Fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatlarının siyahısı

Fiziologiya və ya tibb üzrə Nobel mükafatı İsveç kimyaçısı Alfred Nobelin 1895-ci ildəki vəsiyyəti əsasında təsis edilmişdir.

Fiziologiya və ya tibb üzrə Nobel mükafatı — (isv. Nobelpriset i fysiologi eller medicin) Karolinska İnstitutu tərəfindən fiziologiya və ya tibbin müxtəlif sahələri üzrə alimlərə və həkimlərə təqdim olunan illik mükafat. Bu mükafat Alfred Nobelin 1895-ci ildəki vəsiyyəti əsasında təsis edilmiş edilmiş beş Nobel mükafatından biridir. Bu mükafatlar kimya, fizika, ədəbiyyat, sülhfiziologiya və ya tibb sahələri üzrə əlamətdar töhfələr verənlərə təqdim olunur.[1] Nobelin vəsiyyətinə əsasən, mükafat Nobel Fondu tərəfindən idarə olunur və beş üzvdən ibarət bir komitə və Karolinska İnstitutu tərəfindən seçilmiş bir icra katibi tərəfindən verilir.[2][3] Əsasən Tibb üzrə Nobel mükafatı olaraq adlandırılsa da, Nobel vəsiyyətində mükafatın xüsusi ilə "fiziologiya və ya tibb" üzrə veriləcəyini qeyd etmişdir. Bu səbəbdən mükafat daha geniş sahələr üzrə verilə bilər.[3] Fiziologiya və ya tibb üzrə ilk Nobel mükafatı 1901-ci ildə almaniyalı Emil fon Berinqə verildi. Hər laureat bir medal, bir diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır.[4] 1901-ci ildə Behrinqə verilən mükafat məbləği 150.782 isveç kronu idi, bu məbləğ 2008-ci ilin dekabr ayında 7.731.004 isveç kronuna bərabər idi. Mükafat Stokholmda 10 dekabr — Alfred Nobelin ölüm ildönümü ilə bağlı illik mərasimdə təqdim olunur.[5]

Laureatlar fiziologiya və ya tibb ilə əlaqəli geniş sahələr üzrə Nobel mükafatını qazanmışlar. 2009-cu ildən etibarən G zülalları və ikinci rabitəçi tərəfindən siqnal ötürülməsi üzrə tədqiqatlarına görə 8 nəfər, neyrobiologiya sahəsindəki xidmətlərinə görə 13 nəfər və vasitəçi metabolizm üzrə tədqiqatlarına görə isə 13 nəfər laureat oldu.[3] 1939-cu ildə almaniyalı Gerhard Domaqka hökuməti tərəfindən mükafatı qəbul etməyə icazə verilmədi. Sonradan medal və diplom təqdim edildi, amma mükafat məbləği verilmədi.[6] 2021-ci il etibarilə mükafat 224 şəxsə verildi, onlardan 12-si qadın idi: Qerti Tereza Kori (1947), Rozalin Sasmen Yalou (1977), Barbara Mak-Klintok (1983), Rita Levi-Montalcini (1986), Gertrud Elion (1988), Kristiana Nüsslein-Volhard (1995), Linda Bak (2004), Fransuaza Barre-Sinussi (2008), Elizabet Bləkbörn (2009), Kerol Qreyder (2009), Mey-Britt Mozer (2014)[7]Tu Yuyu (2015).

1915–1918, 1921, 1925, 1940–1942-ci illərdə Fiziologiya və ya tibb üzrə Nobel mükafatı verilmədi. Həmçinin Fiziologiya və ya tibb üzrə Nobel mükafatı 5 dəfə bir il müdətinə təxirə salınmışdı. Nobel komitəsinin qərarına əsasən, 1914-cü ildə heç bir namizədin zəruri kriteriyaya sahib olmaması səbəbi ilə Fiziologiya və ya tibb üzrə Nobel mükafatı verilməmişdi, lakin 1915-ci ildə mükafat Robert Baraniyə verildi və 1914-cü ilin mükafatı olaraq sayıldı.[8] Həmçinin 1922-ci ilin mükafatı 1923-cü ildə Arçibald HillOtto Meyerhofa,[9] 1926-cı ilin mükafatı 1927-ci ildə Yohannes Andreas Qrib Fibigerə,[10] 1938-ci ilin mükafatı 1939-cu ildə Korney Heymansa[11] və 1943-cü ilin mükafatı 1944-cü ildə Henrik DamEduard Adelbert Doyziyə verildi.[12]

Laureatlar

İl Şəkil Laureat Ölkə Əsaslanma Ref
1901 Emil fon Berinq  Almaniya İmperiyası "Serum terapiyası ilə əlaqəli tədqiqatlarına, xüsusilə difteriyaya qarşı tətbiqinə görə, xəstəlik və ölümə qarşı həkimlərin əlinə güclü və effektiv bir silah verərək tibb elmində yeni bir yol açmışdır." [13]
1902 Ronald Ross  Böyük Britaniya
Britaniya Hindistanı
