|
Bu məqalə yunan mifologiyasındakı Nika haqqındadır. Digər mənalar üçün Nika səhifəsinə baxın.
|
Nika (yun. Νίκη) – yunan mifologiyasında[1] titan, zəfər, qələbə ilahəsi, Pallant və Stiks qızı, Qısqancın, Qüvvətin, Gücün bacısı[2].
Nika uğurlu sonluğun, xoşbəxt nəticənin rəmzi kimi bütün hərbi müharibə və yürüşlərin, idman və musiqi yarışmalarının, uğur üçün təşkil edilmiş bütün dini mərasimlərin əsas iştirakzısıdır. Rəmzləri kimi lentli çələng, palma və hətta silah-sürsat göstərilir. Nika təsvirlərdə qanadlı, sürətli hərəkət edərkən göstərilir.
Afinada Nika məbədi mövcuddur. Nikanı çox vaxt Zevs və Afihahın əlində təsvir edirlər. XXXIII orfik nəğmə ona xitab edilmişdir.
İstinadlar
- ↑ Мифы народов мира. М., 1991-92. В 2 т. Т.2. С.217; Любкер Ф. Реальный словарь классических древностей. М., 2001. В 3 т. Т.2. С.451
- ↑ Гесиод. Теогония 384—385
Mənbə
- Софиа Сули, Греческая Мифология, Издателство Михалис Тубис А.О., ISBN 960-540-118-5
- Panaghiotis Christou, Katharini Papastamatis, Griechische Mythologie, ISBN 978-88-476-2283-8
- Греческая Мифология, Катерина Серви, EKDOTİKE ATHENON, Афины 2007 ISBN 960-213-378-3, ISBN 978-960-213-378-1
Həmçinin bax