Nuxa qəzası

Nuxa qəzası
Qəzanın gerbi Quberniyanın gerbi
Qəzanın gerbi Quberniyanın gerbi
Ölkə  Rusiya İmperiyası
Quberniya Yelizavetpol quberniyası
Mərkəzi Nuxa
Yaradılıb 1840
Ləğv edilib 1929
Sahəsi 3808,7 km² (3346,7 verst²[1]) (1897)
Əhalisi 120555 nəfər[1] (1897)
Xəritə
Nuxa qəzası xəritədə

Nuxa qəzası (rus. Нухинский уезд ), Şəki qəzası — 1840-1929-cu illər arasında Cənubi Qafqazda inzibati ərazi. İnzibati mərkəzi Nuxa şəhəri idi. Cənubi Qafqazın Rusiya imperiyasının işğalı altında olduğu dövrdə, Şəki əyalətinin 22 (10) aprel 1840-cı il tarixli "Zaqafqaziyada inzibati islahat qanunu"na əsasən yeni yaradılmış Kaspi vilayətinin tərkibinə daxil edilməsi və bundan sonra qəza adlandırılması nəticəsində meydana çıxmışdır. Kaspi vilayətinin 1846-cı ildə ləğv olunmasından sonra, əvvəl Kaspi vilayətinin yerində yaradılmış Şamaxı quberniyasının (1859-cu ildən Bakı quberniyası) tərkibində saxlanılsa da, 1867-ci ilin sonunda Bakı quberniyasının tərkibindən çıxarılaraq, yeni yaradılmış Yelizavetpol quberniyasının tərkibinə daxil edilmişdir. 1873 ildə isə ərazisinin bir hissəsində ayrıca bir qəza — Ərəş qəzası təşkil edilmiş və bununla da qəzanın ərazisi yarıbayarı kiçildilmişdir. Qəza Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918–1920)[2]Azərbaycan Sovet Sosialist Respublikasının ilk 9 ili ərzində də inzibati-ərazi kimi mövcud olmuşdur. 1929-cu ildə ləğv edilmiş, ərazisi yeni yaradılmış Zaqatala-Şəki mahalına daxil edilmişdir.

Qəza 1840–1846-cı illərdə "Şəki qəzası", 1846–1918-ci illərdə isə "Nuxa qəzası" adlanmışdır. 1918–1929-cu illərdə qəza həm "Nuxa qəzası" və həm də "Şəki qəzası" adlanıb. Məsələn, Azərbaycan Xalq Cümhuriyyəti (1918–1920) dövründə parlament müzakirələrində qəzanın adı "Şəki qəzası" olaraq çəkilir. 1925-ci ildən 1929-cu ilə qədər – qəzanın ləğv edilməsinə qədər, qəzanın rəsmi qəzeti olan "Şəki fəhləsi" qəzetində qəzanın adı "Şəki qəzası" olaraq göstərilir. Lakin paralel olaraq eyni dövrə aid rusca statistik mənbələrdə qəzanın adı "Nuxa qəzası" kimi yazılmaqda davam edirdi.

Tarixi coğrafiyası

Qəzanın hüdudları

Məlum olduğu kimi, 1819-cu ildə Şəki xanlığı ləğv edilərkən və yerində Şəki əyaləti yaradılarkən, xanlıq dövründə olduğu kimi, əyalətin də ərazisi şimalda Qafqaz sıra dağlarına, qərbdə Bləcik kəndindən sonra Alazan çayına, cənubda Kür çayına, Zərdab kəndinə, şərqdə Göyçay çayına qədər uzanırdı. 1858-ci ilə aid xəritədən[3] görünür ki, onun qərb sərhədi artıq heç də Alazan çayına çatmır, Acınohur gölünün ortasındah keçir. 1883-cü ildə qəza ərazisində Ərəş qəzası təşkil edildikdə isə Nuxa qəzasının ərazisi 2 dəfəyə yaxın kiçildi. Nuxa qəzasının Ərəş qəzası ilə sərhəddi sabit olmamışdır. Məsələn, 1902-ci il xəritəsində Nuxa qəzasının ərazisində göstərilən Böyük Dəhnə, Kiçik Dəhnə və onların ətrafındakı bəzi kəndlər 1903-cü il xəritəsində Ərəş qəzası ərazisində göstərilir. Ərəş qəzası Azərbaycan SSR dövründə əvvəl inzibati mərkəzin adına uyğun olaraq Ağdaş qəzası adlandırıldı, sonra, 1926-cı ildə isə ləğv edildi. 1926-cı ilə aid statistik məlumatlardan aydın olur ki, həmin vaxt keçmiş Ağdaş qəzası ərazisinin bir hissəsi (Xaldan dairəsi) Nuxa qəzasında, bir hissəsi isə (Ağdaş dairəsi, Ağdaş şəhəri və s.) Göyçay qəzasında idi.

