Corc Herbert Volker Buş (ing. George Herbert Walker Bush; 12 iyun 1924[1][2][…], Milton[d], Massaçusets[5][6] – 30 noyabr 2018[3][4][…], Hyuston, Texas[7][6]) — Amerika Birləşmiş Ştatlarının 41-ci prezidenti (1989–1993) və 43-cü vitse-prezidenti (1981–1989). Respublikaçılar partiyasının nümayəndəsidir. ABŞ-nin 43-cü prezidenti Corc Volker Buşun atasıdır.
1924 ilində Milton, Massaçusetsdə dünyaya gəldi. Konnektikut əyaləti senatorlarından bankir Preskot Şeldon Buş (1895–1972) ilə Doroti(uoker) Buş (1901–1992) cütlüyünün oğludur. Doğumundan qısa müddət sonra Buş ailəsi Qrinviç, Konnektikuta köçdü. Buş Qrinviçdə böyüdü; orada ve Andover'də (Massaçusets) özəl məktəblərində oxudu. Andover'dəki Filips Akademiyasını bitirdikdən sonra Dəniz Qüvvələri Ehtiyat Birlikləri'nde ehtiyat zabit oldu. II. Dünya müharibəsi ərzində (1942–44) Sakit okeandakı təyyarə gəmilərində bombardman pilotu oldu. Üstün Uçuş Nişanını qazandı.
1945 də Barbara Pirs ilə evləndi. Cütlüyün altı övladı oldu. Qrinviçdən qayıtdıqdan sonra Yel universitetinə qəbul oldu və 1948 də buradan məzun oldu. Atasının işində işləmək istəmədi, lakin atasının əlaqələri ilə Texasda Zapata Petroleum Corporation (1953) və Zapata Off-Shore Company (1954) kimi şirkətlərin qurucu ortağı oldu.
1959 dan etibarən Hyustonda Respublikaçılar partiyasında vəzifələndi.1964 də senato seçimlərində uğursuz oldu.1966 da Təmsilçilər məclisinə seçildi. Daha sonra bu postu tərk edərək 1970də senaro seçimlərinə qoşuldu və yenə uğursuz oldu.1973 də Buş water scandal ı zamanı Respublikaçı Partiyasının Beynəlxalq Komitəsinin prezidenti oldu. 1980-ci ildə namizədliyini ortaya qoymaq üçün kampaniya başlatsa da sonra Ronald Reyqana dəstək olmaq üçün öz namizədliyindən əl çəkdi.Ronald Reyqan prezident olduğu zaman isə prezident köməkçisi oldu.1984 də ikinci bir dönəm üçün yenidən seçildi. Ronald Reyqan bağırsaq əməliyyatı olduğu üçün ABŞ tarixində qısamüddətli prezidentlik vəzifəsinə yiyələnən ilk prezident katibi oldu.
1988-ci ildə prezident seçkilərində yunan əsilli rəqibi Maykl Dukakis qarşısında 54 faiz səs toplayaraq, 41-ci ABŞ prezidenti oldu.
Buş, Reyqanın izlədiyi siyasi yollarda ciddi bir dəyişikliyə baş vurmadı. SSRİ lideri Qorbaçovla bir neçə dəfə görüşərək qarşılıqlı silahsızlaşma haqqında danışıqlar apardı. 1992-ci ildə Demokratlar Partiyasının namizədi olan Bill Klintona məğlub oldu və siyasətdən birdəfəlik uzaqlaşdı.
1993-cü ildə 2-ci Yelizaveta tərəfindən cəngavərlik titulu verildi.1993-ün aprelində Küveytə getdi.