni və təəccüblü metodu"nun yaradılması istiqamətindəki fəaliyyətinə görə yüksək qiymətləndirdi.[13] Bulud kamerası atomaltı hissəciklərin öyrənilməsində və ümumiyyətlə hissəciklər fizikası sahəsində böyük eksperimental sıçrayışlara imkan verdi. Bəziləri hissəciklərin tədqiqini müəyyənləşdirməkdə demık olar ki, Vilsona borcludurlar.

Ben Nevisdəki rəsədxanada xatirə lövhəsi. Ç.T.R.Vilsonun bulud otağı

Ben Nevisdəki rəsədxana Vilson haqqında xatirə lövhəsi, Vilson bulud kamerası, meteorologiya və fizika üzrə, rentgen şüaları,[14] ionlaşma,[15] ildırım buludunun əmələ gəlməsi[16] və digər meteoroloji hadisələr kimi mövzularda çoxsaylı məqalələr nəşr etdirdi. Vilson, rəsmi kəşfindən 65 il əvvəl, 1924-cü ildə sprayt da müşahidə etmiş ola bilər.[17] Ben Nevisdəki ilk müşahidələrindən tutmuş ildırım buludları ilə bağlı son məqaləsinə qədər karyerası boyunca "Hava" onun işinin diqqət mərkəzində olub.[18][16]

Metodu

Retrospektiv olaraq, Vilsonun eksperimental metodu alimlərin diqqətini çəkmişdir.

“Analitik” və “morfoloji” alimlər arasında bölünmə ilə xarakterizə olunan elmi araşdırma dövründə Vilsonun sorğu metodu hibrid idi. Bəzi elm adamları hadisələrin təmiz təbiətdə müşahidə edilməli olduğuna inansalar da, digərləri tədqiqat üçün əsas üsul kimi laboratoriya nəzarəti altında olan təcrübələri təklif etdilər. Vilson öz təcrübələrində və araşdırmalarında kombinasiya metodlarından istifadə edirdi.[19] Vilsonun işi "xassələri yalnız əvvəllər dolayı yolla çıxarılan şeyləri görünən etdi".[10]

O, "fizikadakı böyük fərdi eksperimentatorların demək olar ki, sonuncusu" adlandırılırdı.[12] O, ionlaşmarentgen şüaları kimi şeylərin iş prinsiplərini nümayiş etdirmək üçün bulud kamerasından müxtəlif yollarla istifadə edirdi.[14][15] Lakin onun əsas marağı və yazılarının əsas mövzusu meteorologiya idi.[19]

Mükafatları, fəxri adları və irsi

Vilson 1900-cü ildə London Kral Cəmiyyətinin (FRS) üzvü seçildi.[6]

Çarlz Tomson Ris Vilsonun bulud otağı.
Brukhevn Milli Laboratoriyasında Vilsonun bulud palatası.

Çarlz Vilson bulud kamerasının ixtirasına görə 1927-ci ildə Fizika üzrə Nobel mükafatını qazanır.[10][8] O, bu mükafatı radiasiyanın hissəcik təbiəti üzərində işinə görə mükafatlandırılan amerikalı fizik Artur Komptonla bölüşür.[18] Vilsonun hissəciklər fizikasına verdiyi böyük töhfələrə baxmayaraq, o, bütün karyerası boyunca atmosfer fizikası, xüsusən də atmosfer elektriki ilə maraqlanmışdı.[20][21] Məsələn, səksən yaşının sonlarında (o zaman o, London Kral Cəmiyyətinin jurnallarında məqalə dərc etdirən ən yaşlı üzvü idi) 1956-cı ildə nəşr olunmuş son tədqiqat məqaləsi atmosfer elektrik cərəyanı ilə bağlı idi.[16]

Aydakı Vilson krateri onun, Aleksandr Vilson və Ralf Elmer Vilsonun adını daşıyır.[22] Nüvə partlayışları kimi böyük partlayışlardan sonra meydana gələn Vilson Kondensasiya Buludları onun adını daşıyır.[23] Kembricdəki Sidni Sasseks Kollecinin elmi cəmiyyəti olan Vilson Cəmiyyəti, Vilson Atmosfer Elektrik İnstitutu, Kral Meteorologiya Cəmiyyətinin Atmosfer Elektrik Xüsusi Maraq Qrupu onun şərəfinə adlandırılmışdır.[24]

