Nizami Cəfərov

Nizami Cəfərov
Şəxsi məlumatlar
Doğum tarixi 21 sentyabr 1959(1959-09-21) (65 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, filoloq, ədəbiyyatşünas, universitet müəllimi[d], ədəbiyyatşünas[d]
Elmi fəaliyyəti
Elm sahəsi Azərbaycan dili[1], Azərbaycan ədəbiyyatı[1], türkologiya[1]
Elmi dərəcəsi
Elmi adı

Təltifləri "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 2000
"Şöhrət" ordeni — 2019 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" yubiley medalı — 2018

Nizami Qulu oğlu Cəfərov (21 sentyabr 1959, Zəlimxan, Ağstafa rayonu) — Azərbaycanda Atatürk Mərkəzinin direktoru, BDU Ümumi dilçilik kafedrasının müdiri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı (2000-2024), BDU Filologiya fakültəsinin dekanı (1994-2001),filologiya elmləri doktoru (1991), professor (1993), əməkdar elm xadimi (2000), AMEA-nın həqiqi üzvü (2017)[2], Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2022-ci ildən "ADA" Universitetində "Azərbaycançılıq" kursunu tədris edir. [3]

Həyatı

Nizami Cəfərov 1959-cu 21 sentyabrda Ağstafa rayonunun Zəlimxan kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1985-ci ildən Azərbaycan EA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işçisi olmuşdur. 1987-ci ildən "Ədəbiyyat və incəsənət" qəzetinin şöbə müdiri, 1991-ci ildən Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müəllimi, professoru, Filologiya fakültəsinin dekanı(1994–2001) vəzifələrində çalışmışdır. Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının müdiri (2001–2015)olub. 2019-cu ildən Bakı Dövlət Universitetinin Ümumi dilçilik kafedrasının müdiridir. 2022-ci ildən ADA Universitetində "Azərbaycançılıq" kursunu tədris edir. Nizami Cəfərov Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası "Azərbaycan dili və ədəbiyyatı" bölməsinin üzvü kimi orta ümumtəhsil məktəbləri üçün Azərbaycan dili proqramlarının, dərsliklərinin hazırlanmasında iştirak etmişdir.

Azərbaycan Yazıçılar Birliyinin üzvü seçilmişdir.

1995–1996-cı illərdə Azərbaycan Respublikası Ali Attestasiya Komisiyasının (AAK) filologiya elmləri üzrə Ekspert Şurasının üzvü, 1997-ci ildə isə AAK Dilçilik üzrə ixtisaslaşmış Doktorluq Şurasının üzvü olmuşdur. Elə bu il Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodik Şurası "Azərbaycan dili və ədəbiyyatı" bölməsinin sədri təyin olunmuşdur.

1998-ci ildə AAK Dilçilik üzrə ixtisaslaşmış Doktorluq Şurasının sədri seçilmişdir.

Nizami Cəfərov 1999-cu ildə Filologiya fakültəsində "Dədə Qorqud" elmi-tədqiqat laborotoriyasını yaradaraq onun müdiri təyin olunmuşdur.

2003-cü ildə AAK-ın filologiya elmləri üzrə Ekspert Şurasının sədri təyin edilmişdir.

2004-cü ildə Azərbaycan "Bilik" Maarifçilik Cəmiyyətinin qərarı ilə "Yusif Məmmədəliyev adına medal"la təltif edilmişdir.

Cəfərov Nizami Qulu oğlu elmi nəticələrinə və təhsil quruculuğuna görə 11 fevral 2000-ci ildə Azərbaycan Respublikasının "Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür.[4].

20 sentyabr 2019-cu ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və elmin inkişafında xidmətlərinə görə ölkə başçısı tərəfindən "Şöhrət" ordeni ilə təltif edilib.[5]

O, 1993-cü ilədək Müsavat Partiyasının üzvü olmuşdur, hakimiyyət dəyişikliyindən sonra isə Yeni Azərbaycan Partiyasının üzvü olmuşdur.[6]

Azərbaycan Respublikası (II (2000-ci il), III (2005-ci il), IV çağırış (2010-cu il), V çağırış (2015-ci il) və VI çağırış (2020-ci il) Milli Məclisinin deputatıdır. Parlamentin Mədəniyyət Komitəsinin sədri (2005–2015)olub. Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olub. Azərbaycan-Qazaxıstan, Azərbaycan-Qırğızıstan, Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.

Evlidir, 2 övladı var.

