Dilarə Məmmədağa qızı Cəbrayılova — Azərbaycan Respublikası Milli Məclisinin V çağırış[1] deputatı.
Həyatı
Dilarə Məmmədağa qızı Cəbrayılova 1971-ci il iyun ayının 3-də Bakı şəhərində anadan olmuşdur.1978-ci ildə Nardaran qəsəbəsində yerləşən 130 saylı tam orta məktbə daxil olmuş, 1988-ci ildə oranı bitirmişdir. Elə həmin ildə M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstutuna daxil olmuş, 1993-cü ildə həmən İnsitutun Rus dili və Ədəbiyyatı ixtisası üzrə təhsilini tamamlamışdır
1996-cı ildən 2012-ci ilə qədər Sabunçu rayonu Nardaran qəsəbəsi 130 saylı tam orta məktəbdə pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 2004-cü ildə Bakı Slavyan Universitetinə daxil olmuş, 2005-ci ildə Yenidən hazırlanma və ixtisasartırma kursunu bitirərək tarix ixtisasına yiyələnmişdir.2012-ci ilin sentyabr ayından isə Nardaran qəsəbəsində yerləşən 295 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışır.2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür, 2015-ci ildə 27 saylı Sabunçu II Seçki Dairəsindən Azərbaycan Respublikası V Çağırış Milli Məclisin deputatı seçilmişdir.
Milli Məclisin Aliə ,qadın və uşaq məsələləri komitəsinin üzvüdür.
Brazilya,İtaliya , Kanada ,Qazaxıstan, Qətər,Litva,Polşa, Türkiyə,
Türkmənistən, parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Azərbaycan-Rusiya parlamentlərarası komissiyasının üzvüdür.
Ailəlidir, iki övladı var.
İstinadlar