"Malyariya ilə əlaqəli çalışmalarına görə. Bu çalışmalarına ilə parazitin orqanizmə necə girdiyini aşkar etmiş və bununla da bu xəstəlik və onunla mübarizə metodları üzərində uğurlu tədqiqatların əsasını qoymuşdur." [14]
1903 Nils Finzen  Danimarka
( Farer adaları)
"Xəstəliklərin, xüsusən lupus vulgarisin yoğunlaşdırılmış işıq radiasiyası ilə müalicəsinə verdiyi töhfələri ilə tibb elmində yeni bir yol açdığına görə." [15]
1904 İvan Pavlov  Rusiya İmperiyası "Həzm fiziologiyası ilə bağlı tədqiqatlarına görə." [16]
1905 Robert Kox  Almaniya İmperiyası "Vərəm xəstəliyi ilə əlaqəli araşdırmalarına və kəşflərinə görə." [17]
1906 Kamillo Qolci  İtaliya Krallığı "Sinir sisteminin quruluşu üzrə tədqiqatlarına görə" [18]
Santyaqo Ramon-i-Kaxal  İspaniya
1907 Şarl Laveran  Fransa "Protozoanın xəstəliklərin yaranmasındakı rolu üzrə tədqiqatlarına görə" [19]
1908 İlya Meçnikov  Rusiya İmperiyası "İmmunitet üzrə tədqiqatlarına görə" [20]
Paul Erliş  Almaniya İmperiyası
1909 Teodor Koxer  İsveçrə "Qalxanabənzər vəzin fiziologiyası, patologiyası və cərrahiyyəsi üzrə tədqiqatlarına görə." [21]
1910 Albrext Kossel  Almaniya İmperiyası "Nuklein turşuları da daxil olmaqla zülallarla əlaqəli tədqiqatları nəticəsində hüceyrə kimyası haqqında biliklərimizə verdiyi töhfələrə görə." [22]
1911 Alvar Qulstrand  İsveç "Gözün dioptrikası üzərə tədqiqatlarına görə" [23]
1912 Aleksis Karrel  Fransa "Damar tikişi və qan damarlarının və orqanlarının transplantasiyası üzərə tədqiqatlarına görə" [24]
1913 Şarl Rişe  Fransa "Anafilaksiya üzərə tədqiqatlarına görə" [25]
1914 Robert Barani Avstriya-Macarıstan "Vestibulyar aparatın fiziologiyası və patologiyası ilə əlaqədar çalışmalarına görə" [8]
1915 zzzMükafat verilmədi
1916
1917
1918
1919 Jül Borde  Belçika "İmmunitetlə əlaqədar kəşflərinə görə" [26]
1920 Avqust Kroq  Danimarka "Kapillyarlardaki motor tənzimləmə mexanizmini kəşf etdiyinə görə" [27]
1921 zzzMükafat verilmədi
1922 Arçibald Hill  Böyük Britaniya "Əzələlərdəki istilik istehsalına dair kəşfinə görə" [9]
Otto Meyerhof  Almaniya "Oksigen istehlakı və əzələdəki laktik turşu metabolizmi arasındakı sabit əlaqəni kəşf etdiyinə görə" [9]
1923 Frederik Bantinq  Kanada "İnsulini kəşf etdiklərinə görə" [28]
Con Makleod  Böyük Britaniya
1924 Villem Eyndhoven  Niderland "Elektrokardioqramın mexanizminin kəşfinə görə" [29]
1925 zzzMükafat verilmədi
1926 Yohannes Andreas Qrib Fibiger  Danimarka "Spiroptera karsinomunun kəşfinə görə" [10]
1927 Yulius Vaqner-Yaureqq  Avstriya "Demans iflicinin müalicəsində malyariya inokulyasiyasının müalicəvi əhəmiyyətinin kəşfinə görə" [30]
1928 Şarl Nikol  Fransa "Tif xəstəliyi üzrə çalışmalarına görə" [31]
1929 Xristian Eykman  Niderland "Antinevritik vitaminin kəşfinə görə" [32]
Frederik Houlend Hopkins  Böyük Britaniya "Böyüməni stimullaşdıran vitaminlərin kəşfinə görə" [32]
1930 Karl Landşteyner  Avstriya "İnsan qan qruplarının kəşfinə görə" [33]
1931 Otto Henrix Varburq  Almaniya "Tənəffüs fermentinin təbiətini və fəaliyyət rejiminin kəşfinə görə" [34]
1932 Çarlz Skott Şerrinqton  Böyük Britaniya "Neyronların funksiyaları ilə bağlı kəşflərinə görə" [35]
Edqar Duqlas Edrian  Böyük Britaniya
1933 Morqan Tomas Hant  ABŞ "Xromosomların irsiyyətdə rolu ilə bağlı kəşflərinə görə" [36]
1934 Corc Uippl  ABŞ "Anemiya hallarında qaraciyər terapiyası ilə bağlı kəşflərinə görə" [37]
Corc Maynot  ABŞ
Uilyam Mörfi  ABŞ
1935 Hans Şpeman  Üçüncü Reyx "Embrion inkişafındakı təşkilatçı effektinin kəşfinə görə" [38]
1936 Henri Hallet Deyl  Böyük Britaniya "Sinir impulslarının kimyəvi ötürülməsi ilə əlaqəli kəşflərinə görə" [39]
Otto Lövi  Avstriya
 Üçüncü Reyx