Yaradıcılığı

Tədqiqatları Azərbaycan dili tarixi, ümumi türkologiya, Azərbaycan ədəbiyyatı tarixi, Azərbaycan türkcəsinin milliləşməsi və Azərbaycanşünaslığın əsasları və inkişafı tarixinə, qədim türk və türk xalqları ədəbiyyatı tarixi və müasir ədəbi proseslə bağlı problemlərə həsr olunmuşdur.

Akademik Nizami Cəfərov üçün türkologiya geniş anlayış olub, yalnız dilçilik sahəsi ilə məhdudlaşmayaraq, eyni dərəcədə də ümumtürk ədəbiyyatı və mədəniyyəti anlayışlarını da özündə cəmləşdirir. Nizami Cəfərovun simasında dilçi-türkoloqla ədəbiyyatçı-türkoloq və kulturoloq vahid bir sistemdə birləşir. Nizami Cəfərovun hazırlayıb çap etdirdiyi dördcildlik "Türk xalqları ədəbiyyatı" geniş mənada türkologiya elminə sanballı xidmətdir. O, ilk dəfə olaraq Azərbaycanda türk xalqları ədəbiyyatının çoxcildlik elmi salnaməsini yaratmışdır.

Ümumi dilçilik istiqamətində Nizami Cəfərov yeni bir masştab müəyyənləşdirir. İlk növbədə klassik ümumi dilçilik modeli N. Cəfərov tərəfindən modernləşdirilir. Onun Bakı Dövlət Universitetində oxuduğu mühazirələr əsasında yazdığı "Ümumi dilçilik" dərsliyində (Bakı, 2020,"Təhsil"nəş., səh. 144 ;ikinci nəşr, Bakı, 2023,"Təhsil nəş., səh. 216)bilavasitə ilk mənbələr-dilçilik klassiklərinin əsərləri əsasında dil haqqındakı elmin predmeti, tarixi, tədqiqat metodları, dilin mahiyyəti, eləcə də daxili, yaxud sinxron, xarici, yaxud diaxron və multidissiplinar dilçilik məsələləri şərh olunur. "Multidissiplinar dilçilik" dərs vəsaitində isə multidissiplinar dilçiliyin ən populyar sahə və ya istiqamətlərindən bəhs edən beş oçerk (etnolinqvistika, sosiolinqvistika, psixolinqvistika, praqmalinqvistika, linqvokulturologiya) verilir. Müasir dilçiliyin banisi, məşhur İsveçrə dilçisi Ferdinand de Sössürün "Ümumi dilçilik kursu" N. Cəfərov tərəfindən Azərbaycan dilinə tərcümə edilib nəşr olunur(2003,2018). Bir sıra dilçilik klassiklərinin, eləcə də ümumi dilçiyin banisi Vilhelm fon Humboldtun irsinin müəyyən hissəsi N. Cəfərov tərəfindən Azərbaycan dilinə tərcümə edilib nəşr edilir (Vilhelm fon Humboldt :məqalələr və fraqmentlər, 2019).

Məşhur Danimarka dilçisi Lui Yelmslevin "Linqvistik nəzəriyyənin əsasları" kitabı N. Cəfərovun Azərbaycan dilinə tərcüməsi və ön sözü ilə nəşr olunur (Azərbaycan Tərcümə Mərkəzi, Bakı, 2024).

Nizami Cəfərovun müxtəlif illərdə Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Aşıq Ələsgər, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Anar, Elçin Əfəndiyev, İsa Muğanna, Nəriman Həsənzadə, Gülhüseyn Hüseynoğlu, Vaqif Səmədoğlu, Zəlimxan Yaqub, Afaq Məsud və başqaları haqqında yazdığı çoxsaylı kitablar və məqalələr yüksək səviyyəli professional ədəbiyyatşünaslıq əsərləridir. O, eyni zamanda, orta ümumtəhsil məktəbləri üçün Azərbaycan dili ilə yanaşı, ədəbiyyat üzrə də uzunömürlü dərsliklərin müəllifidir. Ədəbiyyatın mahiyyəti — ədəbiyyat tarixinin dövrləşdirilməsi, klassik şeirin poetikası, aşıq poeziyasının inkişafı, ədəbi tənqidin imkanları və iddiaları, "altmışıncıların" ədəbi simaları və problemləri haqqındakı tədqiqatları, yaxud ayrı-ayrı yazıçılarla əlaqədar portret-oçerk səviyyəsində təqdimatları Nizami Cəfərovun ədəbiyyat məsələlərinə, ədəbi prosesə dərindən bələd olduğunu, bir çox hallarda istiqamət verdiyini əyani surətdə göstərir. Nizami Cəfərov Azərbaycan ədəbiyyatşünaslıq elmində "Kitabi-Dədə Qorqud" dastanlarındakı "eposdan kitaba" doğru ədəbi proseslərin əsasında bu möhtəşəm oğuznamədən həm də ortaq ümumtürk və daha çox Azərbaycan yazılı ədəbiyyatının başlanğıc dövrünün ədəbi abidəsi qismində söz açmaq təşəbbüsünü irəli sürmüşdür.

