Amerikansayağı gözəllik (film, 1999)

Amerikansayağı gözəllik
American Beauty
Janr Psixoloji dram
Əsas mövzu Bakirəlik, disfunksional ailə[d][2], sosial rol[2], ABŞ mədəniyyəti[2]
Rejissor Sem Mendes
Ssenari müəllifi Alan Boll
Baş rollarda Kevin Speysi
Annett Beninq
Tora Börç
Ues Bentli
Mina Suvari
Operator Konrad Holl
Bəstəkar Tomas Nyuman
Montajçı Tariq Ənvər[d]
İstehsalçılar Jinks/Cohen Company
Distribütor: DreamWorks
Distribütor UIP-Dunafilm[d]
İlk baxış tarixi 8 sentyabr, 1999
(Los-Anceles premyerası)
17 sentyabr, 1999
(ABŞ premyerası, limitli)
Filmin növü Bədii film
Müddət 121 dəq.
Büdcə $15 milyon
Gəlir $356,296,601[1]
Ölkə ABŞ ABŞ
Dil İngilis
İl 1999
Rəng Rəngli
Çəkiliş yeri Lonq-Biç
IMDb ID169547
Mükafatları Ən yaxşı filmə görə "Oskar" mükafatı Ən yaxşı kişi roluna görə "Oskar" mükafatı Ən yaxşı rejissor işinə görə "Oskar" mükafatı Ən yaxşı operator işinə görə "Oskar" mükafatı Ən yaxşı orijinal ssenariyə görə "Oskar" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Amerikansayağı gözəllik" (ing. American Beauty) — 1999-cu ildə Sem Mendesin rejissorluğu, Alan Bolun ssenari müəllifliyi ilə drama janrında çəkilmiş ABŞ filmidir. Filmdə Kevin Speysi orta yaş böhranı yaşayan və yeniyetmə qızı Angela Heyesin (Mena Suvari) ən yaxşı rəfiqəsinə vurulan ofis işçisi Lester Bernham obrazını canlandırır. Anetta Beninq Lesterin materialist arvadı Karolin, Tora Birç isə onların etibarsız qızı Ceyn obrazını canlandırmışlar. Filmdə həmçinin Uez Bentli, Kris Kuper və Ellison Cenni də rol almışdır. Film ziyalılar tərəfindən Amerikan orta təbəqəsinin gözəllik və şəxsi məmnunluq hissinə satirik yanaşma kimi dəyərləndirilmişdir; filmdə romantik və valideyn sevgisi, seksuallıq, gözəllik, materializm, özünüifadə və ehtiras məsələlərinin təsviri tədqiq edilmişdir.

1992-ci il Emi Fişer məhkəməsindən ilhamlanan Bol 1990-cı illərin əvvəllərində “Amerikansayağı gözəllik” adlı tamaşa yazmağa başlamışdı. Hekayənin səhnədə yaxşı alınmayacağını anlayan müəllif tamaşa ideyasından əl çəkmişdi. Bir neçə il televiziya ssenaristi kimi çalışdıqdan sonra, 1997-ci ildə Boll özünü kino ssenaristi kimi sınamaq qərarına gəlir. Dəyişdirilmiş ssenaridə Balın yazdığı bir neçə komediyada olduğu kimi, hadisələrə sinik baxış əks olunmuşdur. Prodüserlər Den Cinks və Brüs Koen “Amerikansayağı gözəlliyi” “DreamWorks”ə təklif edirlər, studiya bir neçə kiçik rəqibini arada qoyaraq ssenarini $250,000 məbləğə alır. “DreamWorks” filmin maliyyələşdirilməsi üçün $15 milyon ayırır və Şimali Amerikadakı distribütorluq hüququnu özündə saxlayır. “Amerikansayağı gözəllik” teatr rejissoru Mendesin ilk film debütüdür; “Oliver!”“Kabare” kimi myüziklları uğurla səhnələşdirmiş Mendesin bu filmi shnələşdirəcəyinə bir neçə rejissorun nəzərdən keçirilməsi və “A-siyahı” rejissorlarının bir neçəsinin filmdən imtina etməsindən sonra qərar verilmişdir.

Baxmayaraq ki, “DreamWorks” Mendesdən Lester rolu üçün daha məşhur aktyor seçməsini tələb etmişdi, rejissorun ilk seçimi məhz Speysi olmuşdu; oxşar şəkildə, studiya Karolin rolu üçün bir neçə aktrisa təklif etsə də, Mendes “DreamWorks”dən xəbərsiz Beninqlə razılaşmışdı. Filmin əsas çəkilişləri 1998-ci ilin dekabrından 1999-cu ilin fevralına kimi “Warner Bros.” pavilyonlarında, natura çəkilişləri isə Burbank, Kaliforniya və Los-Ancelesdə aparılmışdır. Mendesin dominant stili düşünülmüş və tərtib olunmuş idi; o, gərginlik yaratmaq üçün statik çəkim, yavaşlatma və yaxınlaşdırmadan istifadə etmişdir. Operator Konrad Holl təsvir edilən hadisələrlə kontrast yaratmaq üçün Mendesin stilini sülh sakit çəkimlərlə tamamlayır. Montaj zamanı Mendes bəzi dəyişikliklər edir ki, bu da filmin ssenaridən daha az sinik olması ilə nəticələnir.

Şimali Amerikada 15 sentyabr 1999-cu ildə təqdim edilən film tənqidçilər və izləyicilər tərəfindən müsbət qarşılanmışdır; ilin ən yaxşı rəy alan filmi olan “Amerikansayağı gözəllik” bütün dünyadan $350 milyondan çox gəlir əldə etmişdir. Rəylərdə filmin müxtəlif xüsusiyyətləri xüsusilə Mendes, Speysi və Bolun fəaliyyətinə diqqət yetirilmişdir; tənqid isə daha çox obrazlar və quruluşa yönəlmişdir. Oskar mükafatına aparan yolda filmin şanslarını artırmaq üçün “DreamWorks” geniş təbliğat işlərinə başlamışdır; növbəti il keçirilən LXXII Oskar mükafatlarının təqdim edilməsi mərasimində film İlin Ən Yaxı Filmi, Ən Yaxşı Rejissor işi, Ən Yaxşı Aktyor (Kevin Speysi üçün), Ən Yaxşı orijinal Ssenari və Ən Yaxşı Operator işi nominasiyalarında mükafata layiq görülmüşdür. Film, rejissor, ssenari və aktyor işinə görə bir çox başqa mükafatlara da namizəd göstərilmiş və uğur qazanmışdır.

Məzmunu

Aktyor Obraz
Kevin Speysi Lester Burnham
Annetta Beninq Karolin Burnham
Mena Suvari Anvela Heyes
Toora Birç Ceyn Burnham
Uez Bentli Riki Fitts
Kris Kuper Kolonell Fitts
Allison Cenni Barbara Fitts
Piter Qallacer Buddi Keyn

Lester Bernham orta yaşlı jurnal yazarıdır və şəxsi reklam biznesi var, lakin, onun öz işindən xoşu gəlmir. Onun həyat yoldaşı Karolin ambisiyalı və materialist qadındı, onların on altı yaşlı qızı Ceyn valideynlərini sevmir və aşağı özünüqiymətləndirməyə malikdir. Bernhamların yeni qonşusu Frenk Fitts ABŞ dəniz piyadası korpusunda Kernulldur, onun həyat yoldaşı Barbara isə içinə qapalı qadındır. Onların yeniyetmə oğlu Riki ətrafda gördüyü hər şeyi videokamera ilə çəkir və yüzlərlə videokasseti öz yataq oyağında saxlayır. O, həm də marixuana satışı ilə məşğuldur və bunu atasından gizlətmək üçün yarım iş rejimində kafedə işləyir. Əvvəl hərbi akademiyada təhsilə və psixiatrik xəstəxanada yatmağa məcbur edilmiş Riki daim ailəsinin təzyiqinə məruz qalır. Fitts xüsusi dissiplinli həyat tərzinə malikdir. Qonşuluqda yaşayan Cim Olmeyer və Cim Berkli gey cütlüyü yeni qonşunu gülərüzlə qarşılayırlar: sonradan Riki ilə mübahisə edərkən Fitts homofobik hisslərini büruzə verir.

Məktəbdə basketbol yarışında dəstək rəqsindən sonra Lesterin qızı Ceynin rəfiqəsi Ancela Heyesdən xoşu gəlməyə başlayır. O, Ancela haqqında seksual fantaziyalar qurmağa başlayır və qırmızı qızıl gül ləçəkləri bu fantaziyaların ümumiləşdirici motivi olur. Karolin həyat yoldaşının biznes rəqibi Baddi Keynlə münasibət qurmağa başlayır. Lesterə deyirlər ki, işdən çıxarılacaq, lakin o, baş redaktoru şantaj edərək $60,000 ala bilir və fast-fud çatdırılması işi ilə məşğul olmağa başlayır. O, öz “Toyota Camry” markalı avtomobilini sataraq “Pontiac Firebird” avtomobili alır, bu ərəfədə eşidir ki, Ancela Ceynə əgər bədən formasını qaydaya salsa onu bəyənəcəyini deyir. O, Rikidən marixuana alaraq çəkməyə başlayır və Ancela Ceynin yanına gəldikcə onunla flört edir. Qızların münasibəti soyuyur və Ceyn Riki ilə görüşməyə başlayır; Riki hesab edir ki, onun çəkdiyi uçan plastik paket videosu ən gözəl görüntülərdir.

Lester Karolinin xəyanət etməsini öyrənir, lakin pis reaksiya vermir. Baddi hər şeyin pis qurtara biləcəyindən çəkinərək münasibətə son qoyur. Fitts oğlu Riki ilə Lesterin dostluğundan tədirgin olur, daha sonra isə Rikinin təsadüfən çəkdiyi Lesterin çılpaq şəkillərini görür. Riki və Lesteri qaraj pəncərəsindən gördükdən sonra Fitts səhvən onların cinsi əlaqədə olduqlarını düşünür. Daha sonra o, evə qayıdan Rikini döyür və gay olduğunu deyir. Atasının hərəkətindən hiddətlənən Riki onu itələyir. O, Ceynin yanına gedir və onun Lesterlə flörtə görə Ancela ilə mübahisə etdiyini görür. Riki Ancelanın darıxdırıcı olduğunu deyərək, Ceyni onunla birlikdə Nyu-Yorka getmək üçün yola gətirməyə çalışır.

Karolin silahı çəkərək evə gedir. Fitts Lesteri öpməyə çalışır, lakin onun imtinasından sonra Fitts qaçır. Lester əsəbləşmiş Ancelanı qaranlıqda oturmuş halda tapır, qız Lesterdən xahiş edir ki, onun gözəl olduğunu desin. O deyir və qız Lesterin diqqətini cəlb etməyə çalışır. Ancelanın bakirə olduğunu öyrənən Lester dayanır. Ancela hamama gedir, Lester isə mətbəxdəki ailə fotosuna baxaraq gülümsəyir. Silah səsi eşidilir və divara qan sıçrayır. Riki və Ceyn Lesterin cəsədini tapırlar. Karolin ağlayır, Fitts üstü qanlı şəkildə evə dönür və onun silah kolleksiyasındakı silahlardan birinin əskik olduğu görünür. Lesterin bağlanış nitqi onun həyatı boyu əldə etdiyi təcrübəni əks etdirir; o deyir ki, baxmayaraq ki, ölüb, o xoşbəxtdir ki, dünyada bu qədər gözəlliklər var.

İstehsal

İnkişaf

1997-ci ildə, uzun müddət “Qreys atəşdə”“Sibill” serialları üçün ssenari yazmış Alan Bol film sənayesində özünü sınamaq qrarına gəlir. “United Talent Agency”yə (UTA) qoşulur, burada Endryu Kannava ona spes ssenari yazmağı təklif edir. Bol Kannavaya üç ideya verir: iki romantic komediya və 1990-cı illərin əvvəllərində tamaşa kimi səhnələşdirilməsi nəzərdə tutulmuş[3] “Amerikansayağı gözəllik”.[qeyd 1][5] Baxmayaraq ki, asan qəbul edilən mövzu deyildi, Kannava “Amerikansayağı gözəlik” üzərində dayanmağa qərar verir, çünki, hiss edir ki, Bolun bu mövzuya qarşı böyük bir ehtirası var.[6] “Amerikansayağı gözəllik” üzərində işlədiyi müddətdə Bol “Ah, böyü” (Oh, Grow Up) adlı başqa bir teleserial üzərində də çalışır. “Amerikansayağı gözəllik” üzərində çalışdığı zaman yeni serial üzərində işləməyə məcbur olması – həmçinin digər iki serialda səlahiyyətinin davam etməsi — Bolu narahat edirdi.[5]

Bol ssenarini satmağı planlaşdırmamışdı və onun daha çox özü üçün visit kartı olacağını düşünürdü, lakin bir neçə film istehsalçısı ssenari ilə maraqlandı.[7] Kannava ssenarini aralarında Den Cinks və ssenarini “DreamWorks”ə göndərən Brüs Kohenin də olduğu bir neçə prodüserə göndərir.[8] İdarəçilər Qlen Vilyamson və Bob Kuperin, həmçinin studiya tərəfdaşı qismində Stiven Spilberqin köməyi ilə Bol layihəni “DreamWorks”lə davam etdirmək qərarına gəlir;[9] o, studiyadan – o zaman üçün adi prosedur idi — təminat alır.[qeyd 2][7] “DreamWorks” qeyri-adi addım ataraq ssenari müəllifi ilə razılaşma bağlayır[10], 1998-ci ilin aprelindən “Fox Searchlight Pictures”, “October Films”, “Metro-Goldwyn-Mayer” və” Lakeshore Entertainment”i geridə qoyan[11] “DreamWorks” $250,000 ödəyərək ssenarini alır.[12] Şirkət filmə $6–8 milyon ayırmağı planlaşdırmışdı.[13]

Cinks və Kohen Bolla birlikdə layihənin inkişafı, aktyor və rejissor seçimlərində iştirak etmişlər. Prodüserlər aralarında o zaman “A-siyahı” rejissorların da olduğu bir neçə rejissorla görüşlər keçirirlər.[14] Ball məşhur rejissorlardan hansınınsa layihəyə cəlb olunmasının tərəfdarı deyildi, çünki o düşünürdü ki, bu filmin büdcsinin artmasına səbəb olacaq ki, bu halda da “DreamWorks” filmin məzmununa daha çox diqqət yetirəcək.[15] Buna baxmayaraq, studiya filmi Mayk Nikols və Robert Zemekisə təklif edir, lakin, hər iki rejissor imtina edir.[13] Həmin il hələ ki, teatr rejissoru kimi tanınan Mendes, rejissor Rob Marşalla birlikdə Nyu-Yorkda “Kabare” myuziklını səhnələşdirir. “Creative Artists Agency”dən Bet Svofford studiya nümayəndələrinin Los-Ancelesdə Mendeslə görüşmələrini təşkil edir.[qeyd 3] Svoffordun evində Mendes səkkiz ssenarinin içindən “Amerikansayağı gözəllik” ssenarisini seçir[17] və başa düşür ki, bu onun çoxdan həyata keçirmək istədiyi işdir; layihənin əvvəlində Mendes, “Amerikansayağı gözəllik” ssenarisinin “Paris, Texas” (1984) kimi müasir Amerikanın mifik landşaftını əks etdirməsindən ilhamlanır, həmçinin öz uşaqlığı ilə paralellər aparırdı.[18] Sonra Mendes Spilberqlə görüşür; Spilberq “Oliver!” və “Kabare” üzərində işlərini nəzərə alaraq[4] ona, “Amerikansayağı gözəllik” üzərində düşünməyi təklif edir.[13]

