"Malkolm İks" (ing. Malcolm X) — 1992-ci ildə yayımlanan rejissor Spayk Li tərəfindən çəkilən bioqrafık film. O, zənci əhalinin hüquqları uğrunda mübarizə aparan Malkolm X-dan bəhs edir. 2010-cu ildə film Milli Film Reyestrinə daxil edildi.
Film, ABŞ-də qaradərililərin hüquqları uğrunda mübarizə aparan məşhur Malkolm İksın (Denzel Vaşinqton) həyatından və faciəvi taleyindən bəhs edir, onun qara irqçilikdən fərqli irqlər və dinlərin nümayəndələrinin bir arada yaşaya biləcəyi cəmiyyət qurmağın zəruriliyini başa düşməsinə qədər olan mənəvi təkamülünü göstərir.