Daxili inzibati bölgü

Nuxa qəzası —1903-cü il

1897-ci ilə aid statistik məlumatlardan aydın olur ki, Nuxa qəzasının ərazisi inzibati cəhətdən 5 hissəyə bölünmüşdür. Bunlardan biri Nuxa şəhəri, 4-ü isə (1-ci, 2-ci, 3-cü, 4-cü) sahə (rus. участка) idi. 1926-cı ildə isə qəza ərazisi inzibati cəhətdən 7 hissəyə bölünmüşdü. Bunlardan biri Nuxa şəhəri, 6-sı isə (Aşağı Göynük, Vartaşen, Cəfərabad, Qutqaşen, Nic, Xaldan) dairə idi.

1913-cü ildə qəzada 30 kənd icması vardı[4]:

  • Əlyar — Əlyar kəndi.
  • Aşağı Göynük — Göynük kəndi,
  • Baş Göynük — Baş Göynük kəndi,
  • Bidend — Bidend kəndi,
  • Biləcik — Biləcik kəndi,
  • Bum — Bum kəndi,
  • Vəndam — Vəndam kəndi,
  • Vartaşin — Vartaşin kəndi,
  • Daşbulaq — Daşbulaq kəndi,
  • Dəhnə — Böyük Dəhnə kəndi,
  • Cəirli — Cəirli kəndi,
  • Cəlut — Cəlut kəndi,
  • Cunut — Cunut kəndi,
  • Zaraqan — Zaraqan kəndi,
  • Zərif — Zərif kəndi,
  • Zəyzit — Zəyzit kəndi,
  • Qalacıq — Qalacıq kəndi,
  • Kamerocan— Kamerocan kəndi,
  • Qoxmuq — Qoxmuq kəndi,
  • Küngüt — Baş Küngüt kəndi,
  • Kutqaşin — Kutqaşin kəndi,
  • Küsnət — Küsnət kəndi,
  • Nic — Nic kəndi,
  • Oxut — Oxut kəndi,
  • Padar — Padar kəndi,
  • Sultan Nuxa — Sultan Nuxa kəndi,
  • Filfili — Filfili kəndi,
  • Xalxal — Xalxal kəndi,
  • Xaçmaz — Xaçmaz kəndi kəndi,

Statistik məlumatlar

1897-ci il ensiklopediyasında Nuxa qəzası haqqında məlumat (ixtisarla)