Mendes başa düşür ki, “DreamWorks” rəhbərliyini filmin öhdəsindən gələ biləcəyinə inandırmalıdır.[13] O, artıq filmi Cinks və Kohenlə müzakirə etmiş və onların dəstəyini hiss etmişdi. Mendes də seçimini onun üzərində etmişdi; “Kabare” tamaşasını izləyən Bol Mendesin “sərt visual hisslərindən” təsirlənmiş və düzgün seçim etdiyinə inanmışdı.[19] Bol hiss etmişdi ki, Mendes hekayənin altına baxmağı sevir, onun bü istedadı “Amerikansayağı gözəllik” filminə yarayırdı.[15] Mendesin keçmiş fəaliyyəti də onu təmin edirdi, belə ki, teatral quruluşda dramaturqun fikri əsas götürülürdü.[14] İki görüşmədən sonra – birincisi Kuper, Ualter Parkes və Lauri MakDonaldla,[19] ikincisi yalnız Kuperlə[20] — Mendes özünü studiyaya qəbul etdirə bildi.[19] Qısa müddət sonra studiya Amerika Rejissorlar Gildiyasının təyin etdiyi minimal məbləğ — —$150,000 qarşılığında filmi ekranlaşdırmağı mendesə təklif edir. Mendes təklifi qəbul edir, sonradan açıqlamasında bildirir ki, vergilər və agentlərin xərclərindən sonra ona cəmi $38,000 məbləğ qalmışdı.[20] 1998-ci ilin iyununda “DreamWorks” filmin ekranlaşdırılması üçün Mendeslə müqavilə bağladığını açıqlamışdı.[21]

Yazılma

Bol əsasən 1990-cı illərin əvvəllərində şahidi olduğu iki hadisədən ilhamlanmışdı. Təxminən 1991-1992-ci illərdə Bol Dünya Ticarət Mərkəzinin qabağında küləyin plastik paketi uçurmasını görmüşdü. Təxminən on dəqiqə paketi müşahidə edən Bol, sonradan bunun onda “gözlənilməz emosional reaksiya” yaratdığını qeyd edirdi.[22] 1992-ci ildə isə Bol, Emi Fişer məhkəməsi ətrafında media işləri ilə məşğul olmuşdu.[6] Qalmaqal haqqında komiksləri görən Bol, onun qısa zamanda media məhsuluna çevrilməsindən heyrətlənmişdi.[3] O, qeyd edir ki, mediaya tərəfindən təqdim edilən hadisənin altında daha təsirli və kədərli bir hadisənin olduğunu hiss etmişdi[6], buna görə də bu hadisəni tamaşa kimi səhnələşdirmək qərarına gəlir. Bol təxminən 40 səhifə üzərində işləyir[3], lakin anladıqda ki, bu hekayə film kimi ekranlaşdırılsa daha yaxşı olacaq işi dayandırır.[6] Vizual mövzuları, həmçinin, hər bir personajın hekayəsinin “dərin şəxsi xüsusiyyətləri” olduğunu nəzərə alan Bol teatr səhnəsinin bu mövzu üçün kifayət etməyəcəyini düşünmüşdü. Səhnə versiyasında bütün obrazlar iştirak etsələr də, Karolinin rolu daha kiçik idi; Cim və Cimin rolu isə daha uzun təqdim olunmuşdu.[23]

Bol Lesterin hekayəsində öz həyatının müxtəlif aspektlərini əks etdirmişdir.[24] Lesterin həyatını yenidən incələməsi Bolun 30 yaşlarında keçirdiyi hisslərdir[25], Lester kimi Bol da ehtiraslarını işindən kənar tutur və uğursuzluqlarına görə insanlara nifrət edirdi.[24] Rikiyə evdə təzyiq edilməsi Bolun şəxsi uşaqlıq təcrübələrinə əsaslanır.[7] Bol atasının homoseksual olduğunu ehtimal edirdi, həmin ideyadan, “özü kimi olmaq şansını itirmiş” Fitts obrazını yaratmaq üçün istifadə etmişdir.[26] Bol bildirir ki, ssenaridə komediya və drama elementlərinin qarışması qəsdən planlaşdırılmamış, onun həyata baxışı əsasında formalaşmışdır. O, deyir ki, müxalif fikirlərin istifadəsi ciddi kontrast yaradır və hər bir detalın daha təsirli alınmasına xidmət edir.[27]

İlkin olaraq aktyorlara verilmiş ssenaridə Lester və Ancela arasında seks yaşanır[28], lakin çəkiliş zamanı ssenaridə dəyişiklik edən Bol bu səhnəni ixtisar edir.[29] İlkin olaraq Bol başqalarının ssenari ilə bağlı fikirlərini rədd etsə də, “DreamWorks”ün o zamankı direktoru Volter Parkesin fikirləri onunçün stimul olmuşdur. O, Bola deyir ki, Yunan mifologiyasında “faciə baş verməmişdən əvvəl [...] qəhrəmanın təqdim edilməsi anı olur”.[30] Bol sonradan qeyd edir ki, ilkin ssenarini yazarkən, qəzəb onun gözünü tutub və Lesterin hissi səyahətini tamamlaması üçün Ancela ilə seksdən imtina etməsinin vacibliyini anlamayıb.[29] Cinks və Kohen Boldan xahiş edirlər ki, rejissor müəyyən edilməmiş ssenarini dəyişməsin.[31] Ssenarinin ilkin versiyasında Fittsin homoseksual bağlılıqlarını əks etdirən iş xatirələri də yer almışdı. Aşiq olduğu dənizçi oğlanın ölməsindən sonra Fitts inanır ki, gay olmaqla “günah” işlədir və sevdiyini itirməklə cəzalandırılır. Bol bu səhnələri də ixtisar edir , çünki, onlar filmin davamlılığı ilə uyğunlaşmır – Fitts xatirərləri olan yeganə personaj idi[32] – və filmin sonunda Fittsin Lesteri öpməsinin gözlənilməz təsir bağışlamasını təmin edir.[31] Bol qeyd edir ki, baxmayaraq yekun layihədə yalnız mətnaltı hissələr saxlanmışdı, öz xeyri üçün ssenarini yenidən işləməyə məcbur idi ki, Fittsin başına nəgələcəyini anlaya bilsin.[32]

Bol istehsal prosesində yaxından iştirak etmişdi[14]; televiziya şousu haqqında müqavilə bağlamasına baxmayaraq, “Amerikansayağı gözəllik” üzərində işləyə bilməsi üçün prodüserlərindən bir illik icazə almağa məcbur olmuşdu.[28] İki gün istisna olmaqla, bütün çəkiliş günlərində iştirak edən Bol, ssenarinin aktyorlara izah olunmasını öhdəsinə götürmüşdür.[33] Filmin son səhnəsi – Riki və Ceynin Lesterin Fitts tərəfindən öldürülməsini izləməsi[34] – montaj zamanı Bol tərəfindən lazımsız hesab edildiyinə görə ixtisar olunmuşdur[6], Bol həmin səhnələrin onun qəzəb və sinizmini əks etdirdiyini bildirmişdir.[27] Aktyorlara göndərilməmişdən əvvəl Bol və Mendes ssenarini iki dəfə nəzərdən keçirmişdilər.[15]

Ekranlaşdırılmış ssenaridə Ancelanın avtomobilində Riki və Ceynin ölüm və gözəllik haqqında müzakirə səhnəsi vardır[35]; həmin səhnə erkən versiyadan fərqlənir, ilkin versiyada həmin səhnə şossedə cərəyan edir və üç yol polisi işçisi cəsədi görür.[36] Bu dəyişiklik praktik xüsusiyyət daşıyırdı və xərclərin azaldılmasına hesablanmışdı.[35] Cədvəldə avtomobil qəzasının çəkilməsi üçün iki gün nəzərdə tutulsa da, həmin səhnə yarım günə çəkilmişdi.[36] Bol bu ixtisarla bir şərtlə razılaşır ki, Rikinin ölmüş evsiz qadın haqqında fikirləri saxlanılsın: “Belə bir şey gördükdə elə təsəvvür yaranır ki, sanki bir neçə saniyəlik Tanrı özü sənə baxır. Və əgər sən diqqətli olsan onu görə bilərsən.” Ceyn soruşur: “Bəs sən nə gördün?” Riki: “Gözəllik”. Bol deyir: Onlar səhnəni ixtisar etmək istədilər və dedilər ki, bu vacib deyil. Mən dedim 'Sizin lənətə gəlmiş beyniniz işləmir. Bu filmin ən vacib səhnələrindən biridir! ' [...] Əgər filmin ürəyini təşkil edən bir xətt varsa o da məhz bu xətdir.” [35] Yenidən yazılmış digər bir səhnə isə Ceyn üçün “dəyişik anı” olan evə Ancelanın yerinə evə Riki ilə qayıtma səhnəsidir.[36] Çəkilişin sonuna yaxın əlyazma on qaralama dəftərdən ibarət idi.[15]

Aktyor seçimi

Əsas aktyor heyəti. Birinci cərgə, soldan sağa: Kevin Speysi, Annetta Beninq, Tora Birç, Mena Suvari
İkinci cərgə: Kris Kuper, Ues Bentli, Allison Cenni

Layihənin başlanğıcından Speysi və Beninqin baş rolları ifa etməsi fikri Mendesin ağlında olsa da, “DreamWorks” vəzifəliləri məsələyə daha entuziazmla yanaşırdılar. Studiya aralarında Lester rolu üçün Brüs Uillis, Kevin KostnerCon Travolta, Karolin rolu üçün Helen HantHolli Hanterin də olduğu bir neçə alternativ variant təklif edirdi. Mendes böyük ulduzlardan hansınınsa filmə cəlb edilməsini istəmirdi; 1995-ci ildə çıxarılmış Şübhəli simalar, Yeddi və 1992-ci ildə çıxarılmış Amerikanlar filmlərindən sonra o, Speysinin düzgün seçim olduğuna inanırdı.[37] Speysi təəccüblənmişdi; o qeyd edir: “Mən adətən sürətli, çox manupulativ və ağıllı obrazları canlandırıram. [...] Onlar adətən qaranlıq işlərlə məşğul olan xəyanətkar adamlardılar. Zamanından bir addm irəlidə yaşayan bu adam öz hissləri ilə oynayır. Bu obraz canlandırdığım digər obrazlarla müqayisədə mənə daha yaxındır.”[38] Mendes studiyanın razılığı olmadan Beninqi Karolin obrazı üçün seçmişdi[37]; baxmayaraq ki, icraçılar Mendesin seçimlərindən narazı idilər, artıq 1998-ci ilin sentyabrında “DreamWorks” Speysi və Beninqlə danışıqlara başlamışdılar.[39][40]

Speysi Lesterin erkən “narahat” əfvalını Ualter Matteonun fəaliyyəti əsasında qurmağa çalışmışdı.[41] Film boyunca Lesterin bədən quruluşu süst vəziyyətdən tonik vəziyyətə kimi inkişaf edir[42]; çəkiliş ərzində Lester bədənini inkişaf etdirməyə çalışmış[43], lakin, Mendes filmi xronoloji ardıcıllıqdan kənarda çəkdiyi üçün müxtəlif səhnələrdə Mendesin bədəni müxtəlif mərhələlərdədir.[42] Çəkilişlərə başlamazdan əvvəl Mendes və Speysi Cek Lemonun Mənzil (1960) filmindəki ifasını analiz etmişdilər, çünki Mendes, Speysinin Lemmon kimi “hərəkət etməsini, görünməsini, işləməsini onun kimi adi kişi obrazı və xüsusi adam görünüşü yaratmasını” istəyirdi.[38] Speysinin kadr arxası səsi hadisələrin ölmüş personaj tərəfindən nəql edildiyi Sanset bulvarı filmini xatırladır.[44] Mendes bunun Lesterin – və filmin – yalnızlığını əks etdirdiyini düşünürdü. Gəncliyini xatırlayan Beninq öz ifası haqqında deyir: “Mən daima dayədən istifadə edirdim. Kilsəyə getmək və küçəyə çıxıb insanların özlərini neçə apardıqlarını müşahidə etmək və daha sonra evlərinə gedib aradakı fərqi hiss etmək lazımdır.”[45] Beninq və saç stilisti “PTA president şapkası” saç forması yaratmağa çalışır, Mendes və quruluşçu-rəssam Naomi Şonan isə “mükəmməl şəhərkənarı mühitə” uyğun saç düzümü tapmaq üçün kataloqlara baxırdılar. Karolin obrazına girə bilmək üçün, Mendes ona Beninqin bəyənəcəyini düşündüyü bir musiqi vermişdi.[46] O, "Don't Rain on My Parade" mahnısının Bobbi Darin tərəfindən ifa olunmuş versiyasını göndərmişdi ki, bu mahnı da Beninqin xoşuna gəlmiş və o, rejissoru mahnının, Karolinin maşında ifa etməsi səhnəsinə salınmasına razı sala bilmişdi.[45]

Ceyn, Riki və Ancela rolları üçün “DreamWorks” Mendesə karte blanşe vermişdi.[47] 1998-ci ilin noyabrında Tora Birç[48] – baxmayaraq ki, azyaşlı idi və çılpaq səhnələrə çəkilməli olacaqdı[49] -, Ues Bentli və Mena Suvari həmin roller üçün sınaqdan keçirilmişdir. Bentli aktyor seçimində iştirak etmiş 25 yaşa kimi aktyorların hamısını geridə qoymuşdur.[48] 2009-cu ildə çıxarılmış Mənim Böyük Qaçışım adlı sənədli filmdə Bentli və bir neçə başqa gənc aktyorun mühüm rollarını canlandırmalarından əvvəlki və sonrakı inkişaflarından bəhs edilir.[50] Hazırlıq məqsədiylə Mendes Rikinin necə olacağını təsvir etməsi üçün Bentliyə kamera verir.[46] Piter Qallager və Elison Cenni (Buddi Keyn və Barbara Fitts rolları üçün) 1998-ci ilin dekabrında filmin çəkilişlərinin başlanmasından sonra sınaqdan keçirilmişlər.[51][52] Mendes Cenniyə Edvard Munkun əsərlərinin nəşr edildiyi kitab vermiş və demişdi “sənin canlandıracağın obraz hardasa bunların arasındadı.”[46] Bendes Barbaranın dialoqlarının bir çoxunu[53], həmçinin onun Kolonel Fittlə dialoqunu ixtisar etmişdi, çünki düşünürdü ki, onun obrazının danışaraq nəql etdiyi bir çox məsələlər susqunluğuyla çatdırılır.[54] Kris Kuper Kolonel Fitts, Skott Bakula Cim Olmeyer, Sem Robards isə Cim Berkli obrazlarını canlandırmışlar.[55] Cim və Cim filmdə kifayət qədər normal, şən – və kədərli – cütlük kimi təsvir edilmişlər.[56] Bol bu obrazları yaradarkən müvafiq geyimlərdən istifadə edən “zəif, darıxdırıcı heteroseksual cütlüklər”dən ilhamlanmışdır: “mən gay çütlüyün bu qədər darıxdırıcı olacağı vaxta kimi gözləyə bilməzdim”. Bol tanıdığı gay cütlüyün xüsusiyyətlərindən də istifadə etmişdir.[26]

Aktyorların sınaq məşqlərinə iki həftə vaxt sərf etmiş və bu məşqlər teatrlarda olduğu kimi formal xarakter daşımamışdır, belə ki, aktyorlardan heç birinin məşqi buraxmasına icazə verilməmişdir.[46] Aktyorların bəzi impovizasiyaları və təklifləri də ssenariyə əlavə olunmuşdur.[15] İlkin olaraq əvvəldə olması nəzərdə tutulmuş Burnhamların evi tərk edərək işə getmələri səhnəsi, Karolin və Lesterin münasibətlərinin ən son mərhələsini göstərmək üçün filmin sonuna keçirilmişdir.[44] Speysi və Beninq Karolin və Lesterin aralarındakı hissləri formalaşdırmaq üçün xeyli çalışmışlar; məsələn, Lesterin avtomobil almasından sonra Karolini demək olar ki, cəlb edə bilməsi səhnəsi, əslində, ssenaridə sırf mübahisə səhnəsi kimi nəzərdə tutulmuşdu.[57]

