Muxtar Babayev

Muxtar Babayev
Vəzifədədir
23 aprel 2018-ci ildən
(i. e. 14–16 fevral 2024)
ƏvvəlkiHüseynqulu Bağırov
Vəzifədədir
9 sentyabr 2022-ci ildən
ƏvvəlkiNizami Mursaqulov
2010 – 23 aprel 2018
Seçki dairəsi2010, 2015 — 43 saylı Sumqayıt üçüncü
ƏvvəlkiNizami İsgəndərov
SonrakıEmin Hacıyev
Şəxsi məlumatlar
Doğum tarixi 16 oktyabr 1967(1967-10-16) (57 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti nazir, siyasətçi

Təltifləri "Şöhrət" ordeni "Tərəqqi" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Muxtar Babayev (16 oktyabr 1967, Bakı) — Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri,[1] Azərbaycan Respublikasının Milli Məclisi IVV çağırış deputatı, Azərbaycan Alpinizm Federasiyasının[2]COP29-un prezidenti.

Həyatı

Muxtar Bahadur oğlu Babayev 1967-ci il, 16 oktyabr tarixində Bakı şəhərində anadan olub. 1984-cü ildə Bakı şəhərində orta məktəbi bitirmişdir.

1986–1988-ci illərdə hərbi xidmətdə olub. 1991-ci ildə Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin politologiya ixtisasını bitirib. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Xarici iqtisadi əlaqələr ixtisasını bitirib.

2000-ci ildə Ümum-Rusiya Xarici Ticarət Akademiyasının "Dünya iqtisadiyyatı" ixtisasını bitirib.[1]

1991–1992-ci illərdə Azərbaycan Respublikası Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində çalışıb.

İctimai-siyasi fəaliyyəti

1992–1993-cü illərdə Azərbaycan Respublikası Xarici İqtisadi Əlaqələr Nazirliyində işləyib. 1994–2003-cü illərdə SOCAR-ın Xarici İqtisadi Əlaqələr İdarəsində, 2003–2007-ci illərdə SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində çalışıb. 2007–2010-cu illərdə SOCAR-ın Ekologiya üzrə vitse-prezident vəzifəsində işləyib. 2010–2018-ci illərdə SOCAR-ın "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində çalışıb.

2010 və 2015-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisi IVV çağırış deputatı seçilib. 7 dekabr 2010-cu ildə Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü seçilmişdir.[1]

2018-ci ilin aprelin 23-dən Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziridir.[1]

Yeni Azərbaycan Partiyasının üzvüdür.

2024-cü ilin yanvarın 7-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Prezidenti təyin olunub.[3]

Mükafatları

İstinadlar

  1. 1 2 3 4 Muxtar Babayev — Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirliyinin rəsmi veb saytı — 20 oktyabr, 2019-cu ildə arxivləşdirilib.
  2. "Muxtar Babayev: "Futboldakı təcrübəmi alpinizmdə tətbiq edəcəyəm"". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-18.
  3. "M.B.Babayevin Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Prezidenti müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2024-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-07.
  4. "Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 19 sentyabr 2012-ci il tarixli 672 nömrəli Sərəncamı. — 3 aprel, 2018-ci ildə arxivləşdirilib.
  5. "Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 7 noyabr, 2017-ci il tarixli 3367 nömrəli Sərəncamı 13 oktyabr, 2018-ci ildə arxivləşdirilib.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!