Ən yaxşı kişi roluna görə Oskar mükafatı

Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı
ing. Academy Award for Best Actor
Loqonun şəkli
Ümumi məlumatlar
Verilmə səbəbi əsas kişi rolunun ən uğurlu ifası
Təqdim edir
  • Kino Sənətləri və Elmləri Akademiyası[d]
Təsis olunub 1929
Yeri ABŞ ABŞ
Təsisçi ABŞ Kinematoqrafik sənətlər və elmlər akademiyası
Mükafatlar
Sonuncu qalib Qari Oldmen[1]
www.oscars.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı (ing. Academy Award for Best Actor, rəsmi: ing. Performance by an Actor in a Leading Role[2]) — Amerika kino sənəti akademiyasının 1929-cu ildən etibarən hər il təqdim etdiyi nüfuzlu mükafat. Mükafatın namizədləri (sayı 5-dən çox olmayaraq)[3] gizli səsvermə vasitəsilə irəli sürülür. Qalib akademiyanın həmişəlik seçilmiş bütün aktiv üzvlərinin ümumi səsverməsi nəticəsində təyin edilir[4].

Tarixi

Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı 1929-cu ildən etibarən təqdim olunur. Mükafatın ilk laureatı "Sonuncu göstəriş" və "Bütün cisimlərin yolu" filmlərindəki rollarına görə qalib elan edilmiş Emil Yanninqs olmuşdu[5]. Birinci mərasimin ilk namizədləri arasında "Sirk" filmi ilə Çarli Çaplin də olmuşdur. Lakin o, ümumi siyahıdan kənar olaraq, ayrıca xüsusi mükafat qazanmışdı[6].

İlk illərdə mükafatın verilmə qaydaları indikindən fərqlənirdi: "Ən yaxşı kişi rolu" kateqoriyasında qalibin seçilməsi üçün aktyorun kinoda ifa etdiyi bir neçə rola diqqət yetirilirdi. Yekun olaraq akademiyanın ümumi münsiflər heyəti hər istiqamət üzrə yalnız bir təqdimat qərarı qəbul edirdi[7]. Üçüncü təqdimetmə mərasimində səsvermə zamanı iki kino əsərinə baxılsa da, qalibin adının yanında yalnız bir film göstərildi[8]. Dördüncü mərasimdə artıq dəqiqləşmə aparıldı: aktyor yalnız bir konkret filmə görə namizəd ola bilərdi.

1936-cı ildən 1945-ci ilə qədər namizədlərin müəyyən edilməsi və qaliblərin seçilməsi prosesi tək akademiyanın həqiqi üzvləri tərəfindən yox, həm də peşəkar gildiyanın tərkibində olan aktyorlar tərəfindən həyata keçirilirdi. Sonrakı dövrdə — 1957-ci ilə qədər isə aktyor gildiyaları namizədlərin siyahısını tərtib edirdi, akademiyanın üzvləri isə qalibin seçilməsi üçün səsvermə keçirirdilər. 1957-ci ildən bütün bu proses yenidən akademiyanın daxili işi oldu.

Səkkizinci mərasimə qədər bu kateqoriyada həm baş, həm də ikinci dərəcəli rolları ifa edən aktyorlar mükafatlandırılırdılar. Yalnız növbəti ildən akademiya "Ən yaxşı ikinci plan kişi roluna görə" adlı yeni nominasiyanı təsis etdi[9][10][11].

Aktyorlar əsas nominasiyadan başqa həm də "Kinematoqrafda mühüm xidmətlərinə görə" adlı xüsusi kateqoriyada da heykəlciyi əldə edə bilərlər[12]. 18 yaşına qədər olan aktyorlar üçün isə Akademiyanın gənclər üçün təsis etdiyi mükafat nəzərdə tutulmuşdu. Bu mükafat 1961-ci ilə qədər mövcud oldu[13].

Aktyorlar üçün nəzərdə tutulmuş bu mükafatın tarixində iki dəfə ondan imtina edilmişdir. Bu hal birinci dəfə 1971-ci ildə "Patton" filmindəki roluna görə aktyor Corc Skottla yaşandı. İkinci dəfə isə bu hadisədən cəmi iki il sonra Marlon Brandonun "Xaç atası" dramında ifa etdiyi Vito Korleone roluna görə layiq görüldüyü mükafatdan imtina etməsilə müşahidə olundu. Corc Skottun sakit, gözə o qədər də çarpmayan bu addımından fərqli olaraq, Marlon Brando öz imtinasını tamaşaya çevirdi. Həmin mərasimin prodüseri Brüs Devis belə hesab edirdi[14]. Brandonun əvəzinə səhnəyə çıxan hindu nümayəndə qadın Saşin Littlfezerin izahından sonra aktyorun bu heykəlcikdən imtina etməsi məlum oldu.[15][16] Brandonun bu imtinada məqsədi kinematoqrafçıların hindulara olan münasibətinə qəti etirazını bildirmək idi[17].

Sonuncu Ən yaxşı kişi roluna görə "Oskar" mükafatını 90-cı təqdimat mərasimində "Tutqun zamanlar" filmindəki roluna görə aktyor Qari Oldmen əldə etmişdir[18].

Qaliblər və namizədlər

Aşağıda verilmə anından başlayaraq bu mükafata layiq görülmüş və namizəd olan şəxslərin adları göstərilib. Onlar illər və onilliklər üzrə qruplaşdırılıb. Hər bir aktyorun adının qarşısında qalib və ya namizəd olduğu filmin adı və həmin filmdə ifa etdiyi rol göstərilib. Qaliblər " ★ " işarəsi ilə və eyni zamanda rəng baxımından da digərlərindən fərqləndirilib.

1920-ci illər

Mərasim Qalibin fotosu Aktyor Film Rol
1-ci (1929)
Emil Yanninqs "Sonuncu göstəriş" hersoq Sergius Aleksandr
"Bütün cisimlərin yolu" Avqust Şillinq
Riçard Bartelmess "Tələ" Nikki Elkins
"Laklanmış oğlan" Laklanmış oğlan

1930-cu illər

Mərasim Qalibin fotosu Aktyor Film Rol
2-ci (1930-I)
Uorner Bakster "Qədim Arizonada" Sisko Kid
Corc Benkroft "İldırım zərbəsi" Cim Lenq
Çester Morris "Alibi" Çik Vilyams
Pol Muni "Cəsur" Ceyms Dayk
Lüis Stoun "Vətənpərvər" Pyotr Palen
3-cü (1930-II)
Corc Arliss "Dizraeli" Benjamin Dizraeli
Corc Arliss "Yaşıl ilahə" Raca
Volles Biri "Böyük ev" Butç Şmidt
Moris Şevalye "Böyük göl" Pyer Mirand
"Eşq paradı" qraf Alfred Rene
Ronald Kolmen "Buldoq Drammond" Hyu "Buldoq" Drammond
"Məhkum edilmiş" Mişel
Lourens Tibbet "Dələduzun nəğməsi" Yeqor
4-cü (1931)
Layonel Berrimor "Azad ruh" Stefen Eş
Adolf Menju "Birinci zolaq" Volter Börns
Ceki Kuper "Skippi" Skippi Skinner
Riçard Diks "Simarron" Yansi Kravat
Fredrik Març "Brodvey kral ailəsi" Toni Kavendiş
5-ci (1932)
Fredrik Març "Doktor Cekill və cənab Hayd" doktor Henri Cekill
Volles Biri "Çempion" Endi Persell
Alfred Lant "Qvardiyaçı" aktyor
6-cı (1934)
Çarlz Louton "VIII Henrinin şəxsi həyatı" kral VIII Henrix
Lesli Hovard "Berkli-Skver" Piter Stendiş
Pol Muni "Mən qaçmış katorqaçıyam" Ceyms Allen
7-ci (1935)
Klark Qeybl "Bir gecədə baş verdi" Piter Uarn
Frenk Morqan "Çellininin məhəbbət macəraları" hersoq Alessandro
Vilyam Pauell "Arıq adam" Nik Çarlz
8-ci (1936)
Viktor Maklaqlen "Xəbərçi" Cipo Nolan
Klark Qeybl ""Baunti"də qiyam" leytenant Fletçer Kristian
Çarlz Louton ""Baunti"də qiyam" Vilyam Blay
Franşo Ton ""Baunti"də qiyam" Rocer Bayam
Pol Muni "Qara qəzəb" Co Radek
9-cu (1937)
Pol Muni "Lui Paster haqqında hekayə" Lui Paster
Qeri Kuper "Cənab Dids şəhərə köçür" Lonqfellou Dids
Volter Hyuston "Dodsvort" Sem Dodsvort
Vilyam Pauell "Mənim nökərim Qodfri" Qodfri Park
Spenser Treysi "San-Fransisko" Tim Mallin
10-cu (1938)
Spenser Treysi "Cəsur kapitanlar" Manuel Fidello
Şarl Buaye "Fəth" Napoleon Bonapart
Fredrik Març "Ulduz doğuldu" Norman Meyn
Robert Montqomeri "Gecə düşəndə" Denni
Pol Muni "Emil Zolyanın həyatı" Emil Zolya
11-ci (1939)
Spenser Treysi "Oğlanlar şəhəri" Flenaqan ata
Şarl Buaye "Əlcəzair" Pepe le Mokko
Ceyms Keqni "Çirkin üzlü mələklər" Rokki Sallivan
Robert Donat "İstehkam" doktor Endrü Menson
Lesli Hovard "Piqmalion" professor Henri Hiqqins