Çəkilişlər

Burnhamların yaşadığı yerin ətraf görüntüləri, həmçinin filmin açılış və bağlanışındakı quşbaxışı çəkilişlər Sakramento, Kaliforniyada aparılmışdır.[58]

Filmin 50 gün çəkən[59] əsas çəkilişləri 14 dekabr 1998-ci ildən[60] 1999-cu ilin fevralına kimi davam etmişdir.[61] “Amerikansayağı gözəllik” “Warner Bros.”- in Burbank, Kaliforniya, Hankok Park və Brentvud, Los-Ancelesdəki studiyalarında çəkilmişdir.[62] Filmin açılışın və bağlanışında görünən məsafədən çəkilişlər Sakramento, Kaliforniyada həyata keçirilmiş[58], məktəb səhnələrinin əksəri Torrans, Kaliforniyadakı Cənub məktəbində (South High School) çəkilmişdir; bəzi məktəb səhnələrində Cənub məktəbinin tələbələri də çəkilmişlər.[63] Filmdə hadisələr, adı qeyd edilməyən şəhərkənarı ABŞ qəsəbəsində orta təbəqə insanları arasında baş verir. Quruluşçu-rəssam Naomi Şonan qəsəbəni Evanston, İllinois ilə müqayisə etməyə çalısa da, qeyd edir ki, “film hansısa yer haqqında deyil, obrazlar haqqındadır. [...] Ətraf-mühit İstənilən yer, ABŞ kimi yüksək mobilləşmiş şəhər kənarıdır.” Əsas məqsəd arxetiplər olan obrazların əks etdirilməsi idi. Şohan deyir ki, “onların hamısı çox gərgindilər və həyatları qurmadı”. Burnhamların məişəti Fittlərin – gözəl olmayan, daxili balansı pozğun, lakin Karolinin hər şeyin yaxşı olması görünüşünü verdiyi keçmiş ideal — məişətinin əksi olaraq qurulmuş Amerikan məişətidir”; Fittlərin evi geniş qaranlıq və simmetriya balansı görünüşündə təsvir edilir.[62]

İstehsalçı şirkət Burnhamların və Fittlərin evlərini təsvir etmək üçün “Warner”in naturasında "Blondie Street" adlı yeri seçmişdi.[qeyd 4][62] Yeni qurulan evlərdə Riki və Ceynin yataq otaqlarının, həmçinin Rikinin yataq otağı və Lesterij qarajı üzbəüz yerləşdirilmişdi.[64] Qarajın pəncərələri xüsusi olaraq elə qurulmuşdu ki, filmin sonunda ata Fitts Rikkinin pəncərəsindən baxarkən səhv olaraq qarajda Lesterin seks qarşılığında oğluna pul ödədiyini görsün.[43] Mendes elə görünüş qurmuşdur ki, izləyicilər filmin əvvəlində mühitin yaxınlığını hiss edirlər.[65] İnteryer çəkilişləri naturada, yerüstü çəkilişlərin lazım olduğu məqamlarda isə studiyada aparılmışdır.[62] Burnhamların evinin interyeri Interstate 405Sanset bulvarı, Los-Ancelesdə çəkilmişdir; Fittlərin evi olan səhnələr isə şəhərin Hankok bağı yaxınlığında çəkilmişdir.[64] Rikinin yataq otağı elə dizayn edilmişdir ki, onun rahibsayağı həyat tərzini əks etdirsin, həmçinin müasir cəmiyyətə bağlılığını göstərmək üçün texnologiya məhsulları ilə təmin edilmişdir. Müxtəlif məqamlarda qırmızı rəng mühüm tematik simvol olduğuna görə quruluşçular digər səhnələrdə həmin rəngdən mümkün qədər az istifadə etməyə çalışmışlar. Burnhamların evi üçün soyuq mavi, Fittlərin evi üçün isə hərbi palet çalarlarından istifadə olunmuşdur.[62]

Mendesin planlaşdırdığı və həyata keçirdiyi dominant vizual stil, özündə “nadir, demək olar ki, sürrealist hisslə — parlaq, sərt, kəskin kənarlara malik, Rene Maqritin ABŞ şəhər kənarını təsvir edə biləcəyi formada minimalist dizayn əsasında hazırlanmışdır; Mendes davamlı olaraq dekoratorları kadrları təmizləməyə istiqamətləndirirdi. O, Lesterin fantaziyalarını əks etdirən səhnələri “daha axıcı və zərif” göstərmiş[66], steadicamlardan mümkün qədər az istifadə etməyə çalışmışdır, çünki, stabilləşdirmiş çəkilişin kadrları daha da gərginləşdirdiyini düşünürdü. Məsələn, Burnhamların masası səhnəsi çəkilərkən o, yavaşladılmış çəkimdən istifadə etmişdir, çünki, teatr təcrübəsindən obrazlar arasındakı məsafənin saxlanmasının vacibliyini bilirdi. O, səhndəki gərginliyi saxlamaq istəyirdi, ona görə də yalnız Ceynin masanı tərk etməsindən sonra əsas çəkiliş tempinə dönmüşdür.[qeyd 5][41] Fittsin Rikini döydüyü səhnənin çəkilməsi üçün Mendes əl kamerasından istifadə etmişdir.[68] Rejissor bu cür kameradan istifadənin səhnədə “kinetik enerji balansını” saxlamağa xidmət etdiyini qeyd edir. Rikinin çəkdiyi səhnəlrə keçidlərdə də əl kamerasından istifadə olunmuşdur. Rikinin çəkilişlərini istədiyi səviyyəyə çatdırmaq Mendesin xeyli vaxtını almışdır.[41] Plastik paket səhnəsində paketin havada uçmasını təmin etmək üçün Mendes külək maşınından istifadə etmişdir. Səhnə dörd dubla şəkilmiş, ilk iki dubl Mendesin xoşuna gəlmədiyindən digər iki dublu rejissor özü çəkmişdir. İlk dublunun uğurlu alınmasığını düşünən rejissor son dublda fonu bir qədər dəyişərək, yerə bir neçə yarpaq da lavə etmişdir. Divarın paketə lazım olan konturları verməsi Mendesi razı salmışdı.[69]

Mendes mümkün qədər yaxından çəkilişlərdən uzaq durmağa çalışmışdır, çünki, bu üsulun həddən artıq istifadə edildiyini düşünürdü; həmçinin rejissor, Spilberqin özünü izləyicilərin yerində təsvir etmək və və kameranın monitorunun aşağısında izləyicilərin siluetlərini təsvir edərək 40 fut (10 mm) ekran üçün işləmək haqqında məsləhəti də nəzərə almışdır.[70] Bir neçə dəfə çəkiliş meydanını ziyarət etmiş Spilberq Mendesə həm də məsləhət görmüşdür ki, ağır iş gününün sonunda “böyük ideya”na bir qədər də yaxınlaşdığını hiss edirsənsə xərclərin çoxluğundan narahat olma. Mendes qeyd edir ki, “filmin çəkilişləri zamanı üç-dörd dəfə bu cür məsləhətləri eşitmişdi.” [71] Spilberqin məsləhətinə baxmayaraq, həm Mendes həm də DreamWorks studiyası iş cədvəlinin qorunması və büdcənin az saxlanmasına çalışırdılar, lakin, studiya filmin məzmununa müdaxilə etmirdi.[66] Speysi, Beninq və Bol adi gəlirlərindən kifayət qədər az gəlir əldə etmişlər. “Amerikansayağı gözəllik” filmi “DreamWorks” studiyasına planşaldırıldığından bir az çox — $15 milyona başa gəlmişdir.[72] Mendes çəkilişlərin ilk üç günündən o qədər narazı olmuşdur ki, “DreamWorks”dən həmin günün səhnələrinin yenidən çəkilməsi üçün icazə almışdır. O, deyir ki, Mən düzgün olmayan, daha doğrusu komediya səhnəsindən başladım.[qeyd 6] Və aktyorlar həmin səhnəni həddən artıq böyük canlandırdılar: [...] mənim səhvimə görə pis çəkilmişdi, mənim səhvimə görə pis qurulmuşdu və mənim səhvimə görə kostyumlar düz deyildi [...]; hamı mən nə demişdimsə onu da edirdi və hər şeyə görə mən günahkar idim. Bu işdə yeni olduğunu anlayan Mendes, Hollun təcrübəsindən istifadə edirdi: “Çəkilişin əvvəlində mən çox yaxşı bir qərar qəbul etdim, əgər texniki olaraq nəyisə başa düşmürəmdə, sakitcə yaxınlaşaraq “Mən bu məsələni anlamıram, zəhmət olmasa mənə izah edin” deyirdim.” [38]

Bəzi məsələlərdə Mendes aktyorları da improvizasiyaya həvəsləndirirdi; məsələn, Lesterin Karolinin yanında yataqda uzanaraq masturbasiya etməsi səhnəsi çəkilərkən rejissor Speysidən improvizasiya etməsini istəmişdi. Mendes deyir ki, “Mən bunu ona görə istəmirdim ki, belə daha əyləncəli idi [...] ona görə istəyirdim ki, aktyorların başqalarının hərəkətlərini təkrar edirlərmiş kimi görünmələrini istəmirdim. İstəyirdim onların hərəkətləri düşünülmədən ağızdan qaçırılmış söz qədər təbii görünsün. Speysi özünə çox nızarıt edirdi və mən onun özünü buraxmasını istəyirdim.”[71] Beninq ciddi üzünü saxlaya bilmədiyinə görə, Speysinin bu səhnəsi on dubla çəkilmişdir. Filmin istehsalı zamanı çox az sayda kompüter qrafikasından da istifadə edilmişdir. Lesterin fantaziyalarındakı qızılgül səhnələrinin böyük bir hissəsi çəkilişlərdən sonra kadrlara əlavə edilsə də[73], bəziləri bu cür səhnələr real çəkiliş məhsuludur.[74] Lesterin Ancelanı gül vannası qəbul edərkən təsəvvür etdiyi səhnədə yuxarı çəkilişlər istisna olmaqla buxar həqiqidir. Kameranı düzgün yerləşdirə bilmək üçün tavanda dəlik açılmış və bu dəlikdən buxar çıxmağa başlamışdır; sonradan həmin hissələrə buxar effekti verilmişdir.[75]

Montaj

“Amerikansayağı gözəllik” filminin montaj işləri Kristofer Qrinburi və Tariq Anvar tərəfindən həyata keçirilmişdir. Qrinburi işləri başlasa da, çəkilişdən sonrakı istehsal mərhələsində iş cədvəli 2000-ci ildə çıxarılmış Mən, Özüm və Sevglim (Kris Kuper bu filmdə də rol almışdı) filminin istehsal cədvəli ilə toqquşduğuna görə “Amerikansayağı gözəllik” filminin istehsal işindən uzaqlaşmalı olmuşdu. Görüşlər arasında qalan on gün ərzində Mendes və onun köməkçisi filmin montaj işlərini həyata keçirmişdir.[76] Montaj zamanı Mendes başa düşmüşdü ki, film onun təsəvvür etdiyindən fərqli alınıb. O, çəkdiyi filmin “daha şıltaq, [...] kaleydoskopik” alındığına inanırdı. Bunun əvəzinə isə Mendes emosional və daha dərin film çəkmişdi; o film musiqisi və çəkilişi bu xəttən uzaqlaşmaq üçün istifadə etməyə çalışmışdı.[77] O, ümumilikdə filmin 30 dəqiqədən artıq hissəsini ixtisar etmişdi.[59] Açılışda Lesterin özünü şəhər üzərində uçarkən təsəvvür etməsi səhnəsi vardır. Mendes Speysini mavi ekran qarşısında çəkmək üçün iki gün sərf etmiş, lakin, sonradan həmin səhnələrin çox şən – Koen qardaşlarının filmləri kimi — olduğunu düşündüyünə və filmdə yaratmaq istədiyi mühitə uyğun olmadığına görə ixtisar etmişdir.[41] Son redaktədə filmin açılışı üçün əslində filmin ortası üçün nəzərdə tutulmuş, Ceynin Rikiyə atasını öldürmək haqqında danışdığı səhnə istifadə edilmişdir.[44] Bu səhnə izləyicilərə cütlüyün Lesterin ölümündə günahkar olmadığını və Ceynin sözlərinin zarafat olduğunu izah etməli idi. Lakin, həmin hissə filmin açılışında istifadə olunduğuna görə, səhnənin öz yerində isə Rikinin günahsızlığına qeyri-müəyyən yanaşmanı göstərmək üçün, rejissor film musiqisi və Rikinin reaksiyasının geniş planda göstərilməsindən istifadə etmişdir.[78] Növbəti səhnə — ərazinin quşbaxışı çəkilişi — isə əslində xəyal səhnələrində istifadə üçün bluskrin effekti ilə çəkilmişdi.[41]

Mendes filmin ilk on dəqiqəsinin montajına, ümumilikdə filmin digər hissələrinin montajına sərf olunandan daha çox vaxt sərf etmişdi. O, açılışın bir neçə versiyasını işləmişdi[44]; ilk redaksiyada Ceyn və Rikinin Lesterin gətlinə görə mühakimə olunması göstərilirdi[79], lakin, Mendes montajın son həftəsində həmin səhnələri ixtisar etmişdiref name="chapter 1"/> , çünki, o, həmin səhnələrin mistikasını itirdiyini[80] və filmin mövzusu ilə uyğunlaşmadığını düşünürdü. Mendesin fikrincə, məhkəmə səhnəsi izləyicinin< fikrini obrazlardan yayındırar və “filmi “NYPD Mavi serialının seriyalarından birinə çevirə bilərdi”. Bunun əvəzinə o sonluğun “daha poetik, yuxu və xatirənin qarışığı, həmçinin qərarlı formada” həll olunmasını istəyirdi.[66] Bol montajdan sonra ilk dəfə monitor qarşısına keçdikdə, film bütün səhnələrin kəsilib, sıralanmasından ibarət idi. Səhnələr o qədər qısaldılmışdı ki, o, “əksər səhnələrin filmə daxil edilmədiyi”ni düşünmüşdü. O, Mendeslə razılaşmışdı, lakin, Mendesin davamlığı tamamilə aradan qaldırdığını gördükdə, Bol buna etiraz etmişdi; Bolun fikrincə ixtisar edilmiş səhnələrsiz film həddən artıq optimistik olacaq və film “içindəki bütün qaranlıqlara baxmayaraq, romantik olan bir filmə çevriləcək”.[34]

Kinematoqrafiya

Konrad Hol quruluşçu-operator vəzifəsi üçün ilk seçilən şəxs deyildi; Mendes onun bu iş üçün çox yaşlı və çox təcrübəli olduğunu düşünür, Holun işin öhdəsindən gələ bilməyəcəyindən qorxurdu.[81] Buna görə də o, Fred Elmesə müraciət edir, o isə ssenarini bəyənmədiyinə görə işi qarışdırır. Holu Mendesə 1998-ci ildə təqdim edilmiş “Sərhədsiz” filmi üzərində çalışarkən tanış olduğu Tom Kruz (Tom filmin icraçı prodüseri, Konrad Hol isə quruluşçu-operatoru olmuşdu) məsləhət görmüşdü. “Amerikansayağı gözəllik” filminin istehsal olunması zamanı Mendes həm də o zaman Tom Kruzun həyat yoldaşı olan Nikol Kidmanın iştirakı ilə “Mavi otaq” tamaşasını səhnələşdirmiş[64] və filmin rəsmli qaralamasını hazırlamışdı.[4] Filmin erkən istehsalı zamanı Hol bir aylıq işə cəlb edilmiş[64], ssenarini ilk dəfə oxumasından etibarən film haqqında ilk ideyalarını verəyə başlamışdı, bundan sonra Mendeslə görüş qabağı ona öz baxışlarını dəqiqləşdirmək üçün vaxt verilmişdir.[82] Hol əvvəlcə izləyicilərin personajları bəyənməyəcəyindən çəkinirdi; məşqlər zamanı onları özü ilə identikləşdirə biləcəyini anlamış həmçinin, vizual effektlər üçün yeni ideyalar əldə etmişdi.[64]

