Neyrofiziologiya ─ neyromorfoloji fənlərlə yanaşı sinir sisteminin funksiyalarını öyrənən fiziologiyanın bölməsidir. Neyrofiziologiya nevrologiyanın nəzəri əsasıdır[1]. O, beynin tədqiqilə məşğul olan neyrobiologiya, psixologiya, nevrologiya, kliniki neyrofiziologiya, elektrofiziologiya, etologiya, neyroanatomiya və s. elmlərlə sıx bağlıdır[2]..
Neyrofiziologiya sinir sisteminin fəaliyyətini öyrənən fiziologiyanın xüsusi bölməsi olaraq daha gec yaranmışdır. Neyrofiziologiya praktiki olaraq XIX əsrin II yarısınadək heyvanların öyrənilməsinə əsaslanaraq eksperimental elm kimi inkişaf etmişdir. Həqiqətən də sinir sisteminin fəaliyyətinin "ibtidai" formada aşkar olunması insanda və heyvanda eynidir. Bir sinir hüceyrəsindən digərinə oyanmanın keçməsi (məsələn: sinir, əzələ və vəzi), sadə refleks (məsələn: ətrafların açılıb-yığılması), nisbətən adi işıq, səs, taktil və s. qıcıqların qəbulu və digərləri sinir sisteminin funksiyalarına aiddir. Yalnız XIX əsrin sonunda alimlər tənəffüsün, orqanizmdə qanın, toxuma mayesinin və bir sıra digərlərinin tərkibinin sabit saxlanılması kimi bəzi mürəkkəb funksiyaların tədqiqinə keçdilər. Bütün bu tədqiqatların aparılması zamanı alimlər nəinki insanda, hətta ən primitiv heyvanda belə sinir sisteminin tam və hissəvi funksiyalarında mühüm fərq aşkar etmədilər. Məsələn: müasir eksperimental fiziologiyanın ilk çağlarında ən sevilən obyekti qurbağa idi. Ancaq yeni tədqiqat metodlarının kəşfilə (ilk növbədə sinir sisteminin fəaliyyətində elektrik hadisələrinin aşkar edilməsi) baş beynin funksiyalarının öyrənilməsində yeni bir mərhələ baş verdi, beyni zədələmədən və onun funksiyalarına müdaxilə etmədən bu funksiyaları tədqiq etmək, eyni zamanda onun ali fəaliyyətini ─ siqnalın qəbulunu, yaddaş, düşüncə və bir çox digər funksiyalarını öyrənmək mümkün oldu.
Neyrofiziologiya sinir sisteminin funksiyalarını və onun strukturunu öyrənən bir elm kimi beyni öyrənmək ilə məşğul olan neyroanatomiya, neyropsixologiya, elektrofiziologiya və s. elmlərlə sıx əlaqədardır. Neyroelmlərin məsələləri ətraf mühitin hüceyrələrə təsirini və davranışın formalaşmasında iştirak edən milyonlarla sinir hüceyrəsinin beyni idarə etməsini başa düşməkdən və insanın davranışını araşdırmaqdan ibarətdir.[3]
Neyrofiziologiya elminin məqsədi sinir sisteminin funksiyaları, reflektor davranışın neyron mexanizmlərinin təşkili və beyin funksiyalarının sistem təşkilinin prinsipləri haqqında olan təsəvvürləri formalaşdırır.
Cərrahi neyrofiziologiya ─ bu tətbiqi neyrofiziologiyadır. Cərrahiyyə zamanı cərrah-neyrofizioloq pasientin sinir sisteminin funksiyalarına nəzarətlə məşğul olur, bəzən bunun üçün pasientin sinir sisteminin sahələrində elektrofizioloji tədqiqatlar aparmaq lazım gəlir. Belə müşahidələr geniş kliniki qaydalara daxil olaraq neyromonitorinq adlanır.
Neyrofizioloji müayinələr
- Mərkəzi sinir sisteminin zədələnmə dərəcəsini araşdırmağa irəlicədən yönəldilmiş müayinələrə daxildir:
- Hərəkətin koordinasiyasının yoxlanılması
- Eşitmənin yoxlanılması
- Görmə sahəsinin yoxlanılması
- İybilmənin yoxlanılması
- Toxunma hissinin yoxlanılması
- Dadbilmənin yoxlanılması
Neyrofiziologiyanın məsələləri
- Əsas sinir proseslərinin izahı və ayrıca sinir sisteminin bir-birilə qarşılıqlı təsirinin izahını vermək
- İnsanın mərkəzi sinir sisteminin və sinir toxumasının fiziologiyasının əsasları haqqında təsəvvürləri vermək
- Beyin funksiyalarının sistem təşkilinin prinsipləri haqqında olan təsəvvürləri vermək
Metodlar
- Elektroensefaloqrafiya (EEQ) ─ uşaqların və böyüklərin baş beynində xüsusi elektroensefaloqraf cihazı vasitəsilə qeydə alınan elektrik potensialları titrəyişlərinin yazılması üsuludur.
- Elektroneyroqrafiya (ENQ)
- Funksional MRT (f-MRT)
- Pozitron-emission tomoqrafiya (PET)
- Exoensefaloqrafiya (ExoEQ) ─ müxtəlif akustik sıxlığı olan mühitlərdən (beynin yumşaq örtüyü, kəllə sümükləri, beynin qabıqları, beyin maddəsi, likvor, qan) kəllədaxili törəmələrin sərhədlərindən və əks olunan ultrasəsə əsaslanan instrumental diaqnostika üsuludur.
Mənbələr
- Шульговский В. В. Ш95. Основы нейрофизиологии. Учебное пособие для студентов вузов. — М.: Аспект Пресс, 2000.с.277. ISBN 5-7567-0134-6
- Гусельников В. И. Электрофизиология головного мозга. — М.: Высшая школа, 1976.
- Медицинский справочник: Эхоэнцефалоскопия
- БСЭ. Большая Советская Энциклопедия
- Макаров В. А. Нейрофизиология. Рефлекс и высшая нервная деятельность [ЭР]: рабочий учебник 2011.
İstinadlar
- ↑ БСЭ. Большая Советская Энциклопедия
- ↑ "Человек-машина". Частный Корреспондент. chaskor.ru. 2011-08-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-05.
- ↑ И. М. Прищепа, И. И. Ефременко Нейрофизиология" — Минск 2013 г. "Вышэйшая школа" УДК 612.816.3(075.8) ББК 28.707.3я73 П77