1940-cı illər

Mərasim Qalibin fotosu Aktyor Film Rol
12-ci (1940)
Robert Donat "Hələlik, cənab Çips" Çarlz Edvard Çippinq
Klark Qeybl "Küləklə sovrulanlar" Rett Batler
Lourens Olivye "İldırımlı aşırım" Hitkliff
Mikki Runi "Orduda qızlar" Mikki Moran
Ceyms Stüart "Cənab Smit Vaşinqtona gedir" Cefferson Smit
13-cü (1941)
Ceyms Stüart "Filadelfiya əhvalatı" Makkoli Konnor
Çarli Çaplin "Böyük diktator" Adenoid Hinkel
yəhudi bərbəri
Henri Fonda "Qəzəb salxımları" Tom Coud
Raymond Messi "Eyb Linkoln İllinoysda" Avraam Linkoln
Lourens Olivye "Rebekka" Corc Forteskyu Maksimilian de Vinter
14-cü (1942)
Qeri Kuper "Serjant York" Elvin S. York
Keri Qrant "Dəyərsiz serenada" Rocer Adams
Volter Hyuston "Şeytan xoşbəxtliyi" cənab Skretç
Robert Montqomeri "Bu da cənab Cordan" Co Pendlton
Orson Uells "Vətəndaş Keyn" Çarlz Foster Keyn
15-ci (1943)
Ceyms Keqni "Yanki Dudl Dendi" Corc M. Koen
Ronald Kolman "Təsadüfi biçin" Çarlz Reynier
Qeri Kuper "Yankinin qüruru" Lu Qeriq
Volter Picon "Missis Miniver" Klem Miniver
Monti Vulli "Zurnaçı" Hovard
16-cı (1944)
Pol Lukas "Reyndə patrul" Kurt Miller
Hamfri Boqart "Kasablanka" Rik Bleyn
Qeri Kuper "Zəng kimin üçün çalır?" Robert Cordan
Volter Picon "Madam Küri" Pyer Küri
Mikki Runi "İnsani komediya" Homer Makkoli
17-ci (1945)
Binq Krosbi "Öz yoluyla getmək" Çak O'Molli
Şarl Buaye "Qaz işığı" Qreqori Anton
Barri Fitscerald "Öz yoluyla getmək" Fisgibbon
Keri Qrant "Heç kim, ancaq tənha ürək" Erni Mott
Aleksandr Noks "Vilson" Vudro Vilson
18-ci (1946)
Rey Milland "İtirilmiş həftəsonu" Don Birnam
Binq Krosbi "Müqəddəs Məryəmin zəngləri" Çak O'Molli
Cin Kelli "Lövbərləri qaldırmaq" Cozef Bredi
Qreqori Pek "Şahlığın açarları" Frensis Çisholm
Kornel Vayld "Yadda qalmış mahnı" Frederik Şopen
19-cu (1947)
Fredrik Març "Həyatımızın ən gözəl illəri" El Stivenson
Lourens Olivye "V Henri" kral V Henri
Larri Parks "Colson əhvalatı" El Colson
Qreqori Pek "Maral balası" Ezra "Penni" Bakster
Ceyms Stüart "Bu gözəl həyat" Corc Beyli
20-ci (1948)
Ronald Kolman "İkili həyat" Entoni Con
Con Qarfild "Bədən və ruh" Çarli Devis
Qreqori Pek "Centlmen sövdələşməsi" Filip Şuyler Qrin
Vilyam Pauell "Ata ilə ömür" Klerens Dey — böyük
Maykl Redqreyv "Matəm — Elektranın taleyi" Orin Mennon
21-ci (1949)
Lourens Olivye "Hamlet" Hamlet
Lyu Eyres "Conni Belinda" doktor Robert Riçardson
Montqomeri Klift "Axtarışlar" Ralf "Stiv" Stivenson
Den Deyli "Əzizim mənə gülümsəyəndə" "Skid" Conson
Klifton Uebb "Rahat iclas" Linn Aloizi Belveder

1950-ci illər

Mərasim Qalibin fotosu Aktyor Film Rol
22-ci (1950)
Broderik Krouford "Bütün kral adamları" Villi Stark
Kirk Duqlas "Çempion" Maykl "Mic" Kelli
Qreqori Pek "Dikinə uçuş" general Sevic
Riçard Todd "İsti ürək" Kapral Leklan "Leçi" Makleklan
Con Ueyn "İvodzimanın qumları" serjant Con M. Strayker
23-cü (1951)
Xose Ferrer "Sirano de Berjerak" Sirano de Berjerak
Luis Kelhern "Möhtəşəm yanki" Oliver Uendell Holms — kiçik
Vilyam Holden "Sanset bulvarı" Co Gillis
Ceyms Stüart "Harvi" Elvud Daud
Spenser Treysi "Gəlin atası" Stenli Benks
24-cü (1952)
Hamfri Boqart "Afrika kraliçası" Çarli Ollnat
Marlon Brando ""Arzu" tramvayı" Stenli Kovalski
Montqomeri Klift "Günəş altında yer" Corc İstmen
Artur Kennedi "Parlaq qələbə" Larri Nevins
Fredrik Març "Ticarət agentinin ölümü" Villi Lomen
25-ci (1953)
Qeri Kuper "Düz günorta" Uill Keyn
Marlon Brando "Viva Sapata!" Emiliano Zapata
Kirk Duqlas "Pis və gözəl" Conathan Şilds
Xose Ferrer "Mulen Ruj" Anri de Tuluz-Lotrek
Alek Ginnes "Lavender-Hilldən quldur dəstəsi" Henri Holland
26-cı (1954)
Vilyam Holden "17 saylı hərbi əsirlər düşərgəsi" C. C. Sefton
Marlon Brando "Yuli Sezar" Mark Antoni
Riçard Börton "Xələt" Marsell Qallion
Montqomeri Klift "Bu gündən əbədiliyə qədər" Robert Li Prüitt
Bert Lankaster "Bu gündən əbədiliyə qədər" birinci serjant Milton Uorden
27-ci (1955)
Marlon Brando "Limanda" Terri Malloy
Hamfri Boqart "Keyndə qiyam" Filip Frensis Keiq
Binq Krosbi "Kənd qızı" Frenk Elcin
Ceyms Meyson "Ulduz doğuldu" Norman Meyn
Den O'Herlihi "Robinzon Kruzonun macəraları" Robinzon Kruzo
28-ci (1956)
Ernest Borqnayn "Marti" Marti Piletti
Ceyms Keqni "Ya məni sev, ya da tərk et" Martin Snayder
Ceyms Din (ölümündən sonra) "Cənnətdən şərqə" Kel Trask
Frenk Sinatra "Qızıl əlli adam" Frenki Makine
Spenser Treysi "Blek Rokda pis gün" Con C. Makridi
29-cu (1957)
Yul Brinner "Kral və mən" Monqkut
Ceyms Din (ölümündən sonra) "Nəhəng" Сett Rink
Kirk Duqlas "Yaşamaq yanğısı" Vinsent van Qoq
Rok Hadson "Nəhəng" Cordan "Bik" Benedikt
Lourens Olivye "III Riçard" kral III Riçard
30-cu (1958)
Alek Ginnes "Kvay çayı üzərindən körpü" polkovnik Kolonel Nikolson
Marlon Brando "Sayonara" mayor Lloyd "As" Qruver
Entoni Françoza "Yağışda bütöv şlyapa" Polo Poup
Çarlz Louton "İttihamın şahidi" Uilfrid Robarts
Entoni Kuinn "Şiddətli külək" Cino
31-ci (1959)
Devid Niven "Ayrıca masa arxasında" Devid Anqus Pollok
Toni Körtis "Baş əyməyənlər" Con "Coker" Cekson
Pol Nyuman "Qaynar damda pişik" Brik Pollitt
Sidni Puatye "Baş əyməyənlər" Noa Kallen
Spenser Treysi "Qoca və dəniz" Qoca