1937 Albert Sent-Cörci  Macarıstan "Bioloji yanma prosesləri ilə əlaqəli kəşflərinə görə" [40]
1938 Korney Heymans  Belçika "Tənəffüsün tənzimlənməsində sinus və aorta mexanizmlərinin oynadığı rolun kəşfinə görə" [11]
1939 Gerhard Domaqk  Üçüncü Reyx "Prontozilin antibakterial təsirlərinin kəşfinə görə" [41]
1940 zzzMükafat verilmədi
1941
1942
1943 Henrik Dam  Danimarka "K vitamininin kəşfinə görə" [12]
Eduard Adelbert Doyzi  ABŞ "K vitamininin kimyəvi təbiətinin kəşfinə görə" [12]
1944 Cozef Erlanqer  ABŞ "Tək sinir liflərinin yüksək dərəcədə fərqliləşmiş funksiyaları ilə əlaqəli kəşflərinə görə" [42]
Herbert Spenser Qasser  ABŞ
1945 Aleksandr Fleminq  Böyük Britaniya "Penisilinin və onun müxtəlif yoluxucu xəstəliklərdə müalicəvi təsirinin kəşfinə görə" [43]
Ernst Boris Çeyn  Böyük Britaniya
Hovard Volter Flori  Avstraliya
1946 German Cozef Möller  ABŞ "Rentgen şüalanmasına məruz qalmaqla mutasiyaların yaranmasının kəşfinə görə" [44]
1947 Karl Ferdinand Kori  ABŞ "Qlikogenin katalitik çevrilməsinin gedişatını kəşf etdiklərinə görə" [45]
Qerti Tereza Kori  ABŞ
Bernardo Usay  Argentina "Şəkər metabolizmasında ön hipofiz lobu hormonunun oynadığı rolun kəşfinə görə" [45]
1948 Paul Hermann Müller  İsveçrə "Bir çox buğumayaqlılara qarşı kontakt zəhəri olaraq DDT-nin yüksək effektinin kəşfinə görə" [46]
1949 Volter Rudolf Hess  İsveçrə "Daxili orqanların fəaliyyətinin koordinatoru olaraq ara beynin funksional düzəninin kəşfinə görə" [47]
Antonio Eqaş Moniş  Portuqaliya "Müəyyən psixozlarda lobotomiyanın terapevtik əhəmiyyətinin kəşfinə görə" [47]
1950 Filip ŞoVolter Henç  ABŞ "Adrenal korteksin hormonları, onların quruluşu və bioloji təsiri ilə əlaqəli kəşflərinə görə" [48]
Eduard Kelvin Kendall  ABŞ
Tadeuş Reyxşteyn  İsveçrə
 Polşa
1951 Maks Teyler  ABŞ "Sarı qızdırma və onunla necə mübarizə aparmaqla əlaqəli kəşflərinə görə" [49]
1952 Zelman Vaksman  ABŞ "Vərəmə qarşı ilk təsirli antibiotik olan streptomisinin kəşfinə görə" [50]
1953 Hans Adolf Krebs  Böyük Britaniya "Krebs dövrünün kəşfinə görə" [51]
Frits Albert Lipman  ABŞ "Koferment A-nın və onun ara metabolizmdəki əhəmiyyətinin kəşfinə görə" [51]
1954 Con Franklin Enders  ABŞ "Poliomielit viruslarının müxtəlif toxumalarda inkişaf edə bilmə qabiliyytənin kəşfinə görə" [52]
Frederik Çapmen Robbins  ABŞ
Tomas Hakl Ueller  ABŞ
1955 Huqo Teorell  İsveç "Oksidləşmə fermentlərinin təbiəti və fəaliyyət rejimi ilə əlaqəli kəşflərinə görə" [53]
1956 Andre Frederik Kurnan  ABŞ "Qan dövranı sistemindəki patoloji dəyişikliklər və ürək kateterizasiyası ilə əlaqəli kəşflərinə görə" [54]
Verner Forsman  Qərbi Almaniya
Dikinson Riçards  ABŞ
1957 Daniel Bove  İtaliya "Antihistaminlərin və xüsusi ilə onların damar sistemi və sklet əzələlərindəki təsiri ilə bağlı kəşflərinə görə " [55]
1958 Corc Uels Bidl  ABŞ "Müəyyən kimyəvi hadisələrin tənzimlənməsində genlərin rolunu kəşf etdiklərinə görə" [56]
Eduard Teytem  ABŞ
Coşua Lederberq  ABŞ "Genetik rekombinasiya və bakteriyaların genetik materialının təşkili ilə bağlı kəşflərinə görə" [56]
1959 Artur Kornberq  ABŞ "Ribonuklein turşusudeoksiribonuklein turşusunun bioloji sintezindəki mexanizmləri kəşf etdiklərinə görə" [57]
Severo Oçoa  ABŞ
 İspaniya
1960 Frenk Makfarleyn Börnet  Avstraliya "Qazanılmış immunoloji tolerantlığın kəşfinə görə" [58]
Piter Medavar  Braziliya
 Böyük Britaniya
1961 Dyörd von Bekeşi  ABŞ "İlbiz daxilindəki fiziki stimullaşdırma mexanizminin kəşfinə görə" [59]
1962 Frensis Krik  Böyük Britaniya "Nuklein turşularının molekulyar quruluşu və canlı materialdakı məlumat ötürmə əhəmiyyəti ilə əlaqədar kəşflərinə görə" [60]
Ceyms Uotson  ABŞ