Akademik Nizami Cəfərov ölkəmizdə "Azərbaycanşünaslığın əsasları"nın yaradılmasına öz töhfələrini vermiş mütəfəkkir elm xadimidir. Müxtəlif illərdə çap edilmiş "Azərbaycan mədəniyyəti məsələləri" (2000), "Azərbaycanşünaslığa giriş" (2001), "Azərbaycanlılar: etnokulturoloji birliyin siyasi-kulturoloji əsasları" (2001), "Azərbaycan: Dil, Ədəbiyyat və Mədəniyyət" (2001), "Azərbaycanşünaslıq məsələləri" (2001), "Heydər Əliyev və Azərbaycan" (2004), "Azərbaycanşünaslığın əsasları" (2005; 2013), "Atatürkün Azərbaycan siyasəti" (2008), "Azərbaycan xalqının tarixi və tərcümeyi-halı" (2012), ADA Universitetində oxuduğu mühazirələr əsasında nəşr olunmuş "Azərbaycanşünaslıq mühazirələri" (Bakı, 2023,səh. 216) və sair kitabları Azərbaycanşünaslığın ədəbi-mədəni və elmi-nəzəri əsaslarını müəyyən edən və dəyərləndirən əhəmiyyətli tədqiqatlardır. Nizami Cəfərov elmi fikirdə ümumtürk mənşəli Azərbaycançılıq ideologiyasının və nəzəri əsaslara malik Azərbaycanşünaslıq təliminin əsas tədqiqatçılarından biridir.


"METAFİZİKA" beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 14-cü sayından jurnalın "Filologiya və Pedaqogika" üzrə redaksiya heyətinin üzvüdür.[7]

Sayı 500-dən çox olan elmi əsərlərin, o cümlədən monoqrafiyanın müəllifidir.

Rus, ingilis və fars dillərini bilir.

Filmoqrafiya

  1. Susmuş vicdan (film, 2010)

İstinadlar

  1. 1 2 3 Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. "AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanıb". 2020-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-02.
  3. VƏZİFƏLİ KAFEDRA MÜDİRLƏRİ Arxivləşdirilib 2016-08-26 at the Wayback Machine  (az.)
  4. "Məhəmməd Əmin Rəsulzadə adına Bakı Dövlət Universiteti müəllimlərinə fəxri adların verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI". https://e-qanun.az (azərb.). 11 fevral 2000. 27 fevral 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 fevral 2016.
  5. "N. Q. Cəfərovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2020-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-09-24.
  6. "İsa Qəmbəri tərk edən tanınmışlar - Araşdırma". 2023-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-10.
  7. ""Metafizika" jurnalının redaksiya heyətinin üzvləri". 2022-03-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-01-01.

Xarici keçidlər

Read other articles:

1998 single by Jay-Z Can I Get A... (Soundtrack Version)Sticker from shrink wrap of the U.S. 12-inch vinyl singleSingle by Jay-Z featuring Jah and Amilfrom the album Def Jam's Rush Hour Soundtrack and Vol. 2... Hard Knock Life ReleasedAugust 22, 1998 (1998-08-22)Recorded1998GenreHip hopelectro-disco[1]Length5:11LabelDef JamPolyGramSongwriter(s)Shawn CarterJeffrey AtkinsIrving LorenzoRobin MaysProducer(s)Irv GottiLil' RobJay-Z singles chronology Money Ain't a Thang(1...

 

Jae Crowder Corey Jae Crowder (Villa Rica (Georgia), 6 juli 1990) is een Amerikaanse basketbalspeler van de Phoenix Suns uitkomend in de National Basketball Association (NBA). Hij is de zoon van oud-NBA-speler Corey Crowder. Crowder speelde voor South Georgia Tech en later Howard College, waarin hij het team leidde naar een NJCAA Men's Division I Basketball Championship in zijn tweede jaar, waarin hij ook de titel State Farm Junior College Player of the Year won. Na zijn carrière bij het How...

 

Este artigo não cita fontes confiáveis. Ajude a inserir referências. Conteúdo não verificável pode ser removido.—Encontre fontes: ABW  • CAPES  • Google (N • L • A) (Agosto de 2020) Este artigo carece de caixa informativa ou a usada não é a mais adequada. Foi sugerido que esta caixa fosse inserida. Coordenadas: 44° 24' 14 N 33° 59' 38 E Monte Koshka O Monte Koshka (em russo: Кошка, em ucraniano: К...

