Kalliopa (yun.Καλλιόπη - "gözəlsəsli") — Zevsin Mnemozinadən olan doqquz qızından ən böyüyü və ən ağıllısı, epik poeziya muzası.[1]
Kalliopa Apollondan olan Orfey və Linanın anası sayılır. O, eyni zamanda Afrodita və Persefona arasındakı mübahisəyə hakimlik etmişdir. Onun simvolu yazı lövhəsidir.