Moris Uilkins  Yeni Zelandiya
 Böyük Britaniya
1963 Con Karyu Ekkls  Avstraliya "Sinir hüceyrə membranının periferik və mərkəzi hissələrində həyəcanlanma və inhibasiya hadisələrində rol alan ion mexanizmləri ilə əlaqədar kəşflərinə görə" [61]
Alan Lloyd Hockin  Böyük Britaniya
Endrü Haksli  Böyük Britaniya
1964 Konrad Emil Bloh  ABŞ "Yağ turşusu metabolizmi və xolesterol tənzimlənməsi və mexanizmi ilə əlaqədar kəşflərinə görə" [62]
Feodor Feliks Konrad Linen  Qərbi Almaniya
1965 Fransua Yakob  Fransa "Fermentlərin genetik kontrolu və virus sintezi ilə əlaqədar kəşflərinə görə" [63]
Andre Mişel Lvov  Fransa
Jak Mono  Fransa
1966 Frensis Peyton Rous  ABŞ "Şiş yaradan virusların kəşfinə görə" [64]
Çarlz Brenton Haqqins  ABŞ "Prostat xərçənginin hormonal müalicəsi ilə bağlı kəşflərinə görə" [64]
1967 Raqnar Qranit  Finlandiya
 İsveç
"Gözün ilkin fizioloji və kimyəvi vizual prosesləri ilə bağlı kəşflərinə görə" [65]
Holden Keffer Hartlayn  ABŞ
Corc Uold  ABŞ
1968 Robert Holli  ABŞ "Genetik kodun və onun zülal sintezindəki funksiyasının interpretasiyasına görə" [66]
Har Qobind Korana  ABŞ[67]
Marşal Uarren Nirenberq  ABŞ
1969 Maks Delbryuk  ABŞ "Virusların replikasiya mexanizmləri və genetik strukturları ilə bağlı kəşflərinə görə" [68]
Alfred Herşi  ABŞ
Salvador Luria  İtaliya
 ABŞ
1970 Culius Akselrod  ABŞ "Neyromediatorlar və onların saxlanılması, buraxılması və inaktivasiyası ilə bağlı kəşflərinə görə" [69]
Ulf von Eyler  İsveç
Bernard Katz  Böyük Britaniya
1971 Erl Uilbur Sazerlend  ABŞ "Hormonların təsir mexanizmləri ilə əlaqədar kəşflərinə görə" [70]
1972 Cerald Edelman  ABŞ "Anticismlərin kimyəvi strukturu ilə əlaqəli kəşflərinə görə" [71]
Rodni Porter  Böyük Britaniya
1973 Karl von Friş  Qərbi Almaniya "Fərdi və sosial davranış modellərinin təşkili və seçilməsi ilə bağlı kəşflərinə görə" [72]
Konrad Lorenz  Avstriya
Nikolaas Tinbergen  Niderland
1974 Albert Klod  ABŞ "Hüceyrənin struktural və funksional təşkili ilə bağlı kəşflərinə görə" [73]
Kristian de Dyuv  Belçika
Corc Palade  ABŞ
 Rumıniya
1975 Devid Baltimor  ABŞ "Şiş virusları və hüceyrənin genetik materialı arasındakı qarşılıqlı təsir ilə əlaqəli kəşflərinə görə" [74]
Renato Dulbekko  İtaliya
 ABŞ
Hovard Martin Temin  ABŞ
1976 Barux Semyuel Blamberq  ABŞ "Yoluxucu xəstəliklərin əmələ gəlməsi və yayılması ilə əlaqəli yeni mexanizmlər barədə kəşflərinə görə" [75]
Daniel Karlton Qaydusek  ABŞ
1977 Roje Qiymen  ABŞ "Beynin peptid hormonu istehsalı ilə bağlı kəşflərinə görə" [76]
Endrü Şalli  Kanada
 Polşa
 ABŞ
Rozalin Sasmen Yalou  ABŞ "Peptid hormonlarının radyoimunoanalizini təkmilləşdirdiyinə görə" [76]
1978 Verner Arber  İsveçrə "Məhdudlaşdırıcı fermentlərin kəşfi və onların molekulyar genetika problemlərinə tətbiqi ilə bağlı kəşflərinə görə" [77]
Daniel Natans  ABŞ
Hamilton Smit  ABŞ
1979 Allan Kormak  Cənubi Afrika Respublikası
 ABŞ
"Kompüter tomoqrafiyasını təkmilləşdirdiklərinə görə" [78]
Qodfri Haunsfild  Böyük Britaniya
1980 Barux Benaserraf  Venesuela
 ABŞ
"İmmunoloji reaksiyaları tənzimləyən hüceyrə səthindəki genetik olaraq təyin edilmiş quruluşlara dair kəşflərinə görə" [79]
Jan Dosse  Fransa
Corc Deyvis Snell  ABŞ
1981 Rocer Sperri  ABŞ "Beyin yarımkürələrinin funksional ixtisaslaşmasına dair kəşflərinə görə" [80]
Devis Hyubel  Kanada
 ABŞ
"Vizual sistemdə məlumatların işlənməsi ilə bağlı kəşflərinə görə" [80]
Torsten Vizel  İsveç
1982 Sune Berqström  İsveç "Prostaglandinlər və əlaqəli bioloji aktiv maddələrlə bağlı kəşflərinə görə" [81]
Benqt Samuelsson  İsveç
Con Robert Veyn  Böyük Britaniya
1983 Barbara Mak-Klintok  ABŞ "Transpozonların kəşfinə görə" [82]