"Nuxa qəzasının sahəsi 3346.7 verst², başqa sözlə 3808,7 km²-dir. Əhalisi 1 yanvar 1896-cı il tarixdə 94767 nəfər (51552 kişi; 43215 qadın) idi. Nuxa qəzası nisbətən varlı, sənayenin və ticarətin inkişaf etdiyi qəzalardandır. Qəzanın xarakterik cəhətlərindən biri də burada əhalisi çox olan kənlərin olmasıdır. Məsələn, Xaçmazda 4557, Baş Göynükdə 5084, Vəndamda 4323 nəfər adam yaşayır. Əhalinin məşğuliyyətində taxılçılıq, xüsusilə çəltik əkib-becərmək, bağçılıq, ipəkçilik əsas yer tutur. Qəzanın əhalisi çox olan kəndlərindən biri — Nic kəndi, hansı ki bu kənddə 5084 nəfər adam yaşayır, bağçılıq, ipəkçilik və əkinçilik sahəsində nəinki Nuxa qəzasında, hətta bütün quberniyada ən irəlidədir. Qəzada 1894-cü ildə 89,5 desyatin sahədə tütün əkilmiş və 1128 pud məhsul götürülmüşdür. Barama becərilməsi işində isə Nuxa qəzası Zaqafqaziyada birinci yerdədir. Qəzada 1893-cü ildə 81740 pud, 1894-cü ildə isə 89900 pud barama istehsal edilmişdir. Nic kəndində fındıq bağlarının sahəsi 9 desyatinə çatır. Vəndam kəndi isə alması ilə məşhurdur. Qəzada 1894-cü ildə 44930 vedrə çaxır istehsal olunmuşdur. 1891-ci ildə qəzada, Nuxa şəhəri istisna olmaqla, 5676 at, 938 eşək və qatır, 23500 baş inək, 7650 baş camış, 47850 qoyun, 3250 keçi, 660 donuz vardı. Qəzada 8 ibtidai kənd məktəbi, 5 erməni-qriqoryan kilsə məktəbi, 1 pravoslav kilsəsi, 44 erməni-qriqorian kilsəsi, 2 monastır, 261 məscid, 3 sinaqoq fəaliyyət göstərirdi. Qəza əhalisinin 69,6%-i azərbaycanlılar[5], 15,7%-i ermənilər, 7,8 %-i udinlər, 4,6-i kürəlilər (Samur çayı hövzəsinin ləzgiləri), 1,9%-i yəhudilərdir, yerdə qalan hissə isə gürcülərdən və qaputlilərdən(?) ibarətdir. Əhalinin 74,5% müsəlmandır. Əhalinin 73,5% sünni məzhəblidir. Əhalinin 22,7% erməni-qriqorian məzhəblidir. Nuxa şəhərində 25 min nəfər adam yaşayır. Onların 81%-i azərbaycanlı, 18%-i isə ermənilərdir. Şəhərdə barama emalı işi çox inkişaf etmişdir. Şəhərdə 45 baramaaçan zavod, 4 kərpic zavodu, 8 dulusçuluq emalatxanası, 4 dabbağxana və 3 sabunbişirmə sexi var. Şəhərdə həmçinin, dördillik şəhər məktəbi, 2 erməni kilsə məktəbi, 1 pravoslav kilsəsi, 3 erməni-qriqorian kilsəsi, 28 məscid, xəstəxana, həkim və aptek də fəaliyyət göstərir"[6].

Nuxa qəzası 1917-ci idə

1917 ilin "Qafqaz təqvimi"nə görə, Nuxa qəzasının ərazisi 3685 verst² (4201 km²) idi. Qəzanın əhalisi 133505 nəfər idi. Əhalinin 73819 nəfəri (55,3%) kişi, 59686 nəfəri (44,7%) qadın, 131132 nəfəri yerli sakin, 2373 nəfəri müvəqqəti yaşayanlar idi. Qəzanın əsas əhalisi azərbaycanlılar (93557 nəfər və ya 70,1%) idi. Bundan başqa, qəzada 17751 (13,3%) erməni, 7861 müsəlman dağlı əhalisi (5,9%), 1831 (1,4%) rus qeydiyyata alınmışdı. Qəzanın mərkəzi Nuxa şəhəri (əhalisi 52243 nəfər) idi. 20 əsrin əvvəllində qəzada yüzdən çox ipəkəyirmə müəssisəsi vardı[7].

1926-cı ilə aid statistik məlumatlarda[8] Nuxa qəzası əhalisinin sayı və etnik tərkibi