Ç.T.R.Vilson-un arxivləri Qlazqo Universiteti arxivində saxlanılır.[25]

2012-ci ildə Edinburq Kral Cəmiyyəti "Böyük Şotlandiya Fiziki" Vilsonun şərəfinə toplantı keçirdi.[21]

Şəxsi həyatı

1908-ci ildə Vilson Qlazqolu nazirin qızı Cessi Freyzerlə evlənir. Cütlüyün dörd övladı dünyaya gəlir. Ailəsini çox sevən, evinin yaxınlığındakı ərazilərdə gəzməyi sevən Vilson 15 noyabr 1959-cu ildə Karlopsdakı evində ailəsinin əhatəsində vəfat edir.[7]

İstinadlar

  1. 1 2 3 4 Charles Thomson Rees Wilson // Brockhauz Ensiklopediyası (alm.).
  2. 1 2 3 4 Charles Wilson // Store norske leksikon (бук.). 1978. ISSN 2464-1480
  3. Ермолович, Дмитрий Иванович Англо-русский словарь персоналий. — М.: Рус. яз., 1993. — 336 с. — С. 307
  4. Asimov's Biographical Encyclopedia of Science and Technology, Isaac Asimov, 2nd ed., Doubleday & C., Inc., ISBN 0-385-17771-2.
  5. 1 2 "Charles Thomson Rees Wilson's biography". 2004-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-01.
  6. 1 2 Blackett, P. M. S. "Charles Thomson Rees Wilson 1869–1959". Biographical Memoirs of Fellows of the Royal Society. 6. 1960: 269–295. doi:10.1098/rsbm.1960.0037.
  7. 1 2 Longair, Malcolm S. "Wilson, Charles Thomson Rees (1869–1959)" (Online). 2006. doi:10.1093/ref:odnb/36950. İstifadə tarixi: 28 January 2017.
  8. 1 2 3 "C.T.R. Wilson - Biographical". Nobelprize.org. Nobel Media AB. 27 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2017.
  9. Williams, Earle R. "Origin and context of C. T. R. Wilson's ideas on electron runaway in thunderclouds". Journal of Geophysical Research: Space Physics (ingilis). 115 (A8). 1 August 2010: A00E50. Bibcode:2010JGRA..115.0E50W. doi:10.1029/2009JA014581. ISSN 2156-2202.
  10. 1 2 3 Brocklehurst, Steven. "Charles Thomson Rees Wilson: The man who made clouds". BBC News (ingilis). 7 December 2012. 5 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 June 2017.
  11. Phillipson, Tacye. "Surviving Apparatus Showing the Early Development of the Cloud Chamber". Bulletin of the Scientific Instrument Society. December 2016.
  12. 1 2 Halliday, E.C. "Some Memories of Prof. C.T.R. Wilson, English Pioneer in work on Thunderstorms and Lightning". Bulletin of the American Meteorological Society. 51 (12). 1970: 1133–1135. Bibcode:1970BAMS...51.1133H. doi:10.1175/1520-0477(1970)051<1133:smopct>2.0.co;2.
  13. A history of the Cavendish laboratory 1871–1910.With 3 portraits in a collotype and 8 other illustrations. London. 1910. hdl:2027/coo1.ark:/13960/t0ns19f2h.
  14. 1 2 Wilson, C. T. R. "Investigations on X-Rays and $ \beta $-Rays by the Cloud Method. Part I. X-Rays". Proceedings of the Royal Society of London A: Mathematical, Physical and Engineering Sciences (ingilis). 104 (724). 1 August 1923: 1–24. Bibcode:1923RSPSA.104....1W. doi:10.1098/rspa.1923.0090. ISSN 1364-5021.
  15. 1 2 Wilson, C. T. R. "On a Method of Making Visible the Paths of Ionising Particles through a Gas". Proceedings of the Royal Society of London A: Mathematical, Physical and Engineering Sciences (ingilis). 85 (578). 9 June 1911: 285–288. Bibcode:1911RSPSA..85..285W. doi:10.1098/rspa.1911.0041. ISSN 1364-5021.
  16. 1 2 3 Wilson, C. T. R. "A Theory of Thundercloud Electricity". Proceedings of the Royal Society of London A: Mathematical, Physical and Engineering Sciences (ingilis). 236 (1206). 2 August 1956: 297–317. Bibcode:1956RSPSA.236..297W. doi:10.1098/rspa.1956.0137. ISSN 1364-5021.
  17. Bowler, Sue. "C T R Wilson, a Great Scottish Physicist: His Life, Work and Legacy" (PDF). 7 December 2012. 22 October 2017 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 5 December 2022.
  18. 1 2 "C. T. R. Wilson". Physics Today (ingilis). 2017. doi:10.1063/pt.5.031417.
  19. 1 2 Gooding, David; Pinch, Trevor; Schaffer, Simon. The Uses of Experiment: Studies in the Natural Sciences (ingilis). Cambridge University Press. 18 May 1989. ISBN 9780521337687. 19 September 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 December 2022.
  20. Harrison, Giles. "The cloud chamber and CTR Wilson's legacy to atmospheric science" (PDF). Weather (ingilis). 66 (10). 1 October 2011: 276–279. Bibcode:2011Wthr...66..276H. doi:10.1002/wea.830. ISSN 1477-8696. 6 September 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 7 December 2022.
  21. 1 2 Aplin, Karen L. "CTR Wilson – Honouring a Great Scottish Physicist". Weather (ingilis). 68 (4). 1 April 2013: 96. Bibcode:2013Wthr...68...96A. doi:10.1002/wea.2095. ISSN 1477-8696.
  22. "Planetary Names: Crater, craters: Wilson on Moon". planetarynames.wr.usgs.gov (ingilis). 30 December 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2017.
  23. Glasstone, Samuel; Dolan, Philip J., redaktorlar The effects of nuclear weapons (3rd). Washington: U.S. Department of Defense. 1977. 45. hdl:2027/uc1.31822004829784.
  24. "About | Wilson Society". www.srcf.ucam.org (ingilis). 2 February 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2017.
  25. "Papers of Charles Thomson Rees Wilson, 1869–1959, Nobel Prize winner and Professor of Natural Philosophy, University of Cambridge – Archives Hub". 7 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 January 2017.

