Marvin Minski

Marvin Minski
ing. Marvin Lee Minsky
Doğum tarixi 9 avqust 1927(1927-08-09)[2][1][…]
Doğum yeri
Vəfat tarixi 24 yanvar 2016(2016-01-24)[1][3][…] (88 yaşında)
Vəfat yeri
Vəfat səbəbi beyin qansızması[d][6]
Elm sahələri süni intellekt[1], koqnitiv elm, Təfəkkür fəlsəfəsi, informatika
İş yeri
Təhsili
Üzvlüyü
Mükafatları Franklin İnstitutunun mükafatı
web.media.mit.edu/~minsk…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Marvin Minski (ing. Marvin Lee Minsky; 9 avqust 1927[2][1][…], Nyu-York, Nyu-York ştatı[1][5][…]24 yanvar 2016[1][3][…], Boston[1][2]) — Kompüter elmləri üzrə görkəmli alimlərdən biri; tədqiqatları nəzəri və praktik olaraq süni intellekt, neyron şəbəkələr, Türinq maşınları və rekursiv funksiyalar istiqamətləri üzrə bir sıra yeniliklərin əsasını qoyub. O, maşın qrafikası və kompüter həndəsəsi, kosmik tədqiqatlar üçün yeni texnologiyalar və digər sahələrə əvəzsiz töhfə verib. Minski eyni zamanda intellektual robot texnikasının pionerlərindən biridir.

Həyatı

Marvin Minski 9 avqust 1927-ci ildə Nyu-Yorkda yəhudi ailəsində dünyaya gəlib.

Fildston məktəbi və Bronks ali elmi məktəbində orta təhsilini alıb. Daha sonra Massaçusets ştatının Endover şəhərciyində Filllips Akademiyasını bitirib. Amerika hərbi dəniz silahlı qüvvələrində 1944-45-ci illərdə xidmət edib.

Harvard Universitetində (1950) riyaziyyat üzrə bakalavr dərəcəsi və Prinston Universitetində (1954) "Neyron şəbəkələri və beyin modelinin problemi" işi üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Minski hələ Harvardda təhsil alarkən ilk konfokal skan edici mikroskopu hazırlayıb.

1957-ci ildən etibarən Massaçusets Texnologiya İnstitutunda çalışıb. 1958-ci ildən institutun professoru olan Marvin müxtəlif kafedralara, o cümlədən elektrotexnika və kompüter elmləri kafedrasına başçılıq edib. Minskinin əsas tədqiqatları süni intellekt nəzəriyyəsi və praktikasına həsr edilib.

O, 1958-ci ildən maşın qrafikləri və həndəsə hesablamaları problemləri ilə məşğul olmağa başlayır. DEC firmasının PDP-1 ilk minikompüterində monitorun ekranında üç işıq ləkəsi yaradan proqramı yazır. Bununla ən müxtəlif təsvirləri hazırlamaq mümkün idi: buruq saçlar, qızılgül, həndəsi fiqurlar və s. Bu proqrama heyran qalmış hakerlər arasında o "minskitron" adını almışdı.

Süni intellektin patriarxı

M.Minski 1959-cu ildə Con Makkarti ilə birlikdə Massaçusets Texnologiya İnstitutunda ilk süni intellekt laboratoriyasının əsasını qoyur. Minskinin burada uzun müddət çalışması intellektual sistemlərin yaradılması sahəsində silinməz iz buraxıb. Təsadüfi deyil ki, onu süni intellektin patriarxı adlandırırlar.

Məlumat üçün bildirək ki, 1956-cı ildə Marvin Minski və Con Makkartinin rəhbərliyi altında Dartmut kollecində konfrans təşkil olunur. Süni intellekt termini ilk dəfə məhz bu konfransda səsləndirilir. Con Makkarti bu ifadəni işlədərkən süni intellekti "maşınları intellektual etmək elmi və mühəndisliyi" adlandırıb.

Qeyd edək ki, süni intellekt (Sİ) (ing. artificial intelligence - AI) - insan məntiqini maşınlarda tətbiq etmək məqsədi daşıyan riyazi elmdir. Bu sahədə aparılan tədqiqatlar kompüter elmləri, psixologiya, fəlsəfə, linqvistika, iqtisadiyyat, optimizasiya, məntiq nəzəriyyəsi və bir sıra başqa sahələrə əsaslanır. Süni intellektin tətbiqində elm və mühəndislikdən geniş şəkildə istifadə olunur. Bu sahə insanın sahib olduğu ən dəyərli mülkiyyəti olan intellektin maşınlar tərəfindən dəqiq şəkildə simulyasiya olunması məqsədilə yaradılıb və inkişaf etdirilib. Süni intellekt yaradıldığı gündən bəri müxtəlif optimist və pessimist fikirlərlə qarşılaşsa da, bu gün texnologiyanın inkişafında o mühüm yer tutur. Müxtəlif çətin hesablamalarda və digər tapşırıqların həyata keçirilməsində Sİ-nin rolu böyükdür. Süni intellekt çox yüksək səviyyədə ixtisaslaşmış sahədir, onun çoxlu sayda sahələri vardır. Çox zaman Sİ-in bir sahəsi digər sahəsi ilə qarşılıqlı əlaqədə olmur. Onun bəzi sahələri isə o dərəcədə inkişafa nail olunub ki, onlar artıq ayrıca bir ixtisas kimi fəaliyyət göstərirlər. İnsan intellektindən daha güclü bir intellektin yaradılması Sİ-nin əsas məqsədlərindəndir. Onun "Süni intellektə addımlar" (1961) məqaləsi bu yeni intizamın əsas problemlərini göstərdi. Minskinin "Materiya, şüur və modellər" (1962) işi şüuru modelləşdirən maşınların yaradılması problemlərinə həsr edilmişdi.