Egon Krenz, 1984 Unterschrift von Egon Krenz Egon Rudi Ernst Krenz[1] (* 19. März 1937 in Kolberg, Pommern) ist ein ehemaliger deutscher Politiker der SED. 1983 in das Politbüro des ZKs der SED berufen, war er vom 18. Oktober bis zum 6. Dezember 1989 als Nachfolger Erich Honeckers Generalsekretär des ZKs der SED sowie ab 24. Oktober bis zum selben Enddatum Staatsratsvorsitzender und Vorsitzender des Nationalen Verteidigungsrates der DDR. Bei seiner Fernsehrede aus diesem Anlass fü...

 

Southeast Alaska has an unusual climate that allows a large number of edible plant and edible mushroom species to grow. The area consists primarily of the Tongass National Forest, which is a temperate rainforest. This rainforest has plenty of precipitation and the temperature remains relatively constant, therefore many plant and fungi species flourish there. On a geological time scale, fairly recently during the Little Ice Age, glaciers were abundant in Southeast Alaska. The ice age's last ma...

 

International architecture, landscape architecture and interior design firm Westin Times Square Hotel in New York Atlantis Condominium in Miami, seen prominently in Miami Vice The Lima Marriott Hotel is one of the many projects the firm has in Peru American Airlines Arena in Miami Arquitectonica is an international architecture, landscape architecture, interior design, and urban planning design firm headquartered in Miami, Florida’s Coconut Grove neighborhood. The firm also has offices in t...

2023 video gameOctopath Traveler IIDeveloper(s)Square EnixAcquirePublisher(s)Square EnixDirector(s)Keisuke MiyauchiProducer(s)Tomoya AsanoMasashi TakahashiArtist(s)Naoki IkushimaWriter(s)Takashi HinoKakunoshin FutsuzawaComposer(s)Yasunori NishikiPlatform(s)Nintendo SwitchPlayStation 4PlayStation 5WindowsXbox OneXbox Series X/SReleaseSwitch, PS4, PS5, WindowsFebruary 24, 2023Xbox One, Series X/SQ1/Q2 2024Genre(s)Role-playingMode(s)Single-player Octopath Traveler II is a role-playing video game...

 

Untuk kegunaan lain, lihat Padat (disambiguasi). Bentuk kristal tunggal insulin padat. Padat adalah salah satu dari empat wujud materi fundamental (lainnya adalah cairan, gas, dan plasma). Ia ditandai dengan kekakuan strukturnya dan resistensinya terhadap perubahan bentuk atau volume. Tidak seperti cairan, objek padat tidak mengalir untuk mengambil bentuk seperti wadahnya, tidak pula berekspansi mengisi seluruh volume yang dapat diisi seperti gas. Atom-atom dalam padatan terikat kuat satu sam...

 

Państwowa Szkoła Muzyczna I i II stopnia im. Franciszka Liszta w Głogowie zespół szkół muzycznych Państwo  Polska Miejscowość Głogów Adres ul. Jedności Robotniczej 1467-200 Głogów Data założenia 1971 Patron Franciszek Liszt Dyrektor mgr Agnieszka Berest Położenie na mapie PolskiPaństwowa Szkoła Muzyczna I i II stopnia im. Franciszka Liszta w Głogowie 51°39′48,6288″N 16°04′47,8762″E/51,663508 16,079966 Strona internetowa Patron szkoły – popiers...

Not to be confused with former Yankee Mike Stanton (left-handed pitcher), nor the current Yankee Giancarlo Stanton who used to be called Mike Stanton. American baseball player Baseball player Mike StantonPitcherBorn: (1952-09-25) September 25, 1952 (age 71)St. Louis, Missouri, U.S.Batted: SwitchThrew: RightMLB debutJuly 9, 1975, for the Houston AstrosLast MLB appearanceAugust 8, 1985, for the Chicago White SoxMLB statisticsWin–loss record13–22Earned run ...

 

Engravir antik Eusebius dari Caesarea Martir-Martir Palestina adalah sebuah karya buatan sejarawan gereja dan Uskup Caesarea, Eusebius (263 – 339 Masehi), yang berkaitan dengan penganiayaan umat Kristen di Caesarea pada masa penganiayaan di bawah Diokletianus. Karya tersebut terdiri dari dua bentuk, sebuah versi pendek yang menjadi bagian dari Sejarah Gerejawi karya buatannya, dan versi panjang yang baru ditemukan pada 1966. Eusebius hadir di Caesarea pada masa penganiayaan yang ia catat. L...