1960-cı illər

Mərasim Qalibin fotosu Aktyor Film Rol
32-ci (1960)
Çarlton Heston "Ben-Hur" İuda Ben-Hur
Lourens Harvi "Yuxarıya yol" Co Lempton
Cek Lemmon "Bəziləri bu istini sevir" Cerri
Dafna
Pol Muni "Sonuncu hirsləndirilmiş adam" doktor Sem Abelman
Ceyms Stüart "Qətlin anatomiyası" Pol Biqler
33-cü (1961)
Bert Lankaster "Elmer Qantri" Elmer Qantri
Trevor Hovard "Oğullar və sevgililər" Volter Morel
Cek Lemmon "Mənzil" Si Si "Bad" Bakster
Lourens Olivye "Komediant" Arçi Rays
Spenser Treysi "Külək varisi" vəkil Henri Drammond
34-cü (1962)
Maksimilian Şell "Nürnberq mühakiməsi" Hans Rolf
Şarl Buaye "Fanni" Sezar
Pol Nyuman "Oyunçu" Eddi Felson
Spenser Treysi "Nürnberq mühakiməsi" Den Heyvud
Stüart Vitmen "İşarə" Cim Fuller
35-ci (1963)
Qreqori Pek "Bülbülü öldürmək" Attikus Finç
Bert Lankaster "Alkatraslı quşbaz" Robert Franklin Straud
Cek Lemmon "Çaxır və qızılgül günləri" Co Kley
Marçello Mastroyanni "İtalyansayağı boşanma" Ferdinando Çefalu
Piter O'Tul "Ərəbistanlı Lourens" Tomas Edvard Lourens
36-cı (1964)
Sidni Puatye "Çöl zanbaqları" Homer Smit
Albert Finni "Tom Cons" Tom Cons
Riçard Harris "Bu idman həyatı" Frenk Meçin
Reks Harrison "Kleopatra" Qay Yuli Sezar
Pol Nyuman "Had" Had Bennon
37-ci (1965)
Reks Harrison "Mənim gözəl xanımım" professor Henri Hiqqins
Riçard Börton "Beket" Tomas Beket
Piter O'Tul "Beket" kral II Henri
Entoni Kuinn "Yunan Zorba" Aleksis Zorba
Piter Sellers "Doktor Streynclav, yaxud mən necə bombadan qorxmamağı öyrəndim və onu sevdim" doktor Streynclav
prezident Mörkin Maffli
Layonel Mandreyk
38-ci (1966)
Li Marvin "Ket Ballu" Kid Şelin
Tim Stron
Riçard Börton "Soyuqdan gəlmiş casus" Alek Limas
Lourens Olivye "Otello" Otello
Rod Stayger "Sələmçi" Sol Nazerman
Oskar Verner "Səfehlər gəmisi" doktor Şuman
39-cu (1967)
Pol Skofild "Bütün vaxtlar üçün insan" Tomas Mor
Alan Arkin "Ruslar gəlir! Ruslar gəlir!" leytenant Rozanov
Riçard Börton "Virciniya Vulfdan kim qorxur?" Corc
Maykl Keyn "Elfi" Alfred "Elfi" Elkins
Stiv Makkuin "Qumlu çınqıllar" Ceyk Holman
40-cı (1968)
Rod Stayger "Gecənin istisində" polis rəisi Bill Gillespi
Uorren Bitti "Bonni və Klayd" Klayd Barrou
Dastin Hoffman "Məzun" Ben Breddok
Pol Nyuman "Soyuqqanlı Lük" Lük Cekson
Spenser Treysi (ölümündən sonra) "Tap gör, nahara kim gələcək" Mett Dreyton
41-ci (1969)
Kliff Robertson "Çarli" Çarli Qordon
Alan Arkin "Ürək tənha ovçudur" Con Sinqer
Alan Beyts "Fəhlə" Yakov Bok
Ron Mudi "Oliver!" Fecin
Piter O'Tul "Qışda şir" kral II Henri

1970-ci illər

Mərasim Qalibin fotosu Aktyor Film Rol
42-ci (1970)
Con Ueyn "Əsl kişilik" Ruben C. "Zadira" Koqbern
Riçard Börton "Min günlük Anna" kral VIII Henri
Dastin Hoffman "Gecəyarı kovboyu" Enriko Salvatore "Ratso" Risso
Piter O'Tul "Sağ olun, cənab Çips" Artur Çippinq
Con Voyt "Gecəyarı kovboyu" Сo Bak
43-cü (1971)
Corc Skott (mükafatdan imtina edib) "Patton" general Corc S. Patton
Melvin Duqlas "Mən heç vaxt atam üçün oxumamışam" Tom Qarrison
Ceyms Erl Cons "Böyük ağ ümid" Cek Cefferson
Cek Nikolson "Beş yüngül pyes" Robert Düpi
Rayan O'Nil "Sevgi tarixçəsi" Oliver Barrett
44-cü (1972)
Cin Hekmen "Fransız rabitəçisi" detektiv Cimmi "Popay" Doyl
Piter Finç "Bazar günü, qanlı bazar günü" doktor Daniel Hörş
Volter Mattau "Kotç" Cosef P. Kotçer
Corc Skott "Xəstəxana" doktor Herbert Bok
Xaim Topol "Damdakı skripkaçı" Tevye
45-ci (1973)
Marlon Brando (mükafatdan imtina edib) "Xaç atası" Vito Korleone
Maykl Keyn "Xəfiyyə" Maylo Tindl
Lourens Olivye "Xəfiyyə" Endrü Uayk
Piter O'Tul "İdarə edilən sinif" Cek Qurney
Pol Uinfild "Saunder" Natan Li Morqan
46-cı (1974)
Cek Lemmon "Pələngi xilas edin" Harri Stoner
Marlon Brando "Parisdə sonuncu tanqo" Pol
Cek Nikolson "Sonuncu tapşırıq" Billi
Al Paçino "Serpiko" Frenk Serpiko
Robert Redford "Fırıldaq" Conni "Kelli" Huker
47-ci (1975)
Art Karni "Harri və Tonto" Harri Kumbs
Albert Finni "Şərq ekspressində qətl" Erkül Puaro
Dastin Hoffman "Lenni" Lenni Brüs
Cek Nikolson "Çin məhəlləsi" Ceyk Qitts
Al Paçino "Xaç atası 2" Maykl Korleone
48-ci (1976)
Cek Nikolson "Ququ quşunun yuvası üstündən uçarkən" Rendl Patrik MakMörfi
Volter Mattau "Günəş uşaqları" Villi Klark
Al Paçino "Günün ən isti vaxtı" Sonni Vortzik
Maksimilian Şell "Şüşə köşkdəki adam" Artur Qoldman
Ceyms Uitmor "İstini onlara ver, Harri!" Harri Trumen
49-cu (1977)
Piter Finç (ölümündən sonra) "Telexətt" Hovard Bil
Robert de Niro "Taksi sürücüsü" Trevis Bikl
Cankarlo Cannini "Yeddi gözəl" Paskualino Frafuzo
Vilyam Holden "Telexətt" Maks Şumaxer
Silvestr Stallone "Rokki" Rokki Balboa
50-ci (1978)
Riçard Dreyfuss "Vidalaşma üçün qız" Elliot Qarfild
Vudi Allen "Enni Holl" Elvi Singer
Riçard Börton "Ekvus" Martin Daysart
Marçello Mastroyanni "Qeyri-adi gün" Qabriele
Con Travolta "Şənbə axşamının hərarəti" Entoni "Toni" Manero
51-ci (1979)
Con Voyt "Evə qayıdış" Lük Martin
Uorren Bitti "Səmalar gözləyər" Co Pendlton
Qeri Byuzi "Baddi Hollinin hekayəsi" Baddi Holli
Robert de Niro "Maral ovçusu" Mixail Vronski
Lourens Olivye "Braziliyalı oğlanlar" Ezra Liberman

