1881-ci il iyulun 2-də Vaşinqton şəhərinin dəmir yolu vağzalında olarkən psixi cəhətdən sağlam olmayan Şarlem Gito prezident Ceyms Qarfildə arxadan atəş açır. Güllə dərinə getməsə də, həkimlərin onu çıxarmaq cəhdləri qara ciyərin zədələnməsinə və infeksiya keçməsinə səbəb olur. Uğursuz və səriştəsiz müalicə sui-qəsddən 2 ay sonra 1881-ci il sentyabrın 19-da Ceyms Qarfildin ürək dayanması nəticəsində vəfat etməsi ilə nəticələnir.
Maraqlı faktlar
Ceyms Qarfild eyni vaxtda bir əli ilə latın, digər əli ilə qədim yunan əlifbasında yaza bilirmiş
Ceyms Qarfild telefondan istifadə etmiş ilk ABŞ prezidenti olmuşdur[4].