Atlant və ya Atlas (yun. Άτλας) qədim yunan mifologiyasında[1] titan tanrı İapetin oğlu, Prometey, Epimetey və Menetiyın qardaşı.
Titanomaxiya zamanı qardaşı Menetiy kimi rəqib tərəfdə iştirak etdiyi üçün Zevs tərəfindən əbədi olaraq kürəklərində yeri və göyü saxlamağa məhkum olunmuşdur. Onun yeddi gözəl qızı – Pleyadlar atalarının çəkmiş olduğu zülümə dözməyərək ulduzlara çevrilmişlər.
İstinadlar
- ↑ Мифы народов мира. М., 1991-92. В 2 т. Т.1. С.121; Любкер Ф. Реальный словарь классических древностей. М., 2001. В 3 т. Т.1. С.210
Həmçinin bax