1980-ci illər

Mərasim Qalibin fotosu Aktyor Film Rol
52-ci (1980)
Dastin Hoffman "Kramer Kramerə qarşı" Ted Kramer
Cek Lemmon "Çin sindromu" Cek Qodell
Al Paçino "Ədalət məhkəməsi hamı üçündür" Artur Körkland
Roy Şayder "Bütün bu caz" Co Gideon
Piter Sellers "Orada olmaq" bağban Çens
53-cü (1981)
Robert de Niro "Quduz öküz" Ceyk Lamotta
Robert Düval "Böyük Santini" podpolkovnik Uilbur Miçum
Con Hört "Fil adam" Cozef Merrik
Cek Lemmon "Mükafat" Skotti Templton
Piter O'Tul "Trük ustası" rejissor Elay Kross
54-cü (1982)
Henri Fonda "Qızıl göldə" Norman Teyer — kiçik
Uorren Bitti "Qırmızılar" Con Rid
Bert Lankaster "Atlantik-siti" Lu Paskal
Dadli Mur "Artur" Artur Bax
Pol Nyuman "Hirsin yoxluğu" Maykl Kolin Qallaxer
55-ci (1983)
Ben Kinqsli "Qandi" Mahatma Qandi
Dastin Hoffman "Tutsi" Maykl Dorsi
Doroti Mayklz
Cek Lemmon "İtkin düşmüş" Ed Horman
Pol Nyuman "Hökm" Frenk Qelvin
Piter O'Tul "Mənim sevimli ilim" Alan Suonn
56-cı (1984)
Robert Düval "Tanrının mərhəməti" Mak Slec
Maykl Keyn "Ritanın tərbiyə edilməsi" professor Frenk Brayant
Tom Konti "Ruben, Ruben" Qoen MakQlend
Tom Kortni "Kostyumçu" Norman
Albert Finni "Kostyumçu" Ser
57-ci (1985)
Fərid Mürrey Abraham "Amadey" Antonio Salyeri
Ceff Brices "Ulduz adam" Ulduz adam
Albert Finni "Vulkan altında" Ceffri Firmin
Tom Hals "Amadey" Volfqanq Amadey Mosart
Sem Uoterston "Ölümcül sahələr" Sidney Şenberq
58-ci (1986)
Vilyam Hört "Hörümçək qadının öpüşü" Luis Molina
Harrison Ford "Şahid" detektiv Con Buk
Ceyms Qarner "Mörfinin sevgisi" Mörfi Cons
Cek Nikolson "Prissi ailəsinin namusu" Çarli Partanna
Con Voyt "Qaçqın qatar" Menni
59-cu (1987)
Pol Nyuman "Pulun rəngi" Eddi Felson
Dekster Qordon "Təxminən gecəyarı" Deyl Terner
Bob Hoskins "Mona Liza" Corc
Vilyam Hört "Kiçik Allahın uşaqları" Ceyms Lids
Ceyms Vuds "Salvador" Riçard Boyl
60-cı (1988)
Maykl Duqlas "Uoll-strit" Qordon Gekko
Vilyam Hört "Televiziya xəbərləri" Tom Qrunik
Marçello Mastroyanni "Qaranlıq gözlər" Romano Patroe
Cek Nikolson "Qanqal" Frensis Felan
Robin Vilyams "Sabahın xeyir, Vyetnam" Edrian Kronauer
61-ci (1989)
Dastin Hoffman "Yağış adamı" Reymond Bebbit
Cin Hekmen "Missisipi od içində" agent Rupert Anderson
Tom Henks "Böyük" Coş Baskin
Edvard Ceyms Olmos "Durmaq və gətirmək" Hayme Eskalante
Maks fon Südov "İstilaçı Pelle" Lasse

1990-cı illər

Mərasim Qalibin fotosu Aktyor Film Rol
62-ci (1990)
Deniel Dey-Lüis "Mənim sol ayağım" Kristi Braun
Kennet Brana "V Henri" kral V Henri
Tom Kruz "İyulun dördü doğulmuşlar" Ron Kovik
Morqan Friman "Miss Deyzinin sürücüsü" Houk Kolbern
Robin Vilyams "Ölü şairlər cəmiyyəti" Con Kitinq
63-cü (1991)
Ceremi Ayrons "Taleyin iç üzü" Klaus fon Bülov
Kevin Kostner "Canavarlarla rəqs" Con Danbar
Robert de Niro "Oyanış" Leonard Lou
Jerar Depardye "Sirano de Berjerak" Sirano de Berjerak
Riçard Harris "Çöl" "Öküz" Mak-Keyb
64-cü (1992)
Entoni Hopkins "Quzuların səssizliyi" Hannibal Lekter
Uorren Bitti "Baqsi" Baqsi Sigel
Robert de Niro "Qorxu burnu" Maks Keydi
Nik Nolti "Sellər şahzadəsi" Tom Uinqo
Robin Vilyams "Balıqçı kral" Perri
65-ci (1993)
Al Paçino "Qadın ətri" podpolkovnik Frenk Sleyd
Robert Dauni (kiçik) "Çaplin" Çarli Çaplin
Klint İstvud "Bağışlanılmayan" Vilyam Manni
Stiven Ri "Qəddar oyun" Fergüs
Denzel Vaşinqton "Malkolm İks" Malkolm X
66-cı (1994)
Tom Henks "Filadelfiya" Endrü Beket
Deniel Dey-Lüis "Atanın adı naminə" Cerri Konlon
Lourens Fişborn "Sevginin bura nə dəxli var?" Ayk Törner
Entoni Hopkins "Günün qalığı" Ceyms Stivens
Liam Nison "Şindlerin siyahısı" Oskar Şindler
67-ci (1995)
Tom Henks "Forrest Qamp" Forrest Qamp
Morqan Friman "Şouşenkdən qaçış" Ellis Boyd "Red" Reddinq
Naycel Hotorn "Kral Corcun dəliliyi" kral III Georq
Pol Nyuman "Səfehlərsiz" Donald "Salli" Sallivan
Con Travolta "Kriminal qiraət" Vinsent Veqa
68-ci (1996)
Nikolas Keyc "Las-Veqası tərk etmək" Ben Sanderson
Riçard Dreyfuss "Cənab Hollandın əsəri" Qlenn Holland
Entoni Hopkins "Nikson" Riçard Nikson
Şon Penn "Ölü gəlir" Metyu Ponselet
Massimo Troizi (ölümündən sonra) "Poçtalyon" Mario Ruoppolo
69-cu (1997)
Ceffri Raş "Parıltı" Devid Helfqott
Tom Kruz "Cerri Maquayer" Cerri Maquayer
Ralf Fayns "İngilis xəstə" Laslo Almaşi
Vudi Harrelson "Xalq Larri Flintə qarşı" Larri Flint
Billi Bob Tornton "İtilənmiş ülgüc" Karl Çaylders
70-ci (1998)
Cek Nikolson "Yaxşı ola da bilməz" Melvin Üdell
Mett Deymon "Ağıllı Uill Hantinq" Uill Hantinq
Robert Düvall "Həvariyun" Yuliss Düi
Piter Fonda "Ulinin qızılı" Uliss Cekson
Dastin Hoffman "Kələkbazlıq" Stenli Motss
71-ci (1999)
Roberto Beninyi "Həyat gözəldir" Qvido Orefiçe
Tom Henks "Sıravi Rayanı xilas etməli" kapitan Con Miller
Yan MakKellen "Allahlar və bədheybətlər" Ceyms Ueyl
Nik Nolti "Kədər" Ueyd Vaythaus
Edvard Norton "Amerika əhvalatı İks" Derek Vinyard