1984 Nils Kay Yerne  Danimarka "İmmunitet sisteminin inkişafı və idarə edilməsinin spesifikliyi ilə əlaqəli nəzəriyələrə və monoklonal anticismlərin istehsal prinsipinin kəşfinə görə" [83]
Georq Köler  Qərbi Almaniya
Sezar Milşteyn  Argentina
 Böyük Britaniya
1985 Maykl Stüart Braun  ABŞ "Xolesterol mübadiləsinin tənzimlənməsi ilə bağlı kəşflərinə görə" [84]
Cozef Qoldşteyn  ABŞ
1986 Stenli Koen  ABŞ "Böyümə faktorlarının kəşfinə görə" [85]
Rita Levi-Montalcini  İtaliya
1987 Susumu Toneqava  Yaponiya "Anticisim müxtəlifliyinin yaranmasını üçün genetik prinsipin kəşfinə görə" [86]
1988 Ceyms Blek  Böyük Britaniya "Narkotik müalicəsinin vacib prinsiplərinin kəşfinə görə" [87]
Gertrud Elion  ABŞ
Corc Hitçinqs  ABŞ
1989 Con Maykl Bişop  ABŞ "Retroviral onkogenlərin hüceyrə mənşəsi ilə əlaqəli kəşflərnə görə" [88]
Harold Varmus  ABŞ
1990 Cozef Mürrey  ABŞ "İnsan xəstəliklərinin müalicəsində orqan və hüceyrə transpantasiyası ilə əlaqəli kəşflərinə görə" [89]
Donnall Tomas  ABŞ
1991 Ervin Neer  Almaniya "Hüceyrələrdəki vahid ion kanallarının funksiyası ilə bağlı kəşflərinə görə" [90]
Bert Sakman  Almaniya
1992 Edmond Fişer  İsveçrə
 ABŞ
"Bioloji tənzimləmə mexanizmi olaraq geri qaytarılan protein fosforlaşmasına dair kəşflərinə görə" [91]
Edvin Krebs  ABŞ
1993 Riçard Roberts  Böyük Britaniya "Bölünmüş genlərin kəşfinə görə" [92]
Fillip Allen Şarp  ABŞ
1994 Alfred Gilman  ABŞ "G-zülallarının və bu zülalların hüceyrələrdə siqnal transduksiyasının rolunun kəşfinə görə" [93]
Martin Rodbell  ABŞ
1995 Edvard Lyüis  ABŞ "Erkən embrional inkişafın genetik kontrolu ilə bağlı kəşflərinə görə" [94]
Kristiana Nüsslein-Volhard  Almaniya
Erik Vişaus  ABŞ
1996 Piter Doerti  Avstraliya "Hüceyrə vasitəli immun müdafiəsinin spesifikliyi ilə bağlı kəşflərinə görə" [95]
Rolf Tsinkernagel  İsveçrə
1997 Stenli Pruziner  ABŞ "Prionların kəşfinə görə — infeksiyanın yeni bioloji prinsipi" [96]
1998 Robert Furxqott  ABŞ "Azot oksidinin ürək-damar sisteminin tənzimlənməsində siqnal vermə molekulu olaraq rolunun kəşfinə görə" [97]
Luis İqnarro  ABŞ
Fərid Murad  ABŞ
1999 Günter Blobel  Almaniya
 ABŞ
"Zülallların hüceyrədə lokalizasiya və nəqliyyatını idarə edən daxili siqnallarının kəşfinə görə" [98]
2000 Arvid Karlsson  İsveç "Sinir sistemindəki siqnal ötürülməsi ilə əlaqədar kəşflərinə görə" [99]
Pol Qrinqard  ABŞ
Erik Kandel  ABŞ
2001 Leland Hartvell  ABŞ "Hüceyrə dövrünün əsas tənzimləyicilərini kəşf etdiklərinə görə" [100]
Tim Hunt  Böyük Britaniya
Pol Nurs  Böyük Britaniya
2002 Sidney Brenner  Cənubi Afrika Respublikası "Orqan inkişafının və proqramlaşdırılmış hüceyrə ölümünün genetik tənzimlənməsi ilə bağlı kəşflərinə görə" [101]
Robert Horvits  ABŞ
Con Salston  Böyük Britaniya
2003 Pol Loterbur  ABŞ "Maqnit rezonans tomoqrafiyası ilə bağlı kəşflərinə görə" [102]
Piter Mensfild  Böyük Britaniya
2004 Riçard Aksel  ABŞ "Odorant reseptorların və qoxu sisteminin təşkilinin kəşfinə görə" [103]
Linda Bak  ABŞ
2005 Berri Marşall  Avstraliya "Helicobacter pylori bakteriyası və onun qastritmədə xorası xəstəliklərindəki rolunun kəşfinə görə" [104]
Robin Uorren  Avstraliya
2006 Endrü Fayer  ABŞ "RNT interferensiyasının kəşfinə görə — cüt telli RNT tərəfindən gen susdurulması" [105]
Kreyq Mello  ABŞ
2007 Mario Kapekki  ABŞ
 İtaliya
"Embrion kök hüceyrələrinin istifadəsi ilə siçanlarda müəyyən gen modifikasiyalarnın prinsiplərini kəşf etdiklərinə görə" [106]
Martin Evans  Böyük Britaniya
Oliver Smitis  Böyük Britaniya
 ABŞ
2008 Harald tsur Hauzen  Almaniya "Servikal xərçəngə səbəb olan insan papillomavirusunun kəşfinə görə" [107]