Dairənin, yaxud şəhərin adı Cəmi azər-
baycan-
lılar
ermənilər tatlar talışlar ləzgilər udinlər avarlar saxurlar ceklilər xına-
lıqlar
gürcülər kürdlər ruslar ukraynalılar dağ yəhudiləri
Bütün qəza üzrə 107.049 (100%) 94.078 (87,9%) 4.007 (3,7%) 21 (0,1%) 3 (-0,1%) 2.874 (2,7%) 2.439 (2,3%) 31 (0,1%) 294 (0,3%) 590 (0,6%) 67 (0,1%) 49 (0,1%) 4 (0,1%) 958 (0,9%) 99 (0,1%) 910 (0,9%)
Nuxa şəhəri 22.944 (100%) 20.764 (90,5%) 1.565 (6,8%) 18(0,1%) - 185 (0,8%) - - - - - 37 (0,2%) - 195 (0,8%) 34 (0,1%) 3 (-0,1%)
Aşağı Göynük dairəsi 17.912 (100%) 16.701 (93,2%) 6 (0,1%) - - 1.154 (6,4%) - - - - - 1 (- 0,1%) - - -
Vartaşen dairəsi 15.260 (100%) 11.485 (75,3%) 1.336 (8,8%) - 1 (-0,1%) 103 (0,7%) 356 (2,3%) 31 (0,2%) 291 (1,9%) 590 (3,9%) 67 (0,4%) 2 (-0,1%) 1 (-0,1%) 19 (-0,1%) - 899 (5,9%)
Cəfərabad dairəsi 15.693 (100%) 14.271 (90,9%) 305 (1,9%) - - 977 (6,2%) - - - - - - - 23 (0,1%) 19 (0,1%) -
Qutqaşen dairəsi 13.394 (100%) 13.231 (98,8%) 133 (1,0%) - - 5 (-0,1%) - - - - - - - 8 (-0,1%) - 1 (-0,1%)
Nic dairəsi 12.926 (100%) 9.350 (72,3%) 571 (4,4%) - - 118 (0,9%) 2.083 (16,1%) - - - - 2 (-0,1%) - 690 (5,3%) 46 (0,4%)
Xaldan dairəsi 8.920 (100%) 8.276 (92,8%) 91 (1,0%) 3 (-0,1%) 2 (-0,1%) 332 (3,7%) - - 3 (-0,1%) - - 7 (0,1%) 3 (-0,1%) 23 (0,3%) - 7 (0,1%)

İstinadlar

  1. 1 2 "Первая всеобщая перепись населения Российской Империи 1897 г." 2012-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-08. (rus.)
  2. Azərbaycan Demokratik Respublikası dövründə (1918–1920) ölkə Bakı, Gəncə və Zaqatala quberniyalarına, yaxud dairələrinə bölündü. Çar Rusiyası dövründəki Yelizavetpol quberniyası isə artıq "Gəncə quberniyası", yaxud "Gəncə dairəsi" adlandırdı.
  3. "Карта Кавказского края, 1858 г." 2022-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-19.
  4. Волостныя, станичныя, сельскія, гминныя правленія и управленія, а также полицейскіе станы всей Россіи съ обозначеніем мѣста ихъ нахожденія. Кіевъ: Изд-во Т-ва Л. М. Фишъ. 1913. 129.
  5. Mətndə: Azərbaycan tatarları.
  6. Энциклопедический словарь Брокгауза и Ефрона, Том XXI, стр.: 431–432, С.-Петербург, 1897. Arxivləşdirilib 2022-05-24 at the Wayback Machine
  7. Azərbaycan Xalq Cümhuriyyəti Ensklopediyasının ( 2-ci cild, səh.: 274, Bakı, 2005) "Nuxa qəzası" məqaləsi Arxivləşdirilib 2012-10-15 at the Wayback Machine.
  8. "Этно-Кавказ, Нухинский уезд (1926 г.)". 2013-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-04-18.

Həmçinin bax

Xarici keçidlər

Read other articles:

This article details all-time records. Ali Parvin, pictured here, holds the records for most appearances with the club, with 341. Persepolis Football Club is an Iranian professional association football club based in Tehran. The club was formed in 1963, and played its first competitive match against Rah Ahan F.C. Persepolis currently plays in the Persian Gulf Pro League. Persepolis is the only club, never to have been relegated from the league. They have also been involved in Asian football, ...

American Mormon leader Welcome ChapmanBorn(1805-07-24)July 24, 1805Readsboro, VermontDiedDecember 9, 1893(1893-12-09) (aged 88)Fountain Green, UtahKnown forLeader of Sanpete Mormon Colony1854–1862Spouses Susan Amelia Risley Ann Mackey Catherine Ann Stayner Parents Benjamin Chapman Sibyl Amidon Welcome Chapman (July 24, 1805 – December 9, 1893) was an early leader in the Church of Jesus Christ of Latter-day Saints born in Readsboro, Vermont. Chapman was the leader of the Latter-d...

Дурдук Сергій Миколайович капітанЗагальна інформаціяВійськова службаПриналежність  УкраїнаВид ЗС Збройні сили УкраїниВійни / битви російсько-українська війнаНагороди та відзнаки Дурдук Сергій Миколайович — капітан Збройних сил України, учасник російсько-укра...