2000-ci illər

Mərasim Qalibin fotosu Aktyor Film Rol
72-ci (2000)
Kevin Speysi "Amerikansayağı gözəllik" Lester Börnem
Rassel Krou "Özününkü" Ceffri S. Uayqand
Riçard Farnsuort "Sadə əhvalat" Elvin Streyt
Şon Penn "Şirin və iyrənc" Emmet Rey
Denzel Vaşinqton "Qasırğa" Rubin Karter
73-cü (2001)
Rassel Krou "Qladiator" Maksimus
Xaviyer Bardem "Gecə düşənə qədər" Reynaldo Arenas
Tom Henks "Didərgin" Çak Noland
Ed Harris "Pollok" Cekson Pollok
Ceffri Raş "Lələklər" Markiz de Sad
74-cü (2002)
Denzel Vaşinqton "Məşq günü" detektiv Alonzo Harris
Rassel Krou "Ağıl oyunları" Con Neş
Şon Penn "Mən Seməm" Sem Douson
Uill Smit "Əli" Məhəmməd Əli
Tom Uilkinson "Yataq otağında" Mett Fouler
75-ci (2003)
Edrien Broudi "Pianoçu" Vladislav Şpilman
Nikolas Keyc "Uyğunlaşma" Çarli Kaufman
Donald Kaufman
Maykl Keyn "Sakit amerikalı" Tomas Fauler
Deniel Dey-Lüis "Nyu-Yorkun dəstələri" Vilyam Bill Kattinq
Cek Nikolson "Şmidt haqqında" Uorren R. Şmidt
76-cı (2004)
Şon Penn "Sirli çay" Cimmi Markum
Conni Depp "Karib dənizinin quldurları: Qara mirvarinin qarğışı" kapitan Cek Sərçə
Ben Kinqsli "Qum və dumandan ev" Məsud Əmir Behrani
Cud Lou "Soyuq dağ" İnman
Bill Mürrey "Tərcümə çətinlikləri" Bob Harris
77-ci (2005)
Ceymi Foks "Rey" Rey Çarlz
Don Çidl ""Ruanda" mehmanxanası" Pol Rusesabacina
Conni Depp "Sehrli ölkə" Ceyms Metyu Barri
Leonardo Di Kaprio "Aviator" Hovard Hyuz
Klint İstvud "Milyon dollarlıq gözəlçə" Frenki Dann
78-ci (2006)
Filip Seymur Hoffman "Kapote" Trumen Kapote
Terrens Hovard "İtələmək və hərəkət" Dicey
Hit Lecer "Qozbel dağ" Ennis Del Mar
Xoakin Feniks "Xətti gəzinti" Conni Keş
Devid Streteyrn "Gecəniz xeyirə qalsın və uğurlar" Edvard R. Merrou
79-cu (2007)
Forest Uiteyker "Şotlandiyanın sonuncu kralı" İdi Amin
Leonardo Di Kaprio "Qanlı almaz" Denni Arçer
Rayan Qoslinq "Nelsonun yarısı" Den Dann
Piter O'Tul "Venera" Moris
Uill Smit "Xoşbəxtliyin təqibi" Kris Qardner
80-ci (2008)
Deniel Dey-Lüis "Neft" Deniel Pleynvü
Corc Kluni "Maykl Kleyton" Maykl Kleyton
Conni Depp "Suini Tod: Flit-stritin iblis bərbəri" Suini Todd
Tommi Li Cons "Ela vadisində" Henk Dirfild
Viqqo Mortensen "Şərqi vədlər" Nikolay Lujin
81-ci (2009)
Şon Penn "Harvi Milk" Harvi Milk
Riçard Cenkins "Gələn adam" Volter Veyl
Frenk Lancella "Frost Niksona qarşı" Riçard Nikson
Bred Pitt "Bencamin Battonun müəmmalı hekayəsi" Bencamin Batton
Mikki Rurk "Restler" Rendi Robinson

2010-cu illər

Mərasim Qalibin fotosu Aktyor Film Rol
82-ci (2010)
Ceff Brices "Dəli ürək" Otis "Bed" Bleyk
Corc Kluni "Havadan yuxarı" Rayan Binqem
Kolin Fört "Tənha kişi" Corc Falkoner
Morqan Friman "İtaətsiz" Nelson Mandela
Ceremi Renner "Fırtınalar hökmdarı" serjant Vilyam Ceyms
83-cü (2011)
Kolin Fört "Kral danışır" kral VI Georq
Xaviyer Bardem "Byutiful" Uksbal
Ceff Brices "Möhkəm tutma" Ruster Koqbern
Cessi Ayzenberq "Sosial şəbəkə" Mark Zukerberq
Ceyms Franko "127 saat" Aron Ralston
84-cü (2012)
Jan Düjarden "Artist" Corc Valentin
Demian Bişir "Yaxşı həyat" Karlos Qalindo
Corc Kluni "Nəsillər" Mett Kinq
Qari Oldmen "Misgər, dərzi, əsgər, casus" Corc Smayli
Bred Pitt "Hər şeyi dəyişən adam" Billi Bin
85-ci (2013)
Deniel Dey-Lüis "Linkoln" Avraam Linkoln
Bredli Kuper "Mənim sevgilim dəlidir" Pet Solitano
Hyu Cekman "Səfillər" Jan Valjan
Xoakin Feniks "Ustad" Freddi Kuell
Denzel Vaşinqton "Ekipaj" kapitan Vilyam "Uip" Uitaker
86-cı (2014)
Mettyu Makkonehi "Dallaslı alıcılar klubu" Ron Vudruf
Kristian Beyl "Amerikalı kələkbaz" İrvinq Rozenfeld
Brüs Dern "Nebraska" Vudi Qrant
Leonardo DiKaprio "Uoll-strit canavarı" Cordan Belfort
Çivetel Eciofor "12 illik əsarət" Solomon Nortap
87-ci (2015)
Eddi Redmeyn "Hər şeyin nəzəriyyəsi" Stiven Hokinq
Stiv Kerell "Tülkü ovçusu" Con Düpon
Bredli Kuper "Amerikalı snayper" Kris Kayl
Benedikt Kamberbetç "Təqlid oyunu" Alan Türinq
Maykl Kiton "Bördmen" Riqqan Tompson
88-ci (2016)
Leonardo DiKaprio "Sağ qalmış" Hyu Qlass
Brayan Krenston "Trambo" Dalton Trambo
Mett Deymon "Marslı" Mark Uotni
Maykl Fassbender "Stiv Cobs" Stiv Cobs
Eddi Redmeyn "Danimarkalı qız" Lili Elbe
89-cu (2016)
Keysi Afflek "Mançester dəniz kənarında" Li Çandler
Endrü Qarfild "Vicdan düşüncəsi ilə" Desmond Doss
Rayan Qoslinq "La La Lend" Sebastyan Vaylder
Viqqo Mortensen "Kapitan Fantastik" Ben Keş
Denzel Vaşinqton "Hasarlar" Troy Makson
90-cı (2017)
Qari Oldmen "Tutqun zamanlar" Vinston Çörçill
Timoti Şalame "Məni öz adınla çağır" Elio Perlman
Deniel Dey-Lüis "Xəyali sap" Reynolds Ceremayya Vudkok
Deniel Kaluya "Uzaqlaş" Kris Vaşinqton
Denzel Vaşinqton "Roman İzrael, Esq." Roman C. İzrael
91-ci (2018)
Rami Malek "Bohemiya rapsodiyası" Freddi Merkyuri
Kristian Beyl "Vitse" Dik Çeyni
Bredli Kuper "Bir ulduz doğur" Cekson Meyn
Villem Defo "Əbədiliyin qapısında" Vinsent van Qoq
Viqqo Mortensen "Yaşıl kitab" Toni Lip
92-ci (2019)
Xoakin Feniks "Coker" Artur Flek / Coker
Antonio Banderas "Ağrı və şöhrət" Salvador Mallo
Leonardo DiKaprio "Bir vaxtlar Hollivudda" Rik Dalton
Adam Drayver "Evlilik hekayəsi" Çarli Barber
Conatan Prays "İki papa" Fransisk