Fransuaza Barre-Sinussi  Fransa "İnsanın immunçatışmazlığı virusunun kəşfinə görə" [107]
Lük Montanyer  Fransa
2009 Elizabet Bləkbörn  ABŞ
 Avstraliya
"Xromosomların telomerlərlə və telomeraza fermenti ilə necə qorunduğunu kəşf etdiklərinə görə" [108]
Kerol Qreyder  ABŞ
Cek Şostak  ABŞ
2010 Robert Edvards  Böyük Britaniya "İn vitro mayalandırmanın təkmilləşdirilməsinə görə" [109]
2011 Brüs Bötler  ABŞ "Anadangəlmə immunitetin aktivləşdirilməsi ilə bağlı kəşflərinə görə" [110]
Jül Hoffmann  Fransa
Ralf Staynman  Kanada "Dendritik hüceyrənin və onun adaptiv immunitetdəki rolunun kəşfinə görə" (ölümündən sonra mükafatlandırıldı)[111][112] [110]
2012 Con Qyordon  Böyük Britaniya "Yetkin hüceyrələrin pluripotent olması üçün yenidən proqramlaşdırıla biləcəyini kəşf etdiklərinə görə" [113]
Shinya Yamanaka Şinya Yamanaka  Yaponiya
2013 Ceyms Rotman  ABŞ "Hüceyrələrimizdə böyük bir nəqliyyat sistemi olan vezikulyar trafikinin tənzimləmə mexanizmlərinin kəşfinə görə" [114]
Rendi Şekman  ABŞ
Tomas Südhof  ABŞ
 Almaniya
2014 Con O'Kif  ABŞ
 Böyük Britaniya
"Beyində yerləşdirmə sistemi meydana gətirən hüceyrələrin kəşfinə görə" [115]
Mey-Britt Mozer  Norveç
Edvard Mozer  Norveç
2015 Uilyam Kempbell  İrlandiya
 ABŞ
"Yuvarlaq qurd parazitinin səbəb olduğu infeksiyalara qarşı yeni bir terapiya ilə əlaqədar kəşflərinə görə" [116]
Satosi Omura  Yaponiya
Tu Yuyu  ÇXR "Malyariyaya qarşı yeni bir terapiya ilə əlaqədar kəşflərinə görə" [116]
2016 Yoşinori Oşumi  Yaponiya "Autofaq mexanizmlərinin kəşfinə görə" [117]
2017 Ceffri Holl  ABŞ "Sirkadian ritmini idarə edən molekulyar mexanizmləri kəşf etdiklərinə görə" [118]
Maykl Rozbaş  ABŞ
Maykl Yanq  ABŞ
2018 Ceyms Ellison  ABŞ "Mənfi immun tənzimlənməsini inhibasiya edərək xərçəngin müalicəsinin kəşfinə görə" [119]
Tasuku Hondzö  Yaponiya
2019 Uilyam Kelin  ABŞ "Hüceyrələrin oksigenin mövcudluğunu necə hiss etdiklərini və oksigen miqdarındaki dəyişikliklərə necə adaptasiya olduqlarını kəşf etdiklərinə görə" [120]
Peter Ratkliff  Böyük Britaniya
Qreqq Semenza  ABŞ
2020 Alter Harvi  ABŞ "Hepatit C virusunun kəşfinə görə" [121]
Maykl Houton  Böyük Britaniya
Çarlz Rays  ABŞ
2021 Deyvid Juliyus  ABŞ "toxunma və temperatur reseptorlarının kəşfinə görə" [122]
Ardem Pataputyan  ABŞ
 Livan
2022 Svante Paabo  İsveç "nəsli kəsilmiş homininlərin genomları və insan təkamülü ilə bağlı kəşflərinə görə" [123]
2023 Katalin Kariko Macarıstan
ABŞ
"COVID-19-a qarşı effektiv mRNT vaksinlərinin işlənib hazırlanmasına imkan yaradan nukleozid bazası modifikasiyası ilə bağlı kəşflərinə görə." [124]
Dryu Vaysman ABŞ

İstinadlar

  1. "Alfred Nobel–The Man Behind the Nobel Prize". Nobel Foundation. 25 October 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 November 2008.
  2. "The Nobel Prize Awarders". Nobel Foundation. 3 December 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 November 2008.
  3. 1 2 3 Lindsten, Jan; Nils Ringertz. "The Nobel Prize in Physiology or Medicine, 1901–2000*". Nobel Foundation. 26 June 2001. 16 July 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 November 2008.
  4. "The Nobel Prize". Nobel Foundation. 15 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 November 2008.
  5. "The Nobel Prize Award Ceremonies". Nobel Foundation. 22 August 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 November 2008.
  6. "Nobel Laureates Facts". Nobelprize.org. 2 February 2007 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 November 2008.
  7. "Women Nobel Laureates". Nobel Foundation. 28 September 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 November 2008.