Sporting event delegationNorway at the2024 Summer ParalympicsFlag of NorwayIPC codeNORNPCNorwegian Olympic and Paralympic Committee and Confederation of SportsWebsitewww.idrett.no (in Norwegian)in Paris, 2024August 28, 2024 (2024-08-28) – September 8, 2024 (2024-09-08)Competitors6 in 5 sportsSummer Paralympics appearances (overview)19601964196819721976198019841988199219962000200420082012201620202024 Norway is scheduled to compete at the 2024 Summer Pa...

Mercedes / Mercedes-Benz Mercedes-Benz 15/70/100 PS Typ 400Mercedes-Benz 15/70/100 PS Typ 400 15/70/100 PS Verkaufsbezeichnung: 15/70/100 PS15/70/100 PS Typ 400 (1926-1929) Produktionszeitraum: 1924–1929 Klasse: Oberklasse Karosserieversionen: Tourenwagen, Limousine, Pullman-Limousine, Landaulet, Cabriolet Motoren: Ottomotor:3,9 Liter(51–74 kW) Länge: 5200 mm Breite: 1800 mm Höhe: 1950 mm Radstand: 3630 mm Leergewicht: 2200–2400 kg Nachfolg...

Kew Jaliens Informasi pribadiNama lengkap Kew Raffique JaliensTanggal lahir 15 September 1978 (umur 45)Tempat lahir Rotterdam, BelandaTinggi 183 m (600 ft 5 in)Posisi bermain BekInformasi klubKlub saat ini Wisła KrakówNomor 2Karier junior Sagu Boys Capelle DCVKarier senior*Tahun Tim Tampil (Gol)1997–1999 Sparta 68 (4)1999–2004 Willem II 147 (4)2004–2011 AZ Alkmaar 166 (5)2011– Wisła Kraków 42 (1)Tim nasional1998–1999 Belanda U-21 11 (0)2008 Belanda U-23 3 (0)...

Yer-2 用途:長距離爆撃機 設計者:V・G・エルモラーエフ記念試作設計局 製造者: 運用者:ソ連空軍 初飛行:1940年5月14日 生産数:約360-370機 運用開始:1941年 退役:1950年? 表示 Yer-2(Yermolayev Yer-2)は、第二次世界大戦中に使用されたソビエト連邦の長距離中型爆撃機である。 概要 本機は戦争前の試作旅客機 バルティーニ Stal-7を基に開発され、1941年のバルバロッサ作戦

Artikel ini bukan mengenai lemak. Jenis lemak dalam makanan Lemak tak jenuh Lemak tak jenuh tunggal ω−7 ω−9 Lemak tak jenuh ganda ω−3 ω−6 Lemak trans Kolesterol Lemak jenuh Lemak interesterifikasi Lihat juga Asam lemak Asam lemak esensial lbs Perbandingan isomer trans asam elaidat (atas) dan isomer cis asam oleat (bawah). Dalam kimia, terutama biokimia, suatu asam lemak adalah asam karboksilat dengan rantai alifatik panjang, baik jenuh maupun tak jenuh. Hampir semua asam lemak ala...

Untuk kota bernama sama, lihat Kota Madiun. Untuk kegunaan lain, lihat Madiun (disambiguasi). Artikel ini bukan mengenai Madun. MadiunKabupatenTranskripsi bahasa daerah • Hanacarakaꦩꦝꦶꦪꦸꦤ꧀ • Pegonمادييون • Alfabet bahasa JawaMadhiyunSalah satu lahan terasering di kaki Gunung Wilis, Kresek, Wungu, Madiun. LambangJulukan: Kampung PesilatMotto: Madiun Terang BenderangPetaMadiunPetaTampilkan peta JawaMadiunMadiun (I...

British Army officer This article has multiple issues. Please help improve it or discuss these issues on the talk page. (Learn how and when to remove these template messages) This article relies largely or entirely on a single source. Relevant discussion may be found on the talk page. Please help improve this article by introducing citations to additional sources.Find sources: Adam Muir British Army officer – news · newspapers · books · scholar · ...

У этого термина существуют и другие значения, см. Бибирево. Этнографическая деревня Бибирево Помосты через реку Чермянку в Этнографической деревне Бибирево Основная информация Площадь9,58 га Расположение 55°53′43″ с. ш. 37°37′18″ в. д.HGЯO Страна Россия РайонБи...