Holun yanaşması ekranda görünəcək ağrılı hadisələrlə kontrast yaradatmaq, klassisizm effekti yaradan kompozisiya formalaşdırmaq və bu şəkildə izləyicilərin hadisələri qəbul etməsini təmin etmək idi. Hol və Mendes səhnələrin təklif edilən əfvalını müzakirə etsələr də, ona lazım bildiyi hər məqamda aydınlatmadan istifadəyə icazə verildi.[82] Əksər halda Hol əvvəlcə “rəsm kimi” səhnənin məzmununu ağ və qara ilə vermiş, daha sonra isə bidbord və tavandakı ağ kartlardan əks olunan işıqlar vasitəsiylə rəngləri əlavə etmişdir. Bu cür yanaşma Hola kölgələr üzərində Kodak Vision 500T 5279rahat işləmə imkanı verərək, əlavə işıqlarla təminata ehtiyacı aradan qaldırmışdır.[83] Hol "Amerikansayağı gözəllik” filmini çəkmək üçün 2.39:1 çərçivəsində Super 35 formatlı Kodak Vision 500T 5279 35 mm-lik film lentindən istifadə etmişdir.[84] O, Super 35 formatından qismən, əsasən, Ancelanın başı ətrafında çərçivə yaradan hovuz kənarlarını yaxından götürmək üçün istifadə etmişdir.[74] O, ümumilikdə filmi T-stop (T1.9) formatında çəkmişdir[84], çünki, bu formatın geniş imkanlarının daha incə rəng və işıq effektlərini işləmək imkanı verdiyini düşünürdü.[83] O, Panavision Platinum kamerlarından və kompaniyanın Primo seriyasından olan linzalarından istifadə etmişdir. Gün işığı effektlərinin yaradılması üçün Hall, Kodak Vision 200T 5274 və EXR 5248 lentlərindən istifadə etmişdir. O, Kodakın yeni istehsal olunmuş Vision seriyasından olan kontrast – ağır işıq stili ilə seçilən və daha çox kontrast yaradan kino lentləri ilə işləməkdə çətinlik çəkirdi. Buna görə də o, Kodakla əlaqə saxlayır və şirkət ona filmin çəkilməsi üçün kontrastı 5% aşağı olan 5279 lentləri göndərir. Filmi kinoteatrda izlədiyi zaman, Hol filtr istifadə etmədiyinə görə kadrların bir qədər tutqun olduğunu hiss etmişdi, ehtimal etdiyi kimi Super 35 anomorf diffuziyası kadrların lazım olduğundan daha yaxın görünməsinə gətirib çıxarmışdı.[84]

Lester və Rikinin marixuana çəkdikləri səhnənin lentə alınması zamanı Hol və Mendes arasında anlaşılmazlıq yaranmışdı. Mendes Holdan çəkilişi onun iştirakı olmadan planlaşdırmağı xahiş etmişdi; Hol personajların intim görünmələri gərəkdiyini düşündüyü üçün onları bina ilə yük maşını arasında yerləşdirmiş, işıqlandırmanı isə yük maşınının üstündə qurmuşdu. Mendes qayıtdıqda səhnənin düzgün qurulmadığını, personajların bir adam tərəfindən görülməkdən narahat olmadıqlarını izah edir. O, yük maşınını kadrdan çıxarır vən Hol işıqlanmanı yenidən fikirləşməli olur; o, sol tərəfdən böyük, kameranın arxasından isə kiçik işıqlarla aktyorları işıqlandırır. Hol bu səhnənin lentə alınması üçün geniş çəkimin tam yerinə düşəcəyini hiss edirdi.[84] Hol elə etmişdir ki, yağışı hər kadrda, filmin axırına kimi saxlasın. Vurbhamların evində Lester və Ancelanın qarşılaşması səhnəsində, Hol, arxa planda işıqlarla yağış effekti yaratmışdır; digər tərəfdən, yağışı yavaşlatmaq üçün fransız pəncərəsini qismən işıqlandırmışdır (baxmayaraq ki, gecə çəkilişi üçün bayırın işıqlandırılması həddən artıq güclü idi, Hol hiss edir ki, işığın güclü olması kontrast yaratdığına görə yerinə düşür). Ancela və Lesterin divanda hərəkət etdikləri zaman Hol arxa səhnədə tavandan işıqlanan pəncərədə yağış fonunu saxlamağa çalışır.[83] Bütün otağın işıqlandırılmadığı səhnələrdə Bol yağış qutularından da istifadə etmişdir.[85]

Film musiqisi

Tomas Nyumanın yazdığı film musiqisi Santa Monika, Kaliforniyada lentə alınmışdır.[38] Mendesin həvəsləndirməsi ilə, Nyuman, əfval və ritm yaratmaq üçün əsasən zərb alətlərindən istifadə etmişdir.[86] Nyuman “melodiyaya zərbə, ritm və rəng qatır” ki, bu da onun əvvəllər yazdığı film musiqiləri ilə müqayisədə daha minimalistik film musiqisi yaratmağa imkan verir. O, “kiçik, sonsuz təkrar olunan hər ifadə ətrafında” replikalar qurur, “səkkiz bar üçün incə teksturalı” musiqi yaradır.[87] İstifadə olunan əsas musiqi alətləri tabla, bonqo, simbal, piano, kselofon və marimbadır; həmçinin, gitara, fleyta və müxtəlif dünya musiqisi alətləri istifadə olunmuşdur.[86] Nyuman elektron musiqidən və kökdən salınmış mandolinin metal marmaqlıqla çalınmasından alınan səs kimi qeyri-ənənəvi musiqidən də istifadə etmişdir.[87] Nyuman düşünürdü ki, musiqinin köməyi ilə “mənəvi ikimənalığını pozmadan” filmi inkişaf etdirmək olar: “Bu musiqinin necə təsir etməsini göstərən əsl incə balanslaşdırma nümunəsi idi”.[86]

Film musiqisinə Bobbi Darin, The Who, Free, Eels, The Guess Who, Bill Uizers, Betti Karter, Peggi Li, The Folk Implosion, Gomez və Bob Dilanın musiqilərindən, həmçinin iki məşhur mahnının kover versiyalarından istifadə olunmuşdur: The Beatles qrupunun "Because" mahnısının Elliott Smit tərəfindən, Nil Yanqın "Don't Let It Bring You Down" mahnısının Enni Lennoks tərəfindən ifa olunmuş versiyaları.[55] Film musiqisi supervayzeri Kris Duridas tərəfindən prodüserliyi edilmiş[88] film musiqisi albomu 5 oktyabr 1999-cu ildə çıxarılmış və “Ən Yaxşı Film Musiqisi Albomu” nominasiyasında Qremmi mükafatına nazmizəd göstərilmişdir. Nyumanın yazdığı film musiqisindən 19 trekin daxil edildiyi albom 11 yanvar 2000-ci ildə çıxarılmış və “Ən Yaxşı Film Musiqisi Albomu” nominasiyasında Qremmi mükafatına layiq görülmüşdür.[89] “Filmmaker” jurnalı “Amerikansayağı gözəllik” filminin musiqisinin Nyumanın ən yaxşı işi olduğunu qeyd edir. 2006-cı ildə bu film musiqisi jurnalın tərtib etdiyi iyirmi ən lazımlı film musiqisi sırasına daxil edilmiş və “musiqi və ekran nəqli arasında kompleks və innovativ əlaqə” olduğu vurğulanmışdır.[90]

Çıxarılması

Kütləvi

Filmin rəsmi veb saytının yaradılması üçün “DreamWorks” “Amazon.com”la müqavilə bağlamışdı, bu da ilk hal idi ki, Amazon bir film üçün xüsusi bölmə ayırırdı. Vebsayta filmə ilkin baxış, fotoqalereya, aktyor və çəkiliş heyətinin filmoqrafiyası, həmçinin Speysi və Beninqlə eksklüziv müsahibələr daxil idi.[91] Filmin sloqanı – yaxın görün — əslində dekoratorlar tərəfindən Lesterin iş yerində şkafa yapışdırılmışdı.[41] “DreamWorks” treylerlərin çıxarılması ilə paralel marketinq işlərini də aparmışdır: biri böyüklər, digəri isə yeniyetmələr üçün nəzərdə tutulmuş iki treyler çıxarılmışdır. Hər iki treyler əlində qızılgül tutmuş qız təsvir edilmiş posterlə tamamlanır.[qeyd 7][93] “Entertainment Weekly”dən Devid Hoxman 1999-cu ilin filmlərinin posterlərini şərh edərkən “Amerikansayağı gözəllik” filminin posterini yüksək qiymətləndirərək, onun sloqanı əks etdirdiyini deyir.[92] “DreamWorks” film üçün yoxlama baxış təşkil etmək istəmirdi. Mendes məlumat verir ki, studiya bu haldan razı idi, lakin, o, bir məsələ üzrində düşünürdü, sonra izləyicilərin fikirlərini necə öyrənə bilərdi. Bundan sonra studiya könülsüz də olsa, San-Xose, Kaliforniyada filmin gənclər üçün sınaq baxışını təşkil etmişdi. Mendes test baxışın çox yaxşı keçdiyini demişdi.[qeyd 8][72]

Kinoteatrlarda

Cədvəldə 1999-2000-ci illərdə Şimali Amerikada "Amerikansayağı gözəllik" filminin yayımlandığı kinoteatrların sayı göstərilmişdir. 2000-ci ilin yanvarında filmin "Qızıl "lobus" mükafatlarının təqdim edilməsi mərasimində uğur qazanmasından sonra "DreamWorks" onun yayımını 1,990 kinoteatra kimi genişlətmişdir.[94][95]

Filmin premyerası 8 sentyabr 1999-cu ildə Los-Ancelesdəki “Qraumanın Misir Teatrında” baş tutmuşdur.[96] Üç gün sonra film “Toronto Beynəlxalq Film Festivalı”nda nümayiş etdirilmişdir.[97] Film istehsalçıları və aktyor heyətinin iştirakı ilə “Anerikansayağı gözəllik” aralarında Berkli Kaliforniya Universiteti, Los-Anceles Kaliforniya Universiteti, Nyu-York Universiteti, Ostin Texas Universiteti, Şimal-Qərb Universitetinin də olduğu nüfuzlu ABŞ universitetlərində göstərilmişdir.[98]

15 sentyabr 1999-cu ildə “Amerikansayağı gözəllik” Los-Anceles kinoteatrlarında və Nyu-Yorkun üç kinoteatrında ictimayətə təqdim edilmişdir.[qeyd 9][99] Sonradan limitli göstəriş çərçivəsində[95] daha bir neçə kinoteatrda yayıma girən filmin, 1 oktyabrdan etibarək geniş yayımına başlanmış[qeyd 10] və Şimali Amerikada 706 kinoteatrda göstərilmişdir.[100] Həftəsonu $8,188,587 gəlir əldə edən film, gəlir göstəricisinə görə üçüncü yerdə qərarlaşmışdır.[101] “CinemaScore” şirkətinin izləyicilər arasında apardığı sorğudan sonra filmə ortalama “B+” dərəcəsi verilmişdir.[qeyd 11][103] Ayın sonuna yaxın dilmin yayımlandığı kinoteatrların sayı 1528-ə çatmış, sonra isə tədricən azalmağa doğru getmişdir.[95] Fevral ayının ortalarında film artıq cəmi 7 kinoteatrda yayımlanırdısa[94], 57-ci Qızıl Qlobus mükafatlarının təqdim edilməsi mərasimində qazanılan uğurdan sonra, mart ayının ortalarında filmin təkrar yayıma girdiyi kinoteatrların sayı 1990-a çatmışdı.[95] Filmin Şimali Amerika kinoteatrlarında yayımlanması 4 iyun 2000-ci il tarixində başa çatır və ümumilikdə bu ərazidə kinoteatr yayımından 130.1 milyon gəlir əldə edilir.[101]

“Amerikansayağı gözəllik” filminin Avropa premyerası 18 noyabr 1999-cu ildə London Film Festivalında baş tutur[104]; 2000-ci ilin yanvarından film Şimali Amerikadan kənarda yayımlanmağa başlayır.[105] İsraildə film böyük açılış günü ilə debüt edir[106], 21 yanvardan etibarən isə Almaniya, İtaliya, Avstriya, İsveçrə, NiderlandFinlandiya kinoteatrlarında limitli yayıma girir.[107] 28 yanvardan film Avstraliyada yayıma girir, Birləşmiş Krallıq, İspaniyaNorveçdən film $7 milyon, ümumilikdə Şimali Amerikadan kənar on iki ölkədən isə $12.1 milyon gəlir əldə edir.[108] 4 fevralda “Amerikansayağı gözəllik” Fransa və Belçikada yayıma girir. Birləşmiş Krallıqda 303 kinoteatrda yayıma girən film, $1.7 milyon gəlirlə kassa göstəricilərinə görə birinci olmuşdur.[109] 18 fevral həftəsonunda – 72-ci Akademiya Film Mükafatlarında filmin səkkiz nominasiyada mükafata namizəd göstərilməsindən sonra – 21 ərazidə film $11.7 milyon gəlir əldə etmişdir ki, bununla da, filmin Şimali Amerikadan kənarda əldə etdiyi gəlir $65.4 milyona çatmışdır. Macarıstan, Danimarka, Çexiya, SlovakiyaYeni Zellandiyada film “parlaq” debüt etmişdir.[110]

18 fevralda film üçün ən uğurlu ərazilər Birləşmiş Krallıq ($15.2 milyon), İtaliya ($10.8 milyon), Almaniya ($10.5 milyon), Avstraliya ($6 milyon) və Fransa ($5.3 milyon) olmuşdur.[110] Filmin Akademiya Film Mükafatına namizəd göstərilməsi bütün istiqamətlərdə yayım uğuruna təkan vermişdir[111]; növbəti həftəsonu “Amerikansayağı gözəllik” 27 ölkədən $10.9 milyon gəlir toplayaraq, Braziliya, Meksika və Cənubi Koreyada güclü debüt etmişdir.[112] Film Argentina, YunanıstanTürkiyədə də uğurlu nəticə göstərmişdir.[111] 3 mart 2000-ci il həftəsonunda “Amerikansayağı gözəllik” Honkonq, TayvanSinqapurda debüt etmişdir. Filmin Cənubi Koreya yayımından $1.2 milyon gəlir əldə edilmişdir.[113] “Amerikansayağı gözəllik” Şimali Amerika yayımından $130.1 milyon, digər ölkələrdə yayımından $226.2 milyon, ümumilikdə yayımdan $356.3 milyon gəlir əldə etmişdir.[101]

Ev üçün buraxılış

“Amerikansayağı gözəllik” “VHS” formatında 9 may 2000-ci ildə[114], “DTS” formatlı DVD-də 24 oktyabr 2000-ci ildə satışa çıxarılmışdır.[115] 9 mayda filmin Şimali Amerikada kirayəyə çıxarılmasından əvvəl, “Blockbuster Video” şirkəti filmin minlərlə nüsxəsindən bir neçə yüzünü qarantiyalı yayım üçün almışdır.[116] “Blockbuster” və “DreamWorks” gəlirin bölünməsi məsələsində razılaşa bilmədiklərinə görə, “Blockbuster” əvvəlcədən planlaşdırılmış miqdarın yalnız üçdə ikisini sifariş etmişdi.[117] “DreamWorks” kirayə üçün təxminən bir milyona yaxın nüsxə istehsal eləmişdi; “Blockbuster” bunlardan cəmi 400,000 nüsxəsini alaraq dövriyyəyə buraxmışdır. Bəzi “Blockbuster” mağazaları cəmi 60 nüsxə dövriyyəyə buraxmış[118] , bəziləri ümumiyyətlə filmi yaymayaraq müştərilərə filmin olmadığını bildirmişdi.[117][118] Əməkdaşlar vəziyyəti şəxsən müştərilərə izah etməli olmuşdular; “Blockbuster” bu siyasətin ilkin yoxlama xarakteri daşıdığını açıqlamışdı.[117] “Blockbuster”in strastegiyası 9 maya kimi davam etdirilmiş və bu müddətə kimi digər reteylerlərin sifarişləri 30% artmışdır.[116][117] Kirayəyə çıxarılmasının ilk həfətəsində “Amerikansayağı gözəllik” $6.8 milyon gəlir əldə etm gözlədiyindən işdir. Bu göstərici “DreamWorks” gözlədiyindən aşağı idi, buna görə də “Blockbuster” şirkətin təklif etdiyi müqavilə ilə razılaşmışdı. Həmin il “Altıncı hiss” filmi $22 milyon, “Döyüş klubu” filmi isə $8.1 milyon gəlir əldə etmişdi, alkin sonuncu filmin kinoteatr yayımı “Amerikansayağı gözəllik” filminin kinoteatr yayımının 29%-ni təşkil edirdi. “Blockbuster”in siyasəti həm də kirayə qiymətlərinə təsir etmişdi. “Blockbuster”in kirayə bazarına çıxrdığı filmlərin ortalama kirayə qiyməti $3.40 olduğu halda, “Amerikansayağı gözəllik” filmi $3.12 qiymətinə kirayə bazarına çıxarılmışdır. Adətən kirayə glirlərinin 65%-I böyük dükanlardan gəldiyi halda, “Amerikansayağı gözəllik” filmi üçün bu göstrici 53% olmuşdur.[117]