2020-ci illər

Mərasim Qalibin fotosu Aktyor Film Rol
93-cü (2020/21)
Antoni Hopkins "Ata" Antoni
Riz Əhməd "Metalın səsi" Rayan Binqem
Çedvik Bouzman "Ma Reyni: Mavilərin anası" Levi Qrin
Qari Oldmen "Mank" Herman Mankeviç
Stiven Yeun "Minari" Yakob Yi
94-cü (2021)
Vill Smit "Kral Riçard" Riçard Vilyams
Xaviyer Bardem "Rikardo olmaq" Desi Arnaz
Benedikt Kamberbetç "İtin gücü" Fil Burbank
Endrü Qarfild "Tik-tak, bum!" Conatan Lerson
Denzel Vaşinqton "Makbetin tragediyası" Lord Makbet
95-ci (2022)
Brendan Freyzer "Kit" Çarli
Ostin Batler "Elvis" Elvis Presli
Kolin Farrel "İnişerina Banşi" Pádraic Súilleabháin
Pol Meskal "Günəş mənimdir" Kalum Peterson
Bill Nayi "Canlı" Cənab Rodni Vilyams

Rekordların statistikası

Təkrar qaliblər

Ən yaxşı kişi roluna görə "Oskar" mükafatına 3 dəfə layiq görülmüş yeganə aktyor Deniel Dey-Lüis (1990, 2008, 2013) olmuşdur[19][20][21].

İndiyə qədər 8 aktyor bu mükafata iki dəfə layiq görülüb[22]:

2 dəfə qalib olmuş aktyorlar

Aktyor Namizəd olduğu illər
Fredrik Març 1932, 1947
Spenser Treysi 1938, 1939
Qeri Kuper 1942, 1953
Marlon Brando 1955, 1973
Cek Nikolson 1976, 1998
Dastin Hoffman 1980, 1989
Tom Henks 1994, 1995
Şon Penn 2004, 2009

Təkrar namizədlər

Piter O'Tul bu siyahıda ən çox — 8 dəfə qalibiyyətsiz namizəd olmuş aktyor kimi rekord sahibidir[23].

Qalın şriftlə verilmiş illər namizədlərin qalib olduğu illərdir.

9 dəfə namizəd olmuş aktyorlar

Aktyor Namizəd olduğu illər
Spenser Treysi 1937, 1938, 1939, 1951, 1956, 1959, 1961, 1962, 1968
Lourens Olivye 1940, 1941, 1947, 1949, 1957, 1961, 1966, 1973, 1979

8 dəfə namizəd olmuş aktyorlar

Aktyor Namizəd olduğu illər
Pol Nyuman 1959, 1962, 1964, 1968, 1982, 1983, 1987, 1995
Piter O'Tul 1963, 1965, 1969, 1970, 1973, 1981, 1983, 2007
Cek Nikolson 1971, 1974, 1975, 1976, 1986, 1988, 1998, 2003

7 dəfə namizəd olmuş aktyorlar

Aktyor Namizəd olduğu illər
Marlon Brando 1952, 1953, 1954, 1955, 1958, 1973, 1974
Cek Lemmon 1960, 1961, 1963, 1974, 1980, 1981, 1983
Dastin Hoffman 1968, 1970, 1975, 1980, 1983, 1989, 1998

6 dəfə namizəd olmuş aktyorlar

Aktyor Namizəd olduğu illər
Pol Muni 1930-I, 1934, 1936, 1937, 1938, 1960
Riçard Börton 1954, 1965, 1966, 1967, 1970, 1978
Deniel Dey-Lüis 1990, 1994, 2003, 2008, 2013, 2018
Denzel Vaşinqton 1993, 2000, 2002, 2013, 2017, 2018

5 dəfə namizəd olmuş aktyorlar

Aktyor Namizəd olduğu illər
Fredrik Març 1931, 1932, 1938, 1947, 1952
Qeri Kuper 1937, 1942, 1943, 1944, 1953
Ceyms Stüart 1940, 1941, 1947, 1951, 1960
Qreqori Pek 1946, 1947, 1948, 1950, 1963
Al Paçino 1974, 1975, 1976, 1980, 1993
Robert de Niro 1977, 1979, 1981, 1991, 1992
Tom Henks 1989, 1994, 1995, 1999, 2001
Şon Penn 1996, 2000, 2002, 2004, 2009

4 dəfə namizəd olmuş aktyorlar

Aktyor Namizəd olduğu illər
Şarl Buaye 1938, 1939, 1945, 1962
Bert Lankaster 1954, 1961, 1963, 1982
Albert Finni 1964, 1975, 1984, 1985
Maykl Keyn 1967, 1973, 1984, 2003
Uorren Bitti 1968, 1979, 1982, 1992
Leonardo Di Kaprio 2005, 2007, 2014, 2016

3 dəfə namizəd olmuş aktyorlar

Aktyor Namizəd olduğu illər
Ronald Kolman 1930-II, 1943, 1948
Çarlz Louton 1934, 1936, 1958
Klark Qeybl 1935, 1936, 1940
Ceyms Keqni 1939, 1943, 1956
Hamfri Boqart 1944, 1952, 1955
Binq Krosbi 1945, 1946, 1955
Montqomeri Klift 1949, 1952, 1954
Kirk Duqlas 1950, 1953, 1957
Vilyam Holden 1951, 1954, 1977
Marçello Mastroyanni 1963, 1978, 1988
Con Voyt 1970, 1979, 1986
Robert Düval 1981, 1984, 1998
Ceff Brices 1985, 2010, 2011
Vilyam Hört 1986, 1987, 1988
Robin Vilyams 1988, 1990, 1992
Morqan Friman 1990, 1995, 2010
Entoni Hopkins 1992, 1994, 1996
Rassel Krou 2000, 2001, 2002
Conni Depp 2004, 2005, 2008
Corc Kluni 2008, 2010, 2012

