Edsger Deykstra

Edsger Deykstra
nid. Edsger Wybe Dijkstra
Doğum adı Edsger Wybe Dijkstra[2]
Doğum tarixi 11 may 1930(1930-05-11)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 6 avqust 2002(2002-08-06)[1][2][…] (72 yaşında)
Vəfat yeri
Vəfat səbəbi kolorektal xərçəng
Elm sahələri informatika[d][6], riyaziyyat[6], proqramlaşdırma[6], fizika[6], proqramlaşdırma dili[6], kompyuter proqramları[6]
İş yerləri
Təhsili
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Edsger Deykstra (11 may 1930[1][2][…], Rotterdam, Niderland[1]6 avqust 2002[1][2][…], Nuenen[d], Niderland[1][5]) — hollandiyalı riyaziyyatçı alim, proqramçı və fizik. Qrafda təpələr arasında ən qısa yolun tapılması üçün tətbiq olunan "Deykstra alqoritminə görə tanınır.

Həyatı

Riyaziyyat və fizika sahəsində olan bilikləri əsasındə riyazi məntiqin bir sıra qayda və metodologiyalarını proqramlaşdırma elminə tətbiq etmişdir. 70 −80-ci illərdə ən populyar və ən çox istifadə olunan proqramlaşdırma metodologiyası olan "Strukur proqramlaşdırma" metodologiyası məhz ilk olaraq Dijsktra tərəfindən irəli sürülmüşdür. Məhz onun struktur proqramlaşdırma ideyası bu gün istifadə etdiyimiz proqram mühəndisliyi (software engineering) metodologiyalarının əsaslarının qoyulmasına imkan yaratmişdir, hansı ki, bugünkü gün proqramçılara getdikçə mürəkkəbləşən proqram təminatlarının təşkili və idarə edilməsinə imkan yaradır.

Bugünkü gün də kompüter elmləri sahəsində ən aktual məsələrdən olan konkurent hesablama (concurrent computing) və konkurent proqramlaşdırma (concurrent programming) sahəsinin elmi araşdırılması 60-cı illərdə Dijkstra- nın 1965-ci ildə yazdığı ilk məqalə ilə başlanılmışdır. Həmin məqalədə Dijkstra "mutual exclusion" problemini təyin etmiş və həll etmişdir. Dijkstra, həmçinin, paylanmış hesabalama (distributed computing) prinsiplərinin əsasəni qoyan ilk tədqiqatçılardan biri olmuşdur. Paylanmış hesablamanın ən əsas anlayışları olan konkurentlilik (concurrency), "mutual exclusion" (mutex), "semaphores", "deadlock", qrafda ən qısa yolun tapılması məsələsi, "fault tolerance", "self stabilization" kimi anlayışların fundamental əsaslərını məhz Dijkstra qoymuşdur.

1994-cü ildə aparılmış sorğuya əsasən Komptür elmləri sahəsində həmin dövrə qədər yazılmış mindən çox elmi məqalə arasında 38 ən yaxşı məqalə seçilmişdir. Onlardan 5 dənəsinin müəllifi Dijsktra olmuşdur. 


Mükafatları

11 may 1930-cu ildə anadan olmuş və ideyaları ilə kompüter sənayesinin inkişafına əhəmiyyətli töhfələr bəxş etmiş hollandiyalı alim, proqramçı, bir neçə klassik alqoritmin müəllifi Edsger Vibe Deykstra (Edsger Wybe Dijkstra) struktur proqramlaşdırma konsepsiyasının müəlliflərindən biri olmuşdur. Deykstra kompüter proqramlarının emalında riyazi məntiqin tətbiqi sahəsindəki işləri ilə şöhrət qazanmışdır. Yuxarı səviyyəli proqramlaşdırma dilinin yaradılmasında fəal iştirakına görə o, 1972-ci ildə Türinq mükafatına layiq görülmüşdür.

Mənbə

  • Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.

İstinadlar

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!