Novel by Rabindranath Tagore For other uses, see Chokher Bali. Chokher Bali AuthorRabindranath TagoreTranslatorKrishna KripalaniSurendranath TagoreRadha ChakravartyCountryIndiaLanguageBengaliGenreNovelPublishedSerialised 1902-03Book form 1903Published in English1959Media typePrint Chokher Bali (চোখের বালি) is a 1903 Bengali novel by Rabindranath Tagore that revolves around the central character Binodini and her relationships with three individuals. It explores the ...

42°22′25″N 71°7′17″W / 42.37361°N 71.12139°W / 42.37361; -71.12139 Brattle TheatreBrattle Hall. The theatre entrance is at the bottom of the stairs on the leftAddress40 Brattle StreetCambridge, MA 02138USAOwnerBrattle Film FoundationTypeMovie theaterOpened1953Websitewww.brattlefilm.org The Brattle Theatre is a repertory movie theater located in Brattle Hall at 40 Brattle Street near Harvard Square in Cambridge, Massachusetts. The theatre is a small movie ho...

Чиста вода — джерело життя УкраїнаНомінал 5 гривеньМаса 9,4 гДіаметр 28,0 ммГурт секторальне рифленняМетал нікелевий сплав, нордікРоки карбування 2007Аверс Реверс «Чи́ста вода́ — джерело́ життя́» — пам'ятна монета номіналом 5 гривень, випущена Національним...

Ali Karimi Karimi pada tahun 2007Informasi pribadiNama lengkap Mohammad-Ali Karimi PashakiTanggal lahir 8 November 1978 (umur 45)Tempat lahir Karaj, IranTinggi 178 cm (5 ft 10 in)[1]Posisi bermain Gelandang serang, Penyerang deep-lyingInformasi klubKlub saat ini PersepolisNomor 8Karier junior1990–1991 Naft Teheran[2][3]1991–1994 Saipa[4]1994–1996 Fath TeheranKarier senior*Tahun Tim Tampil (Gol)1996–1998 Fath Teheran 1998–2001 Perse...

American historian (1876–1932) Carl Russell Fish circa 1917 Carl Russell Fish (October 17, 1876 – July 10, 1932) was a University of Wisconsin–Madison historian. Biography Born in Central Falls, Rhode Island, to Fredrick E. and Louisiana N. Fish on October 17, 1876. He claimed later in life that he wanted to be a professor since he was four years old. He graduated from Brown in 1897, and completed his Master's and Doctoral degree at Harvard University, finishing in 1898 and 1900, respec...

Wheelchair propelled by electric motor This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Motorized wheelchair – news · newspapers · books · scholar · JSTOR (August 2012) (Learn how and when to remove this template message) A front-wheel-drive chair with a captain's chair seat Disability Theory and models Disab...

Species of bird Celestial monarch Male seen in Bislig, Surigao del Sur. Photo by Adri Constantino of Birding Philippines. Female lithograph by Smit. Yellow eye-ring and crest not drawn in. Conservation status Vulnerable (IUCN 3.1)[1] Scientific classification Domain: Eukaryota Kingdom: Animalia Phylum: Chordata Class: Aves Order: Passeriformes Family: Monarchidae Genus: Hypothymis Species: H. coelestis Binomial name Hypothymis coelestisTweeddale, 1877 Subspecies See text The...

Kingdom in South Asia (1642–1975) Not to be confused with Sikh Empire. This article includes a list of general references, but it lacks sufficient corresponding inline citations. Please help to improve this article by introducing more precise citations. (May 2016) (Learn how and when to remove this template message) Kingdom of Sikkimའབྲས་ལྗོངས། (Sikkimese)Drenjongའབྲས་མོ་གཤོངས། (Classical Tibetan)Dremoshongᰕᰚᰬᰯ ᰜᰤᰴ...

South African YouTuber Winston SterzelSterzel in 2017Personal informationBorn (1980-08-17) August 17, 1980 (age 43)Cape Town, South AfricaOccupationYouTuberWebsiteadvchina.netYouTube informationChannel SerpentZA GenreVlogSubscribers1.43 million[1]Total views244.25 million[1]Associated actsMatthew TyeADVChinaThe China ShowChina Fact Chasers Creator Awards100,000 subscribers20161,000,000 subscribers2022 Last updated: November 6, 2023 Winston Frederick Sterzel, also kno...