 

1991 single by INXS By My SideSingle by INXSfrom the album X Released18 March 1991 (1991-03-18)[1]Recorded1990Length3:05LabelAtlanticSongwriter(s) Michael Hutchence Kirk Pengilly Garry Gary Beers Andrew Farriss Tim Farriss Jon Farriss Producer(s)Chris ThomasINXS singles chronology Disappear (1990) By My Side (1991) Bitter Tears (1991) By My Side is a single by Australian band INXS, the third UK single and fourth Australian single taken from their seventh studio album, X...

Traditional order of succession of the Emperor of Japan Japan has been ruled by emperors since antiquity. The sequence, order and dates of the early emperors are almost entirely based on the 8th-century Nihon Shoki, which was meant to retroactively legitimise the Yamato dynasty by dating its foundation further back to the year 660 BCE.[1][2][3] There are several theories as to who was the first Japanese ruler supported by historical evidence: notable candidates are Emp...

 

Subgenre of heavy metal music Melodic death metalOther namesMelodeathStylistic originsDeath metalheavy metalCultural originsEarly–mid 1990s, Sweden and EnglandFusion genresMelodic metalcoremelodic black-deathRegional scenesGothenburg, SwedenOther topicsNew Wave of British Heavy MetalSwedish death metal Melodic death metal (also referred to as melodeath) is a subgenre of death metal that employs highly melodic guitar riffs, often borrowing from traditional heavy metal (including New Wave of ...

 

Iranian footballer (born 1973) This biography of a living person needs additional citations for verification. Please help by adding reliable sources. Contentious material about living persons that is unsourced or poorly sourced must be removed immediately from the article and its talk page, especially if potentially libelous.Find sources: Mehdi Pashazadeh – news · newspapers · books · scholar · JSTOR (October 2019) (Learn how and when to remove this te...

Bosnian actor (1950–2023) Zinaid MemiševićMemišević in 2011Born(1950-04-26)26 April 1950Sarajevo, PR Bosnia and Herzegovina, FPR YugoslaviaDied7 January 2023(2023-01-07) (aged 72)Vancouver, BC, CanadaOccupationActor Zinaid Miki Memišević (zi'naid 'miki me'miʃevit͡ʃ; 26 April 1950 – 7 January 2023) was a Bosnian and Serbian theatre and film actor. Born in 1950 in Sarajevo, he lived and worked in Vancouver, Canada. Career Memišević's first appearance on film in 1966 (Konjuh ...

 

P156 세류Seryu Korean nameHangul세류역Hanja細柳驛Revised RomanizationSeryu-yeokMcCune–ReischauerSeryu-yŏk General informationLocation44-7 Jangji-dong, 387 Jeongjoro, Gwonseon-gu, Suwon-si, Gyeonggi-do[1][2]Operated by KorailLine(s)Gyeongbu LinePlatforms2Tracks3ConstructionStructure typeAbovegroundHistoryOpenedMarch 10, 1954April 30, 2003 ()[2][1]Passengers(Daily) Based on Jan-Dec 2012.Line 1: 9,594[3] Services Preceding station Seoul Metropol...

 

Western flycatcher Conservation status Least Concern (IUCN 3.1)[1] Scientific classification Domain: Eukaryota Kingdom: Animalia Phylum: Chordata Class: Aves Order: Passeriformes Family: Tyrannidae Genus: Empidonax Species: E. difficilis Binomial name Empidonax difficilisBaird, 1858 Synonyms Empidonax occidentalis Nelson, 1897 The western flycatcher (Empidonax difficilis) is a small insectivorous bird in the family Tyrannidae. It is native to western North America, where it ...

2007 single by Chris Brown With YouSingle by Chris Brownfrom the album Exclusive ReleasedDecember 4, 2007Recorded2007StudioBattery (New York City)GenreR&BLength4:12Label Jive Zomba Songwriter(s)Johntá AustinTor Erik HermansenMikkel EriksenEspen LindAmund BjørklundProducer(s)StargateChris Brown singles chronology Kiss Kiss (2007) With You (2007) Shawty Get Loose (2008) With You is a song by American singer Chris Brown for his second studio album, Exclusive (2007). The song was written by...

 

Focus Humanitarian Assistance is an international group of agencies established in Europe, North America and South Asia to complement the provision of emergency relief, principally in the developing world. It helps people in need reduce their dependence on humanitarian aid and facilitates their transition to sustainable self-reliant, long-term development. Focus Humanitarian Assistance is affiliated with the Aga Khan Development Network, a group of institutions working to improve opportunitie...

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!