Xarici keçidlər

Read other articles:

Peta lokasi Kabupaten Pontianak Berikut adalah daftar kecamatan dan kelurahan di Kota Pontianak, Provinsi Kalimantan Barat, Indonesia. Kota Pontianak terdiri dari 6 kecamatan dan 29 kelurahan. Pada tahun 2017, jumlah penduduknya mencapai 655.572 jiwa dengan luas wilayah 107,80 km² dan sebaran penduduk 6.081 jiwa/km².[1][2] Daftar kecamatan dan kelurahan di Kota Pontianak, adalah sebagai berikut: Kode Kemendagri Kecamatan Jumlah Kelurahan Daftar Kelurahan 61.71.03 Pontianak B...

 

حبيبي الأسمر حبيبي الأسمر  الصنف دراما، تشويق وإثارة، استعراضي تاريخ الصدور 26 يونيو 1958 مدة العرض 115 دقيقة  البلد  مصر اللغة الأصلية العربية الطاقم المخرج حسن الصيفي الإنتاج حسن الصيفي الكاتب محمود إسماعيل البطولة تحية كاريوكاسامية جماليوسف وهبيشكري سرحان موسيقى عط

 

French Carmelite friar and Catholic saint (1305–1366) This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Peter Thomas saint – news · newspapers · books · scholar · JSTOR (August 2018) (Learn how and when to remove this template message) SaintPeter ThomasOCarmSaint Peter Thomas in Carmo Church (Braga)Arch...

عيسى بن حماد معلومات شخصية تاريخ الوفاة 248 هـ الكنية أبو موسى الحياة العملية النسب التجيبي المصري المهنة عالم  تعديل مصدري - تعديل   عيسى بن حماد بن مسلم بن عبد الله التجيبي، أبو موسى المصري، مولى بني سعد، لقبه زغبة، وهو لقب أبيه أيضا.[1] أقوال العلماء فيه أبو حاتم ال...

