Diona (yun. Διώνη; Miken sivilizasiyasına görə: di-u-ja, Diviya[1]) — Qədim yunan mifologiyasında personaj, xüsusiyyətləri qeyri-müəyyən olan ilahə, orfizmə görə titan Uran və Geyanın qızı[2]. Hesiod öz "Teoqoniya"sının girişində onun adını çəkmiş, amma titanidaların siyahısında onu qeyd etməmişdir[3]. Homerin İliadasında Diona Zevsin sevgilisi və Afroditanın anası kimi təsvir edilmişdir[4]. Fərziyyələrə görə o, yunan tanrılarına qədərki dövrə aid Yer ilahəsidir.
Miken panteonunda Zevsin arvadı kimi qeyd olunur[5]. Dodonada Dionanın Zevsin arvadı kimi kultu mövcud olmuşdur[6].
İstinadlar
- ↑ Предметно-понятийный словарь греческого языка. Микенский период. Л., 1986. С.142
- ↑ Орфика, фр.114 Керн
- ↑ Гесиод. Теогония 17
- ↑ Гомер. Илиада V 370; Еврипид. Елена 1096; Псевдо-Аполлодор. Мифологическая библиотека I 1, 3; 3, 1
- ↑ Примечания А. И. Зайцева в кн. Гомер. Илиада. Л., 1990. С. 458
- ↑ Любкер Ф. Реальный словарь классических древностей. М., 2001. В 3 т. Т.1. С.452