  8. 1 2 "The Nobel Prize in Physiology or Medicine 1914". Nobel Foundation. 11 October 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  9. 1 2 3 "The Nobel Prize in Physiology or Medicine 1922". Nobel Foundation. 2 November 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  10. 1 2 "The Nobel Prize in Physiology or Medicine 1926". Nobel Foundation. 30 September 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  11. 1 2 "The Nobel Prize in Physiology or Medicine 1938". Nobel Foundation. 30 September 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  12. 1 2 3 "The Nobel Prize in Physiology or Medicine 1943". Nobel Foundation. 3 November 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  13. "The Nobel Prize in Physiology or Medicine 1901". Nobel Foundation. 16 July 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  14. "The Nobel Prize in Physiology or Medicine 1902". Nobel Foundation. 22 August 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  15. "The Nobel Prize in Physiology or Medicine 1903". Nobel Foundation. 20 August 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  16. "The Nobel Prize in Physiology or Medicine 1904". Nobel Foundation. 22 August 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  17. "The Nobel Prize in Physiology or Medicine 1905". Nobel Foundation. 22 August 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  18. "The Nobel Prize in Physiology or Medicine 1906". Nobel Foundation. 6 July 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  19. "The Nobel Prize in Physiology or Medicine 1907". Nobel Foundation. 18 May 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  20. "The Nobel Prize in Physiology or Medicine 1908". Nobel Foundation. 16 July 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  21. "The Nobel Prize in Physiology or Medicine 1909". Nobel Foundation. 11 October 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  22. "The Nobel Prize in Physiology or Medicine 1910". Nobel Foundation. 11 October 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  23. "The Nobel Prize in Physiology or Medicine 1911". Nobel Foundation. 23 August 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  24. "The Nobel Prize in Physiology or Medicine 1912". Nobel Foundation. 30 September 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  25. "The Nobel Prize in Physiology or Medicine 1913". Nobel Foundation. 29 September 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  26. "The Nobel Prize in Physiology or Medicine 1919". Nobel Foundation. 2 June 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  27. "The Nobel Prize in Physiology or Medicine 1920". Nobel Foundation. 23 August 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  28. "The Nobel Prize in Physiology or Medicine 1923". Nobel Foundation. 22 September 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  29. "The Nobel Prize in Physiology or Medicine 1924". Nobel Foundation. 22 September 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  30. "The Nobel Prize in Physiology or Medicine 1927". Nobel Foundation. 22 August 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  31. "The Nobel Prize in Physiology or Medicine 1928". Nobel Foundation. 11 October 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  32. 1 2 "The Nobel Prize in Physiology or Medicine 1929". Nobel Foundation. 30 September 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  33. "The Nobel Prize in Physiology or Medicine 1930". Nobel Foundation. 18 August 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  34. "The Nobel Prize in Physiology or Medicine 1931". Nobel Foundation. 14 May 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  35. "The Nobel Prize in Physiology or Medicine 1932". Nobel Foundation. 8 July 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  36. "The Nobel Prize in Physiology or Medicine 1933". Nobel Foundation. 21 August 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  37. "The Nobel Prize in Physiology or Medicine 1934". Nobel Foundation. 29 September 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  38. "The Nobel Prize in Physiology or Medicine 1935". Nobel Foundation. 8 July 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  39. "The Nobel Prize in Physiology or Medicine 1936". Nobel Foundation. 12 September 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  40. "The Nobel Prize in Physiology or Medicine 1937". Nobel Foundation. 14 May 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  41. "The Nobel Prize in Physiology or Medicine 1939". Nobel Foundation. 18 May 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  42. "The Nobel Prize in Physiology or Medicine 1944". Nobel Foundation. 2 November 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  43. "The Nobel Prize in Physiology or Medicine 1945". Nobel Foundation. 21 August 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  44. "The Nobel Prize in Physiology or Medicine 1946". Nobel Foundation. 29 September 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  45. 1 2 "The Nobel Prize in Physiology or Medicine 1947". Nobel Foundation. 19 October 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  46. "The Nobel Prize in Physiology or Medicine 1948". Nobel Foundation. 14 May 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  47. 1 2 "The Nobel Prize in Physiology or Medicine 1949". Nobel Foundation. 30 September 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  48. "The Nobel Prize in Physiology or Medicine 1950". Nobel Foundation. 11 October 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  49. "The Nobel Prize in Physiology or Medicine 1951". Nobel Foundation. 11 October 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  50. "The Nobel Prize in Physiology or Medicine 1952". Nobel Foundation. 29 September 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  51. 1 2 "The Nobel Prize in Physiology or Medicine 1953". Nobel Foundation. 7 June 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  52. "The Nobel Prize in Physiology or Medicine 1954". Nobel Foundation. 11 October 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  53. "The Nobel Prize in Physiology or Medicine 1955". Nobel Foundation. 11 October 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  54. "The Nobel Prize in Physiology or Medicine 1956". Nobel Foundation. 29 September 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  55. "The Nobel Prize in Physiology or Medicine 1957". Nobel Foundation. 29 September 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  56. 1 2 "The Nobel Prize in Physiology or Medicine 1958". Nobel Foundation. 6 July 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  57. "The Nobel Prize in Physiology or Medicine 1959". Nobel Foundation. 21 February 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  58. "The Nobel Prize in Physiology or Medicine 1960". Nobel Foundation. 15 July 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  59. "The Nobel Prize in Physiology or Medicine 1961". Nobel Foundation. 29 September 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  60. "The Nobel Prize in Physiology or Medicine 1962". Nobel Foundation. 8 July 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  61. "The Nobel Prize in Physiology or Medicine 1963". Nobel Foundation. 16 July 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  62. "The Nobel Prize in Physiology or Medicine 1964". Nobel Foundation. 30 September 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  63. "The Nobel Prize in Physiology or Medicine 1965". Nobel Foundation. 12 September 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  64. 1 2 "The Nobel Prize in Physiology or Medicine 1966". Nobel Foundation. 29 September 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  65. "The Nobel Prize in Physiology or Medicine 1967". Nobel Foundation. 4 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  66. "The Nobel Prize in Physiology or Medicine 1968". Nobel Foundation. 6 July 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  67. "Har Gobind Khorana | American biochemist | Britannica.com". 5 September 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2015.
