Finlandiya Avroviziya Mahnı Müsabiqəsinə 1961-ci ildə qoşulmuş və ümumilikdə 53 dəfə müsabiqədə iştirak etmişdir. Finlandiya bir neçə il ard-arda göstərdiyi zəif nəticələr səbəbindən 1995, 1997, 1999, 2001 və 2003-cü illərdə Avroviziyada iştirak edə bilməmişdir. Ölkə ilk dəfə Avroviziyada 2006-cı ildə Lordi qrupunun ifa etdiyi "Hard Rock Hallelujah" mahnısı ilə birincilik qazanmışdır. Finlandiya eyni zamanda Avroviziyada üç dəfə 0 xalla və ümumilikdə isə on dəfə sonuncu yeri tutmuşdur. 1 dəqiqə və 25 saniyədən ibarət olan Avroviziya tarixinin ən qısa mahnısı məhz Finlandiyaya (2015) məxsusdur.
Qalib İkinci yer Üçüncü yer Sonuncu yer
QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.