476,000 Nizami ordu (2017)[4] 343,000 Milli Qvardiya ordusu (2017) 199,000 Ehtiyat ordu (2017) 1,018,000 ümumi uniformalı hərbçi (2017) 330,000 mülki işçi 4,406 təyyarə[5]
ABŞ Quru Qoşunları, ABŞ ordusu və ya Amerika Birləşmiş Ştatlarının Quru Qoşunları —ABŞ hərbi təşkilatının əsas qollarından biridir. Onun mənşəyi Kontinental Orduya qədər gedib çıxsa da, ABŞ-ın ən qədim milli orqanı hesab olunur.[9] ABŞ ordusu konstitusiyanal legitimliyini ABŞ Konstitusiyasının birinci maddəsinin səkkizinci paraqrafının on ikinci bəndindən götürür.[10]Amerika Birləşmiş Ştatlarının Müdafiə Departamentinin tərkibindəki üç şöbədən biri hesab olunan Amerika Birləşmiş Ştatlarının Quru Qoşunları Departamentinin bir hissəsidir.[11] Ölkədə sülhün və təhlükəsizliyin saxlanılmasına və ölkənin müdafiəsinə cavabdehdir. O, həmçinin ətraf mühitin mühafizəsi və inkişafına dair federal proqramları icra edir, federal dövlət, əyalət və yerli hökumət orqanlarına hərbi dəstək göstərir, təbii fəlakətlər zamanı xilasetmə əməliyyatlarında iştirak edir və təcili səhiyyə xidmətlərində hava nəqliyyatını təmin edir.
Tarixi
ABŞ-nin ilk nizami hərbi dəstəsi hesab olunan Kontinental Ordu, qarşıdan gələn istiqlaliyyət müharibəsində yerli milis qüvvələrini tamamlamaq məqsədi ilə İkinci Kontinental Konqres tərəfindən 14 iyun 1775-ci ildə təşkil edilmişdir. Ordunun idarəsinin beş nəfərdən ibarət olan mülki idarə heyətinə verilməsi ilə bu günə qədər davam edən bir ənənənin əsasları qoyulmuşdur. 1787-ci il Konstitusiyası orduya rəhbərliyi ABŞ Prezidentinə (o, həm də ordunun baş komandanı hesab olunur) vermişdir. 1789-cu ildə Quru Qoşunlarını idarə etmək üçün mülki müharibə idarəsi yaradılmışdır.
Kontinental Ordu rəsmi olaraq 23 noyabr 1783-cü ildə ləğv edilmişdir. Sonrakı illərdəki böhran və sülh dövrlərindən asılı olaraq Quru qoşunlarındakı əsgərlərin sayı artırılmış və ya azaldılmışdır. İkinci Dünya müharibəsi illərində tətbiq edilən məcburi hərbi xidmət 1948-ci ildən başlayaraq dövri çağırış formasında 1973-cü ilə qədər davam etmişdir. 1973-cü ildən etibarən isə Quru Qoşunları könüllü əsgərlərdən ibarətdir.
Strukturu
ABŞ Quru Qoşunlarının müasir idarəetmə strukturu 1947-ci ildə qəbul edilmiş Milli Təhlükəsizlik Aktı və 1949-cu ildə bu qanuna edilən dəyişikliklərlə yaradılmışdır. Quru Qoşunları Departamenti Müdafiə Nazirliyinin tabeliyində hərbi idarə kimi yaradılmışdır. Ona Quru Qoşunları katibinin müşaviri rəhbərlik edir. Quru Qoşunlarının Qərargah Şurası isə ona məsləhətlər verir və köməklik göstərir. Mühəndis qrupu tərəfindən həyata keçirilən ictimai işlər kimi mülki vəzifələri də yerinə yetirir.
ABŞ ordusu üçün zabitlər hazırlayan ABŞ Hərbi Akademiyası dünyanın ən qədim hərbi akademiyalarından biri hesab olunur.