Cozef Vayzenbaum (Yozef Vayzenbaum, Vaytsenbaum, Uayzenbaum; ing. Joseph Weizenbaum; 8 yanvar 1923[2][3][…], Berlin[7] – 5 mart 2008[4][2][…]) — amerikalı alim, süni intellekt sahəsində mütəxəssis. 1966-cı ildə yazdığı Eliza proqramının müəllifi kimi tanınır.
Berlində yəhudi ailəsində anadan olub. 1935-ci ildə ailəsi ilə birlikdə ABŞ-yə mühacirət etdi. Ueyn Dövlət Universitetini (ing. Wayne State University, ABŞ, Detroit, Miçiqan) bitirib: bakalavr (1948), magistr (1950).
Fəaliyyəti
1953–1963-cü illərdə General Electric-də işləyib. 1963-cü ildən Massaçusets Texnologiya İnstitutunda işləmişdir. 1996-cı ildə Berlinə köçmüşdür.
İstinadlar
Xarici keçidlər