Filmin DVD versiyasına səhnə axrxası görüntülər, filmə Mendes və Bol tərəfindən edilmiş audioşərh, Mendes və Holun kadrlama müzakirəsi də əlavə edilmişdir.[115] Filmin şərhlərində Mendes kəsilmiş səhnələrə istinad edərək bəzi fikirlər səsləndirir.[119] Lakin, bu səhnələr DVD versiyada da yoxdur, çünki, şərhlərin yazılmasından sonra Mendes fikrini dəyişmişdi.[120] Mendes hiss etmişdi ki, ixtisar edilmiş səhnələrin əlavə edilməsi filmin bütövlüyünü poza bilər.[121]

21 sentyabr 2010-cu ildə “Paramount Home Entertainment” şirkətin “Sapfir seriyası“ndan olan filmlərlə birlikdə “Amerikansayağı gözəllik” filmini blu-ray formatda satışa çıxarmışdır. DVD versiyasında olan bütün əlavələrlə birlikdə HD keyfiyyətə çatdırılmış kinoteatr treylerləri də bu versiyaya əlavə edilmişdir.[122]

Qəbulu

Tənqidçilərin mövqeyi

“Amerikansayağı gözəllik” ABŞ mətbuatı tərəfindən 1999-cu ilin ən yaxşı filmi adlandırılmışdır. Əsasən Speysi, Mendes və Bolun ünvanına çoxlu təriflər səsləndirilmişdir.[123] “Variety ” jurnalı xəbər verir ki, “1999-cu ilin heç bir filmi belə universal uğur əldə etməmişdir.”[124] Toronto Beynəlxalq Film Festivalında çox yaxşı qəbul edilən[97] film, festival iştirakçılarının səsverməsi nəticəsində “People's Choice Award”a layiq görülmüşdür.[125] Festival rejissoru Pyers Hendlinq qeyd edir ki, ““Amerikansayağı gözəllik” festivalın ən çox diqqət çəkən və haqqında ən çox danışılan filmidir”.[126]

“Variety” jurnalından Todd MakKarti deyir ki, “bundan daha yaxşı çəkiliş heyəti təsəvvür etmək qeyri-mümkündür”; o, Speysinin eyhamlı hərəkətləri, sarkazmlı və axmaq nitqlərini” yüksək qiymətləndirir və Lesterin “səmimi hissləri”ni xüsusi vurğulayır.[127]The New York Times”dan Canet Maslin qeyd edir ki, Speysi “bu vaxta kimi ən ağıllı və çevik” rolunu canlandırıb[128], “Chicago Sun-Times”dan Rocer Ebert isə bildirir ki, Speysi “ehtiyyatsız və axmaq hərəkətlər edən, lakin, özünü aldatmayan kişi obrazını uğurla yaradıb”.[129] “Sight & Sound”dan Kevin Cekson qeyd edir ki, Speysi əvvəlki performanslarından fərqli olaraq, bu obrazı daha qənaətbəxş şəkildə canlandırıb.[55] “Film Quarterly”dən Qari Hentzi aktyorların performansını yüksək qiymətləndirir[130] , lakin qeyd edir ki, Karolin və Fitt kimi obrazlar stereotipləri olan tiplərdir.[131] Hentzi, Mendes və Bolu, Ceyn və Riki obrazlarını çox asanlıqla identikləşdirməkdə günahlandırır.[132] Hentzi deyir ki, Ancela ən inanılmaz yeniyetmədir, o, “iqsmən tanış” cəhdlərlə öz ləyaqətsiz həyatını yaşamağa çalışır.”[123] Maslin bzi obrazların orijinal olmaması fikri ilə razılaşsa da, detallı xarakterizasiyanın onları yaddaqalan etdiyini bildirir.[128] “Los Angeles Times”dan Kennet Turan qeyd edir ki, aktyorlar çətin rollarının öhdəsindən “qüsursuz” gəliblər; Speysinin ifasını “filmi canlandıran enerji” adlandıraraq, bildirir ki, baxmayaraq ki, Lester heç də hər səhnədə sevilən obraz deyil, o, izləyiciləri ələ almağı bacarır. “Nə qədər qəribə səslənsə də, biz [bu obazları] bəyənirik" deyə Turan fikrini tamamlayır.[133]

Maslin Mendesin “mükəmməl vizual istedada” malik olduğunu bildirərək qeyd edir ki, onun minimalist stili “qıcıqlandırıcılıq və parlaqlığı” balanslaşdırır, rejissor teatr təcrübəsindən əldə etdiyi “incə erotikləşdirilmiş struktur yanaşmasını filmə tətbiq edir.[128] Cekson qeyd edir ki, Mendesin əsaslandığı teatr kökləri kinomatoqrafiya üçün nadirdir və ən əsası Speysinin möhtəşəm performansı filmi kölgə altına salmır. O, deyir ki, Mendes ssenarinin incə detalları üzərində diqqətlə çalışıb və tonal keçidləri məharətlə işləyib.[55] MakKarti “Amerikansayağı gözəllik” filminin film debütantları olan Mendes və Bol üçün “mükəmməl təqdimat kartı” olduğuna inanır. O, Mendesin teatr işləri kimi filmi də “əmin əllərdə” “dəqiq və nəzarətli formada” işlənmişdir.[127] Turan Hol və Nyumanı xüsusilə qeyd edərək, Mendesin ağıllı kollaborasiya etməsi fikri ilə razılaşır. Turan Mendesin təcrübəsizliyinin də “Amerikansayağı gözəllik” filminin uğur qazanmasında rol oynadığını bildirir, onun fikrincə təcrübəli rejissorlar Mendesin uğurlu alınmış bir çox yanaşmalarından uzaq durardılar. Turan hiss edir ki, Mendes Bolun ssenarisindəki “duallığa sahiblənərək onu daha da inkişaf etdirir”.[133] Hentzi Mendes və Bolun bəzi seçimlərini tənqid etsə də, filmin onların istedadını göstərdiyini bildirir.[130]

Turan Bolun ssenarini yazmaq üçün orijinal səbəblərinin olmasını da unikal bir hal kimi qiymətləndirir.[133] MakKarti müasir amerikan filmləri ilə müqayisdə ssenarinin “təravətli və fərqli” olduğunu qeyd edir və nəql tempini nəzərə almaqla obrazların yaxşı tədqiq edildiyini bildirir. O, Bolun dialoqlarını “yaddaqalan” adlandırır və personajların – xüsusilə Karolin obrazının – “dərin işləndiyini” vurğulayır. MakKartinin sözlərinə görə əsərin digər bir çatışmazlığı isə sonra “yaşlı Freydianizm” effekti yaradan Fittin homoseksual olmasının anlaşılmasıdır.[127] Cekson deyir ki, film “gözəl təqdim olunan qara komediya” kimi diqqət çəkir. O deyir ki, hətta filmdə olan komedik səhnələr də gözlənilməz nüanslarla təqdim edilirlər.[55] Lesterin qatilinin sirr olaraq saxlanmasını tənqid edən Hentzi, bunun manupulativ və sadə gərginlik yaratmaq vasitəsi olmasını bildirir.[130] İstehsal və kostyum dizaynını müsbət qiymətləndirən MakKarti deyir ki, film musiqisi hekayə üçün “ironik kontrapunkt” yaradır.[127] Hentzi belə nəticəyə gəlir ki, “Amerikansayağı gözəllik” “həyati, lakin qeyri-bərabər”dir; o, deyir ki, yeniyetmələr və böyüklərin bir-birlərinin həyatlarını necə təsvir etmələrinin göstərilməsi filmin ən mühüm xüsusiyyətidir və baxmayaraq ki, Ancela və Lester dinamik olaraq oxşardılar, onların romantik ironiyası isə “Lolita” kimi ədəbi əsərləri xatırladır.[123] Bununla belə, Hentzi hesab edir ki, filmin amerikan şəhərkənarında materializm və rahatlıq mövzusu “çeynənmiş”dir. MakKarti filmin quruluşunun tanış olduğunu desə də bunun ilk baxışda belə göründüyünü bildirir.[127] Maslin də bu fikirlə razılaşır; o deyir ki, “yeni olmayan mövzular üzərində işlənilir” və “qeyri-rahatlıq mövzusu təəccübləndirmir, film özünəməxsus “aşındırıcı yeniliyə” malikdir.[128] Ebert “Amerikansayağı gözəllik” filmini dörd ulduzluq sistemlə dörd ulduzla qiymətləndirir[129], Turan isə deyir ki, “təsvir cəhənnəmi” olmasına baxmayaraq “Amerikansayağı gözəllik” laylı, təxribatçı, mürəkkəb və təəccübləndiricidir.[133]

Filmin çıxarılmasından bir neçə ay sonra, ABŞ mətbuatında neqativ məlumatlar peyda olmağa başlayır[134] və illər kəeçdikcə tənqidi yanaşmalar da yayılır.[135][136] 2005-ci ildə “Premiere ” jurnalı “Amerikansayağı gözəllik” filmini “bütün zamanların 20 ən vacib filmi” siyahısına daxil etmişdir[137]; Mendes filmə tənqidi yenidənbaxışın labüdlüyünü qəbul edrək deyir ki, “məncə onların bəzisi özünü doğrultsa da, bəzilri o zaman şişirdilmiş qiymətləndirmə idi.” [136]

Hazırda “Rotten Tomatoes” aqqreqatorunda 168 şərh əsasında 88% dərəcəsinə malik olan filmin reytinq göstərici 8.1/10-dir; tənqidçilərin ortaq fikrində deyilir ki, “Mükəmməl çəkiliş heyətinin ağılla işlədiyi “Amerikansayağı gözəllik” filmi 90-cı illərin Hollivud filmlərinin təşviqçi kuliminasiya nöqtəsidir.”[138]Metacritic ” 33 rəy əsasında filmi 86 dərəcə ilə qiymətləndirir və “ümumi bəyənilmə”yə nail olunduğunu bildirir.[139]

Mükafatlar

ABŞ mükafatlandırma mövsümündə “Amerikansayağı gözəllik” heç də əsas film hesab edilmirdi. Mükafatlara namizəd olan filmlərin bəziləri 1999-cu ilin sonlarında çıxarılmışdı və ABŞ tənqidçiləri mükafatları məhz həmin filmlərin arasında bölürdülər.[140] Çikaqo Fim Tənqidçiləri Assosasiyası və Televiziya Film Tənqidçiləri Assosasiyası filmi 1999-cu ilin ən yaxşı filmi adlandırsa da, Nyu-York Film Tənqidçiləri Dairəsi, Milli Film Tənqidçiləri Cəmiyyəti və Los-Anceles Film Tənqidçiləri Assosasiyası “Amerikansayağı gözəllik” filmini qəbul etsələr də[141], əsas mükafatları başqa filmlərə vermişdilər.[140] İlin sonunda verilən məlumatlarda “Amerikansayağı gözəllik” filminin mükafat yarışında zəif nəticə göstərdiyini müşahidə etmək olurdu[134]; lakin, 2000-ci ilin Qızıl Qlobus mükafatlarının təqdim edilməsi mərasimində “Amerikansayağı gözəllik” filmi “Ən Yaxşı Film” və “Ən Yaxşı Ssenari” nominasiyalarında mükafata layiq görülmüşdür.[141]

72-ci Akademiya Film Mükafatlarının təqdim edilməsi mərasimi yaxınlaşsa da, əsas nominantlar hələ ki, məlum deyildilər.[140] “DreamWorks” “Amerikansayağı gözəllik” filminin əsas təbliğat kompaniyasını 5.600 Akademiya Film Mükafatı seçicilərinə bülletenlərin göndərilməsindən beş həftə əvvəl başladı. Baxmayaraq ki, ünvanlı poçt xidmətindən istifadə etmək qadağan edilsə də, “DreamWorks” “təsadüfi, rahat hallarda” seçicilərlə əlaqəyə girməyi bacarmışdı. Əvvəlki il studiyanın “Ən Yaxşı Film” nominasiyasında mükafata namizəd olmuş filmi “Sıravi Rayanı xilas etməli” filmi “Aşiq Şekspir” filminə məğlub olduğuna görə, növbəti il studiya başqa üsuldan istifadə edərək, kompaniya çərçivəsində autsayderlərdən istifadə etmişdir. Studiya üç veteran məsləhətçini işə cəlb edir ki, onlar da “kiçik düşünmə”yi məsləhət görürlər. Nensi Uillen “DreamWorks”ə məsləhət görür ki, “Amerikansayağı gözəllik” filminin istehsal edilməsindən bəhs edən bir video məhsulu hazırlansın, BAFTA mükafatlarının verilməsindən əvvəl isə rejissor Sem Mendeslə müsahibə təşkil olunsun. Deyl Olson məsləhət görür ki, qəzetlərə əlavə kimi Beverli Hillzdə — seçicilərin əksəri məhz burada yaşayırlar – pulsuz məlumat nəşri paylansın. Olson üzvlərinin əksəri seçicilər arasında olan Amerika Aktyorlar fondunda “Amerikansayağı gözəllik” filminin nümayişini təşkil edir. Brüs Feldman Bolu Santa Barbara Beynəlxalq Film Festivalına aparır və o, festival çərçivəsində Entoni Hopkinsin şərəfinə təşkil edilmiş xüsusi naharda iştirak edərək burada seçicilərdən bir neçəsi ilə görüşür.[142]