Düşüncə funksiyalarını modelləşdirən maşınların yaradılmasının təşəbbüskarı

1970-ci ildə Marvin Minski Seymur Peypert ilə birlikdə süni neyron şəbəkələri sahəsində sonrakı hazırlamalar üçün fundamental iş olan "Perseptronlar" kitabını nəşr etdirir. Kitabda həmin dövrdə həyata keçirilən süni intellekt istiqaməti üzrə neyromodel tədqiqatlarının tənqidi analizi verilmişdi. Minskinin S.Peypertlə yazdığı digər əsər "Süni intellekt" (1972) adlanırdı.

Bununla yanaşı, Seymur Peypert ilə birlikdə Logo dilində ilk "tısbağanı" hazırlayıb. Məlumat üçün bildirək ki, bu dil 1970-ci illərin əvvəllərində Massaçusets Texnologiya İnstitutunda hazırlanıb. LOGO-nun əsası kimi süni intellekt sahəsində tədqiqatlar üçün nəzərdə tutulmuş LISP dili götürülmüşdü. Onun genişlənmə qabiliyyəti LOGO-un çox əhəmiyyətli fərqləndirici xüsusiyyəti idi. Bu dildə müəllim özü fənninə uyğun olan bir sıra prosedurlar yaza və onları şagirdlərin leksikası ilə izah edə bilərdi. Bu halda yeni prosedurlar sintaksis olaraq inteqrasiya edilmiş komandalardan fərqlənmirdi.

1970-ci illərin əvvəllərində Minsk və Peypert "Şüur cəmiyyəti" adlandırılan və süni intellekt sahəsində tədqiqatlar təcrübəsi ilə uşağın inkişafının psixologiyası üzərində müşahidələri kombinasiya edən nəzəriyyəni ifadə etməyə başladılar. Nəzəriyyədə mexanizmlərin axtarışı üçün psixologiyadan istifadə edilmişdi. Nəzəriyyənin əsas ideyası Minskinin "Şüur cəmiyyəti" (1985) əsərində təqdim olunub. "Biliklərin təqdim etməsi sxemi" işində (1974) Minski biliklərin təqdim etməsi metodunun hazırlanması üçün semantik şəbəkələrin konsepsiyasından istifadə etdi.

Minsk həmçinin (H.Harrison ilə birgə) elmi-fantastik roman olan "Türinqin seçimi" (1992) əsərini yazıb.

Artıq 1990-cı illərin sonlarında Minsk emosiyaların modelləşdirilməsi problemi üzərində işləyirdi.

Marvin Minski eyni zamanda düşüncə funksiyalarını modelləşdirən maşınların yaradılmasının təşəbbüskarlarından biridir. Minsk toxunulmaqla duyulan datçiklərə, vizual skanerlərə və onların proqram və kompüter interfeyslərinə malik birinci mexaniki əllərdən birini hazırlayıb.

"Google" kataloquna düşən süni intellekt sahəsində 6 görkəmli şəxsiyyətdən biri

Minskinin kompüter elmləri sahəsində nailiyyətləri bir çox nüfuzlu mükafatlarla qiymətləndirilib. Belə ki, o, Türinq, Yaponiya, tədqiqatlarda uğurlar üzrə IJCAI və kompüter texnikası pioneri mükafatlarına və Franklin İnstitutunun Franklin medalına layiq görülüb. Marvin Minski ABŞ Milli Mühəndislik Akademiyası, ABŞ Milli Elmlər Akademiyası, həmçinin "Ekstropi" İnstitutunun konsultativ şurasının üzvüdür.

O, eyni zamanda ABŞ, Argentina və bir sıra digər ölkələrin nüfuzlu elmi cəmiyyətlərinin üzvü seçilib. M.Minski Loebner mükafatının sponsorlarından biridir.[7][8]

Qeyd edək ki, Minski süni intellekt sahəsində altı ən görkəmli şəxsiyyətdən biri kimi "Google" kataloquna düşüb.

Mənbə

İstinadlar

  1. 1 2 3 4 5 6 7 8 9 10 http://amturing.acm.org/award_winners/minsky_7440781.cfm.
  2. 1 2 3 4 Marvin Minsky, Pioneer in Artificial Intelligence, Dies at 88 (ing.). // The New York Times / J. Kahn Manhattan: New York Times Company, A. G. Sulzberger, 2016. ed. size: 443000 ISSN 0362-4331; 1553-8095; 1542-667X
  3. 1 2 Marvin Minsky // Internet Speculative Fiction Database (ing.). 1995.
  4. 1 2 3 4 5 6 http://web.media.mit.edu/~minsky/minskybiog.html.
  5. 1 2 http://www.computerhistory.org/fellowawards/hall/bios/Marvin,Minsky/.
  6. https://edition.cnn.com/2016/01/26/us/marvin-minsky-obit-feat/.
  7. "Minsky -thread.html". 2015-11-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-24.
  8. "Salon.com Technology | Artificial stupidity". 2006-06-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-24.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!