Artemida (yun. Ἄρτεμις) — yunan mifologiyasında ay, ov və vəhşi təbiət ilahəsi, Zevsin Letodan olan qızı, Apollonun bacısı, heyvanların, bitkilərin və uşaqların himayəçisi..
Artemida hələ gənc qız olarkən atası Zevsdən ərə getməməyi və qız olaraq qalmağı xahiş etmişdir. Həmin vaxtdan o meşələri dolaşar, gah ov edər, gah da kimsəsiz heyvanların balalarının qayğısını çəkərmiş. O, hətta atası Zevsin öldürdüyü Pandareyin yetim qalmış qızına da qayğı göstərmişdir. Artemidanı daim nimfalar, muzalar müşayiət edərmişlər
Troya müharibəsində Hera yunanlar-xəyyumluq edən məğlubedilməz Artemidanın ox və kamanını əlindən alaraq uzağa tullamaqla onu ağlayaraq qaçmağa vadar etmişdir.
Artemida kultu xüsusən meşə və dağlıq ərazilərdə yaşayan əhali arasında geniş yayılmışdır. Efesdə onun şərəfinə tikilmiş uzunluğu 109, eni isə 55 metr olan çox məşhur məbəd dünyanın yeddi möcüzəsindən biri sayılır. Artemida eləcə də kişısiz yaşayan amazonlara qəyyumluq etmişdir.
Əsasən bir əlində bəbir digər əlində maral tutmuş qanadlı qadın obrazında təsvir edilir.
Mənbə
- Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1
- Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., 1995 ISBN 960-540-118-5
- Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, 2008 ISBN 978-88-476-2283-8
- Менелаос Стефанидис, Яннис Стефанидис, ГРЕЧЕСКАЯ МИФОЛОГИЯ, БОГИ ОЛИМПА, Издательство "СИГМА", 2009, Lekanidi St.30, GR-173 43 Athens, Greece ISBN 978-960-425-078-3
Xarici keçidlər
Həmçinin bax