Harri Trumen

Harri S. Trumen
Harry S. Truman
12 aprel 1945 – 20 yanvar 1953
Vitse-prezidentolmayıb (1945-1949)
Olben Barkli (1949-1953)
ƏvvəlkiFranklin Delano Ruzvelt
SonrakıDuayt Eyzenhauer
20 yanvar 1945 – 12 aprel 1945
PrezidentFranklin Delano Ruzvelt
ƏvvəlkiHenri Uolles
SonrakıOlben Barkli (1949-dan)
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Lamar, Missuri, ABŞ
Vəfat tarixi (88 yaşında)
Vəfat yeri Kanzas-Siti, Missuri, ABŞ
Vəfat səbəbi bir neçə orqan çatışmazlığı sindromu[1], ağciyər iltihabı[1]
Partiya Demokrat partiyası
İxtisası Hüquqşünas
Fəaliyyəti siyasətçi, hakim, iş adamı, zabit, gündəlik yazıçısı[d]
Atası Con Anderson Trumen
Anası Marta Ellen Trumen
Həyat yoldaşı Bess Trumen (1882-1985)
Uşağı Meri Marqaret Trumen
Dini Baptist
Hərbi xidmət
Mənsubiyyəti Amerika Birləşmiş Ştatları
Qoşun növü Missuri Milli Qvardiyası
ABŞ ordusu
Rəhbərlik edib D batareyası, 129-cu səhra artilleriya alayı, 60-cı briqada, 35-ci piyada diviziyası
Döyüşlər Birinci Dünya müharibəsi
*Qərb cəbhəsi
Rütbəsi Kapitan

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Harri S. Trumen (ing. Harry S. Truman; 8 may 1884, Lamar, Missuri, ABŞ — 26 dekabr 1972, Kanzas-Siti, Missuri, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 33-cü prezidenti (1945–1953) və 34-cü vitse-prezidenti (20 yanvar-12 aprel 1945).

İkinci adındakı "S" hərfi yalnız inisialdan ibarətdir və babaları — atasının atası Anderson Şip (Shipp) Trumen və anasının atası Solomon Yanqın adına hörmət əlaməti olaraq valideynləri tərəfindən verilmişdir.

Birinci Dünya müharibəsi dövründə artilleriya batareyasına rəhbərlik etmişdir. Həmin müharibədə döyüşlərdə iştirak etmiş yeganə ABŞ prezidentidir (Prezident Duayt Eyzenhauer isə həmin müharibədə yalnız təlimlərə qatılmışdır).

Siyasi həyatı və prezidentliyi

Klement Ettli, Trumen və İosif Stalin Potsdam konfransında

1934-cü ildə Missuri ştatından ABŞ Konqresinə senator seçilmişdir. 1944-cü il seçkilərində Franklin Ruzvelt özünün dördüncü prezidentlik müddətinə onu vitse-prezidentliyə namizəd kimi irəli sürmüşdür. Seçkilərdə qələbə qazanan cütlük 1945-ci il yanvarın 20-də səlahiyyətlərinin icrasına başlamışdır. 12 aprel 1945-ci ildə Franklin Ruzveltin vəfat etməsindən sonra Harri Trumen prezident vəzifəsini tutmuşdur.

Trumenin hakimiyyət dövrü qlobal əhəmiyyətə malik çoxsaylı hadisələrlə zəngin olmuşdur. Bunların arasında İkinci dünya müharibəsinin sona çatması, məhz onun əmri ilə Yaponiyanın Hirosima və Naqasaki şəhərlərinə atom bombasının atılması, BMT-nin təsis olunması, "Soyuq müharibə"nin başlaması, Marşal planı, Avropanın müharibədən sonra yenidən qurulması, kommunizmin əleyhinə yönəlmiş Trumen doktrinası, NATO-nun yaradılması və Koreya müharibəsi xüsusi yer tutur.

Koreya müharibəsindəki uğursuzluqlar 1952-ci il seçkilərində Respublikaçılar partiyasının namizədi general Duayt Eyzenhauerin qələbəsi ilə nəticələndi. Trumen seçkilərdə öz namizədliyini irəli sürməmişdi.

Sui-qəsd

1950-ci il noyabrın 1-də Puerto-Riko əsilli Qriselio Torresola və Oskar Kolatso Harri Trumenin evinə soxularaq onu öldürməyə cəhd etsələr də, evə daxil ola bilməmiş və silahlı atışmada Qriselio Torresola öldürülmüşdü. Oskar Kolatso məhkəmənin qərarı ilə elektrik stulunda edam cəzasına məhkum olunmuş, lakin Harri Trumen öz qərarı ilə bu cəzanı ömürlük həbs cəzası ilə əvəz etmişdir.

Vəfatı

Harri Trumen 1972-ci il 26 dekabrda səhər saat 7:50-də Kanzas-Sitidə pnevmoniyadan vəfat etmişdir.

Xarici keçidlər

  1. 1 2 SNAC (ing.). 2010.

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!