Radioaktivlik

Radioaktivitlik — radioaktiv parçalanma qeyri-stabil atom nüvəsinin qəflətən enerji verməklə çevrilmə xassəsi. Xaric olunan enerji ionlaşmış şüa, daha dəqiq dedikdə, enerjiyə malik hissəcikli və ya qamma şüalanma şəklində paylanır.

Xarakteristika

Anlayış ilk dəfə 1898-ci ildə Mariya Küri tərəfindən işlənmişdir.

Radioaktiv parçalanma bir və ya bir neçə hissəciklərin (məsələn: elektronlar, neytron, alfa-hissəciklər, fotonlar) ayrılması ilə müşayiət olunur. Radioaktivlik dedikdə həm də radioaktiv nüvəyə malik olan maddənin xassələri nəzərdə tutulur.

Məlumdur ki, atom nömrəsi 82-dən böyük olan bütün kimyəvi elementlər radioaktivdirlər. Bəzi yüngül elementləri də bu sıraya aid edirlər. İki növ radioaktivlik mövcuddur:

Təbii radioaktivlik - təbiətdə rast gəlinən, elementin nüvəsinin öz-özünə şüalanaraq parçalanmasıdır.

Süni radioaktivlik - uyğun nüvə reaksiyası nəticəsində süni olaraq elementin nüvəsinin öz-özünə parçalanmasıdır.

Radioaktiv nüvə tərəfindən şüalanan α-hissəciyi və γ-kvantlarının energetik spektri diskret, β-hissəciyində isə kəsiləndir.

Parçalanma zamanı yaranan hissəciklərin xassələrindən asılı olaraq alfa-parçalanma, betta-parçalanma adlanırlar. Qamma parçalanma anlayışı çox nadir hallarda işlənir. Nüvənin qamma hissəciklər buraxması adətən izomer keçid adlanır. Qamma şüalanma çox vaxt digər növ parçalanmaları müşayiət edir.

Hazırda alfa, betta və qamma parçalanmadan başqa neytron emmisiyası, klaster radioaktivlik, spontan parçalanma da aşkarlanmışdır. Elektron əhatə, pozitron parçalanma (və ya β + parçalanma), həmçinin ikiqat betta parçalanma beta parçalanmanın müxtəlif variantları adlanır.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!