Frenk Rozenblat

Frenk Rozenblat
ing. Frank Rosenblatt
Doğum tarixi 11 iyul 1928(1928-07-11)
Doğum yeri
Vəfat tarixi 11 iyul 1971(1971-07-11) (43 yaşında)
Vəfat yeri
Vəfat səbəbi boğulma
İş yeri
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Frenk Rozenblat (ing. Frank Rosenblatt; 11 iyul 1928, Nyu-Raşel[d], Nyu-York ştatı11 iyul 1971, Çesapik körfəzi, ABŞ) — süni intellekt, psixologiyaneyrofiziologiya sahələri üzrə gördüyü çoxsaylı işlərlə dünyada məşhurlaşan nüfuzlu alimlərdən biri.

Həyatı

Frenk Rozenblat 11 iyul 1928-ci ildə Nyu-Yorkda Rusiya imperiyasından köç etmiş yəhudi ailəsində dünyaya göz açıb. Onun atası sosioloq və iqtisadçı Frenk Ferdinand Rozenblat və anası sosial işçi Ketrin Rozenblat olub.

Frenk Rozenblat Kornell Universiteti bitirib. Kornell laboratoriyasında psixologiya üzrə tədqiqatçı vəzifəsində çalışan Rozenblat beyinin işləmə mexanizmi ilə maraqlanır və onun elektron modelini yaratmaq üçün müxtəlif üsulları araşdırır.

Dövrünün ən güclü kompüterini proqramlaşdırır

Rozenblat 1957-ci ildə Kornell Aeronavtika Laboratoriyasında öz zamanının ən güclü IBM – 704 kompüterini proqramlaşdırır. Bu kompüter perseptorunun işini modelləşdirməli idi. Güclü kompüterə bu işi yerinə yerinə yetirmək üçün yarım saata yaxın vaxt lazım idi. Real perseptron bu işin öhdəsindən saniyənin mində bir hissəsi müddətində gəlməli idi. Perseptron, fotoelementlərdən tərtib olunmuş "göz"dən aldığı siqnalları yaddaşın elektromexaniki bölmələrinə ötürməli idi. Onlar isə elektrik siqnallarının nisbi ölçüsünü müəyyən etməli idi. Bu bölmələr öz aralarında təsadüfi qaydada birləşdirilirdi. O zaman hesab edirdilər ki, beyin yeni informasiyanı qəbul edir və bir-birilə pərakəndə qaydada birləşmiş neyronlar sistemi vasitəsilə ona cavab verir.

Təqdim olunmuş modeldə sistem kvadratlardan tərtib edilmis iki təsviri nəzərdən keçirir, bunun üçün siqnalları növlərə ayırır və müəyyən olmayan qayda ilə təsvirləri fərqləndirir. Rozenblatın yazdığına görə, bunu ancaq xüsusi terminlərlə izah etmək olar.

İlk neyrokompüterin ixtiraçısı

O, 1958-1960-cı illərdə Kornell Universitetində "Mark-1" hesablama sistemini yaradır. Bu ilk neyrokompüter idi. Neyrokompüter təbii neyron sistemlərin iş prinsipləri əsasında informasiyanın emalı qurğusudur.

1960-cı il, 23 iyun tarixində Kornell Universitetində, birinci neyrokompüter – "Mark-1"i nümayiş etdirilir. Maşın ingilis əlifbasının hərflərindən bəzilərini tanıya bilirdi.

"Mark-1" onun 3 ilə hazırladığı perseptron, neyron şəbəkələrdə hazırlanmışdı. Öz sadəliyinə baxmayaraq, perseptron öyrənməyə və kifayət qədər mürəkkəb məsələləri həll etməyə imkan yaradırdı.

İlk nəticələr üzrə hesabat hələ 1958-ci ildə çıxdı - onda Rozenblat "Perseptron: Saxlamanın ehtimal modeli və beyində informasiya təşkilatları" məqaləsini dərc etdirmişdi. O, perseptron prosesləri haqqında öz nəzəriyyələri və fərziyyələrini daha ətraflı 1962-ci ildə "Neyrodinamikanın prinsipləri: Perseptronlar və beyin mexanizmlərinin nəzəriyyəsi" kitabında təsvir edir. Kitabda bir sıra əhəmiyyətli ideyalar və teoremlər öz əksini tapır, məsələn, perseptron konvergensiyasının teoremi sübut edilir. Sonradan bu kitabı öz kursu üçün dərslik kimi istifadə etdi.

Rozenblat həm maşınlar, həm də insan ağılı daxil olmaqla informasiyanın emalının bütün sistemləri üçün ümumi təşkilatın fundamental qanunlarını anlamağa çalışırdı.