2 dəfə namizəd olmuş aktyorlar

Aktyor Namizəd olduğu illər
Lesli Hovard 1934, 1939
Volter Hyuston 1937, 1942
Robert Montqomeri 1938, 1942
Mikki Runi 1940, 1944
Henri Fonda 1941, 1982
Keri Qrant 1942, 1945
Volter Picon 1943, 1944
Con Ueyn 1950, 1970
Xose Ferrer 1951, 1953
Alek Ginness 1953, 1958
Ceyms Din 1956, 1957
Entoni Kuinn 1958, 1965
Sidni Puatye 1959, 1964
Maksimilian Şell 1962, 1976
Reks Harrison 1964, 1965
Riçard Harris 1964, 1991
Piter Sellers 1965, 1980
Rod Stayger 1966, 1968
Alan Arkin 1967, 1969
Corc Skott 1971, 1972
Volter Mattau 1972, 1976
Piter Finç 1972, 1977
Cin Hekmen 1972, 1989
Con Travolta 1978, 1995
Riçard Dreyfus 1978, 1996
Ben Kinqsli 1983, 2004
Tom Kruz 1990, 1997
Nik Nolti 1992, 1999
Klint İstvud 1993, 2005
Nikolas Keyc 1996, 2003
Ceffri Raş 1998, 2016
Mett Deymon 2001, 2011
Xaviyer Bardem 2001, 2011
Uill Smitt 2002, 2007
Xoakin Feniks 2006, 2013
Rayan Qoslinq 2007, 2017
Viqqo Mortensen 2008, 2017
Bred Pitt 2009, 2012
Kolin Fört 2010, 2011
Qari Oldmen 2012, 2018
Bredli Kuper 2013, 2015
Eddi Redmeyn 2015, 2016

Digər rekordlar

Rekord Rekordçu İl Göstərici
Ən yaxşı kişi roluna görə "Oskar" mükafatına
ən çox namizəd olan film
"Baunti"də qiyam filmi 1936 3 nominasiya
Ən yaşlı laureat Henri Fonda 1982 76 yaş
Ən yaşlı namizəd Riçard Farnsuort 2000 79 yaş
Ən gənc laureat Edrien Broudi 2003 29 yaş
Ən gənc namizəd Ceki Kuper 1931 9 yaş

İstinadlar

  1. ABC Television Network. "Gary Oldman's Oscar 2018 Acceptance Speech for Best Actor in Darkest Hour" (ingilis). Youtube.com. 04.03.2018. 2020-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-07.
  2. "Rule One: Awards Definitions". 2014-02-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-23.
  3. "Rule Five: Balloting and Nominations". 2013-02-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-23.
  4. "Rule Six: Special Rules for the Acting Awards". 2014-02-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-23.
  5. "The 1st Academy Awards (1929) Nominees and Winners". 2014-09-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-24.
  6. "1927-28 Academy Awards® Winners and History". 2010-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-24.
  7. "All about Oscar: The History and Politics of the Academy Awards". 2021-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-24.
  8. All about Oscar — 1929/30: Best Actor. Encyclopædia Britannica, Inc.
  9. "History of the Academy Awards". 2010-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-24.
  10. "The 8th Academy Awards (1936)". 2012-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-24.
  11. "Emanuel Levy - All about Oscar: The History and Politics of the Academy Awards". 2021-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-24.
  12. "Honorary Award. The Academy of Motion Picture Arts and Sciences". 2011-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-25.
  13. "The 33rd Academy Awards (1961). The Academy of Motion Picture Arts and Sciences". 2011-07-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-25.
  14. "Rejection of Brando's Oscar still a fond academy memory". 2013-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-25.
  15. Marlon Brando's Oscar® win for "The Godfather"
  16. ARB Kəpəz. "İşgüzar - Oskar" (az.). Youtube.com. 09.12.2016. İstifadə tarixi: 2016-12-10.
  17. "Josh Rottenberg. Catching up with Sacheen Littlefeather, 40 years after her controversial brush with Oscar history". 2013-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-25.
  18. "Оскар 2018: все победители". 2022-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-07.
  19. "The Official Academy Awards® Database". 2009-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-23.
  20. "Дэниел Дэй-Льюис стал трехкратным обладателем «Оскара» за лучшую мужскую роль". 2013-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-26.
  21. ""Oskar" mükafatları öz sahiblərini tapdı". 2015-09-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-26.
  22. "Academy Awards. Best Actor. Facts & Trivia". 2020-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-23.
  23. "Academy Awards Best Actor". 2020-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-23.

Həmçinin bax

Read other articles:

Not to be confused with the Moyal product, also sometimes referred to as the star product. In mathematics, the star product is a method of combining graded posets with unique minimal and maximal elements, preserving the property that the posets are Eulerian. Definition The star product of two graded posets ( P , ≤ P ) {\displaystyle (P,\leq _{P})} and ( Q , ≤ Q ) {\displaystyle (Q,\leq _{Q})} , where P {\displaystyle P} has a unique maximal element 1 ^ {\displaystyle {\wi...

 

 

Epidemia di schermate blu di errore. Una schermata blu di errore (detta in inglese Blue Screen o Blue Screen of Death, ossia schermata blu della morte, indicato anche con la sigla BSoD) è il nome dato comunemente alla schermata di colore blu mostrata da un computer con un sistema operativo Microsoft Windows quando si verifica un errore di sistema critico che non può essere risolto autonomamente. Indice 1 Descrizione 2 Tipologie 2.1 Windows 1.0 2.2 Windows NT 2.3 ReactOS 2.4 Windows 9x/Me 2....

 

 

No debe confundirse con Asuka (luchadora). Asuka Nacimiento Yokohama, Japón[1]​27 de octubre de 1998 (25 años)[1]​Nombres artísticos AsukaVenyPeso 67 kg (147 lb)[1]​Estatura 1,74 m (5′ 9″)[1]​Nacionalidad JaponesaEntrenador Ayako HamadaEstadísticasDebut 9 de agosto de 2015[editar datos en Wikidata] Asuka (en japonés: 朱崇花, Asuka) (Yokohama, 27 de octubre de 1998) es una luchadora profesional independiente japonesa que ha participa...

Lo Wai-kwok pada tahun 2016. Lo Wai-kwok, SBS, MH, JP (Hanzi: 盧偉國; lahir 25 Desember 1953) adalah seorang anggota Dewan Legislatif Hong Kong sejak pemilu LegCo 2012, mewakili Business and Professionals Alliance for Hong Kong (BPA). Pada 2016, ia menggantikan Andrew Leung pada jabatan ketua BPA. Pranala luar Lo Wai-kwok's Official Website Members' Biographies Ir Dr Hon LO Wai-kwok, BBS, MH, JP

 

 

ローレンス対テキサス州事件 合衆国最高裁判所2003年6月23日事件名: John Geddes Lawrence and Tyron Garner v. Texas判例集: 539 U.S. 558; 123 S. Ct. 2472; 156 L. Ed. 2d 508; 2003 U.S. LEXIS 5013; 71 U.S.L.W. 4574; 2003 Cal. Daily Op. Service 5559; 2003 Daily Journal DAR 7036; 16 Fla. L. Weekly Fed. S 427裁判要旨 同性愛者による肛門性交を禁じたテキサス州刑法は、プライバシー権と成人の自由を侵害しているため、憲法修正...

 

 

Cirta on the map of Roman Numidia, Atlas Antiquus, H. Kiepert, 1869Thibilis (a.k.a. Tibilis) was a Roman and Byzantine era town in what was Numidia but is today northeast Algeria. The site has extensive Roman and Byzantine ruins. History The numerous Latin inscriptions discovered on the site of Thibilis provided indications on the status and magistrates of this city: during the Early Empire, Thibilis was first a pagus dependent on the Cirtaian confederacy which united Cirta, Rusicade, Chullu ...