2000-ci ilin fevralında “Amerikansayağı gözəllik” səkkiz nominasiyada Oskar mükafatına namizəd göstərilmişdir: onun ən yaxın rəqibləri olan “Şərabçıların qaydası” və “Öz adamı” filmlərinin hər biri yeddi nominasiya alırlar. 2000-ci ilin martında bütün istehsal orqanizasiyaları[qeyd 12] özlərinin əsas mükafatlarını “Amerikansayağı gözəllik” filminə verdilər; bu hadisədən sonra “Amerikansayağı gözəllik” Oskar mükafatına əsas iddialı namizəd kimi qəbul edildi.[140] “Amerikansayağı gözəllik” filminin “Ən Yaxşı Film” nominasiyasında əsas rəqibi “Miramax” studiyasının istehsalı olan “Şərabçıların qaydası” filmi idi. Hər iki studiya ciddi təbliğat kompaniyası aparırdı; “DreamWorks” “Miramax”la müqayisədə “Variety” jurnalından 38% daha çox reklam yeri almağa nail olur.[143] 26 mart 2000-ci ildə “Amerikansayağı gözəllik” filmi beş nominasiyada Oskar mükafatını qazanır: Ən Yaxşı Film, Ən Yaxşı Rejissor işi, Ən Yaxşı Aktyor (Speysi), Ən Yaxşı Orijinal Ssenari və Ən Yaxşı Operator işi.[144][qeyd 13] 53-cü BAFTA mükafatlarının təqdim edilməsi mərasimində “Amerikansayağı gözəllik” filmi namizəd göstərildiyi on dörd mükafatdan yeddisini qazanmışdır: Ən Yaxşı Film, Ən Yaxşı Aktyor, Ən Yaxşı Aktrisa (Beninq), Ən Yaxşı Operator işi, Ən Yaxşı Film musiqisi və Ən Yaxşı Montaj işi.[141] 2000-ci ildə Amerika Naşirlər Gildiyası “DreamWorks” studiyasını ən yaxşı nəşriyyat kompaniyası elan etmişdir.[146] 2008-ci ilin sentyabrında “Empire ” jurnalı 10.000 oxucu, 150 film istehsalçısı və 50 film tənqidçisi arasında keçirilmiş səsvermədən sonra “Amerikansayağı gözəllik” filmini “Bütün Zamanların Ən Böyük Filmləri” siyahısında 96-cı yerdə qərarlaşdırmışdır, beləliklə də “Amerikansayağı gözəllik” 1999-cu ilin dördüncü ən reytinqli (Döyüş klubu, MatrisaMaqnoliya filmlərindən sonra) filmi olmuşdur.[147] 2013-cü ildə Amerika Yazıçılar Gildiyiası özünün 101 Ən Böyü Ssenari siyahısında “Amerikansayağı gözəllik” filminin ssenarisini #38 yerdə yerləşdirmişdir.[148] 2007-ci ildə “AFİ-nun 100 İl...100 Film (10-cu yubiley buraxılışı)” nəşrinə nominant olmuşdur.[149]

Mövzular və analiz

Müxtəlif təfsirlər

Tədqiqatçılar və alimlər “Amerikansayağı gözəllik” filminin müxtəlif məna təfsiri versiyalarını təklif etmişlər; oxşar şəkildə, film tənqidçiləri də filmin keyfiyyətindən daha çox onun daşıdığı anlamları müzakirə etmişlər.[150] Müxtəlif tədqiqatçılar tərəfindən “həyatın mənası”, “gender identifikasiyası” və ya “ABŞ şəhər kənarında yaşam”ı təsvir etdiyi iddia edilən[151] film, müxtəlif kinomatoqraflar tərəfindən də müxtəlif şəkildə kateqoriyalaşdırılmışdır. Mendes qeyd edir ki, hər dəfə ssenarini oxuduqca ona elə gəlirdi ki, sanki ssenari nəsə başqa bir şey haqqındadı: “sirli tarixçə, ABŞ şəhərkənarına kaleydoskopik səyahət, sevgi hekayələri; [...] məhkumluq, [...] yalnızlıq [və] gözəllik. O əyləncəli idi; o, qəzəbli idi, kədərli idi.”[152] Ədəbi tənqidçi və yazar Ueyn C. Bus qeyd edir ki, film hansısa digər təfsirə qarşı müqavimət göstərir: “[Amerikansayağı gözəllik] adekvat formada təsvir edilə bilməzdi, çünki burada amerikan həyatına satirik yanaşma var; bu da gözəlliyin qələbəsini qeyd etməyə imkan vermir. Bu isə gözəlliyin fonunda dayanan amerikan bədbəxtlikləri və pis əməllərinin ümumiləşdirilmiş portretini yaratmağa imkan verir; lakin bu həm də Bolun bizim ənənələrə nifrətini azaltmaqda rol oynayır. Bu nə Lesterin, nə də Rikinin necə yaşamaq və həyat haqqında fəlsəfi fikirləri ilə üst-üstə düşmür.”[150] O, qeyd edir ki, “filmin təfsirində əsas problem onun mərkəzini – bütün variantları birləşdirən əsas səsi tapmağın çətinliyindən irəli gəlir.”[qeyd 14][152] O, iddia edir ki, “Amerikansayağı gözəlliyin” əsas özəlliyi nə Mendes, nə də Bolla bağlı deyil.[153] Mendes Bolun əsas yaradıcı olduğunu söyləsə də, ssenari müəllifi özü də çəkiliş prosesindən ciddi təsirlənmişdir[152], belə ki, o tez-tez müxtəlif msələlərə baxışını dəyişir, xüsusilə əsərinə sinik ton verən fikirləri daha optimist fikirlərlə əvəz edirdi.[154] Bus qeyd edir ki, “müəllifin səsini batıran təfsirçilərin müxtəlif səsləri əlçatmaz mərkəzi tədqiq etməyi unutmuşlar.” Busun sözlərinə görə, “filmi idarə yüzlərlə insanı yaradıcılıq prosesində birləşdirən edən yaradıcı enerjidir.” [150]

Həbs və azad edilmə

Mendes qeyd edir ki, “Amerikansayağı gözəlliyin” keçidlərində həbs və həbsdən qaçış göstərilib. Lesterin monoton həyat tərzi onun sıradan iş yeri və xaraktrsiz geyimi ilə ifadə edilib.[44] Bu səhnələrdə o tez-tez özünü tələyə düşmüş kimi “narazı olduğu ritualları həyata keçirimiş kimi” təsəvvür edir. O, öz duş otağında masturbasiya edir[155]; bu otaq onun şəxsi həbsxanasıdır, bu divarlar arasında o, özünü çərçivəyə salınmış hesab edir[44][156], monitorda öz əksini rəqəm sütunları arasında görərkən də o, oxşar hissləri keçirir.[155] Alim və yazar Codi V. Penninqton qeyd edir ki, Lesterin səyahəti hekayənin mərkəzini təşkil edir.[157] Onun Ancela ilə görüşdən sonra yaşamağa başladığı seksual oyanış hissləri, komfortlu həyata qarşı çıxan bir neçə dönüşün ilkini təşkil edir.[158] Riki ilə birlikdə əylənməyə başladıqdan sonra Lester özünü daha azad hiss edir və Karolinə qarşı çıxır.[159] Rikinin “dərin, cazibədar etibarı” ilə dəyişən Lester əmin olur ki, Ancela əlçatandır, görür ki, onun “banal, materialistik şəhər kənarı mövcudluğu” haqqında şübhələnə bilər; o, fast-fud çatdırılması işinə başladıqdan sonra həyatının özündən qabaqda olduğunu görə bilir.”[160]

İlk dəfə Karolini masturbasiya edərkən tutan Lester, onların arasında uzun müddətdir intim münasibətin olmamasından qəzəblənərək ilk dfə onun haqqında nə düşündüyünü deyir.[75] Karolinin problemlərə reaksiya verməsi və “başqalarını yüksək formada tənqid etməsi”nə qarşı çıxan Lester ana və qızının səs hüququna hörmət edərək evdə öz səs hüququnu qaytarmağa çalışır.[160] Onun sonuncu donüm anı Ancela ilə seksdən imtina etməsi zamanı baş verir;[70] bakirə olduğunu öyrəndikdən sonra o, Ancela haqqında seksual obyekt kimi yox, qızı kimi fikirləşir.[161] O, Ancelanın üstünü örtür və övladı kimi qucaqlayır. Mendes qeyd edir ki, “Lesterin səyahəti üçün bundan düzgün və uyğun sonluq təsəvvür etmək mümkün deyil”. Bu son səhnələrdə Mendes Lesterin “mifik qonağa” bağlı olduğunu göstərmək istəmişdir. Bundan sonra Lester soyuducuya yaxınlaşaraq pivə götürür və “öz qisməti ilə qarşılaşmaq üçün” dəhlizə doğru irəliləyir.[66][70] Öz yaşını yaşamağa başlayaraq Lester, özünü sanki həbs edir.[161] O, ailə fotosuna baxıb gülümsəyərkən, kamera yavaş-yavaş divara doğru çevrilir və Lesterin qanı divara sıçrayır, qan aşağı süzülərək Lesterin ölümünü göstərir.[162] Onun cəsədi Ceyn və Riki tərəfindən tapılır. Mendes qeyd edir ki, Rikinin ölmüş Lesterin gözlərinə baxması “filmin mövzusunun kuliminasiyasıdır”: gözəllik ən az gözlənildiyi yerdədir.[163]

Rahatlıq və gözəllik

1999-cu illərin digər ABŞ filmləri– Döyüş klubu”, “Dirilən ölülər"Maqnoliya — kimi “Amerikansayağı gözəllik” də izləyicilərinə daha mənalı həyat yaşamağı təbliğ edir.[164] Film uyğunluğa qarşı mövqeni müdafiə etsə də, inkar etmir ki, insanların ona ehtiyacı var və insanlar onu istəyirlər; hətta gay xarakterlər də uyğunlaşma istəyirlər.[165] Cim və Cim, Burnhamlar və digər qonşular filmin heteroseksuallarda tənqid etdiyi darıxdırıcı eyniliyə malik[166] “gay burjua ev cütlüyü”nə satirik yanaşmadı.[qeyd 15][167] Feminist alim və yazar Salli R. Mant qeyd edir ki, “Amerikansayağı gözəllik” öz “art haus” atributlarını ilk növbdə orta təbəqənin məsuliyyətsizliyinə doğru yönləndirməyə çalışaraq bildirir ki, bu “burjua bağlılığının şablonudur; [...] bunun əsasında duran isə şəxsin inkar və imtina imkanlarından istifadə üçün kifayət qədər zəngin, özünü məyus hiss edə bilməsi üşün isə kifayət qədər hiyləgər olmasının gərəkməsidir.[158]

Professor Roy M. Anker qeyd edir ki, filmin tematik mərkəzi izləyiciləri “daha yaxından” baxmağa yönləndirməkdir. Açılışda Burnhamlarla qonşuluqdan bəhs edərkən Lester qeyri-adi baxış mövqeyi nümayiş etdirərək tezliklə öləcəyini bildirir, beləliklə izləyiciləri də ölümlü həyatı olması haqqında düşünməyə və ətrafındakı gözəlliklərə diqqət yetirməyə yönləndirir.[168] O, həm də sirlər silsiləsi təşkil edir; Anker soruşur: “o bu hekayəni tam olaraq hansı mövqedən və hansı fikirlə danışır? Əgər o öləcəyinə əmindirsə, nəyə görə yaşadığı son ili danışır? Burda həmçinin başqa bir sual da meydana çıxır: Lester necə ölüb və ya öləcək?” Anker hesab edir ki, növbəti səhnədə Ceynin Riki ilə atasını öldürmək istəyini müzakirə etməsi məsələyə bir qədər də mistik xüsusiyyət verir.[169] Professor Enn C. Holl razılaşmır; sirlərin açılmasına daha tez imkan verməklə film izləyicilərə fəlsəfi məsələlərə daha çox diqqət ayırmağa kömək edir.[170] Lesterin həyatı ilə edilmiş bu təcrübə, yenidən doğulma və ölüm vasitəsiylə “Amerikansayağı gözəllik” amerikan orta təbəqəsinin rahatlıq və gözəllik anlayışına tənə edir.[171] Hətta Lesterin dəyişməsi də məhz Ancela ilə seks imkanına görə baş verir; buna görə də o, “kütləvi medianın təbliğ etdiyi kişi seksuallığının şəxsiyyət bütövlüyünə aparan əsas yol olması fikri əsas olaraq qalır”.[172] Oxşar şəkildə Karolin də ənənəvi xoşbəxtlik göstəriciləri axtarışındadır; onun inamına görə "House Beautiful", avtomobil, ev ətrafı bağ yüzillik ərzində ABŞ-də formalaşmış “Plezantvil və ya Ədən təsəvvürlərini” əks etdirir.[173] Burnhamlar isə “Amerikansayağı gözəlliyin əsaslarının” onlara xoşbəxtlik bəxş edəcəyinə inanan “materialist fəlsəfə daşıyıcıları və inamlı istejlakçılar” olduqlarından xəbərsizdirlər. Anker iddia edir ki, “onlar iqtisadi və seksual stereotiplər qarşısında köməksizdirlər [...] onlar və onların mədəniyyətləri ümumi xilasa xidmət edirlər”.[174]

Amerikansayağı gözəllik qızıl gülü filmdə Lesterin fantaziyalarını bəzəyən əsas gözəllik simvolu kimi təqdim olunur.

Filmdə Riki “xülyaçı, [...] ruhi və mistik mərkəz kimi təsvir edilir.”[175] O, hər gün həyatının hər dəqiqəsində gözəllik görür, itirdiyi hər anı bacardığı qədər video vasitəsiylə əbədiləşdirməyə çalşır. O, çəkdiyi kadrlar arasında ən gözəl hesab etdiyi görüntünü Ceynə göstərir: divar qarşısında küləkdə uçan plastik paket. O, deyir ki, bu kadrı “həyatda hər şeyin əşyaların arxasında gizlənməsi”ni anladığı an çəkib; o, hiss edir ki, “bəzən həyatda o qədər də çox gözəllik olmur və bəzən bu gözəlliyi əldə etmək olur...və mənim ürəyim təslim olmağa doğru gedir.” Anker qeyd edir ki, “mədəni süprüntüdən” yan keçən Riki Tanrını görmək üçün “parlaq yaradıcı dünyaya malikdir”.[176] Filmin inkişafında Burnhamlar Rikinin dünyaya baxış mövqeyinə yaxınlaşırlar.[177] Filmin sonunda yalnız Lester şəxsi rahatlığını tapır. Ancela ilə seks ərəfəsində o, qızın bakirə olduğunu öyrənir və seksdən imtina edir, beləliklə də özünə qayıdır. Qarşısındakının uşaq olduğunu başa düşən Lester ona öz qızı kimi yanaşmağa başlayır; O, bunda özünü tapır, başa düşür ki, Ancela və onun ailəsi “zərif və kövrək olsalar da, möhtəşəm varlıqlardılar”. O, xoşbəxt ailə fotosuna baxır[178] və nəhayət ki, dünyanı olduğu kimi görməyin verdiyi sevinc hissi ilə ölür.[171]

Patti Bellantoni qeyd edir ki, mühüm tematik imza olan, hekayəni idarə edən və “Lesterin qövsünü” göstərən qırmızı rəng kimi digər rənglər də film boyu simvolika kimi istifadə olunmuşdur.[179] İlk dəfə boz rəng çalarları ilə göstərilən Lester individuallığını bərpa etdikcə özünü qırmızı rənglə əhatələyir.[180]Amerikansayağı gözəllik qızılgülü” film boyu simvol kimi istifadə olunur; Lesterin fantaziyalarında Ancela çılpaq və qızılgül ləçəkləri ilə əhatə olunmuş görünür.[157] Bu səhnələrdə ləçəklər Lesterin arzularını ifadə edir. Karolinin düşüncəsində isə qızılgüllər şəhərətrafı həyət üçün barı xüsusiyyəti daşıyır. Burnhamların “gözəl olmayan həqiqət maskasını çıxardıqları” hər səhnədə qızılgüllər görünür.[174] Karolin hiss edir ki, əgər qızılgüllər varsa hər şey yaxşı olacaq.[174] O, qızılgülləri kəsərək vazalara qoyur[157] və onlar “material olaraq gözəl görüntü yaradaraq”[174] ölməyə başlayırlar.[157] Ancelanın Lesterin diqqətini cəlb etməyə çalışdığı səhnədə qızılgüllər Lesterin əvvəlki həyatını və Karolini simvolizə edir; kamera yaxınlaşaraq Lesterin qızılgülü (bu dəfə Ancela qızıl gül kimi təsvir olunur) qəbul etməsini göstərir və Karolin qızılgül kimi kadrdan çıxır.[70] Filmin sonunda Lesterin xoşbəxt olması yağış və qırmızı rənglə göstərilir, bozumtul bina isə Lesterin hissləri ilə kontrast təşkil edir.[62] Qırmızı rəngin davamlı istifadəsi izləyicilərə şüuraltı təsir edir və ona öyrəşmələri üçün şərait yaradır; izləyicilər Lesterə atəş açılması və qanın divara sıçraması səhnəsinə hazırlıqsız qalırlar.[180]