 

2017 American filmVoyeurDirected byMyles KaneJosh KouryProduced byTrisha KouryStarringGay TaleseGerald FoosCinematographyCristobal MorisEdited byMyles KaneJosh KouryMusic byJoel GoodmanProductioncompaniesBrooklyn Underground FilmsChicago Media ProjectImpact PartnersPublic RecordDistributed byNetflixRelease dates October 4, 2017 (2017-10-04) (New York Film Festival) December 1, 2017 (2017-12-01) Running time96 minutesCountryUnited StatesLanguageEnglish Voyeur ...

 

1991 American filmTimebombTheatrical release posterDirected byAvi NesherWritten byAvi NesherProduced byRaffaella De LaurentiisStarringMichael BiehnPatsy KensitTracy ScogginsRobert CulpRichard JordanCinematographyAnthony B. RichmondMusic byPatrick LeonardProductioncompanyRafaellaDistributed byMetro-Goldwyn-MayerRelease date September 27, 1991 (1991-09-27) Running time96 minutesCountryUnited StatesLanguageEnglishBudget$7 million[1] Timebomb is a 1991 American science-fict...

Experiment at the Antiproton Decelerator Antiproton decelerator(AD)ELENAExtra low energy antiproton ring – further decelerates antiprotons coming from ADAD experimentsATHENAAD-1 Antihydrogen production and precision experimentsATRAPAD-2 Cold antihydrogen for precise laser spectroscopyASACUSAAD-3 Atomic spectroscopy and collisions with antiprotonsACEAD-4 Antiproton cell experimentALPHAAD-5 Antihydrogen laser physics apparatusAEgISAD-6 Antihydrogen experiment gravity interferometry spectrosco...

 

For the railway signalman, see Soham rail disaster. For the Illinois politician, see Frank M. Bridges. Frank BridgesBridges pictured in The Round-Up 1921, Baylor yearbookBiographical detailsBorn(1890-07-04)July 4, 1890Savannah, Georgia, U.S.DiedJune 10, 1970(1970-06-10) (aged 79)San Antonio, Texas, U.S.Coaching career (HC unless noted)Football1919Fort Smith HS (AK)1920–1925Baylor1927–1929Simmons (TX)1933–1934Texas Military College1935–1939St. Mary's (TX)1943Brooklyn Dodgers (assi...

 

John CleeseCleese 2014Nama lahirJohn Marwood CleeseLahir27 Oktober 1939 (umur 84)Weston-Super-Mare, Inggris, Inggris RayaGenreKomediDipengaruhiSpike Milligan, The Goons, William ShakespeareSuami/istriAlyce Faye Eichelberger (1992–2008)Barbara Trentham (1981–1990)Connie Booth (1968–1978)Situs webwww.thejohncleese.comEmmy AwardsPrimetime Emmy Award for Outstanding Guest Actor - Comedy Series1987 Cheers (1982) - Dr. Simon Finch-RoyceBAFTA AwardsBAFTA Film Award - Best Actor1988 A Fish...

Genova - San Fruttuosocollegio elettoraleStato Italia Elezioni perCamera dei deputati ElettiDeputati Periodo 1993-2005Tipologiauninominale Territorio Manuale Il collegio di Genova - San Fruttuoso fu un collegio elettorale uninominale della Repubblica Italiana per l'elezione della Camera dei deputati. Apparteneva alla circoscrizione Liguria e fu utilizzato per eleggere un deputato nella XII, XIII e XIV legislatura. Venne istituito nel 1993 con la cosiddetta Legge Mattarella (Legge n. 277,...

 

Destroyer of the Regia Marina History Kingdom of Italy NameCorsaro NamesakeCorsair BuilderO.T.O., Livorno Laid down23 January 1941 Launched16 November 1941 Completed16 May 1942 FateSunk by mine, 9 January 1943 General characteristics (as built) Class and typeSoldati-class destroyer Displacement 1,820–1,850 long tons (1,850–1,880 t) (standard) 2,450–2,550 long tons (2,490–2,590 t) (full load) Length 106.7 m (350 ft 1 in) (o/a) 101.6 m (333 ft 4 i...

 

TransmetalBackground informationOriginYurecuaro, Michoacan, MexicoGenresThrash metal, death metalYears active1987–presentWebsitetransmetalmexico.comMusical artist Transmetal is an extreme metal band formed in Ciudad Azteca, Ecatepec, Mexico in 1987 by brothers Javier, Juan, and Lorenzo Partida. They are known as one of the most important metal bands in Latin America.[1] Their most well known song is Killers from the Desear un Funeral EP (1989), which is a cover of French band Ki...