Perseptron

Frenk Rozenblat görmə qavraması və tanıması modeli olaraq perseptronu təklif etdi. Anlayışları öyrənmək və təqdim olunan obyektəri tanımaq qabiliyyətinə malik olan maşınların yaranması tək fizioloqların üçün deyil, həm də digər elm sahəsinin nümayəndələrinın diqqətini özünə cəlb etdi və bu sahədə çoxlu nəzəri, praktiki arasdırmaların aparılmasına səbəb oldu. Perseptron yaxud tanıma prosesini imitasiya edən istənilən proqram iki rejimdə işləyir: öyrənmə rejimi və tanıma rejimi. Öyrənmə prosesində müəllim rolunu oynayan kimsə (insan, maşın, robot yaxud təbiət) maşına obyektləri təqdim edir, onların hər biri haqqında məlumat verərək hansı anlayışa, hansı sinfə aid olmasını bildirir. Bu verilənlərə görə mahiyyətcə anlayışı təsvir edən həlledici qaydalar qurulur. Tanıma rejimində maşına ümumiyyətlə əvvəllər tanıdıqlarından fərqli olan yeni obyektlər təqdim olunur. Maşın mümkün qədər düzgün olaraq həmin obyektləri siniflərə ayırmalıdır.

Tanımanın öyrənilməsi problemi bir dildən digərinə tərcümə problemi və həmçinin maşınin bu dili öyrənməsi problemi kimi inellektual məsələ ilə çox sıx bağlıdır.

Onun tədqiqatları kompüter tomoqrafiyasını əlçatan etdi.

Rozenblat 1960-cı illərin əvvəllərində Kornell Universitetinin müəllimləri arasında çox parlaq şəxsiyyət idi. O, məmnuniyyətlə tələbələrlə vaxt keçirirdi. Rozenblat bir neçə il kiçik kursların tələbələri üçün mühazirələr oxuyub. Bu kurslar "Beyin mexanizmləri nəzəriyyəsi" adlanırdı və Kornell Universitetinin mühəndislik, həm də humanitar fakültələrinin tələbələrini əhatə edirdi.

Rozenblat insan beyni ilə tutuşduraraq neyron şəbəkələrinin öyrənilməsində inanılmaz uğurlara nail oldu, o zaman insan bədəninin daxili toxumalarının kompüter tomoqrafiyası əlçatmaz idi. Onun təqdiqatları sayəsində kompüter tomoqrafiyası və pozitron-emissiya tomoqrafiyası metodları beyinin tədqiqatı üçün əlçatan oldu.

Onun işləri süni intellekt sahəsində çalışan bir sıra mütəxəssisləri narahat edirdi. Rozenblat və onun perseptronunun diqqəti cəlb etməsi süni intellekt tədqiqatçılarının digər cəbhəsini qıcıqlandırırdı. Onlar rəqəmli kompüterlər üçün məsələ həlli proqramlarının tərtibi ilə məşğul olurdular; məsələn: şahmat oyunu, riyazi və məntiqi teoremlərin isbatı üçün və s. Rəqiblər sırasında Massaçusets Texnologiya İnstitutunun professorları Marvin Minski ilə Seymur Peypert də var idi. 1970-ci ildə onlar birlikdə süni neyron şəbəkələri sahəsində fundamental iş olan "Perseptronlar" kitabını nəşr etdirir. Kitabda həmin dövrdə həyata keçirilən süni intellekt istiqaməti üzrə neyromodel tədqiqatlarının tənqidi analizi verilmişdi.

Minski və Peypert bu kitabda riyazi olaraq sübut etməyə çalışırdılar ki, Rozenblatsayağı perseptronlar prinsip etibarilə Rozenblatın özünün dediklərini yerinə yetirə bilməz, məsələn: kreslonun arxasındakı pişiyin quyruğunu görən bu cür maşın heç bir zaman gördüyünü başa düşə bilməz.

Onların ideyalarının qəbul olunmasının nəticəsi olaraq bu işlər bir çox elmi mərkəzlərdə dayandırıldı və maliyyələşdirmə əhəmiyyətli dərəcədə azaldı.

Məzarı

Rozenblat 1971-ci ildə, öz doğum günündə yaxtada üzgüçülük zamanı faciəvi hadisə nəticəsində dünyasını dəyişdi. Beləliklə, o, tənqidlərə cavab verə bilmədi və neyron şəbəkələrinin tədqiqatları uzun müddət praktik olaraq dayandı. Lakin sonralar Minski peşman olduğunu bildirmiş və demişdi ki, gələcək tədqiqatcılara perseptrona oxşar maşınlar çox lazım olacaq.

Xatirəsi

İEEE 2004-cü ildə Frenk Rozenblat adına mükafat təsis edib.

Həmçinin bax

İstinadlar

Mənbə

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!