Seksuallıq və repressiya

Penninqton qeyd edir ki, “Amerikansayağı gözəllik”də personajlar seksuallıqlarına görə fərqləndirilirlər. Lesterin gəncliyini qaytarmağa çalışması birbaşa onun Ancelaya qarşı olan hissləri ilə əlaqəlidir[157] və Karolinlə münasibətlərinin pozulmasının əsas səbəbi isə onlar arasında seksual əlaqələrin olmamasıdır. Seksual baxımdan təmin olunmayan Karolin isə xoşbxtliyini başqa yerdə axtararaq “soyuq perfeksionist” kimi davranır və ruhunun daha xoşbəxt olduğu “avtomobildə bir yerdə mahnı oxuyub əylənə biləcəyi” adamla əlaqə qurur.[181] Ancela və Ceyn tez-tez seksdən bəhs edirlər, Ancelanın ehtimal olunan cinsi münasibətlərinə toxunurlar.[181] Onların çılpaq səhnələri zəifliklərini göstərmək üçün istifadə olunur.[68][70] Filmin sonunda Ancela Ceynə dəstək olarkən bunu Lesterə görə yox, məhz dostuna görə edir.[182] Fitts Cim və Cimin görüşünə ikrahla yanaşır; o soruşur “Nəyə görə bu ibnələr həmişə onun qabağına çıxırlar? Onlar niyə utanmırlar?” Riki isə ona cavab verir ki, “Ata, onlar utanılmalı bir şey etdiklərini düşünmürlər”. Penninqton qeyd edir ki, Fittsin reaksiyası homofobikdir, lakin, “ağrılı özünə-sual”la ifadə edilmişdir.[183]

Həmin dövrdə çəkilmiş Döyüş klubu, Kişilərin arasında (1997), "Amerikan psixopatı" (2000) və "Oğlanlar ağlamaz" (1999) filmləri kimi “Amerikansayağı gözəllik” də “kişi necə olmalıdır və orta yaş böhranı məsələsini qabardır”.[184] Professor Vinsent Hausmann qeyd edir ki, bu cür filmlər “müharibə təhlükəsi, istehakıların hüquqlarının mühafizəsi və feministlər və homoseksualların problemləri”[qeyd 16] kimi “anomal hesab edilən” məsələlər üzərində fikir cəmləşdirməyə təhrik edir.[185] Lesterin dəyişilməsi göstərir ki, “qadın yox, məhz o, [varlığın olmaması] zərbəsini öz üzərinə götürmüşdür və zəif olduğuna görə dayanmaq fikri də yoxdur. Lesterin ailədəki ənənəvi kişi mövqeyini əldə etmək cəhdi onun atalıq hissi ilə konfliktdən meydana gəlir. Baxmayaraq ki, filmdə Lesterin həyat yolu göstərilir, “Döyüş klubu filmindən fərqli olaraq, bu filmdə əsas qəhrəman hipermaskulin obraza çevrilmir.” Hausmann belə qərara gəlir ki, Lesterin Ancelaya yaxınlaşması səhv olsa da, yenidən atalıq hissini yaşamaq yolunda atılması zəruri bir addım idi.”[155]

Hausmann qeyd edir ki, Bollun işlərində insest və homoseksualizm tabusu olduğu kimi[186] “insestə qarşı münasibət bu filmin əsas xüsusiyyətlərindəndir”.[187] Onları bir-birindən ayırmaq əvəzinə “Amerikansayağı gözəllik” açıq basqının nəyə gətirib çıxara biləcəyini göstərir.[188] Fitts özünün homoseksual hisslərindən o qədər utanır ki, Lesteri qətlə yetirir.[183] Bol deyir ki, “film, homofobiyanın necə qorxu və basqıya səbəb olduğunu və bunun nə ilə nəticələndiyini göstərir.”[56] Filmdə həyata keçməmiş iki insest istəyinə işarə edilir[165]: Lesterin Ancelaya qarşı olan hissləri onun öz qızına qarşı olan ehtirasın təzahürüdür[189], Fittin oğluna qarşı təzyiqi isə seksuallaşdırılmış intizam yolu ilə sərgilənməkdədir.[165] Rikki başa düşür ki, atasına yalandan homoseksual olduğunu deməklə onu incidə bilər.[182] Filmdəki Fitts obrazı, Bolun həyatda gizli arzularına görə bədbəxt olmuş[190] atasını təmsil edir.[191] Bol ssenari üzərində yenidən işləyərək Fittsin homoseksual hissləri ilə bağlı hissəni filmin axırına salmışdır, Munt qeyd edir ki, ola bilsin ki, bu, “Bolun özünün patriarxal-insest fantaziyaları ilə bağlıdır.”[188]

Temporallıq və musiqi

Lesterin fikrini Ancela üzərində cəmləşdirməsi, bir müddətlik "On Broadway" mahnısını əvəz edən zərbli musiqi ilə ifadə olunur.[192]

Birinci səhnədə Ceyn və Rikinin hadisənin ortasında təsvir edilməsi xaric, “Amerikansayağı gözəllik”də ənənəvi narrativ struktur saxlanmışdır. Filmdə hadisələr bir ili əhatə edir və Lesterin ölüm anına kimi baş verənlər göstərilir. Dr. Jaklin Furbi qeyd edir ki, ssenari “heç bir vaxtı [və ya] bütün vaxtı [...] əhatə etmir və Lesterin “həyatın gözlərimiz qarşısında yanıb-sönür, lakin zaman bir okean kimi axıb keçir” fikrinə istinad edir.[193] Furbi qeyd edir ki, “təkrar ritmi” filmin strukturunun özəyini təşkil edir.[194] Məsələn, Burnhamların nahar etdiyi iki səhnə də eyni yerdə çəkilmişdir. Ümumilikdə iki görüntü oxşar olsa da, kiçik əşyaların fərqli yerləşdirilməsi, həmçinin bədən dili dinamika dəyişikliyi yaradır ki, bu da Lesterin əminliyini ifadə edir.[195][196] Digər nümunə isə Ceyn və Rikinin bir-birini çəkdiyi səhnələrdir. Ceyn döşlüyünü çıxararkən, Riki yataq otağının pəncərəsindən onu çəkir, oxşar şəkildə Ceyn də Rikinin həssas anında onu öz yataq otağının pəncərəsindən çəkir.[193]

Lesterin fantaziyaları yavaş hərəkətlə vurğulanır və təkrarlanan hərəkət çəkimindən istifadə edilir;[197] Mendes ardıcıl olaraq iki və üç kəsimdən istifadə edir[73][75], bu zaman Lesterin fantaziyalarını fərqləndirə bilmək üçün musiqi dəyişir.[198] Belə səhnələrdən biri gimnaziya səhnəsidir – Lesterin Ancela ilə ilk dəfə qarşılaşması. Dəstək komandası "On Broadway" mahnısını ifa etdikcə Lesterin fikri daha çox Ancela üzərində cəmlənir. Zaman “rentgençi hipnoz” effektini çatdıra bilmək üçün yavaşladılır və Lester Ancelanın yalnız onun üçün rəqs etməsi fantaziyasını qurur.[199] Adi ekran hərəkətliliyini vurğulayan "On Broadway" mahnısı melodiya və inkişafın əskik olduğu zərbli musiqi ilə əvəzlənir. Bu nondiegetik film musiqisi sıra ilə nəql şəraiti yaratmaq üçün önəmlidir;[200] bu musiqi Lester üçün qeyri-müəyyn uzunluqda davam edən dəqiqəni ifadə edir. Dosent Sten Link bu effekti, bəstəkar və musiqi nəzəriyyəçisi Conatan Kramerin “tək bir müəzzəm zaman içinə sığdırılmış sonsuz “indiki zaman” effekti” adlandırdığı “vertikal zaman”la müqayisə edir.[qeyd 17] Musiqidən vizual siqnal kimi istifadə edilir, belə ki, həm Lester, həm də musiqi Ancelaya doğru istiqamətlənir. Ardıcıllıq qəfildən "On Broadway" mahnısı ilə kəsilir.[192]

Stylus”dan Dryu Miller qeyd edir ki, film musiqisi obrazların təxtəlşüurunu çatdıraraq filmin məzmununu tamamlayır. Pop musiqinin ən açıq şəkildə istifadəsi Lesterin gənclik hisslərini qaytarmaq cəhdini “müşahidə edir və kontekst verir”; 1960-cı illərdə musiqi və narkotika vasitəsiylə Amerikan repressiyası ilə mübarəizə edildiyi kimi, Lester də marixuana çəkir və rok musiqi dinləyir.[qeyd 18] Mendesin mahnı seçimləri “ABŞ pop musiqisinin inkişafını əks etdirir”. Miller deyir, baxmayaraq ki, istifadə edilmiş mahnılardan bəziləri çox tanış gələ bilər, lakin bu işdəki parodik yanaşma “izləyicilərin filmə daha bağlanmasını” təmin edir. Tomas Nyumanın yazdığı film musiqisinin “narahat temp”li olan və gərgin vizual effektləri tamamlayan hissəsi filmin sonunda səslənir. Ancela Lesteri cəlb etməyə çalışarkən "Don't Let It Bring You Down" mahnısı səslənir.[201]

