Fizika üzrə Nobel mükafatı laureatlarının siyahısı
Fizika üzrə Nobel mükafatı (isv.Nobelpriset i fysik) — İsveç Kral Elmlər Akademiyası tərəfindən fizikanın müxtəlif sahələri üzrə elm adamlarına təqdim olunan illik mükafat. Bu mükafat Alfred Nobelin 1895-ci ildəki vəsiyyəti əsasında təsis edilmiş beş Nobel mükafatından biridir, hansı ki, fizika sahəsi üzrə insanlığa əlamətdar töhfələr verənlərə təqdim olunur.[1]Nobelin vəsiyyətinə əsasən, mükafat Nobel Fondu tərəfindən idarə olunur və Royal İsveç Elmlər Akademiyası tərəfindən seçilmiş beş üzvdən ibarət komitə tərəfindən verilir.[2] Mükafat Stokholmda 10 dekabr — Alfred Nobelin ölüm ildönümü ilə bağlı illik mərasimdə təqdim olunur.[3] Laureatlar bir medal, bir diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alırlar.[4]
2023-cü ildən etibarən mükafat 224 şəxsə təqdim edilmişdir.[5] Fizika üzrə Nobel mükafatına ilk dəfə 1901-ci ildə alman fiziki Vilhelm Rentgenə layiq görülmüşdür. Ona verilən mükafat pulunun məbləği 150.782 İsveç kronu təşkil edirdi, 2007-ci ilin dekabr ayında bu məbləğ 7.731.004 İsveç kronuna bərabər idi. Con Bardin bu sahə üzrə mükafatı iki dəfə qazanan yeganə laureatdır (1956 və 1972-ci il). Mariya Küri həmçinin iki Nobel mükafatı qazanmışdır; 1903-cü ildə fizika sahəsi üzrə və 1911-ci ildə kimya sahəsi üzrə.
Uilyam Lorens Breqq 2014-cü ilin oktyabr ayına qədər ən gənc Nobel mükafatı laureatı idi. O mükafatı 1915-ci ildə 25 yaşında ikən qazandı və Fizika sahəsi üzrə Nobel mükafatının ən gənc laureatı olaraq qalmaqdadır.[6]
1916, 1931, 1934, 1940 və 1942-ci illərdə Fizika üzrə Nobel mükafatı verilmədi. Həmçinin Fizika üzrə Nobel mükafatı 8 dəfə bir il müdətinə təxirə salınıb. Nobel komitəsinin qərarına əsasən 1917-ci ildə heç bir namizədin zəruri kriteriyaya sahib olmaması səbəbi ilə Fizika üzrə Nobel mükafatı verilmədi, ancaq həmin mükafat 1918-ci ildə Çarlz Qlover Barklaya verilmiş və mükafat 1917-ci ilin mükafatı olaraq sayılmışdır.[8] Həmçinin 1918-ci ilin mükafatı 1919-cu ildə Maks Planka,[9] 1921-ci ilin mükafatı 1922-ci ildə Albert Eynşteynə,[10] 1924-cü ilin mükafatı 1925-ci ildə Karl Siqbana,[11] 1925-ci ilin mükafatı 1926-cı ildə Ceyms Frank və Qustav Lüdviq Hertsə,[12] 1928-ci ilin mükafatı 1929-cu ildə Ouen Uillans Riçardsona,[13] 1932-ci ilin mükafatı 1933-cü ildə Verner Heyzenberqə[14] və 1943-cü ilin mükafatı isə Otton Şternə təqdim edilmişdir.[15]
"Rentgen şüalarının kristallar tərəfindən diffraksiyasını kəşf etdiyinə görə hansı ki, Rentgen şüaları spektroskopiyasının inkişafında mühüm addım atmışdır"
"Rengen şüaları vasitəsilə kristalların quruluşunun analiz edilməsindəki tədqiqatlarına görə hansı ki, rentgen kristalloqrafiyasının inkişafında mühüm addım atmışlardır "
"Neytron radiaktik şüalanması səbəbi ilə yaranan yeni radioaktiv elementlər ilə əlaqəli tədqiqatlarına və ləng neytronların təsiri altında nüvə reaksiyalarını müəyyən etməsinə görə"
"Xüsusi ilə kəşf etdiyi fundamental simmetriya prinsiplərinə və bu prinsiplərin tətbiqi vasitəsilə atom nüvəsi və elementar hissəciklər nəzəriyyəsinə verdiyi töhfələrə görə"
"Kvant elektronikasına dair fundamental tədqiqatlarına görə. Bu tədqiqatlar əsasında mazer-lazer prinsipinə əsasən oskilatorların və elektron gücləndiricilərin konstruksiyası mümkün olmuşdur."
"Data analizi və hidrogen qabarcıq kamerasının istifadə texnikasının təkmilləşdirməsi vasitəsilə hissəciklər fizikasına verdiyi töhfələrə və çoxlu rezonans halının kəşfinə görə"
"Atom nüvəsindəki kollektiv hərəkət və hissəcik hərəkəti arasındakı əlaqəni kəşf etdiklərinə və bu əlaqə əsasında atom nüvəsinin strukturu nəzəriyyəsini təkmilləşdirdiklərinə görə"
"Elementar hissəciklər arasındakı birləşdirilmiş zəif qarşılıqlı təsir və elektromaqnit qarşılıqlı təsir nəzəriyyəsinə verdikləri töhfələrə və zəif neytral axını təxmin etdiklərinə görə"
"Zərrəciklər fizikasında kvark modelinin təkmilləşdirilməsində mühüm əhəmiyyətə malik olan proton, elektron və bağlı neytronların dərin inelastik səpilməsinə dair qabaqcıl tədqiqatlarına görə"
"Sadə sistemlərdəki düzən fenomenininin, xüsusi ilə maye kristal və polimer kimi maddənin kompleks formalarında da ümumiləşdirilə biləcəyinə dair kəşflərinə görə"
"Yoğunlaşdırılmış maddələri tədqiq etmək üçün neytron səpilməsi texnikasının təkmilləşdirilməsindəki qabaqcıl töhfələrinə" və "neytron spektroskopiyasını təkmiıləşdirdiyinə görə"
"Yoğunlaşdırılmış maddələri tədqiq etmək üçün neytron səpilməsi texnikasının təkmilləşdirilməsindəki qabaqcıl töhfələrinə" və "neytron diffraksiyası texnikasını təkmilləşdirdiyinə görə"
"Qələvi atomların formalaşdırdığı seyrək qazlarda Boz-Eynşteyn yoğunlaşmasını formalaşdırdıqlarına dair uğurlarına və bu yoğunlaşmanın fundamental xüsusiyyətlərinə dair tədqiqatlarına görə"
"Atom altı hissəciklərin kütləsinin mənşəyinə dair son vaxtlar CERN-nin Böyük Hadron sürətləndiricisində ATLAS və CSM eksperimentləri ilə təxmin edilən elementar hissəciklərin kəşf edilməsi ilə təsdiq edilən mexanizmləri kəşf etdiklərinə görə"