  68. "The Nobel Prize in Physiology or Medicine 1969". Nobel Foundation. 3 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  69. "The Nobel Prize in Physiology or Medicine 1970". Nobel Foundation. 24 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  70. "The Nobel Prize in Physiology or Medicine 1971". Nobel Foundation. 10 October 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  71. "The Nobel Prize in Physiology or Medicine 1972". Nobel Foundation. 6 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  72. "The Nobel Prize in Physiology or Medicine 1973". Nobel Foundation. 19 August 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  73. "The Nobel Prize in Physiology or Medicine 1974". Nobel Foundation. 10 October 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  74. "The Nobel Prize in Physiology or Medicine 1975". Nobel Foundation. 10 September 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  75. "The Nobel Prize in Physiology or Medicine 1976". Nobel Foundation. 10 October 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  76. 1 2 "The Nobel Prize in Physiology or Medicine 1977". Nobel Foundation. 3 February 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  77. "The Nobel Prize in Physiology or Medicine 1978". Nobel Foundation. 16 March 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  78. "The Nobel Prize in Physiology or Medicine 1979". Nobel Foundation. 18 July 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  79. "The Nobel Prize in Physiology or Medicine 1980". Nobel Foundation. 14 December 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  80. 1 2 "The Nobel Prize in Physiology or Medicine 1981". Nobel Foundation. 18 July 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  81. "The Nobel Prize in Physiology or Medicine 1982". Nobel Foundation. 18 July 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  82. "The Nobel Prize in Physiology or Medicine 1983". Nobel Foundation. 18 July 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  83. "The Nobel Prize in Physiology or Medicine 1984". Nobel Foundation. 18 July 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  84. "The Nobel Prize in Physiology or Medicine 1985". Nobel Foundation. 18 July 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  85. "The Nobel Prize in Physiology or Medicine 1986". Nobel Foundation. 3 February 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  86. "The Nobel Prize in Physiology or Medicine 1987". Nobel Foundation. 18 July 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  87. "The Nobel Prize in Physiology or Medicine 1988". Nobel Foundation. 3 February 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  88. "The Nobel Prize in Physiology or Medicine 1989". Nobel Foundation. 18 July 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  89. "The Nobel Prize in Physiology or Medicine 1990". Nobel Foundation. 18 August 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  90. "The Nobel Prize in Physiology or Medicine 1991". Nobel Foundation. 18 July 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  91. "The Nobel Prize in Physiology or Medicine 1992". Nobel Foundation. 10 October 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  92. "The Nobel Prize in Physiology or Medicine 1993". Nobel Foundation. 18 August 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  93. "The Nobel Prize in Physiology or Medicine 1994". Nobel Foundation. 18 July 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  94. "The Nobel Prize in Physiology or Medicine 1995". Nobel Foundation. 18 July 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  95. "The Nobel Prize in Physiology or Medicine 1996". Nobel Foundation. 18 July 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  96. "The Nobel Prize in Physiology or Medicine 1997". Nobel Foundation. 10 October 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  97. "The Nobel Prize in Physiology or Medicine 1998". Nobel Foundation. 15 October 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  98. "The Nobel Prize in Physiology or Medicine 1999". Nobel Foundation. 18 July 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  99. "The Nobel Prize in Physiology or Medicine 2000". Nobel Foundation. 18 July 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  100. "The Nobel Prize in Physiology or Medicine 2001". Nobel Foundation. 18 July 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  101. "The Nobel Prize in Physiology or Medicine 2002". Nobel Foundation. 18 July 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  102. "The Nobel Prize in Physiology or Medicine 2003". Nobel Foundation. 18 July 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  103. "The Nobel Prize in Physiology or Medicine 2004". Nobel Foundation. 19 August 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  104. "The Nobel Prize in Physiology or Medicine 2005". Nobel Foundation. 18 July 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  105. "The Nobel Prize in Physiology or Medicine 2006". Nobel Foundation. 18 August 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  106. "The Nobel Prize in Physiology or Medicine 2007". Nobel Foundation. 11 October 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  107. 1 2 "The Nobel Prize in Physiology or Medicine 2008". Nobel Foundation. 9 October 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  108. "The Nobel Prize in Physiology or Medicine 2009". Nobel Foundation. 8 October 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  109. "The Nobel Prize in Physiology or Medicine 2010". Nobel Foundation. 6 October 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  110. 1 2 "The Nobel Prize in Physiology or Medicine 2011". Nobel Foundation. 5 October 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  111. "Ralph Steinman Remains Nobel Laureate". The Nobel Foundation. 3 October 2011. 14 October 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2013.
  112. Sample, Ian. "Nobel prize to be awarded to dead scientist". The Guardian. London. 3 October 2011. 1 October 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 October 2011. The Nobel foundation concluded that the award should stand, saying: "The Nobel prize to Ralph Steinman was made in good faith, based on the assumption that the Nobel laureate was alive."
  113. "The Nobel Prize in Physiology or Medicine 2012". Nobel Foundation. 11 October 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 July 2007.
  114. "The Nobel Prize in Physiology or Medicine 2013". Nobel Foundation. 10 June 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 October 2013.
  115. "The Nobel Prize in Physiology or Medicine 2014". Nobel Foundation. 6 October 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 October 2013.
  116. 1 2 "The Nobel Prize in Physiology or Medicine 2015". Nobel Foundation. 5 October 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 October 2015.
  117. "The Nobel Prize in Physiology or Medicine 2016". Nobel Foundation. 3 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 October 2016.
  118. "The Nobel Prize in Physiology or Medicine 2017". Nobel Foundation. 2 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 October 2017.
  119. "The Nobel Prize in Physiology or Medicine 2018". Nobel Foundation. 1 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 October 2017.
  120. "The Nobel Prize in Physiology or Medicine 2019". Nobel Foundation. 2020-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-07.
  121. "The Nobel Prize in Physiology or Medicine 2020". Nobel Foundation. 2020-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-05.
  122. "The Nobel Prize in Physiology or Medicine" (PDF). Nobel Foundation. 2021-10-04 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-10-04.
  123. "The 2022 Nobel Prize in Physiology or Medicine" (PDF). Nobel Foundation. 3 October 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-10-03.
  124. "The Nobel Prize in Physiology or Medicine 2023". 2 October 2023. 2 October 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 October 2023.

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!