İstinadlar

Qeydlər və izahlar
  1. O zaman Amerikan qızıl gülü adlandırılırdı.[4]
  2. Bol qeyd edir ki, Spilberqlə təsadüfən "Amblin Entertainment" avto dayanacağında görüşdükdən sonra "DreamWorks"lə işləmək qərarına gəlmişdi.[9]
  3. Mendes ideyanı qəbul edir; lakin o demək olar ki, "Göyərçin qanadları" (1997) filmi üzərində işləməyə razılıq vermişdi, həmçinin 1992-ci ildə səhnələşdirdiyi "Kiçik səsin yüksəliş və enişi" pyesinin ekranlaşdırılması üçün maddi baza axtarışında uğursuzluqla qarşılaşmışdı. Sonradan, 1998-ci ildə həmin pyes Mendesin iştirakı olmadan "Kiçik səs" adıyla ekranlaşdırılır.[16]
  4. Quruluşçu rejissoru Konrad Hol olan "Amerikansayağı ayrılıq" filminin çəkildiyi yerlərdən biri.[64]
  5. Çəkiliş zamanı "Adi insanlar" filminin çəkilişlərinə istinad edilmişdir. Mendes daha bir neçə məşhur filmi bu sıraya daxil edir; qəhrəmanların evlərini bəzəyən ailə fotoları onlara tarixi xatırlatmaq üçün vasitı olsa da, Terrens Malikin Boşluqlar filmindəki kimi xüsusi görünüş yaratmaq məqsədi güdmür.[41] Lesterin qaçışı səhnəsi Marafonçu filmindən ilhamlanaraq çəkilmiş, onun "yüksək hissiyyatlılıq stilini" təsvir etmək üçün isə Mendes Komediya kralı, Hamısı cazdırRozmarinin körpəsi filmlərindən istifadə etmişdir.[67]
  6. Fast fud dükanında Lesterin Karolinin əlaqəsini başa düşdüyü səhnə.[43]
  7. Filmin posterindəki bədən təsviri Mena Suvariyə aid deyil; posterdə Xloya Hanter adlı model təsvir olunub.[92]
  8. Mendes deyir: "So at the end of the film I got up, and I was terribly British, I said, 'So, who kind of liked the movie?' And about a third of them put up their hands, and I thought, 'Oh shit.' So I said, 'OK, who kind of didn't like it?' Two people. And I said, 'Well, what else is there?' And a guy in the front said, 'Ask who really liked the movie.' So I did, and they all put up their hands. And I thought, 'Thank you, God.[72]
  9. "Kinoteatrlar" deyərkən bir neçə auditoriyası olan individual kinoteatrlar nəzərdə tutulur. Sonradan, "ekran" deyərkən tək auditoriya nəzərdə tutulur.
  10. Təxminən 600 kinoteatrda.
  11. Şirkətdən verilən məlumata görə, 21 yaşından aşağı kişilər "Amerikandayağı gözəllik" filminə "A+", 21 yaşdan qadınlar "A" dərəcəsi vermişlər. 21-34 yaş ayarsı kişilər "B+", 21-34 yaşa arası qadınlar "A-" dərəcəsi vermişlər. 35 yaşından yuxarı kişilər "B+", 35 yaşından yuxarı qadınlar isə "B" dərəcəsi vermişlər.[102]
  12. Amerika Yazıçılar Gildiyası, Ekran Aktyorları Gildiyası, Amerika Prodüserlər Gildiyası, Amerika Operatorlar Cəmiyyəti, Amerika Rejissorlar Gildiyası.[140]
  13. Ən Yaxşı Rejissor işinə görə Oskar mükafatını Mendesə Spilberq təqdim etmişdir.[145]
  14. Bəzi postmodernist baxışlara görə səsin identifikasiyasına ehtiyac yoxdu; bax en:Death of the Author.
  15. Baxmayaraq ki, mühit sıxıcı idi, Cim və Cim homoseksual olmaqlarıyla fəxr edirlər, Salli R. Mant isə qeyd edir ki, heteroseksual auditoriya üçün bu qəribədir.[165]
  16. Hausmanna görə, "Bu cür filmlər Kaya Silvermanın da qeyd etdiyi kimi, kişilərin də qadınlar kimi müəyyən ənənələr olmadan yaşaya biləcəyini təlqin edirlər."[184] See Silverman, Kaja (1992). Male Subjectivity at the Margins (New York: Routledge): 65+20. ISBN 9780415904193.
  17. Kramer bu abologiyanı heykəltəraşlığa da tətbiq edir:"We determine for ourselves the pacing of our experience: we are free to walk around the piece, view it from many angles, concentrate on some details, see other details in relationship to each other, step back and view the whole, see the relationship between the piece and the space in which we see it, leave the room when we wish close our eyes and remember, and return for further viewings."[192]
  18. Digər bir nümunə Karolinin Burnhamların naharı zamanı seçdiyi musiqisir və bu musiqi də sonra masadakı gərginliyi əks etdirən başqa bir musiqi ilə əvəzlənir.[201]
İstinadlar
  1. "American Beauty (1999)". Box Office Mojo. 2013-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-22.
  2. 1 2 3 https://web.archive.org/web/20200611195622/https://www.europeanfilmawards.eu/en_EN/film/american-beauty.5554.
  3. 1 2 3 Kazan, 2000. səh. 25
  4. 1 2 3 Fanshawe, Simon (January 22, 2000). "Sam smiles" Arxivləşdirilib 2013-03-22 at the Wayback Machine. The Guardian: 32.
  5. 1 2 Cohen, David S. (March 7, 2000). "Scripter Ball hits a home run". Variety.
  6. 1 2 3 4 5 Chumo II, 2000. səh. 26
  7. 1 2 3 Chumo II, 2000. səh. 27
  8. Kazan, 2000. səh. 28
  9. 1 2 Kazan, 2000. səh. 28–29
  10. Kazan, 2000. səh. 30
  11. Cox, Dan (April 14, 1998). "D'Works courts 'Beauty' spec". Variety.
  12. Staff (April 14, 1998). "DreamWorks grateful for 'American Beauty. The Hollywood Reporter.
  13. 1 2 3 4 Lowenstein, 2008. səh. 251
  14. 1 2 3 Kazan, 2000. səh. 31
  15. 1 2 3 4 5 Chumo II, 2000. səh. 28
  16. Lowenstein, 2008. səh. 248
  17. Lowenstein, 2008. səh. 249
  18. Lowenstein, 2008. səh. 250–251
  19. 1 2 3 Lowenstein, 2008. səh. 252
  20. 1 2 Lowenstein, 2008. səh. 253
  21. Hindes, Andrew (June 16, 1998). "Staging a transfer: Legit helmer Mendes makes pic bow with 'Beauty. Variety.
  22. Kazan, 2000. səh. 24
  23. Kazan, 2000. səh. 37
  24. 1 2 Chumo II, 2000. səh. 26–27
  25. Chumo II, 2000. səh. 32–33
  26. 1 2 Kilday, Gregg (January 18, 2000). "Worth a Closer Look". The Advocate: 91–92.
  27. 1 2 Chumo II, 2000. səh. 30
  28. 1 2 Kazan, 2000. səh. 32
  29. 1 2 Chumo II, 2000. səh. 33
  30. Kazan, 2000. səh. 32–33
  31. 1 2 Kazan, 2000. səh. 33
  32. 1 2 Chumo II, 2000. səh. 33–34
  33. Kazan, 2000. səh. 35
  34. 1 2 Wolk, Josh (March 27, 2000). "Pitching Fitts" Arxivləşdirilib 2008-09-22 at the Wayback Machine. Entertainment Weekly.
  35. 1 2 3 Chumo II, 2000. səh. 35
  36. 1 2 3 Kazan, 2000. səh. 36
  37. 1 2 Lowenstein, 2008. səh. 253–254
  38. 1 2 3 4 Weinraub, Bernard (September 12, 1999). "The New Season / Film: Stage to Screen; A Wunderkind Discovers the Wonders of Film". The New York Times: 271.
  39. Fleming, Michael (September 15, 1998). "Spacey nears 'Beauty' deal". Variety.
  40. Fleming, Michael (September 23, 1998). "Bening in 'Beauty': Actress close to joining Spacey in DW pic". Variety.
  41. 1 2 3 4 5 6 7 Mendes, Ball, 2000, chapter 2
  42. 1 2 Gordinier, Jeff (March 1, 2000). "Kevin Spacey – American Beauty". Entertainment Weekly (529).
  43. 1 2 3 Mendes, Ball, 2000, chapter 22
  44. 1 2 3 4 5 6 Mendes, Ball, 2000, chapter 1
  45. 1 2 Gordinier, Jeff (March 1, 2000). "Annette Bening – American Beauty". Entertainment Weekly (529).
  46. 1 2 3 4 Lowenstein, 2008. səh. 257–258
  47. Lowenstein, 2008. səh. 257
  48. 1 2 Honeycutt. Kirk (November 6, 1998). Beloved' actor sees 'Beauty. The Hollywood Reporter.
  49. Ebert, Roger (October 10, 1999). "The Answer Man". Chicago Sun-Times: 5.
  50. Verniere, James (September 18, 2009). "Hub Film Fest: It's Reel Time". Boston Herald: E20.
  51. Galloway, Stephen (December 23, 1998). "Gallagher role: thing of 'Beauty. The Hollywood Reporter.
  52. Harris, Dana (December 28, 1998). "Alison Janney set for 'Nurse,' 'Beauty. The Hollywood Reporter.
  53. Mendes, Ball, 2000, chapter 16
  54. Mendes, Ball, 2000, chapter 6
  55. 1 2 3 4 5 Jackson, Kevin (February 2000). "American Beauty". Sight & Sound 10 (2): 40.
  56. 1 2 Ball, Alan (March 28, 2000). "Beauty and the Box Office". The Advocate: 11.
  57. Kazan, 2000. səh. 34
  58. 1 2 Costello, Becca (September 30, 2004). "It was filmed in Sacramento". Sacramento News & Review.
  59. 1 2 Mendes, Ball, 2000, chapter 19
  60. Staff (November 6, 1998). "Players". Variety.
  61. Fleming, Michael (February 24, 1999). L.A.' duo greases up for 'Suite' ride". Variety.
  62. 1 2 3 4 5 6 Shohan, Naomi (February 25, 2000). Beauty' design character driven". Variety.
  63. Matsumoto, Jon (July 22, 2001). "You'll Need a Permission Slip for That". Los Angeles Times.
  64. 1 2 3 4 5 6 Probst və b. 2000. səh. 75
  65. Mendes, Ball, 2000, chapter 10
  66. 1 2 3 4 Kemp, 2000. səh. 26
  67. Mendes, Ball, 2000, chapter 21
  68. 1 2 Mendes, Ball, 2000, chapter 18
  69. Lowenstein, 2008. səh. 268
  70. 1 2 3 4 5 Mendes, Ball, 2000, chapter 25
  71. 1 2 Stein, Ruthe (September 12, 1999). "From 'Cabaret' to California" Arxivləşdirilib 2021-08-03 at the Wayback Machine. San Francisco Chronicle: 55.
  72. 1 2 3 Kemp, 2000. səh. 27
  73. 1 2 Mendes, Ball, 2000, chapter 4
  74. 1 2 Mendes, Ball, 2000, chapter 5
  75. 1 2 3 Mendes, Ball, 2000, chapter 11
  76. Lowenstein, 2008. səh. 270
  77. Kemp, 2000. səh. 25–26
  78. Mendes, Ball, 2000, chapter 20
  79. Mendes, Ball, 2000, chapter 12
  80. Staff (July 7, 2000). Beauty' mark: DVD due with 3 hours of extras". The Hollywood Reporter.
  81. Lowenstein, 2008. səh. 259
  82. 1 2 Probst, 2000. səh. 80
  83. 1 2 3 Probst, 2000. səh. 81
  84. 1 2 3 4 Probst və b. 2000. səh. 76
  85. Probst, 2000. səh. 82
  86. 1 2 3 Burlingame, Jon (January 21, 2000). "Spotlight: Thomas Newman". Variety.
  87. 1 2 Torniainen, James (February 2000). "American Beauty". Film Score Monthly 5 (2): 36.
  88. Mendes, Ball, 2000, chapter 24
  89. Staff (February 21, 2001). "The Grammy Awards; Complete List of Winners". Los Angeles Times: 12.
  90. Staff (Winter 2006). "Filmmaker Selects 20 Essential Movie Soundtracks". Filmmaker: 110–111.
  91. Graser, Marc; Madigan, Nick (August 31, 1999). "Amazon.com books 'Beauty' for D'Works". Variety.
  92. 1 2 Hochman, David (November 26, 1999). "Moving Pictures". Entertainment Weekly: 25–26.
  93. McKittrick, Casey. "I Laughed and Cringed at the same Time". Velvet Light Trap. University of Texas Press (47). Spring 2001: 5+13.
  94. 1 2 Hayes, Dade (February 16, 2000). "Oscar glow is golden at B.O.". Variety.
  95. 1 2 3 4 "American Beauty: Weekend Box Office" Arxivləşdirilib 2013-05-10 at the Wayback Machine. Box Office Mojo. Amazon.com. Retrieved January 26, 2010.
  96. Higgins, Bill (September 13, 1999). Beauty's' belle of the ball". Variety.
  97. 1 2 Carver, Benedict; Jones, Oliver (September 13, 1999). Beauty' and the buzz: Mendes bow wows Toronto; SPE near 'East' deal". Variety.
  98. Archerd, Army (September 16, 1999). "Just for Variety". Variety.
  99. Hayes, Dade (September 17, 1999). Beauty' strong in limited bow". Variety.
  100. Klady, Leonard (October 4, 1999). Double' decks 'Kings' at B.O.". Variety.
  101. 1 2 3 "American Beauty (1999)" Arxivləşdirilib 2015-09-05 at the Wayback Machine. Box Office Mojo. Amazon.com. Retrieved May 3, 2009.
  102. ""CinemaScore: American Beauty"". Archived from the original on 2000-07-06. İstifadə tarixi: 2020-09-15.. CinemaScore. Archived from the original on April 8, 2000. Retrieved January 17, 2010.
  103. Staff (January 27, 2000). "CinemaScore Ratings Compare with Golden Globes:Critics Both Confirm, Deny Latest Audience Preferences" Arxivləşdirilib 2011-08-07 at the Wayback Machine. AllBusiness (Business Wire). Retrieved May 3, 2009.
  104. Dawtrey, Adam (September 16, 1999). "An 'American' kickoff for London Film Festival". Variety.
  105. Fleming, Michael (November 29, 1999). "H'w'd taps on Mendes' door". Variety.
  106. Groves, Don (January 18, 2000). "Preems push o'seas B.O.: 'Ashes,' 'Kings,' 'Beauty' bows boost weekend". Variety.
  107. Groves, Don (January 25, 2000). "Winter chill o'seas: 'Sleepy Hollow' warms Spain in frigid frame". Variety.
  108. Groves, Don (February 1, 2000). "B.O. scores o'seas: 'Beauty' bows strongly as 'Sense' steams on". Variety.
  109. Woods, Mark (February 8, 2000). Toy 2's' the story: 'Beach' bows balmy, but toon sequel sweltering". Variety.
  110. 1 2 Groves, Don (February 22, 2000). "Surf's high o'seas: Euro auds take to 'The Beach' for big bows". Variety.
  111. 1 2 Groves, Don (February 28, 2000). "Trio terrific o'seas: 'Toy,' 'Beach' and 'Beauty' garner boffo B.O.". Variety.
  112. Groves, Don (February 29, 2000). "Latins love 'Beauty': 'Beach' makes waves in Mexico and Italy". Variety.
  113. Groves, Don (March 7, 2000). "Oscar noms boost B.O. overseas". Variety.
  114. Hoffman, Bill (March 28, 2000). "Pretty Penny for 'Beauty'?". New York Post: 52.
  115. 1 2 "American Beauty: About the DVD" Arxivləşdirilib 2008-02-24 at the Wayback Machine. The New York Times. Retrieved December 3, 2009.
  116. 1 2 Villa, Joan (April 28, 2000). "Beating Blockbuster on American Beauty". Video Business.
  117. 1 2 3 4 5 Hettrick, Scott; Wendy Wilson (May 18, 2000). "B'buster hides best pic vid to squeeze D'Works". Variety.
  118. 1 2 Nichols, Peter M. (May 26, 2000). "On the Shelves (Or Maybe Not)" Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine. The New York Times: E28.
  119. Mendes, Ball, 2000, chapters 19–20
  120. Perry, Vern (October 30, 2000). "These discs go to extremes" Arxivləşdirilib 2008-12-20 at the Wayback Machine. The Orange County Register.
  121. Fitzpatrick, Eileen (July 29, 2000). "Film Directors Assess DVD Extras' Pros, Cons". Billboard: 88.
  122. "American Beauty Blu-ray: Sapphire Edition" Arxivləşdirilib 2011-01-26 at the Wayback Machine. Blu-ray.com.
  123. 1 2 3 Hentzi, 2000. səh. 46
  124. Chagollan, Steve (December 15, 1999). "Noms Watch: American Beauty". Variety.
  125. Klady, Leonard (September 20, 1999). "Toronto auds tap 'Beauty. Variety.
  126. Vlessing, Etan (September 20, 1999). Beauty' counts at Toronto fest". The Hollywood Reporter.
  127. 1 2 3 4 5 McCarthy, Todd (September 13, 1999). "American Beauty Review". Variety.
  128. 1 2 3 4 Maslin, Janet (September 15, 1999). "Dad's Dead, And He's Still a Funny Guy". The New York Times: E1.
  129. 1 2 Ebert, Roger (September 23, 1999). "American Beauty" Arxivləşdirilib 2009-06-09 at the Wayback Machine. Chicago Sun-Times.
  130. 1 2 3 Hentzi, 2000. səh. 50
  131. Hentzi, 2000. səh. 47
  132. Hentzi, 2000. səh. 49–50
  133. 1 2 3 4 Turan, Kenneth (September 15, 1999). "American Beauty: The Rose's Thorns". Los Angeles Times.
  134. 1 2 Kilday, Gregg (January 8, 2001). "Road to best pic: An 'American' dream". Variety.
  135. Brown, Joel (June 22, 2001). "The Tube Has Few Intriguing Choices to Offer". The Tuscaloosa News: 14.
  136. 1 2 Lowenstein, 2008. səh. 271–272
  137. Staff (September 2005). "The 20 most overrated movies of all time". Premiere 19 (1): 103–108.
  138. "American Beauty (1999)". Rotten Tomatoes. 2013-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral, 2015.
  139. "American Beauty". Metacritic. 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2015.
  140. 1 2 3 4 5 Lyman, Rick (March 27, 2000). "Early Oscars to Caine, Jolie and 'Topsy-Turvy. The New York Times.
  141. 1 2 3 "American Beauty (1999)" Arxivləşdirilib 2013-05-24 at the Wayback Machine. New York Times Online. Retrieved January 14, 2010.
  142. Wallace, Amy (March 28, 2000). "Aggressive campaign may have helped 'Beauty's' win". The Journal Gazette. (Reprinted from the Los Angeles Times.)
  143. Karger, Dave (March 10, 2000). "Apple Juice". Entertainment Weekly (530).
  144. Lyman, Rick (March 28, 2000). "Oscar Victory Finally Lifts The Cloud for DreamWorks" Arxivləşdirilib 2021-03-08 at the Wayback Machine. The New York Times: E1.
  145. Staff (2011). "1999: Best Director"[ölü keçid]. Encyclopædia Britannica Online. Retrieved February 21, 2011.
  146. McNary, Dave (March 23, 2000). "Pubs tap 'Beauty,' 'Wing. Variety.
  147. Staff (September 2008). "The 500 Greatest Movies of All Time". Empire.
  148. Savage, Sophia. "WGA Lists Greatest Screenplays, From 'Casablanca' and 'Godfather' to 'Memento' and 'Notorious'". February 27, 2013. August 20, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 fevral 2015.
  149. "AFI's 100 Years...100 Movies (10th Anniversary Edition) Ballot" (PDF). 2017-09-21 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2015-02-20.
  150. 1 2 3 Booth, 2002. səh. 129
  151. Hall, 2006. səh. 23
  152. 1 2 3 Booth, 2002. səh. 126
  153. Booth, 2002. səh. 128
  154. Booth, 2002. səh. 126–128
  155. 1 2 3 Hausmann, 2004. səh. 118
  156. Anker, 2004. səh. 348–349
  157. 1 2 3 4 5 Pennington, 2007. səh. 104
  158. 1 2 Munt, 2006. səh. 264–265
  159. Mendes, Ball, 2000, chapter 8
  160. 1 2 Hausmann, 2004. səh. 118–119
  161. 1 2 Pennington, 2007. səh. 105
  162. Mendes, Ball, 2000, chapter 26
  163. Mendes, Ball, 2000, chapter 27
  164. Desowitz, Bill (December 12, 1999). "Finding Spiritual Rebirth In a Valley of Male Ennui" Arxivləşdirilib 2021-03-08 at the Wayback Machine. The New York Times: 215.
  165. 1 2 3 4 Munt, 2006. səh. 265
  166. Munt, 2006. səh. 274
  167. Hausmann, 2004. səh. 112
  168. Anker, 2004. səh. 345
  169. Anker, 2004. səh. 347
  170. Hall, 2006. səh. 24
  171. 1 2 Anker, 2004. səh. 347–348
  172. Anker, 2004. səh. 348
  173. Anker, 2004. səh. 349–350
  174. 1 2 3 4 Anker, 2004. səh. 350
  175. Hall, 2006. səh. 27
  176. Anker, 2004. səh. 356
  177. Anker, 2004. səh. 360
  178. Anker, 2004. səh. 358–359
  179. Bellantoni, 2005. səh. 25
  180. 1 2 Bellantoni, 2005. səh. 27
  181. 1 2 Pennington, 2007. səh. 105–106
  182. 1 2 Mendes, Ball, 2000, chapter 23
  183. 1 2 Pennington, 2007. səh. 106
  184. 1 2 2004. səh. 117
  185. Hausmann, 2004. səh. 117
  186. Munt, 2006. səh. 267
  187. Hausmann, 2004. səh. 113
  188. 1 2 Munt, 2006. səh. 266
  189. Munt, 2006. səh. 264
  190. Hausmann, 2004. səh. 148
  191. Hausmann, 2004. səh. 127
  192. 1 2 Furby, 2006. səh. 22
  193. Furby, 2006. səh. 25
  194. Mendes, Ball, 2000, chapter 17
  195. Furby, 2006. səh. 25–26
  196. Furby, 2006. səh. 23
  197. Mendes, Ball, 2000, chapter 9
  198. Link, 2004. səh. 84–85
  199. 1 2 Miller, Drew (July 20, 2004). "A Kiss After Supper: American Beauty" Arxivləşdirilib 2010-01-13 at the Wayback Machine. Stylus. Retrieved: 2 fevral 2015.
Ədəbiyyat

Həmçinin bax

Xarici keçidlər

Strategi Solo vs Squad di Free Fire: Cara Menang Mudah!