World War I memorial in Fovant, Wiltshire, England, UK An aerial view of the badges, taken in 2010 before the YMCA badge had been renewed The Fovant Badges are a set of regimental badges cut into a chalk hill, Fovant Down, near Fovant, in south-west Wiltshire, England. They are between Salisbury and Shaftesbury on the A30 road in the Nadder valley, and are approximately 1⁄2 mile (800 m) south-east of Fovant village. They were created by soldiers garrisoned nearby, and waiting to go...

 

 

2007 studio album by Echoes of EternityThe Forgotten GoddessStudio album by Echoes of EternityReleasedFebruary 2, 2007 (Europe)February 20, 2007 (USA)RecordedRaven's Work studiosStudioqlter recordes studioGenreProgressive metalThrash metalGothic metalLength42:28LabelNuclear BlastProducerEric RyanEchoes of Eternity chronology The Forgotten Goddess(2007) As Shadows Burn(2009) The Forgotten Goddess is the debut album by the band Echoes of Eternity, released by Nuclear Blast records on Fe...

 

 

For other people named David Rees, see David Rees (disambiguation). David ReesPortrait by Godfrey ArgentBorn(1918-05-29)29 May 1918Abergavenny, WalesDied16 August 2013(2013-08-16) (aged 95)[3]Exeter, Devon, EnglandAlma materUniversity of CambridgeKnown for Artin–Rees lemma Rees algebra Rees factor semigroup Rees matrix semigroup[4] Rees's theorem[4] Spouse Joan S. Cushen ​(m. 1952)​Awards FRS (1968)[1] Pólya Prize ...

2007 video gameGarfield's NightmareDeveloper(s)Shin'en MultimediaPublisher(s)Game FactoryProducer(s)Thomas HoldorfDesigner(s)Peter WeissProgrammer(s)Manfred LinznerBernhard WodokComposer(s)Matthias GilchPlatform(s)Nintendo DSReleaseEU: March 9, 2007AU: March 15, 2007NA: August 28, 2007Genre(s)PlatformMode(s)Single player Garfield's Nightmare is a platform game released for the Nintendo DS, based on the popular cartoon strip Garfield. The game follows Garfield traveling through 16 levels tryin...

 

 

Nepalese-Australian writer Sanu Sharmaसानु शर्माBornKathmandu, NepalNationalityNepaliOccupation(s)Writer, novelist, nurseNotable work Biplavi Artha Ekadeshma Utsarga Sanu Sharma (Nepali: सानु शर्मा) is a Nepali language novelist and short story writer. She has published seven novels and one book of short story collection.[1][2][3] Her book of short story collection Ekadeshmaa was nominated for the Madan Puraskar award in 2018.[1&...

 

 

Sports car manufactured by Nissan This article needs additional citations for verification. Please help improve this article by adding citations to reliable sources. Unsourced material may be challenged and removed.Find sources: Nissan Silvia – news · newspapers · books · scholar · JSTOR (July 2018) (Learn how and when to remove this template message) Motor vehicle Nissan Silvia1986 Nissan Silvia R-X Hatchback (JS12, Japan)OverviewManufacturerNissanPro...

2022 Indian filmAdrushyaTheatrical release posterDirected byKabir LalWritten byScreenplay:Kabir LalDialogues:Nikhil KhatareChetan KinjalkarProduced byAjay Kumar Singh Rekha SinghStarring Pushkar Jog Manjari Fadnis Riteish Deshmukh Anant Jog CinematographyShahid LalEdited bySanjay Shree IngaleMusic byAmar MohileRelease date 20 May 2022 (2022-05-20) Running time141 minutesCountryIndiaLanguageMarathi Adrushya (transl. Invisible) is a 2022 Indian Marathi-language thriller fil...

 

 

Untuk kegunaan lain, lihat Front Penyelamatan Nasional. Front Penyelamatan Nasional bahasa Rumania: Frontul Salvării NaționaleSingkatanFSNPemimpin bersamaIon Iliescu,Petre Roman,Dumitru MaziluDibentuk22 Desember 1989 (1989-12-22)Dibubarkan1993 (1993)Diteruskan olehPartai DemokratKantor pusatBukaresIdeologiSosial demokratTenda besarPosisi politikSayap kiri ke kiri tengahAfiliasi internasionalTidak adaWarna      Biru, kuning, merah(Triwarna Rumania)Bende...

 

 

Wali kota GibraltarLambang Wali kota GibraltarPetahanaAdolfo Canepasejak 2 April 2014GelarHis WorshipKediamanGibraltar City HallDitunjuk olehParlemen GibraltarMasa jabatan2 tahunPejabat perdanaJoshua HassanGajiTidak digaji His or Her Worship, Wali Kota Gibraltar, saat ini merupakan pejabat seremonial teritori seberang laut Britania Raya Gibraltar. Wali Kota ditunjuk oleh Anggota Parlemen terpilih[1] dan berkediaman di City Hall. Sejak 2 April 2014, Adolfo Canepa menjabat sebagai ...

Nissen en su estudio en Ciudad de México Katun  2014, Corten Steel. Universidad Autónoma Metropolitana Ciudad de México Brian Nissen (Londres, 1939) es un pintor y escultor. Estudió en la Escuela de Artes Gráficas de Londres y en la Escuela de Bellas Artes de París. En 1963 viajó a México donde vivió los 17 años siguientes. Se interesó en las culturas prehispánicas, las cuales tuvieron un gran impacto en su concepto sobre el arte. Hacia fines de la década de 1970 realizó ex...

 

 

white (pale green), oval seedless grape variety This article is about the variety of grape called Sultana. For the type of dried grapes known as sultanas in some countries, see raisin. SultanaGrape (Vitis)Sultana (Thompson Seedless) grapesColor of berry skinBlancSpeciesVitis viniferaAlso calledsultanina, Thompson Seedless, Lady de Coverly, oval-fruited Kishmish, İzmir üzümüNotable regionsAegean Region, TurkeyVIVC number12051 The sultana is a white (pale green), oval seedless grape variety...

 

 

1966 studio album by The Walker BrothersPortraitStudio album by The Walker BrothersReleasedAugust 26, 1966Recorded1966GenrePop, baroque pop, blue-eyed soulLabelPhilips, SmashProducerJohn FranzThe Walker Brothers chronology Take It Easy with The Walker Brothers(1965) Portrait(1966) The Sun Ain't Gonna Shine Anymore(1966) Singles from Portrait Saturday's ChildReleased: 1966[1] In My RoomReleased: December 1966[2] Portrait is the second album by the American pop group The...

New Zealand actress, dancer and choreographer Olivia TennetTennet in 2008Born (1991-01-04) 4 January 1991 (age 32)Auckland, New ZealandOccupation(s)Actress, dancerYears active1999–presentSpouse Milo Cawthorne ​ ​(m. 2013; sep. 2016)​PartnerTom Broome (2019–present)Children1 Olivia Tennet (born 4 January 1991) is a New Zealand actress and dancer best known in her home country for her role as Tuesday Warner on the nightly medical dra...

 

 

Protein-coding gene in the species Homo sapiens APOA2Available structuresPDBOrtholog search: PDBe RCSB List of PDB id codes1L6L, 2OU1IdentifiersAliasesAPOA2, Apo-AII, ApoA-II, apoAII, Apolipoprotein A2External IDsMGI: 88050 HomoloGene: 1242 GeneCards: APOA2 Gene location (Human)Chr.Chromosome 1 (human)[1]Band1q23.3Start161,222,292 bp[1]End161,223,631 bp[1]Gene location (Mouse)Chr.Chromosome 1 (mouse)[2]Band1 H3|1 79.22 cMStart171,052,623 bp[2]End17...

 

 

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!