Böyük BritaniyaAvroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1957-ci ildə qoşulmuş və ümumilikdə 62 dəfə müsabiqədə iştirak etmişdir. Böyük Britaniya 20-ci əsrdə Avroviziyanın ən çox uğur qazanan ölkələrindən biri olmuşdur. Belə ki, ötən əsr boyunca Britaniya Avroviziyada beş dəfə qələbə qazanmış, on beş dəfə ikinci, iki dəfə üçüncü və ümumilikdə iyirmi yeddi dəfə ilk beşlikdə yer almışdır. Müsabiqəyə qatıldığı ildən sonra yalnız bir dəfə 1958-ci ildə Avroviziyaya qatılmaqdan imtina etmiş və növbəti ildə yenidən müsabiqəyə geri dönmüşdür. Böyük Britaniya Almaniya, İtaliya, Fransa və İspaniya ilə birlikdə Avroviziyanın "Böyük Beşlik" ölkələrindən biridir və birbaşa olaraq müsabiqənin finalında iştirak edir. Buna səbəb isə müvafiq ölkələrin müsabiqənin ən böyük maliyyə dəstəkçiləri olmalarıdır.
Böyük Britaniya ilk dəfə Avroviziyada1967-ci ildə Sendi Şounun ifa etdiyi "Puppet on a String" mahnısı ilə qələbə qazanmışdır. Bir il sonra 1969-cu ildə ölkəni müsabiqədə təmsil edən Lulu ifa etdiyi "Boom Bang-a-Bang" mahnısı ilə Böyük Britaniyaya ikinci qalibiyyəti gətirmişdir. Lakin həmin müsabiqədə Britaniya təmsilçisi ilə yanaşı həm də Fransa, İspaniya və Niderland təmsilçiləri də müsabiqənin qalibi elan edilmişdir. Hər dörd ölkə səsvermənin sonunda eyni xalı toplayaraq birinci yerdə qərarlaşmışdırlar. Həmin ilədək Avroviziyada oxşar hadisə ilə rastlaşılmadığı üçün səslərin bərabərliyi vəziyyət ilə bağlı müsabiqədə ümumi qayda yox idi və nəticə olaraq, gecənin sonunda dörd ölkənin hər biri müsabiqənin qalibi elan edilmişdir. Böyük Britaniyanın üçüncü Avroviziya qələbəsi 1976-cı ildə Brotherhood of Man qrupunun səsləndirdiyi "Save Your Kisses for Me" mahnısı ilə qazanılmışdır. 1981-ci ildə isə Bucks Fizz qrupu ifa etdikləri "Making Your Mind Up" mahnısı ilə Böyük Britaniyaya dördüncü Avroviziya qalibiyyəti qazandırmışdırlar. Qrup müsabiqədə iştirakdan sonra öz fərqli tərzlərinə görə dünyada şöhrət qazanmış və qrupun dünyada 15 milyondan artıq albom nüsxəsi satılmışdır. Böyük Britaniyanın indiyədək olan ən son Avroviziya qələbəsi isə 1997-ci ildə Katrina and the Waves qrupunun ifa etdiyi "Love Shine a Light" mahnısı ilə əldə edilmişdir.
21-ci əsrdə isə Böyük Britaniya Avroviziyada heç də uğurlu nəticələr göstərməmişdir. Belə ki, 2000-ci ildən bəri ölkə yalnız iki dəfə müsabiqədə ilk onluğa daxil ola bilmişdir. 2002-ci ildə Britaniya təmsilçisi Cessika Qarlik üçüncü, 2009-cu ildə Ceyd İven beşinci yeri tutmuşdur. Bir-birini izləyən məyusedici nəticələrin ardınca Ceydin ölkəni beşinci yerə yüksəltməsi Britaniyada böyük sevinclə qarşılanmışdır. Böyük Britaniya indiyədək Avroviziyada dörd dəfə (hər biri 21-ci əsrdə) sonuncu yeri tutmuşdur.
Böyük Britaniya Avroviziya üçün rekord say olan səkkiz dəfə müsabiqəyə ev sahibliyi etmişdir. Ölkə 1960-cı ildə Niderlandı, 1963-cü ildə Fransanı, 1972-ci ildə Monakonu və 1974-cü ildə Lüksemburqu ev sahibi-ölkə olaraq əvəz etmişdir.