هذه المقالة يتيمة إذ تصل إليها مقالات أخرى قليلة جدًا. فضلًا، ساعد بإضافة وصلة إليها في مقالات متعلقة بها. (أكتوبر 2019) الوظائف التنفيذية هي جهاز معرفي يدير ويتحكم في العمليات الإدراكية. اقترح نورمان وشاليس نموذجًا للأداء التنفيذي لنظام التحكم الانتباهي الذي يحدد كيف تُنشط ...

 

Chemical compound NaproxcinodClinical dataOther namesAZD-3582, HCT-3012ATC codeM01AE18 (WHO) Identifiers IUPAC name 4-nitrooxybutyl (2S)-2-(6-methoxynaphthalen-2-yl)propanoate CAS Number163133-43-5 YPubChem CID9884642ChemSpider8060316 NUNIIV24GR4LI3IKEGGD09568 NChEBICHEBI:76254 NCompTox Dashboard (EPA)DTXSID20167523 Chemical and physical dataFormulaC18H21NO6Molar mass347.367 g·mol−13D model (JSmol)Interactive image SMILES C[C@@H](C1=CC2=C(C=C1)C=C(C=C2)OC...

 

Ashi Class overview NameMomi class Builders Kure Naval Arsenal, Yokosuka Naval Arsenal, Fujinagata Shipyards, Ishikawajima Shipbuilding & Engineering, Kawasaki Shipyards Uraga Dock Company Operators Imperial Japanese Navy Preceded byKawakaze class Succeeded byMinekaze class Built1918–1923 In commission1919–1946 Planned28 Completed21 Cancelled7 Lost11 Scrapped10 General characteristics as built TypeDestroyer Displacement 864 t (850 long tons) (normal) 1,036 ...

Gear with mirrored helical teeth Herringbone gear A herringbone gear, a specific type of double helical gear,[1] is a special type of gear that is a side-to-side (not face-to-face) combination of two helical gears of opposite hands.[2] From the top, each helical groove of this gear looks like the letter V, and many together form a herringbone pattern (resembling the bones of a fish such as a herring). Unlike helical gears, herringbone gears do not produce an additional axial l...

 

Copy or reproduction of an old book, manuscript, map, art print, or other item of historical value For other uses, see Facsimile (disambiguation). Les Très Riches Heures du duc de Berry, a famous illuminated manuscript, is on view to both the public and to scholars only in the form of a high-quality facsimile A facsimile (from Latin fac simile, to make alike) is a copy or reproduction of an old book, manuscript, map, art print, or other item of historical value that is as true to the origina...

 

العلاقات الجنوب أفريقية الروسية جنوب أفريقيا روسيا   جنوب أفريقيا   روسيا تعديل مصدري - تعديل   العلاقات الجنوب أفريقية الروسية هي العلاقات الثنائية التي تجمع بين جنوب أفريقيا وروسيا.[1][2][3][4][5] مقارنة بين البلدين هذه مقارنة عامة ومرجعية لل...

Pougues-les-EauxNegaraPerancisKawasanBourgogne-Franche-ComtéJabatanNièvreArrondissementNeversKantonPougues-les-EauxInterkomunalitiNeversPentadbiran • Datuk Bandar (2001–2008) Jeanine Neveu-BérégovoyKeluasan112.72 km2 (4.91 batu persegi)Penduduk (1999)22,493 • Kepadatan200/km2 (510/batu persegi)Zon waktuUTC+1 (CET) • Musim panas (DST)UTC+2 (CEST)INSEE/Poskod58214 /58320Ketinggian169–293 m (554–961 ka)1Data Daf...

 

Paghimo ni bot Lsjbot. Alang sa ubang mga dapit sa mao gihapon nga ngalan, tan-awa ang Tehuantepec. 17°20′27″N 98°56′01″W / 17.34083°N 98.93371°W / 17.34083; -98.93371 Tehuantepec Suba nga anhianhi Nasod  Mehiko Estado Estado de Guerrero Gitas-on 1,404 m (4,606 ft) Tiganos 17°20′27″N 98°56′01″W / 17.34083°N 98.93371°W / 17.34083; -98.93371 Timezone CST (UTC-6)  - summer (DST) CDT (UTC-5) GeoNames 96...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!